İlin doqquz ayı arxada qalır. Bu
doqquz ayda ölkəmiz uğurla və hərtərəf-
li inkişaf etmişdir. Bütün sahələrdə
dinamik inkişaf təmin olunmuşdur.
…Baxmayaraq, dünya bazarlarında
neftin qiyməti hələ də aşağı səviyyədədir,
bu il biz qarşıya məqsəd qoymuşduq ki,
valyuta ehtiyatlarımızı artıraq. Çünki bu,
bizim iqtisadi və siyasi müstəqilliyimizin
əsas şərtlərindən biridir. Xərclərimizin
də artmasına və ölkə qarşısında duran
vəzifələrin də çoxalmasına baxmaya-
raq, biz çalışırıq ki, bütün vəzifələri icra
edək. Bunu etmək üçün əlbəttə ki, ma-
liyyə resursları lazımdır. Valyuta ehtiyat-
larımızdan qənaətlə istifadə etməyimiz,
eyni zamanda, düzgün investisiya proq-
ramımızın uğuru, əlbəttə, imkan verib ki,
biz valyuta ehtiyatlarımızı artıraq. İlin 9
ayında Azərbaycanın valyuta ehtiyatları
artıb, hazırda bu rəqəm 42 milyard dollar
səviyyəsindədir. İlin əvvəlindən valyuta
ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bi-
zim siyasətimiz uzunmüddətli siyasətdir.
Biz ölkəmizin gələcəyi, uzunmüddətli,
dayanıqlı inkişaf haqqında düşünürük.
Ona görə bir daha qeyd etmək istəyirəm
ki, valyuta ehtiyatlarımız, ümumiyyətlə,
iqtisadi imkanlarımız müstəqilliyimizin
əsas şərtlərindən biridir.
Bu gün biz özümüzü dünya miqyasın-
da müstəqil ölkə kimi təqdim edə bilmi-
şik, müstəqil siyasət aparan ölkə kimi ta-
nınırıq. Əlbəttə ki, bunun təməlində güclü
siyasi iradə, xalq-iqtidar birliyi, bir çox
başqa amillər dayanır. Onların arasında
iqtisadi müstəqillik xüsusi yer tutur. Ona
görə 4,5 milyard dollar həcmində artan
valyuta ehtiyatlarımız hesab edirəm ki, 9
ayın ən uğurlu nəticələrindən biridir.
Doqquz ayda həm Bakıda, həm böl-
gələrdə yeni iş yerlərinin yaradılması pro-
sesi uğurla gedib. Həmin dövrdə 226 min
yeni iş yeri yaradılıbdır ki, onlardan 171
mini daimi iş yeridir. Bu da işsizliyin aşa-
ğı səviyyədə saxlanmasına imkan verir.
Bu, daimi proses olmalıdır. Çünki bizim
əhalimiz artır və belə olan halda biz daim
yeni iş yerlərinin yaradılması haqqında
düşünməliyik.
…Bu il beynəlxalq arenada mövqelə-
rimiz daha da möhkəmlənib. Bizim xa-
rici əlaqələrimiz çoxşaxəlidir. Biz bütün
ölkələrlə qarşılıqlı faydalı və bərabər-
hüquqlu münasibətlər qurmuşuq, buna
nail olmuşuq. Bu gün Azərbaycan dünya
miqyasında çox etibarlı tərəfdaş, ləyaqət-
li ölkə kimi tanınır. Xarici siyasətimiz də
açıqdır, müstəqildir və bu da dünya birliyi
tərəfindən böyük rəğbətlə qarşılanır.
…Bu il neft-qaz sektorunda çox
əlamətdar hadisələr baş verib. Xüsusilə,
neft sektorunda “Azəri-Çıraq-Günəşli”
yatağının gələcəkdə işlənilməsi ilə bağlı
yeni kontrakt imzalanmışdır. Kontraktın
müddəti 2050-ci ilə qədər uzadıldı. Bu
kontrakt bizim üçün daha da yaxşı şərtlər-
lə təmin edilmişdir. Baxmayaraq ki, “Əs-
rin kontraktı” da Azərbaycana çox böyük
faydalar gətirdi. O vaxt üçün mümkün qə-
dər ən gözəl şərtlər təmin edilmişdir. An-
caq indiki şərtlər bizim üçün daha əlve-
rişlidir, daha da yaxşıdır. Bu şərtlərin əsas
mahiyyəti ondan ibarətdir ki, Azərbayca-
nın iştirak payı 11 faizdən 25 faizə qaldı-
rılır. Mənfəət neftinin 75 faizi Azərbaycan
tərəfinə veriləcəkdir. Dövlət Neft Şirkəti
yeni kontraktın podratçısı kimi iştirak
edəcək və ölkəmizə xarici neft şirkətləri
tərəfindən 3,6 milyard dollar bonus ödə-
niləcək. Bu, çox gözəl şərtlərdir və “Əsrin
kontraktı”nın uzadılması, yeni kontraktın
imzalanması tarixi hadisədir.
Digər nəhəng layihə “Cənub Qaz
Dəhlizi” layihəsidir. Bu istiqamətdə də
işlər yaxşı gedir. “Şahdəniz-2” layihəsi-
nin icrası 96 faiz səviyyəsindədir. Cənubi
Qafqaz kəməri, hansı ki, qazımızı Gür-
cüstana qədər çatdırır, 98 faiz səviyyəsin-
də icra edilibdir. TANAP layihəsi 82 faiz,
TAP layihəsi isə 53 faiz səviyyəsində icra
edilibdir. Bu rəqəmlər əslində göstərir ki,
kontraktın uğurlu icrası təmin edilir.
Digər vacib olan sahələrdə də yax-
şı nəticələr var. Bakı-Tbilisi-Qars dəmir
yolunun tikintisi demək olar ki, başa ça-
tıb. Yaxın vaxtlarda bu yolun rəsmi açı-
lışı nəzərdə tutulur. Bu da tarixi layihə-
dir. Yəni, Azərbaycanın iştirak etdiyi
və bir çox hallarda təşəbbüskarı olduğu
layihələr qlobal xarakter daşıyır. Onların
əsas məqsədi və mahiyyəti ondan ibarət-
dir ki, bu layihələr, bu kontraktlar ölkə-
mizi gücləndirir. Azərbaycanın qüdrəti,
iqtisadi potensialı, siyasi çəkisi, regional
müstəvidə rolu artır və bu kontraktlar
bizə böyük iqtisadi mənfəət, səmərə verir.
Təsəvvür etmək mümkün deyil ki, əgər
“Əsrin kontraktı” imzalanmasa idi, biz
indi hansı vəsaitlə bütün bu abadlıq-qu-
ruculuq işlərini görə bilərdik. Düzdür, bu
gün əsas məqsədimiz qeyri-neft sekto-
runun inkişafıdır və biz əsas gücü bu is-
tiqamətə yönəldirik. Ancaq onu da hamı-
mız bilməliyik ki, əgər neft gəlirlərindən
səmərəli şəkildə istifadə etməsəydik, Neft
Fondunda böyük vəsaiti yığmasaydıq, in-
frastruktur layihələrinə və digər layihələrə
yönəltməsəydik, əlbəttə, bizim indiki və-
ziyyətimiz kəskin şəkildə fərqlənə bilərdi.
Biz bütün bu işləri düşünülmüş şə-
kildə görmüşük, neftdən və qazdan gələn
gəlirlər insan kapitalına yönəldilib, inf-
rastruktur layihələrinin icrasına, özəl sek-
torun inkişafına istiqamətləndirilib. Eyni
zamanda, bu layihələr ölkəmizin bey-
nəlxalq arenadakı rolunu, çəkisini artırır.
Bu gün bizim iştirakımız olmadan bu re-
gionda heç bir layihə, hətta heç bir siyasi
təşəbbüs reallaşa bilməz. Azərbaycan bu
gün dünya miqyasında özünü güclü döv-
lət kimi təsdiqləyib, Əlbəttə ki, bu, bizim
hamımızı çox sevindirir. Növbəti illərdə
ölkəmizin qüdrəti daha da artacaq.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
(Oktyabrın 9-da Azərbaycan Respub-
likasının Prezidenti İlham Əliyevin sədr-
liyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin
doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasındakı nitqindən)
Dörd il bundan öncə
iqtisadiyyatda köklü struktur
islahatlarının davamı kimi
mühüm addım atıldı. Bu dəfəki
addım gəmiçilik sahəsində
yerli və beynəlxalq daşımaların
artırılması, ölkənin rəqabət
qabiliyyətinin, tranzit po-
tensialının gücləndirilməsi
məqsədi daşıyırdı. Konkret
desək, Prezident cənab İlham
Əliyevin 22 oktyabr 2013-cü il
tarixli Sərəncamı ilə mövcud
iki donanma – Azərbaycan
Dövlət Xəzər Dəniz Gəmiçi-
liyi və Azərbaycan Respub-
likası Dövlət Neft Şirkətinin
Xəzər Dəniz Neft Donanması
birləşdirilərək yenidən təşkil
olundu. Yeni yaradılan qurum
“Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC adı ilə fəaliy-
yətə başladı.
Ötən dörd il müddətində az
iş görülmədi. Strateji inkişaf istiqamətlə-
rinə əsasən ilk beş ildə həyata keçirilməsi
planlaşdırılan bir çox hədəflərə qrafikdən
əvvəl müvəffəqiyyətlə nail olundu.
BEYNƏLXALQ SERTİFİKAT
Qazanılan ən mühüm nailiyyətlərdən
biri gəmiçilik fəaliyyəti üzrə beynəlxalq
sertifikatların alınması oldu. Məhz, ser-
tifikatların alınması, ən əsası həmin ser-
tifikatların tələblərinə uyğun fəaliyyətin
təşkili məqsədilə “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” 2014-cü ildə bu sahə-
də beynəlxalq təcrübəyə malik Ameri-
ka Gəmiçilik Bürosunu ölkəmizə dəvət
etdi. Bununla da sertifikatların alınması
üçün tələb olunan prosedurların Gəmiçi-
likdə tətbiqinə başlanıldı. Personal üçün
çoxsaylı təlimlər keçirildi. Büro Gəmiçi-
liyin fəaliyyətinin beynəlxalq idarəetmə
standartlarına uyğunluğunun yoxlanması
üçün auditlər apardı.
2016-cı ilin yanvarında Gəmiçiliyə
beş illik müddətə uyğunluq sertifikatı ve-
rildi. Bu da o deməkdir ki, Azərbaycan
gəmiçiliyi və onun gəmiləri İSO -9001
(keyfiyyətin idaəedilməsi), İSO -14001
(ekoloji idarəetmə), OHSAS -18001
(peşə təhlükəsizliyi və əməyin mühafizə-
sinin idarə edilməsi) və İSO-50001(ener-
ji səmərəliliyi menecmenti) üzrə önəmli
sertifikatlara malikdir. Bununla yanaşı,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC-nin tabeliyində olan Azərbaycan
Dövlət Dəniz Akademiyası və Təlim-Təd-
ris Mərkəzi də Amerika Gəmiçilik Büro-
sunun sertifikatlarına layiq görüldü.
ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ
UYĞUN FƏALİYYƏT
Bu gün “Azərbaycan Xəzər Də-
niz Gəmiçiliyi” QSC öncül beynəlxalq
şirkətlər arasında xüsusi çəkiyə malikdir.
Qabaqcıl texnologiya və sistemlərin tət-
biqi hər zaman ön planda durub. Bunun
nəticəsidir ki, hazırda AXDG-də korpora-
tiv idarəetmə sistemi uğurla tətbiq olunur.
Tam əminliklə demək olar ki, indi Gə-
miçilikdə beynəlxalq və geniş təcrübəyə
malik güclü komanda çalışır. Həmin ko-
mandanın böyük hissəsi isə gənclərdən
ibarətdir.
(Ardı 2-ci səhifədə)
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
Qiyməti 50 qəpik
26 oktyabr 2017-ci il № 73-76 (9167)
www.seanews.az
QƏZET
1931-ci ildən
nəşr olunur
QƏZET
1931-ci ildən
nəşr olunur
BU SAYIMIZDA
“BƏRDƏ” gƏMİ-BƏRƏSİNİN YENİDƏN
TRANSXƏZƏR BEYNƏLXALQ NƏQLİYYAT
MARŞRUTUNDA İSTİSMARINA START VERİLİB
gƏMİçİLİKDƏ “TƏhLüKƏSİZLİK
güNü” KEçİRİLİB
"Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi"
QSC-də "Təhlükəsizlik
günü" keçirilib.
Tədbirdə keçən rüb
yazılmış “Müşahidə kart-
ları”nın nəticələri əsas
müzakirə mövzusu olub.
KURIK LİMANINDAN BAKI LİMANINA
göNDƏRİLƏN YüKüN hƏcMİ BİR
MİLYoN ToNA çATDIRILIB
Həqiqətən də dənizçi
olmaq asan deyil. Duma-
nı var, fırtınası var, həsrə-
ti var... Hər kəs bacarmır
bu işi. Dənizi sevməyənlər
ümumiyyətlə bacarmır,
bacarmazlar da...
Elə müsahibim -
Azərbaycan Xəzər Dəniz
gəmiçiliyinin qabaqcıl
kapitanlarından olan
Şakir Dadaşov da bu
qənaətdədir. hesab edir ki, dənizi
sevmək başlıca şərtdir.
İTALİYADA AZƏRBAYcANIN İPƏK YoLUNUN
BƏRPASINA VERDİYİ TöhFƏLƏRDƏN DANIŞILIB
“Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC-
nin Nəqliyyat donanma-
sına məxsus “Bərdə”
gəmi-bərəsinin təmiri
yekunlaşıb. Gəmi sınaq
üzüşündən uğurla çıxıb.
Gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexa-
nizmləri, müxtəlif təyinatlı nasoslar,
köməkçi və baş mühərriklər əsaslı
təmir olunub. Bəzi detallar yeniləri
ilə əvəzlənib.
21-22 oktyabrda Sərhədçi Olim-
piya İdman Kompleksində Azər-
baycan Kikboksinq Federasiyası və
Bakı Şəhəri Gənclər və İdman Baş
İdarəsinin təşkilatçılığı ilə Kikbok-
sinq üzrə Açıq Bakı Çempionatı
keçirilib.
Roma şəhərində
Türk Mədəniyyət
Mərkəzi - Yunus
Əmrə İnstitutunun
İtaliya təmsilçiliyi,
“Fondazione Ugo
Spirito e Renzo De
Felice” Fondu və
“Eurosis Consulting” şirkətinin birgə
təşkilatçılığı ilə “Yeni İpək yolu: İqti-
sadi və mədəni şəbəkənin qurulması”
mövzusunda konfrans keçirilib.
Qazaxıstanın Kurık
limanından Bakı Bey-
nəlxalq Dəniz Ticarət
Limanına göndərilən
yüklərin həcmi bir mil-
yon tona çatdırılıb.
Səh. 3
Səh. 6
“KAPİTANLIQ FƏTh ETMƏK
İSTƏDİYİM ƏN UcA ZİRVƏ İDİ”
Səh. 8
Səh. 4
Səh. 5
Səh. 2
DƏNİZçİ XANIM KİKBoKSİNQ
üZRƏ çEMPİoN oLDU
YENİ ZİRVƏLƏRƏ DoĞRU
“AZƏRBAYcAN XƏZƏR DƏNİZ gƏMİçİLİYİ”
QSc-NİN YARANMASINDAN DöRD İL öTüR