52
4. Finişetmə.
Qısa məsafələrə qaçışda finişetmə məsafənin sonuncu 4-5
metrlik hissəsində
icra olunur. Bu zaman idmançı (şagird) finiş xəttini rəqibindən daha tez keçmək
üçün müxtəlif üsullardan istifadə edir. Bu məqsədlə sonuncu addımda sinəni irəliyə
vermək, sonuncudan əvvəlki qaçış addımını bilərəkdən qısaldmaqla sonuncu qaçış
addımını daha tez və qaçış səthinə yaxından icra etmək və s. bu kimi üsullardan
istifadə edilə bilər. Finişetmə bacarığını təkmilləşdirmək üçün aşağıdakı hərəkətlər
tövsiyə olunur:
-
hərəkətdən finiş xəttinə 10-15 m. məsafədən qrup və ya komandalı
finişetmə hərəkətləri;
-
şagirdlərin hərəkətdən, 25-30 m. məsafədə maksimal qaçış sürəti əldə
etdikdən
sonra cütlükdə, qrup və komandalı finişetmələri.
Qısa məsafəyə qaçışda zəruri olan və ya yuxarıda qeyd olunan hərəkətlərin
köməyi ilə inkişaf etdirilən reaksiya tezliyi, sürətlənmə, maksimal sürət
qabiliyyətləri yalnız qısa məsafələrə qaçışda deyil,
eyni zamanda idman oyun
növlərində: futbolda, basketbolda, həndbolda uğurlu fəaliyyət üçün mühüm hazırlıq
hesab olunur. Bu səbəbdəndir ki, digər idman növləri ilə ixtisaslaşan idmançılar
baza hazırlığı kimi atletika növlərindən istifadə edirlər.
Estafet qaçışı
Estafet qaçışının müxtəlif variantları aşağı siniflərdə kifayət qədər geniş
şəkildə tətbiq olunmuşdur. Çünki estafetlərin
müxtəlif təyinatlarla, yəni ayrı-ayrı
hərəki qabiliyyətlərin inkişafı üzrə təşkil edilməsi fiziki tərbiyə dərslərinin maraqlı,
şən keçirilməsi üçün ən gözəl vasitə hesab olunur. Qısa məsafələrə keçirilən estafet
yarışları sürət, o cümlədən maksimal qaçış sürətinin artırılması üçün ən effektiv
vasitə sayılır. Estafetin qaçış texnikası qısa məsafəyə qaçış texnikasından
əhəmiyyətli dərəcədə fərqlənmir. Bura da estafet komandasının birinci iştirakçısı
qaçışa aşağı start vəziyyətindən başlayır. O estafet ağacını sağ əlində 3 barmaqla
tutur, baş və göstərici barmaqla start xəttinin arxasında yerə istinad edir (şəkil 2).
Şəkil 2. Estafetlə start vəziyyəti
Çap üçün deyil
53
Marş komandası ilə hərəkətə başlayan birinci iştirakçı qaçış yolunun daxili
hissəsi ilə qaçaraq ikinci mərhələdə duran komanda yoldaşına yaxınlaşır.
İkinci mərhələdəki iştirakçı qaçış yolunun xarici tərəfində dayanır, estafeti
sol əli ilə qəbul edir və qaçış yolunun xarici tərəfi ilə qaçaraq üçüncü mərhələdə
dayanan komanda yoldaşına yaxınlaşır.
Üçüncü mərhələdəki idmançı qaçış yolunun daxili hissəsinə yaxın dayanır,
estafeti sağ əli ilə qəbul edib və qaçış yolunun daxili hissəsi ilə qaçaraq dördüncü,
sonuncu mərhələdə dayanan komanda yoldaşına yaxınlaşır. Dördüncü mərhələdəki
estafet iştirakçısı qaçış yolunun xarici tərəfi ilə qaçır və estafeti sol əli ilə qəbul edir
(şəkil 3).
Şəkil 3. Estafet komandası üzvlərinin qaçış yolunda hərəkət trayektoriyası
və yerləşmələri
Estafet qaçışında əsas məqsəd estafet ağacına
mümkün qədər tez, vaxt
itirmədən, mərhələlər üzrə ötürmələri daha effektli həyata keçirməklə finiş xəttinə
çatdırmaqdır. Göründüyü kimi, estafet qaçışında çox mühüm məsələlərdən biri
estafetin mərhələlər üzrə səmərəli ötürülməsinin təşkilidir.
Estafetin ötürülməsi üsulları.
Estafet ağacının ötürülməsi özü müəyyən
fazalara bölünür. Bu fazalar aşağıdakılardan ibarətdir:
-
hazırlıq fazası;
-
sürətlənmə fazası;
-
ötürmə fazası.
-
hazırlıq sür – ötür
Şəkil 4. Estafetin ötürülməsi
SÜRƏTLƏNMƏ
ÖTÜRMƏ
HAZIRLIQ
Çap üçün deyil
54
Klassik estafetlərdə estafet ağacının ötürülməsi üçün uzunluğu 20m. olan
məsafələr nişanlanır. Hər bir komanda estafetin ötürülməsini 20metrlik zona
daxilində həyata keçirməlidir. Lakin bu zonanın əvvəlində iştirakçıların sürətlən-
məsi, başqa sözlə estafeti ötürən və estafeti qəbul edən iştirakçıların qaçış sürət-
lərinin bir-birinə uyğunlaşdırılması üçün əlavə 10 metrlik zona müəyyənləşdirilir
(Şəkil 4, 5). Bu zonada estafeti ötürən və estafeti qəbul edən idmançılar müəyyən
nişanlar qoymaqla öz sürətlərini bir-birinə uyğunlaşdırırlar.
Beləliklə də estafet hər
iki idmançının (şagirdin) sürətli qaçışı anında ötürülür ki, bu da komandanın daha
yaxşı nəticə göstərməsinə imkan yaradır.
Şəkil 5. Estafet qaçışında sürətlənmə və ötürmə zonaları
Ötürmə texnikası.
Estafetin ötürülməsi ötürmə zonası daxilində qaçış
sürətlərinin bir-birinə uyğunlaşdırılması, estafeti ötürən (şagirdlərin) idmançının
estafeti qəbul edənə qaçaraq yaxınlaşıb «hop» komandası verməsi ilə icra olunur.
Bu zaman estafeti ötürən (şagird) idmançı estafeti qəbul edən (şagird) idmançı ilə
aralarındakı məsafənin ötürmənin həyata keçirməsi üçün əlverişli, kifayət qədər
yararlı olduğuna əmin olduqda «hop» komandasını verir. Bu komanda ilə estafeti
qəbul edən (şagird) idmançı əlini arxaya aparır və estafeti qaçış prosesində qəbul
edir. (şəkil 6)
Şəkil 6. Effektli ötürmə sahəsi
Çap üçün deyil