59
«Qayçıvari» üsulla tullanmanın icra texnikası.
Uzunluğa tullanmanın digər icra üsulları kimi bu üsulda da hərəkət, qaçış,
təkan, uçuş və yerəenmə fazalarından ibarətdir. Fərq, sadəcə olaraq, uçuş fazasında
idmançının qaçış hərəkətini icra etməsindədir. Əslində qaçaraq uzunluğa tullan-
manın icra üsulları bir-birindən uçuş fazasında idmançının müvazinəti saxlamaq,
uçuş məsafəsini artırmaq məqsədi ilə icra etdiyi hərəkətlərlə fərqlənir və tullan-
manın üsulu da bu hərəkətlərin xüsusiyyəti ilə müəyyən olunur.
Şəkil 11. Qaçaraq «qayçıvari» üsulla uzunluğa tullanmanın icra texnikası
«Qayçıvari üsulla uzunluğa tullanmanın icra texnikası».
Qaçış hissə
– 25-35m. məsafədə icra olunur. Bu məsafə sizə malik oldu-
ğunuz qaçış sürətini əldə etməyə imkan verməlidir. Digər tərəfdən hərəkətin qaçış
hissəsində əldə etdiyiniz hərəkət sürəti təkan yerinə qədər getdikcə artmalıdır.
Qaçış hissəyə olan tələblərdən biri də bu məsafədə maksimal sürət əldə etməklə
təkan yerinə mümkün qədər yaxın «düşməkdir».
Siz aşağı siniflərdə fiziki tərbiyə dərslərində qaçaraq uzunluğa tullanma
hərəkətini dəfələrlə icra etmişsiniz və bu prosesdə müəyyən bacarıqlara yiyə-
lənmişsiniz. Bu hərəkətin təkmilləşdirilməsi, onun ayrı-ayrı fazalarında mühüm
elementlərin icrasının yaxşılaşdırılması və bu zaman fiziki hazırlığınızdan tam isti-
fadə ilə həyata keçirilməlidir. Hərəkətin qaçış hissəsini icra texnikasının təkmil-
ləşdirilməsi üçün aşağıdakılara diqqət yetirilməlidir:
1.
Təkan yerindən əks istiqamətə qaçmaqla maksimal sürət əldə etdiyiniz
məsafəni müəyyən edin.
2.
Bu məsafədən təkan yerinə tərəf qaçarkən həmişə eyni ayaqla qaçışa
başlayın.
3.
Qaçış hissədə mümkün qədər tez maksimal sürət əldə etməyə çalışın.
Təkan anı sizin hərəkət sürətiniz maksimal olmalıdır.
4.
Təkandan əvvəl gövdənizi şaquli vəziyyətdə saxlayın. Bu təkanın icrasını
asanlaşdıracaqdır.
5.
Qaçış zamanı bədəni gərginləşdirməyin. İlkin olaraq yalnız maksimal
qaçış sürəti əldə etmək haqqında düşünün.
Təkan fazası
– bu fazanın əsas məqsədi maksimal sürətlə hərəkət edən id-
mançının (şagirdin) bədənini müəyyən bucaq altında yuxarıya-irəliyə istiqamət-
ləndirməkdir (Şəkil 12). Təkan fazasında təkan ayağı bədəndən xeyli irəliyə qo-
yulduğundan hərəkət sürətindən müəyyən azalmalar baş verir. Bu səbəbdən də
QAÇIŞ
TƏKAN
UÇUŞ
YERƏENMƏ
Çap üçün deyil
60
təkan ani, təkan ayağının pəncəsini təkan yerinə fəal «aşağıya-geriyə» (dımrıqvari)
hərəkəti ilə qoymaq lazımdır. Təkanın icrası zamanı qolların və sərbəst qıçın
hərəkəti kifayət qədər sürətli və kəskin olmalıdır. Hərəkətin təkan fazasının icra
texnikasının təkmilləşdirilməsi üçün aşağıdakılara diqqət yetirilməlidir:
1. Axırıncı addım başqalarından daha tez və sürətli icra olunur. Ayaq təkan
yerinə çox fəal «dırmaqvari» hərəkətlə qoyulur.
Şəkil 12. Qaçaraq uzunluğa tullanmada təkan fazası
2. Daban yalnız ani olaraq qaçış səthinə toxunur, gövdənin ağırlığı sürətlə
pəncənin ucuna yuvarlanır.
Sizdə belə hiss olmalıdır ki, ani toxunaraq təkan yerini ayağınızla arxaya
itələyirsiniz və bunun ardınca bütün bədən sürətlə düzəldilir.
3. Gövdənin yuxarı hissəsi şaquli vəziyyətdə olmalı, baxışlar irəliyə
istiqamətlənməlidir.
4. Sərbəst qıçın budu üfüqi xəttə kimi fəal və sürətlə qaldırılır.
5. Qolları yuxarıya cəld və sürətli holaylandırma hərəkəti ilə siz təkanın
icrasına kömək etməlisiniz.
Yadda saxlamaq lazımdır ki, yol verilən ən ciddi qüsur təkan qıçının sürətlə
oynaqlardan düzəldilməməsidir. Təkanın sürətlə icra olunmaması sizin qaçış
hissədə əldə etdiyiniz sürətin xeyli itirilməsinə gətirib çıxarır. Sonuncu addımın
həddindən artıq uzun olması da hərəkət sürətinin itirilməsinə və təkanın cəld,
sürətli icrasına mane olur.
Uçuş fazası
– gövdənin təkan zamanı yuxarıya-irəliyə istiqamətlənmiş
traektoriya üzrə hərəkətini təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir (Şəkil
13). Bu zaman idmançının (şagirdin) müvazinəti saxlamaq üçün yerinə yetirdiyi
hərəkətlər təbii və hərəkətin qaçış hissəsində icra olunanların davamı olmalıdır.
Ətrafların xüsusən də qıçın uçuş fazasında vaxtından tez irəliyə aparılması uçuş
trayektoriyasını dəyişir və uçuşda qalma vaxtını azaldır. Bu da öz növbəsində
nəticəyə mənfi təsir göstərir. Bu səbəbdən də təkandan dərhal sonra idmançı
(şagird) «addım» vəziyyətində, yəni təkan qıçı arxada olmaqla xeyli uçuşda qalır,
Çap üçün deyil
61
tədricən uçuş fazasında addım (qayçıvari) hərəkətini yerinə yetirir, təkan ayağını
irəlidəki sərbəst qıça yaxınlaşdırılır və idmançı (şagird) yerə enməyə hazırlaşır.
Uçuş fazasında hərəkətlərin təkmilləşdirilməsi üçün aşağıdakılara diqqət yetirmək
zəruridir:
1.
Uçuşun əvvəlində təkanın icrası zamanı yaranmış bədənin «addımda»
uçuşu vəziyyətini, mümkün qədər çox saxlamaq. Özünüzə komanda verin: «Daha
uzağa uçmaq»! (Şəkil 13, vəz. 1, 2, 3, 4)
Şəkil 13. Qaçaraq uzunluğa tullanmda uçuş fazası
2.
Uçuşda bədənin yuxarı hissəsini şaquli vəziyyətdə saxlamağa, müm-
künsə, hətta azacıq arxaya əyilməyə çalışın.
3.
Təkandan sonra təkanı icra edən əzələləri tam boşalmaq, sərbəst şəkildə
arxada saxlamaq. Onu irəliyə aparmağa tələsmək lazım deyil (Şəkil 13, vəz. 1-4).
4.
Yerəenmədən əvvəl hər iki qıç irəliyə aparılır, bədənin şaquli vəziyyəti
saxlanılır (Şəkil 13, vəz. 4, 5).
5.
Hər iki qıç eyni səviyyədə, xəndəyə paralel vəziyyətdə yerləşir, sinə
dizlərə toxunur (Şəkil 13, vəz. 6).
6.
Qollar irəlidən arxaya hərəkət etdirilir. Bu vəziyyət uçuş traektoriya-
sından səmərəli istifadəyə imkan verir.
Yerəenmə fazası
– üfüqi tullanmalarda yerəenmənin hərəkət trayektoriyasına
yaxın icrası üçün xüsusi əhəmiyyət daşıyır (Şəkil 14). Yerəenmə uçuşun hərəkət
trayektoriyasının enmə nöqtəsindən başlayır. Bu zaman idmançı (şagird) gövdəni
düz saxlamağa və qıçları mümkün qədər diz oynağından düzəldərək irəliyə atmağa
çalışmalıdır. Yerəenmənin təkmilləşdirilməsi üçün aşağıdakılara diqqət yetiril-
məlidir:
1.
Hər iki qıç dizdən düzəldilib və irəliyə aparılır. Lakin gərginləşdirilmir,
sərbəst saxlanılır (Şəkil 14, Vəz. 1).
2.
Dabanlar enmə səthinə toxunan anda qıçlar dizlərdən yumşaq bükülür
(Şəkil 14, Vəz. 2).
Çap üçün deyil
Dostları ilə paylaş: |