57
cilalayır, təlimsiz ağıl sərt və qabadır – pardaxlanmamış daş kimi kobuddur. Buna
görə də təlim hamı üçün zəruridir. Təlim insanı həmişə təkmilləşdirməlidir, həm də
təlimə kiçik yaşlardan başlamaq daha səmərəlidir. Qızların təlim-tərbiyəsinin həm
birlikdə kiçik yaşlardan, həm də ayrılıqda böyük yaşlarda həyata keçirmək olar.
Təlimin məzmunu və nəzəriyyə ilə praktikanın uyğunluğuna dair Nizaminin irəli
sürdüyü fikirlər, mülahizələr XV-XVI əsrlərdə Qərbi Avropada intibah dövrünün
humanistərinin (Vittorino, Rable, Rotterdamlı Erazm və başqaları), həmçinin XVIII
əsr maarifpərvərlərinin ideyaları ilə müəyyən dərəcədə səsləşir.
Nizami Gəncəvinin əsərlərində əxlaq tərbiyəsinə də geniş yer verilmişdir.
Bunun hamısı şairin dərin insanpərvərliyindən, şəxsiyyətə və xalqa olan sonsuz
məhəbbətindən irəli gəlir. O, həyatın məqsədini xeyirxahlıqda görürdü, insan
xeyirxah olmalıdır. Lakin belə adamlar başqalarına qarşı münasibətini düzgün
müəyyən etməyi, xeyirxahlığı tətbiq edərkən səhvə yol verməməyi də bacarmalıdır.
Bütün adamlara, daha doğrusu, düşmənə xeyirxahlıq göstərmək olmaz, əksinə
xeyirxahlıq düşməni, şər qüvvələri məhv etməyi tələb edir. Əxlaq tərbiyəsi və əxlaq
məsələlərinə dair görüşlərində dostluq və yoldaşlıq da mühüm cəhətlərdən biri kimi
nəzərə çarpır. Şair dönə-dönə qeyd etmişdir ki, adam-adama gərək olur. Dostu,
yoldaşı olmaq insanı fərəhləndirir, sadiq dost adamın sevincinə, kədərinə şərik olur,
dostsuz, yoldaşsız keçinmək, bəşər cəmiyyətindən uzaq düşmək adamı yazıq
vəziyyətə salır və s.
Yüksək əxlaqi keyfiyyətlərin formalaşmasında qarşılıqlı yardımı,
xeyirxahlığı, böyüklərə və həmyaşıdlarına hörməti həqiqi insanın ilkin əlamətlərindən
biri kimi hesab edir. O, təlim-tərbiyədə tərbiyəçinin roluna böyük əhəmiyyət verərək
göstərmişdir ki, müəllim, tərbiyəçi geniş biliyə, saf əxlaqa, iti zehnə malik olmalıdır.
Onun fikrincə tərbiyəçi həm dünyagörüşü, həm yüksək mənəvi keyfiyyətləri ilə
tərbiyə edilənə nümunə olmalıdır. Hər bir tərbiyəçi tərbiyə etdiyi şəxsə qayğı ilə
yanaşmalıdır. Tərbiyə verənlə tərbiyə olunan arasında səmimi dostluq münasibəti
olmalıdır (38, səh.11-18).
Nizaminin əsərlərində antik dövrün filosofu Aristotelin bölgüsü ilə səsləşən
fikirlər də diqqəti cəlb edir. Bunu oğlu Məhəmmədə yazdığı nəsihətlərdən aydın
görürük. Birinci nəsihət yazılanda oğlu Məhəmmədin 7 yaşı, ikinci nəsihət yazılanda
58
14 yaşı, üçüncü nəsihət yazılanda 21 yaşı vardı. Hər yaş bölgüsündə o, oğluna yaşa
uyğun işlər görməyi məsləhət görürdü. Nizami təlimə 7 yaşdan başlamağı tövsiyə
edir. Bu yaşda uşağa əslinə görə hörmət edirlər. 7 yaşına qədər uşaqların qayğısına
qalmağı, onlarda gözəl keyfiyyətlər tərbiyə etməyi zəruri sayırdı. Erkən yaşdan uşağı
elə böyütmək lazımdır ki, atasına layiq övlaq olsun:
Uşaqkən əslini sorsalar bir az
Ağac bar verəndə cinsi sorulmaz.
7 yaşlı balam, gözümün nuru,
Ey dilim əzbəri, qəlbim qüruru.
Bu Hilal dövründə gəl eyləmə qəm.
Bədr olan zamanda gözəl Hilalın,
Göyə nur saçacaq sənin kamalın.
Biliyə raqib ol, dünyanı qazan.
Vaxtı boş keçirmə, qələm al ələ,
Elə namuslu ol, desin hər görən,
Ağıllı oğluna Nizami əhsən.
Deyən Nizami oğlunun gələcəyinə böyük ümid bəsləyir. Ikinci nəsihətində,
insanın elmlə ucaldığına işarə edir:
Ucalmaq istəsən bir kamala çat,
Kamala ehtiram göstərər həyat.
Üçüncü nəsihətində oğlunun əxlaqı məsələlərinə diqqət yetirir. Oğlundan
xalqa fayda verməyi, əsl kişi olmağı, yaxşı dost tapmağı məsləhət görür:
Bir dostun olsa da eyibli əgər,
Yüzünün adına ləkə gətirər.
Hünər ardınca qaç, xalqa hünər saç,
Qapılar bağlama, ər ol, qapı aç.
Hər kim öyrənməyi bilməyirsə ar,
Sudan dürr, daşdan gövhər çıxarar.
Artıq 5 yaş olanda uşaq hər şeyi dərk edir, yaxşını pisdən seçir. Gördüyü
hər şeydən ibrət götürür. 6 yaşda ətrafı dərk edir. 7 yaşa çatanda ona müəllim tuturlar
ki, ona dərs desin. Lakin 9 yaşa kimi oynamaq olar. Bundan sonra ciddi iş başlayır.
59
Nizami elmə, biliyə yüksək qiymət verir. Insan elmlə ucalır. Sən çalış yaxşıca
öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı deyəndə, dünyəvi fənlərin öyrənilməsini
nəzərdə tutur. O, insanı yer üzünün əşrəfi hesab edirmiş. Bu əşrəfin yetişməsində
irsiyyətlə yanaşı ictimai mühitin, tərbiyənin rolunu yüksək qiymətləndirmişdi.
Şahana tərbiyə, hünər, nəzakət,
Ağıla nur verər, ürəyə qüvvət.
Gəncləri ata şöhrətinə arxalanmamağa, zəhmət çəkməyə, elm öyrənməyə,
əməklə məşğul olmağa çağırır. Ata müəyyən vaxta qədər övladına kömək edə bilər.
Sədi Şirazi (1189-1291) yardıcılığında insan şəxsiyyətinin formalaşmasına
təsir edən amillər – irsiyyət, tərbiyə və mühit eyni dərəcədə dəyərləndirilir, hər
üçünün də həlledici olmasının qənaətinə gəlinir. O, ayrı-ayrı hekayətlərdə və şer
parçalarında hər üçünün fəzilətlərindən bəhs edir. Şərq klassikləri kimi o da hər
şeydən öncə şəxsiyyətin təşəkkülündə irsiyyəti aparıcı amil kimi tərənnüm edir:
Heç seyqəl götürməz zatı pis dəmir,
Nə qədər çalışsan bədgöhər olar.
Və yaxud o belə bir maraqlı əhvalatı təsvir edir: Bir dəstə quldur dağ başında
məskən salıb, gəlib-gedən karvana hücum edir, onların var-yoxlarını alırdı. Ona görə
yerli adamlar onları tutmağı qərara alırlar. Onlar pusqu təşkil edir və quldurları əsir
alırlar. Şah quldurların hamısını öldürməyi əmr edir. Onların sırasında gənc bir oğlan
da vardı. O, çox gözəl idi. Vəzirlərdən birinin ona rəhmi gəldi və onun
bağışlanmasını xahiş etdi. Vəzirin sözündən xoşlanmayan şah dedi:
Yaxşı ibrət götürməz, zatı bəd, nacins olan
Necə ki, günbəz başında qoz dayanmaz heç zaman.
Belə yaramazların kökünü kəsmək lazımdır. Odu söndürüb, qorunu saxlamaq,
əfini öldürüb balasına rəhm etmək ağıllı iş deyildir. Vəzir şahın dediklərini təsdiq
edib deyir ki, onun buyuruqları həqiqətdir. Lakin oğlanı yaxşı tərbiyə etsək o düzələr.
Şah oğlanın günahından keçdi və dedi: - Məsləhət bilmirəm, lakin bağışlayıram.
Oğlanı bir müəllimə verdilər. Vəzir oğlanı şaha təriflədikcə hökmdar vəzirin
sözünə gülümsəyib deyirdi:
Insanla qalmağa etsə də adət,
Qurd oğlu qurd olar yenə nəhayət.
Dostları ilə paylaş: |