63
insanda çeviklik, cəldlik əmələ gətirir.
N.Tusi həyatı uşaqlarsız təsəvvür etmir və bütün əsər boyu uşaqların tərbiyəsi
alimin diqqət mərkəzində olduğu açıq-aydın görünür. Əsərdə bu məsələyə xüsusi
fəsil həsr edən alim uşaqların gələcəkdə necə olacaqlarını lap ilk südəmər çağlarından
veriləcək tərbiyəsindən asılı olduğunu göstərir. Bu məsələdə o yazır: “...ata-ananın
borcudur ki, hər şeydən əvvəl övladlarını vicdanlı olmağa öyrətsinlər, sonra müxtəlif
tərbiyə və təlim işlərinə başlasınlar” (62, səh.74).
N.Tusinin fikrincə uşaqlarda özünü göstərən “həya” hissinin tərbiyəsi ilə
birinci növbədə məşğul olunmalıdır. O, həya hissinin böyük əhəmiyyətini göstərərək
yazır: “...uşaq həyalıdırsa əksər halda başını aşağı salıb durursa, sırtıqlıq etmirsə, bu
onun nəcibliyinə sübutdur, bu o deməkdir ki, onun nəfsi çirkin əməllərdən çəkinir və
onlara ikrah hissi ilə yanaşaraq gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın
uşaqda olmasına dəlalət edir”. Bununla da o, uşağın gələcək xoşbəxtliyini böyük
istedadın nəticəsi hesab edir.
Dahi alim uşaqlarda yalana, böhtana, iftiraya, kədər və qəmlərə biganə
qalmağa, xudpəsəndliyə nifrət hissi oyatmağı uşaq tərbiyəsinin əsası sayır və bunu
tərbiyəçilərin ən ümdə vəzifəsi hesab edir. N.Tusi göstərir ki, uşaq inkişafının ilk
anlarından yalançı, paxıl, tərs və inadkar ola bilər. Bu, vaxtında tənbeh edilməzsə,
gec olar. Buna görə də uşaq körpəlikdən belə əməllərdən uzaqlaşdırılmalı və vaxtında
tərbiyə edilməlidir.
N.Tusi uşaqların tərbiyəsində onların böyüklərə hörmət ruhunda tərbiyəsinə
xüsusi diqqət vermişdir. Bu hissin tərbiyəsi əsasına özünə hörməti qoyur, yəni
yalnız özünə hörmət olduqda bu hiss başqalarına da rəva görülür.
N.Tusi uşaqları pis təsirlərdən qorumağı, əxlaq normaları pozulmuş mühitdən
uzaqlaşdırılmağı, nəyin pis, nəyin yaxşı olduğunu vaxtında uşaqlara başa salmağı
tövsiyə edir. O uşaqlarda, doğruçuluq, düzlük tərbiyə etməyi məsləhət görür və yazır:
“...elə etmək lazımdır ki, uşaq heç bir şeyi gizlətməsin, bir şeyi gizlətmək onun qəbih
iş olduğunu başa düşməyi göstərir, bir qəbih iş gizlədildimi, başqa qəbih işləri də
gizlətməyə cəsarət edər” (62, səh.75).
Dahi mütəfəkkir alim, müəllim məsələsinə də toxunmuş, onun uşaqların
tərbiyəsində böyük roluna xüsusi əhəmiyyət vermişdir. O, özünün nümunəvi olması,
64
peşəsinin isə son dərəcə məsuliyyətli olması qeyd etmişdir, müəllimi ata ilə bərabər
tutur və yazır: “Müəllimlərin ədəb və tərbiyə öyrətmələri əsl vücuda nisbətən ikinci,
ata-babaların tərbiyəsinə nisbətən isə şərəflidir və həqiqətən müəllim cismani atadır”.
Mütəfəkkir müəllim şərəfini yüksəldən belə hikmətli ifadəyə müraciət edərək yazır:
“İskəndərdən soruşurlar: “atanı çox sevirsən, yoxsa müəllimi?” – dedi: “Müəllimi.
Atam məni dünyaya gətirmişdir, müəllimim isə mənə əbədiyyət bəxş etmişdir”.
Beləliklə, N.Tusi müəllimin uşaq üzərindəki əzab və əziyyətini ata zəhmətinə
bərabər tutmaqla öz fikrini belə ümumiləşdirir: “Müəllimin tələbəyə olan məhəbbəti
xeyirxahlıq məhəbbəti nöqteyi-nəzərindən də atanın oğula onan məhəbətindən üstün
olar, çünki onun tərbiyəsi tam fəzilət, mənəvi qida, xalıs fikmət əsasında olar.” Ona
görə də o uşaqların tərbiyəsini, onların tərbiyəsinin düzgün, qüsursuz aparılması
üçün, dunu saf, pak tərbiyəçilərə tapşırılmasına tövsiyə edir.
Bununla da N.Tusi “Əxlaqi-Nasiri” əsərinin övladların tərbiyəsinə həsr etdiyi
fəslin uşaqların mənəvi təmizlik, əxlaqi saflıq ruhunda tərbiyə olunması ilə yekun
vuraraq bunu valideyn, tərbiyəçi və müəllimin ən ümdə vəzifəsi hesab edir.
N.Tusi doğulan uşaq üçün ağıllı və sağlam bir dayə tapmağı məsləhət görür.
Çünki pis adət və xəstəliyin çoxu süd vasitəsilə uşağa keçir.
Südəmər bir uşaq tutmamış maya
Tutmayın siz axmaq, xəstə bir dayə,
Süd ilə bədənə girərsə zəhər
O, bədəndən yalnız öləndə çıxar.
Uşaq süddən ayrıldıqdan sonra onu tərbiyə etmək, nizam-intizamı öyrətmək
lazımdır.
Uşağın təbiətində həmişə fitri nöqsanlar var, tərbiyə vasitəsilə vaxtından əvvəl
onun qarşısını almaq lazımdır ki, onun əməlləri pis vərdişə çevrilib, qəlbində kök
salmasın. Onun əxlaqını saflaşdırmaq üçün uşaqda özünü biruzə vermək istəyən
nəcib keyfiyyətləri təkmilləşdirmək, inkişaf etdirmək lazımdır.
Uşaqda təmiz, idraki qüvvələrdən əvvəl utanmaq, həya əlaməti özünü
göstərir. Uşaqları erkən yaşdan mehribanlıq, məhəbbət doğuran kəlamlarla tərbiyə
etmək lazımdır - xüsusilə ağıla, idraka, şüura təsir edən başa salmaq yolu ilə, yəni,
inandırma yolu ilə. Tusi qeyd edirdi ki, elə valideynlər var ki, uşağı düzgün tərbiyə
65
etmir, ən qorxulu vasitəyə - pul verməklə, onu başqa şeylər vəd edib, şirnikləndirmək
yolunu seçirlər. Bu isə erkən yaşdan uşaqlarda riyakarlıq, yalançılıq tərbiyə edir.
O, adət-ənənələri davranış qaydalarını, dini vəzifələri öyrənməyi zəruri sayır.
Xeyirli işləri onun yanında tərifləmək, zərərli işləri pisləmək lazımdır. Uşaq yaxşı iş
görəndə onu həvəsləndirmə yaxşı nəticə verir. Onları sadə geyimə, sadə yeməyə
öyrətmək lazımdır. Tusi yazır ki, kiçik yaş dövründə uşaqlar çoxlu səhvlərə yol
verirlər. Qəbahətli işlər görər, çox zaman yalançı və paxıl, oğru, xəbərçi və tərs ola
bilər. Uşağı körpəlikdən tərbiyə etmək, sonra təlimə başlamaq lazımdır. Burada
tərbiyəvi şerlər, kəlamlar öyrətmək lazımdır.
Uşağı çoxlu danlamaq da olmaz. Uşağı çox danlayanda sırtılır, sonra qəsdən
pis hərəkətlər edər ki, qarşısındakını əsəbiləşdirsin.
Uşaqların tərbiyəsində mədəni-gigiyenik adət və vərdişlərin tərbiyəsinə
xüsusi fikir verilməlidir. Uşağın xoşuna gəlsin deyə ona rəngarəng, ləzzətli xörəklər
vermək lazım deyil. Bu uşaqda qarınqululuq və ləzzətli yeməyə hərislik tərbiyə edir.
Onlara orta bir yemək vermək lazımdır ki, bu həm yoxsullara, həm də
varlılara aiddir. Uşağa səhər yeməyini az və yüngül vermək lazımdır. Əgər uşaq
səhər-səhər çox yesə onu yuxu basar, zehni kütləşər. Bu yaşda uşağa az ət vermək
lazımdır. Əgər az ət yesə onda çeviklik, oynaqlıq, şənlik meylləri daha güclü olar.
Xörək arasında su içmək də olmaz. Uşağı nalayiq söz, şit zarafat olan yerdən uzaq
saxlamaq lazımdır.
Uşağı qorxu hissindən uzaq saxlamaq lazımdır. Qorxaq uşaqlar pis iş tutanda
cəzalanacağından qorxub, əsil həqiqəti demir, uşağı elə etmək lazımdır ki, o, öz
sirrini valideynlərindən gizlətməsin. Uşağı yatağanlığa öyrətmək lazım deyil,
yatağanlıq insanda süstlük, tənbəllik yaradır. Uşaqlara yumşaq paltar geyindirməməli,
onun bədəni möhkəm olsun deyə yatağı və paltarı cod olmalıdır. Böyüklərə tərbiyə
hissi tərbiyə edilir ki, lovğalığa qarşı mübarizə aparılmalıdır. Az danışmağı erkən
yaşdan uşaqda tərbiyə etmək lazımdır. Uşaq az danışsın, böyüklərin danışmağına
qulaq assın. Nalayiq sözlər danışmaq, söyüş söymək, yersiz danışmaqdan
çəkindirməli.
N.Tusi cəza tədbirindən də istifadə etməyi lazım bilir. Uşaqları pula, qızıla,
gümüşə hərislikdən qorumaq lazımdır. Bunlarda olan zəhər heç əfi ilanda da yoxdur.
Dostları ilə paylaş: |