60
Bu hadisədən bir neçə il keçdi. Oğlan bir dəstə dələduzlarla dostlaşıb, onlarla
yoldaşlıq edir. Bir gün fürsət tapıb, həmin vəziri, onun iki oğlunu öldürüb dağlara
qaçır. Şah bunu eşidib təəssüflənir və deyir:
Iti şəmşir olmaz paslı dəmirdən,
Gözləmə nakəsdən adamlığı sən,
Yağışla sulansa bağ da, şoran da,
Bağda lalə bitər, şoranda tikan.
Göründüyü kimi o, burada irsiyyəti əsas götürür. Bəzi rübailərində isə əqli
qabiliyyətlərin inkişafında tərbiyəyə üstünlük verir. Insan şəxsiyyətinin
formalaşmasında onun özünün fəal iştirakını zəruri hesab edən Sədi əqli tərbiyə
altında biliklərə yiyələnməyi, onları praktikaya tətbiq etməyi və əqli qabiliyyətləri
inkişaf etdirməyi nəzərdə tuturdu. O, biliyin həyatı əhəmiyyətini göstərməyə çalışır
və qeyd edirdi ki, kim biliklərə yiyələnərsə, ağıllı, xeyirxah, gözəl davranışa malik
olar. Ona görə də uşaqların tərbiyəsinə kiçik yaşdan başlamaq lazımdır:
Kiçik ikən hər uşaq edilməzsə tərbiyət,
Böyüyəndə görünməz onda ədəb, nəzakət.
Yaş çubuğu, istəsən hər şəklə salarsan,
Od qurudub düzəldər o çubuğu nəhayət.
3. Şərqdə qədim və orta əsrlərdə yaşayıb-yaratmış alim, şair və dövlət
xadimlərinin hərəsinin özünə məxsus orijinal və səciyyəvi cəhətləri, sirli tərəfləri,
ziddiyyətli və mübahisəli məsələləri vardır. Belə görkəmli şəxsiyyətlərdən biri də
Xacə Nəsirəddin Tusidir (1201-1274). Tusinin əsərləri içərisində “Əxlaqi-Nasiri”
məzmununun ictimai, iqtisadi, siyasi, əxlaqi, fəlsəfi və tərbiyəvi səciyyəsi
baxımından xüsusi əhəmiyyətə malik olub, yeddi yüz ildən artıq bir müddət ərzində
Orta və Yaxın Şərq məktəblərində əxlaq dərsliyi kimi şöhrət tapmışdır. O, ailədə
övladın bir çox müsbət keyfiyyətlərə yiyələnməsi üçün valideynlərin necə olmasını
göstərir, ilk əvvəl ananın ailədə tərbiyəlilik səviyyəsindən başlayır. Ilk növbədə uşağa
yaxşı bir ad qoyduqdan sonra onun tərbiyə olunması üçün sağlam və ağıllı bir dayəni
tapmağı məsləhət görür. O, deyir ki, “Uşaq süddən ayrıldıqdan sonra hələ əxlaqı
korlanmağa vaxt tapmamış onu tərbiyə etməyə, nizam-intizama öyrətməyə başlamaq
lazımdır. Uşaq təbiətində olan fitri nöqsanlara görə, pis adətlərə meyl edə
61
biləcəyindən vaxtından əvvəl onun qarşısını almaq, təbiətini nəzərdə tutmaqla
əxlaqını saflaşdırmaq gərəkdir, yəni hansı təmiz qüvvə uşaqda özünü əvvəl biruzə
verirsə, onun da təkmilləşdirilməsi əvvələ salınmalıdır” (47, səh.156).
Nəsirəddin Tusi qeyd edir ki, uşaqda təmiz, idraki qüvvələrdən ən əvvəl
utanmaq, həya əlamətləri özünü göstərir. Deməli, diqqət edilməli, fikir verilməlidir:
əgər uşaq həyalıdırsa əksər halda başını aşağı salıb sırtıqlıq etmirsə, bu onun
nəcibliyinə sübutdur; bu o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib,
gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın uşaqda olduğuna dəlalət edir.
Belə isə həmin uşağın tərbiyəsinə xüsusi fikir verilməli, heç bir şeyi əsirgəməməli,
istedadın sönüb getməsinə yol verilməməlidir. Tərbiyənin birinci şərti budur ki, uşağı
onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa və oynamağa
qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər.
Nəsirəddin Tusi xeyirli işləri uşağın yanında tərifləməyi, zərərli şeyləri
pisləməyi məsləhət görür. O, göstərir ki, uşaqda pis adətlərə, bəd əməllərə nifrət
yaratmaq lazımdır. Uşaq inkişafın ilk anlarında çoxlu səhvlərə yol verərsə, qəbahətli
iş görər, çox zaman yalançı, paxıl, oğru, xəbərçi, tərs və inadkar olar, füzulluq edər,
dediyindən əl çəkməz, başqalarını da zərərli və xoşagəlməz iş tutmağa vadar edər,
sonra isə tənbeh və tərbiyə yaşı keçər. Deməli, uşağı körpəlikdən tərbiyə etmək
lazımdır. Sonra dərs öyrətməyə, təlimə başlarlar. Hikmətli kəlamlar, tərbiyəvi şerlər
əzbərlədərlər ki, öyrətmək istədikləri şeylər yadında qalsın (48, səh.158-159).
Nəsirəddin Tusi göstərirdi ki, uşaqda hamıya qarşı təvazökarlıq, yaxın
adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən
güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Uşaq
özündən böyüklərə, tərbiyəçisinə, özünə hörmət və xidmət etməyi bilməlidir. Xüsusi
səbəb olmadıqda başqa uşaqları danlamağa qoymamalı, günahları olduqda isə təhrik
etməli, yaxşı iş gördükdə, kömək göstərdikdə tərifləməli, mükafat verilməlidir ki,
insanlara yardım etmək onun qanına işləsin, adətə keçsin (48, səh.160).
Ümumiyyətlə, Nəsirəddin Tusi uşaqlarda xeyirxah olmaq, insanlarla oturub-
durmağı, həmişə bəd əməllərdən uzaq olmağı, böyüklərə, kiçiklərə, həmyaşıdlarına
və özünə hörmət etməyi, əlindən gələn yaxşılığı kimliyindən asılı olmayaraq etməyi,
pislikdən uzaqlaşmağı, tamahkarlıqdan, xəsislikdən uzaqlaşmağı da məsləhət görür.
62
Bundan savayı o, uşaqların tərbiyə olunmasında tərbiyəçinin hansı xüsusiyyətlərə
malik olması haqqında da çox qiymətli fikirlər söyləmişdir. Tərbiyəçinin ağıllı,
vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışıqlı, insaflı rəftarlı,
pak və təmizlikdə məşhur olmaq kimi tələblər qoyurdu (48, səh.161-162).
Pedaqogikanın bir elm kimi formalaşmağa başladığı XVII əsrdən etibarən
uşaqlarda bir sıra əxlaqi keyfiyyətlərin, o cümlədən xeyirxahlıq və humanist hisslərin
formalaşmasına mühüm diqqət verilmiş və ayrı-ayrı pedaqoqların əsərlərində və
pedaqoji fikirlərində bi məsələ xüsusi qeyd edilmişdir.
Nəsirəddin Tusi “Əxlaqi-Nasiri” əsərində əxlaq məsələlərinin dərin təhlilini
verir, təhlil etdiyi əxlaqı insanların ictimai münasibətlərini tənzim edən ölçü
olduğunu göstərir. O, insan, onun şəxsiyyəti və onun şəxsiyyətinə təsir edən əxlaqı
şərh etməklə uşaqların tərbiyəsində tərbiyənin həlledici əhəmiyyətini açıb
göstərmişdir. Bu işdə valideynlərin, tərbiyəçilərin, müəllimlərin böyük məsuliyyət
daşıdığını qeyd etmişdir. O, mənəvi təmizliyə, əxlaqi saflığa böyük əhəmiyyət
verərək uşaqların və gənclərin mənəvi tərbiyəsi ilə məşğul olmalarını məsləhət
görürdü.
Tusi uşaqların tərbiyəsində ailənin roluna diqqət verir. O qeyd edirdi ki,
mənzil dedikdə, palçıq, daş, kərpicdən tikilən bina nəzərdə tutulmur, burada həmçinin
ərlə arvad, valideynlə övlad münasibətləri də olmalıdır. Ailə başçısı ailə üzvlərinin
yerini və vəzifəsini bilməlidir. Təbiətdə olduğu kimi insan orqanizmində də hər
üzvün öz vəzifəsi var. Ümumi mənafe üçün bu vəzifələr birləşəndə bədənə xidmət
edir. Ailə üzvləri də belə olmalıdır. Ailə üzvləri ayrılıqda fərddir, hər birinin öz
xarakterik xüsusiyyəti var. Lakin onlar birlikdə bir məqsədə xidmət etməlidirlər ki,
ailədə iş düzgün getsin. Ailə münasibətlərində kişi, qadın münasibətlərini geniş təhlil
edir və göstərir ki, yaxşı qadın, yaxşı ana yaxşı uşaq tərbiyə edə bilər. Dahi alim
adqoyma məsələsinə də toxunaraq söyləyir ki, ailə uşağa yaxşı ad qoymalıdır ki, o,
gələcəkdə öz adından xəcalət çəkməsin. Yaxşı ad xoşbəxtlik nişanəsidir. Bundan
sonra uşağın fiziki sağlamlığı və tərbiyəsi ilə maşğul olmaq lazımdır. Uşaqlara
rəngarəng yeməklər verməklə onları yeməyə şirnikləndirmək lazım deyil. Onu orta
bir xorəyə alışdırmaq lazımdır. Arabir yavan çörək də yemək lazımdır. O, səhərlər az
yeməyi məsləhət görür. Səhərlər çox yemək insan zehnini kütləşdirir. Az yemək isə
Dostları ilə paylaş: |