69
cəmiyyətin asılılığını duyan Füzuli bu məsələyə “Fəzliyə nəsihət” və “Rindü Zahid”
əsərlərində geniş toxunmuşdur.
M.Füzuli tərbiyəsinin ən aktual bir sahəsi olan
ailə tərbiyəsini də geniş
işıqlandırmış, bu məsələyə bir sıra əsərlərində toxunmuşdur. Füzuli ata və ana olmağı
şərəfli bir vəzifə sayır. Övladı isə heç bir ləl-cəvahirata bənzəməyən dünyanın ən
böyük neməti sayır və onsuz ad-sanın heç bir qiyməti olmadığını qeyd edir. Füzuliyə
görə ata və ananın həyatının mənası övladdır. Övladın isə gələcəkdə təqdirə layiq
olması üçün onun valideyn tərəfindən kiçik yaşlarından tərbiyəsi düzgün
qurulmalıdır. Bu tərbiyə gələcəkdə öz səmərəsini göstərəcəkdir.
Füzuli irsiyyət, mühit və tərbiyə məsələsinə də toxunmuşdur.
O yazır:
Hər kimin ki, zatında var şərafət nüfuzu,
Istilahi ülum ilə müsəlman olmaz.
Yəni kimin ki qəlbində yamanlıq, pislik etmək istəyi varsa, ondan
müsəlmanlıq umma.
Yaxud qara daşın qızıl qan ilə rəngin etsən,
Təbə təğyir verib, ləli bədəxşan olmaz.
Eyləsən tutiyə əzayi kəlamın,
Nitqi insan olur, amma özü insan olmaz.
Hər uzun boylu şücaət edə bilməz dəva
Hər ağac kim boy ata, sərvi Xuraman olmaz.
Füzuli insanda qabiliyyətin anadangəlmə olmasını, tərbiyədə imkan
məsələsini irəli sürmüşdür. Çünki tuti danışar. Lakin onda insan olmaq qabiliyyəti
yoxdur. Yaxud daşı rəngləməklə ondan yaqut almaq olmaz, deməli, tərbiyə
imkanlarını nəzərə almaq lazımdır.
Füzuli ana ağuşunu cənnətə bənzədir. Əgər ana qucağı körpə uşaq üçün
cənnətdirsə, tərbiyəçinin ağzı bal arxıdır. Yəni ana qucağında uşaq rahatlıq tapır.
Dayə isə şirin sözləri ilə, hərəkətləri ilə onu tərbiyələndirir.
XIX əsrin əvvəllərindən başlamış, Azərbaycanın bir çox mütəfəkkir, yazıçı və
pedaqoqlarının
humanizmə, humanist tərbiyəyə baxışlarında və uşaqların bu ruhda
tərbiyə olunmasının zəruriliyinə aid bir sıra yeni fikirlər və diqqət özünü göstərir.
70
XIX əsrin birinci yarısında yaşamış
A.A.Bakıxanov (1794-1847) təhsil,
tərbiyə və təlimə dair bir sıra qiymətli fikirlər söyləmişdir. Hər şeydən əvvəl
tərbiyənin məqsədini müəyyənləşdirmişdir. Bakıxanovun pedaqoji baxışlarında insan
tərbiyəsinin əsas iki cəhəti: əxlaq tərbiyəsi və əqli tərbiyəyə daha mühüm yer verilir.
O, yazır ki, hamının sənə qarşı dost olmasını istəyirsənsə, özün hamıya mehriban ol.
O, uşağın yoldaşlıq mühitinin düzgün təşkilinə böyük əhəmiyyət verirdi. Uşaqların
ancaq yaxşı adamlarla dostluq etməsini, rəzil, boşboğaz və səfeh olmamaq üçün
axmaq və boşboğazlardan uzaq olmasını lazım bilirdi.
Bakıxanov insandakı kobudluq, tənbəllik, paxıllıq, yaltaqlıq, yalan danışmaq
və s. kimi pis cəhətlərə qarşı mübarizə aparmağı tələb edir və uşaqlarda arzu olunan
yaxşı keyfiyyətlərin tərbiyə edilməsini məsləhət görürdü. Müsbət keyfiyyət dedikdə,
nəzakətli olmağı, təvazökarlığı, səmimiliyi, dostluğu, diqqətliliyi,
düşüncəli hərəkət
etməyi, dəqiqliyi, səliqəliliyi, dözümlülüyü, əməksevərliyi və s. nəzərdə tuturdu (51,
səh.108-182).
Tərbiyə məsələlərinə böyük əhəmiyyət verən Bakıxanov, hər şeydən əvvəl
tərbiyənin məqsədini müəyyənləşdirir. Onun
fikrincə, tərbiyənin məqsədi həqiqi
insan yetişdirməkdir. Bu ideyaya həm Rusiyanın, həm də Qərbi Avropanın bütün
maarifpərvər pedaqoqlarının yaradıcılığında da təsadüf edilir.
Bakıxanov göstərir ki, insan orqanizmində başlıca üzv ürək olduğu kimi,
kainatda da insan ən yüksək varlıqdır. Onun fikrincə, insan bilmədiyi hər şeyi
öyrənməyə qadirdir, insanın mənəvi aləmi o qədər zəngin və tükənməzdir ki, onun
təsviri üçün nə deyilsə azdır. Insanın mənəvi aləmi yerdən göylərə yüksələn günəşə
bənzəyir. Bakıxanov özünün “Mişkatül-ənvar” adlı poemasında deyir ki, mən adamı
öz yüksək insani mövqeyinə hazırlamaq üçün onun ruhi xəzinəsinin sərfini təsvir
etmək istəyirəm.
Insanın yetişməsində tərbiyənin böyük rolu olduğunu qeyd edən Bakıxanov,
uşağın tərbiyəsinə lap kiçik yaşlardan başlamağı tələb edirdi. O deyirdi ki, tərbiyə
düzgün olmayan ənənə və adətlərin qarşısını alır, həm də uşaqlıqda verilən təlim, iti
alətlə daş üzərində salınmış nəqş kimi möhkəm olur.
Görkəmli maarifpərvər
M.F.Axundov (1812-1878)
insana bu dünyada
azadlıq və xoşbəxtlik təmin edən əxlaq normaları olmasını arzu edirdi. Uşaqları şən
71
və gümrah tərbiyə etməyi və dünya zövqlərindən – musiqidən, rəsmdən, rəqsdən və s.
məhrum etməməyi lazım bilirdi.
M.F.Axundov uşaqlara nəcib əxlaqi keyfiyyətlər aşılamağa, vətənpərvərlik
tərbiyəsinə böyük əhəmiyyət verirdi. O, əxlaq tərbiyəsi haqqındakı fikirlərində
yoldaşlıq, sədaqət, insanpərvərlik və dostluğu əsas hesab edirdi. O, cəmiyyətin
üzvlərinin xalqa, qadın hüququna hörmət bəsləyən, nəzakətli, mədəni, həqiqəti sevən,
özünə və başqalarına tələbkar adamlar olmalarını arzu edir və həyatda da belə
görmək istəyirdi (51, səh.268-276).
M.F.Axundov deyirdi ki,
yeni insan mətin iradəli, yeniliyi, azadlığı sevməyi,
zülmə, ədalətsizliyə nifrət etməyi bacaran mübariz qəhrəmanlar kimi yetişsin. O
istəyirdi ki, yeni insan xalqın mənafeyini öz şəxsi mənafeyindən üstün tutan,
dostluqda, yoldaşlıqda sədaqətli, möhkəm ideyalı, prinsipial olsun. O istəyirdi ki,
cəmiyyətin üzvləri xalqa, qadın hüququna hörmət bəsləyən, nəzakətli, mədəni,
həqiqəti sevən, özünə və başqalarına tələbkar adamlar olsun.
Azərbaycanın görkəmli şairi
Seyid Əzim Şirvani (1835-1888)
gənc nəslin
əxlaq tərbiyəsinə böyük əhəmiyyət verərək irəli sürdüyü əxlaq normalarında
humanizmə, demokratizmə və xeyirxahlığa geniş yer vermişdir. O, adamlarda
müşahidə etdiyi kobudluğu, zorakılığı, paxıllığı, xəsisliyi, mənsəbpərəstliyi, özünü
öyməyi, yaltaqlığı, qorxaqlığı, fırıldaqçılığı, iradə zəifliyi, boşboğazlığı, qayğısızlığı,
fərdiyyətçiliyi və s. iyrənc keyfiyyətləri tənqid etmişdir.
Seyid Əzim gənc nəslə yoldaşlıq, təvazökarlıq, mərdlik, cəsarətlilik,
işgüzarlıq, əməksevərlik, təşəbbüskarlıq, açıqgözlülük, səmimilik, səxavətlilik,
həssaslıq, nəzakətlilik və s. ən nəcib əxlaqi keyfiyyətlər aşılamağı tələb edirdi. O,
bütün bu müsbət əxlaqi keyfiyyətlərin
tərbiyəsində ailənin, kollektivin, gözəl uşaq
ədəbiyyatının böyük rolu olduğunu söyləyirdi. Gənc nəslin təlim-tərbiyəsində
müəllimin, tərbiyəçinin roluna böyük qiymət verərək, yüksək ideyalılıq, hərtərəfli
bilik və bacarıq, elmi dünyagörüş, təlim və tərbiyənin üsullarını bilmək, əxlaq saflığı,
nəcib xüsusiyyətləri tələb edirdi. Ailə tərbiyəsində zorakılığı rədd etmiş və uşaq
şəxsiyyətinə hörmət olunmasını tələb etmişdir (51, səh.277-278).
Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının məktəb və pedaqoji fikir
tarixinin müxtəlif dövrlərində ayrı-ayrı maarifçi ədiblər məktəbəqədər yaşlı uşaqların