93
Onların sağlamlığı qayğısına qalar. Uşaqlar hava, su, günəş vannasından istifadə edir,
amma bəzi qadınlar bilmir ki, uşağı harda olur, nə yeyir. Bütün günü küçədə olur,
yalnız axşam yatmaq üçün evə gəlir. Uşaq nə çox ac qalmalıdır, nə də çörəyi axşama
kimi saqqız kimi çeynəməlidir. Çox təəssüf ki, Qafqazda uşağın düzgün tərbiyəsi ilə
məşğul olan az adam tapmaq olar. Cavid Aişə Sədiqə xanımın “Təlim-tərbiyə” adlı
kitabından belə bir iqtibas gətirir ki, hər kim olsa dərs verə bilər, fəqət tərbiyə və
əxlaq dərsini anadan başqa heç kim yaxşı verə bilməz. Uşağın ilk tərbiyəçisi anadır.
Demək olar ki, bəşəriyyətin səadəti qadınların əlindədir. Necə ki, “Qurani-Kərim”də
deyilir ki, “Cənnət anaların ayağı altındadır”.
Fərhad Ağazadə (1880-1931) Şuşada anadan olmuş, 1895-ci ildə Qori
Müəllimlər Seminariyasını bitirmişdir. O, Xaçmaz, Şuşa, Gorus məktəblərində
müəllim, 1905-ci ildən Bakıda “Rus-müsəlman” məktəbində müəllim və müdir
işləmişdir.
1923-cü ildə məktəbəqədər tərbiyə işləri ilə məşğul olmuş, uşaq bağçalarında
işləyənlər üçün “Kubcuqlar və xırda cocuqlara savad öyrədilməsi” və əlifba təlimini
əsaslandırmaq məqsədilə “Şəkillərdə hərflər” əsərlərini yazmışdır.
F.Ağazadə müəllim şəxsiyyətinə yüksək qiymət verir, cəmiyyətin inkişafında
önəmli rol oynayan əsas qüvvə hesab edirdi. O, müəllim olması ilə fəxr edir və
sənətini bütün varlığı ilə sevirdi. O qeyd edirdi ki, müəllim xalqın maariflənməsinə
çalışmalı, təkcə dərs deməklə vəzifəsini bitmiş hesab etməməli, cəmiyyətin siyasi-
ictimai həyatında yaxından iştirak etməlidir. Müəllim bilikli, geniş dünyagörüşlü
olmalı, zəmanəsinin ictimai və siyasi hadisələrindən yaxşı baş çıxarmalıdır.
XX əsrin əvvəllərində Azərbaycanda artıq ilk uşaq bağçaları yaradılmağa
başlamışdır. 1907-ci ildə ilk uşaq bağçası yaradıldı. “Dəcəllər məktəbi” adlanan bu
bağçada təlim-tərbiyə rus dilində aparılırdı. 1914-1915-ci illərdə Azərbaycanda 150
uşağı əhatə edən 5 uşaq bağçası açılmışdır. F.Ağazadə məktəbəqədər yaşlı uşaqların
tərbiyəsi məsələsi ilə maraqlanmış, uşaq bağçasının əhəmiyyətli və onların
azərbaycanlı uşaqlar üçün nə dərəcədə lazım olduğunu dərk edərək, uşaq bağçaları
açılmasının zəruriliyindən danışmış və belə bağçaların açılmasına çalışmışdır.
F.Ağazadə yaradılmış uşaq bağçalarında işləyən tərbiyəçilərin müvəffəqiyyət
qazanmasına xüsusi diqqət yetirirdi. Bu məqsədlə onun Azərbaycan dilində üç illik
94
Frebel kurslarını və Azərbaycan məktəbəqədər tərbiyə qadın pedaqoji institutunun
açılmasında müəyyən qədər rolu olmuşdur.
F.Ağazadə bağçalarda uşaqların maraq və ehtiyacların təmin edilməsinə,
təlim-tərbiyə işlərinin planlı, şüurlu məqsədə yönəldilmiş şəkildə aparılmasına,
məktəbəqədər pedaqogikanın mütərəqqi nailiyyətlərindən istifadə edilməsinə,
bağçalarda uşaqlara əxlaqı, fiziki, estetik tərbiyə aşılanmaqla bərabər, onların
məktəblərin birinci sinfinə layiqincə hazırlanmasına böyük qruplarda oyuncaqlar və
əyləncələrdən istifadə edərək savad təlimi aparılmasına əhəmiyyət verirdi.
Məktəbəqədər tərbiyə sahəsində də təkcə tələblərlə kifayətlənməmiş, yuxarıdakı
işlərini həyata keçirmək məqsədilə “Kubçalar ilə xırda cocuqlara savad öyrədilişi”
adlı əsər yazmışdır. O, əsərinin başlanqıcında nəzəri məsələlərə toxunmuş, uşaq
bağçalarının yaradılmasının ilk təşəbbüskarları olan isveçrəli İohan Henrix Pestalotsi
və almaniyalı Fridrix Frebelin bu sahədə gördükləri işlər barədə məlumat verir. Daha
sonra F.Ağazadə əsərin yazılmasının məqsədi haqqında danışır. O, uşaq bağçalarının
böyük qrupuna məktəbə hazırlıq pilləsi kimi baxırdı. Ona görə də bu dövrdən
əlifbanın öyrədilməsinə başlamağı məsləhət bilir. Bu, Azərbaycan şəraiti üçün yeni
bir hadisə idi.
Millətin övladlarını savadlı görmək istəyən F.Ağazadə təlimə məktəbəqədər
dövrdən başlamağı lazım bilir. Uşaqların maraq dairəsini nəzərə alan F.Ağazadə,
onlara savad öyrədilməsini bu maraq əsasında qurmağı məsləhət bilir.
F.Ağazadə belə hesab edirdi ki, uşaq bağçalarında təlim düzgün təşkil
olunarsa, bu zaman uşaqlar əqli cəhətdən yaxşı inkişaf edər, diqqət, təfəkkür və nitqi
zənginləşər. Eyni zamanda bu, onların əxlaq tərbiyəsinə müsbət təsir edər. Məsələn,
uşaqlarda çətinlikləri aradan qaldırmaq qabiliyyətinin formalaşmasına, yəni
dəyanətlilik tərbiyəsinə kömək edər. Bu da gələcəkdə onların bir şəxsiyyət kimi
formalaşmasına təkan vermiş olar. F.Ağazadə tərbiyəyə məktəbəqədər dövrdən
başlamağın əhəmiyyətini qeyd edir və tərbiyənin məqsədini qorxmaz, cəsarətli,
mübariz və savadlı insanlar yetişdirməkdə görürdü.
F.Ağazadənin vətənpərvərlik tərbiyəsi haqqında çox dolğun fikirləri vardır. O,
vətənpərvərlik tərbiyəsinə böyük əhəmiyyət verirdi və qeyd edirdi ki, tərbiyənin əsas
işi uşaqlara vətənpərvərlik hissi aşılamaq və əsil vətənpərvər yetişdirmək olmalıdır.
95
O, yalançı, yalnız sözdə vətənpərvər olanları, boş danışıqlarla özlərini vətənpərvər
kimi qələmə verənləri tənqid edirdi.
Ədəbiyyat
1.
Ağayev Ə.A. Fərhad Ağazadənin pedaqoji görüşləri, Bakı-1987.
2.
Qurani-Kərim. Ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov,
V.M.Məmmədəliyev, Bakı-2009.
3.
Əhmədov H.M., Üzeyir Hacıbəyov müəllim və onun hazırlığı haqqında,
“Azərbaycan məktəbi” jurnalı, 1985, №10, səh.35-60.
4.
Əhmədov H.M. Azərbaycan məktəb və pedaqoji fikir tarixi, Bakı-2001.
5.
Ələddin B. Məhəmməd Peyğəmbər (s)in hekayəti , Bakı-1991.
6.
Füzuli M. Kəlamlar, Bakı-1990.
7.
Sidqi M.T. Seçilmiş pedaqoji əsərləri, Bakı-1987.
2.3. Azərbaycanda məktəbəqədər tərbiyə, təhsil və müəssisələrin
inkişafı tarixindən
Plan:
1.
Məktəbəqədər tərbiyə və təhsil haqında klassik mütəfəkkirlərin pedaqoji
fikirləri
2.
Azərbaycanda məktəbəqədər müəssisələrin inkişafı tarixindən
3.
Məktəbəqədər tərbiyə, təhsil haqqında Azərbaycanda ilk tədqiqatlar,
direktiv sənədlər və ədəbiyyat haqqında
4.
XX əsrdə məktəbəqədər müəssisələrdə uşaqların inkişafı, tərbiyəsi və
təhsili işinə verilən tələblər
5.
Müstəqillik illərində uşaqların inkişafı, tərbiyəsi və təhsilinə dair.
1.
Mövcud pedaqoji ədəbiyyatda təhsil kateqoriyası uşaqların və ya
şagirdlərin təhsili ilə məhdudlaşdırılır. Belə çıxır ki, təhsil kateqoriyasının tələbələrə
və ya yaşlılara dəxli yoxdur
(Bax: 1) Pedaqogika. M.Muradxanovun redaktəsi ilə, Bakı-1964,
səh.6. 2) Pedaqoqika, Moskva, 1956, str.15).
Bəzi pedaqoji mənbələrdə
(Bax: Pedaqogika, Moskva, 1972, str.11)
əksinə, təhsil
kateqoriyasına verilən təriflər onun daşıyıcılarını heç nəzərə almır; məsələn, bu cür
Dostları ilə paylaş: |