Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   56

 
69
cəmiyyətin asılılığını duyan Füzuli bu məsələyə “Fəzliyə nəsihət” və “Rindü Zahid” 
əsərlərində geniş toxunmuşdur.  
M.Füzuli tərbiyəsinin  ən aktual bir sahəsi olan ailə  tərbiyəsini də geniş 
işıqlandırmış, bu məsələyə bir sıra əsərlərində toxunmuşdur. Füzuli ata və ana olmağı 
şərəfli bir vəzifə sayır. Övladı isə heç bir ləl-cəvahirata bənzəməyən dünyanın  ən 
böyük neməti sayır və onsuz ad-sanın heç bir qiyməti olmadığını qeyd edir. Füzuliyə 
görə ata və ananın həyatının mənası övladdır. Övladın isə  gələcəkdə  təqdirə layiq 
olması üçün onun valideyn tərəfindən kiçik yaşlarından tərbiyəsi düzgün 
qurulmalıdır. Bu tərbiyə gələcəkdə öz səmərəsini göstərəcəkdir.  
Füzuli irsiyyət, mühit və tərbiyə məsələsinə də toxunmuşdur.  
O yazır:  
                       Hər kimin ki, zatında var şərafət nüfuzu, 
                       Istilahi ülum ilə müsəlman olmaz. 
Yəni kimin ki qəlbində yamanlıq, pislik etmək istəyi varsa, ondan 
müsəlmanlıq umma.  
                       Yaxud qara daşın qızıl qan ilə rəngin etsən, 
                       Təbə təğyir verib, ləli bədəxşan olmaz. 
                       Eyləsən tutiyə əzayi kəlamın,  
                       Nitqi insan olur, amma özü insan olmaz. 
                       Hər uzun boylu şücaət edə bilməz dəva 
                       Hər ağac kim boy ata, sərvi Xuraman olmaz. 
Füzuli insanda qabiliyyətin anadangəlmə olmasını, tərbiyədə imkan 
məsələsini irəli sürmüşdür. Çünki tuti danışar. Lakin onda insan olmaq qabiliyyəti 
yoxdur. Yaxud daşı  rəngləməklə ondan yaqut almaq olmaz, deməli, tərbiyə 
imkanlarını nəzərə almaq lazımdır. 
Füzuli ana ağuşunu cənnətə  bənzədir.  Əgər ana qucağı körpə  uşaq üçün 
cənnətdirsə, tərbiyəçinin ağzı bal arxıdır. Yəni ana qucağında uşaq rahatlıq tapır. 
Dayə isə şirin sözləri ilə, hərəkətləri ilə onu tərbiyələndirir.  
XIX əsrin əvvəllərindən başlamış, Azərbaycanın bir çox mütəfəkkir, yazıçı və 
pedaqoqlarının humanizmə, humanist tərbiyəyə baxışlarında və  uşaqların bu ruhda 
tərbiyə olunmasının zəruriliyinə aid bir sıra yeni fikirlər və diqqət özünü göstərir. 


 
70
XIX  əsrin birinci yarısında yaşamış  A.A.Bakıxanov  (1794-1847) təhsil, 
tərbiyə  və  təlimə dair bir sıra qiymətli fikirlər söyləmişdir. Hər  şeydən  əvvəl 
tərbiyənin məqsədini müəyyənləşdirmişdir. Bakıxanovun pedaqoji baxışlarında insan 
tərbiyəsinin əsas iki cəhəti: əxlaq tərbiyəsi və əqli tərbiyəyə daha mühüm yer verilir. 
O, yazır ki, hamının sənə qarşı dost olmasını istəyirsənsə, özün hamıya mehriban ol. 
O, uşağın yoldaşlıq mühitinin düzgün təşkilinə böyük əhəmiyyət verirdi. Uşaqların 
ancaq yaxşı adamlarla dostluq etməsini, rəzil, boşboğaz və  səfeh olmamaq üçün 
axmaq və boşboğazlardan uzaq olmasını lazım bilirdi.  
Bakıxanov insandakı kobudluq, tənbəllik, paxıllıq, yaltaqlıq, yalan danışmaq 
və s. kimi pis cəhətlərə qarşı mübarizə aparmağı tələb edir və uşaqlarda arzu olunan 
yaxşı keyfiyyətlərin tərbiyə edilməsini məsləhət görürdü. Müsbət keyfiyyət dedikdə, 
nəzakətli olmağı, təvazökarlığı, səmimiliyi, dostluğu, diqqətliliyi, düşüncəli hərəkət 
etməyi, dəqiqliyi, səliqəliliyi, dözümlülüyü, əməksevərliyi və s. nəzərdə tuturdu (51, 
səh.108-182). 
Tərbiyə  məsələlərinə böyük əhəmiyyət verən Bakıxanov, hər  şeydən  əvvəl 
tərbiyənin məqsədini müəyyənləşdirir. Onun fikrincə, tərbiyənin məqsədi həqiqi 
insan yetişdirməkdir. Bu ideyaya həm Rusiyanın, həm də  Qərbi Avropanın bütün 
maarifpərvər pedaqoqlarının yaradıcılığında da təsadüf edilir.  
Bakıxanov göstərir ki, insan orqanizmində başlıca üzv ürək olduğu kimi, 
kainatda da insan ən yüksək varlıqdır. Onun fikrincə, insan bilmədiyi hər  şeyi 
öyrənməyə qadirdir, insanın mənəvi aləmi o qədər zəngin və tükənməzdir ki, onun 
təsviri üçün nə deyilsə azdır. Insanın mənəvi aləmi yerdən göylərə yüksələn günəşə 
bənzəyir. Bakıxanov özünün “Mişkatül-ənvar” adlı poemasında deyir ki, mən adamı 
öz yüksək insani mövqeyinə hazırlamaq üçün onun ruhi xəzinəsinin sərfini təsvir 
etmək istəyirəm.  
Insanın yetişməsində tərbiyənin böyük rolu olduğunu qeyd edən Bakıxanov, 
uşağın tərbiyəsinə lap kiçik yaşlardan başlamağı  tələb edirdi. O deyirdi ki, tərbiyə 
düzgün olmayan ənənə və adətlərin qarşısını alır, həm də uşaqlıqda verilən təlim, iti 
alətlə daş üzərində salınmış nəqş kimi möhkəm olur.  
Görkəmli maarifpərvər  M.F.Axundov  (1812-1878) insana bu dünyada 
azadlıq və xoşbəxtlik təmin edən əxlaq normaları olmasını arzu edirdi. Uşaqları şən 


 
71
və gümrah tərbiyə etməyi və dünya zövqlərindən – musiqidən, rəsmdən, rəqsdən və s. 
məhrum etməməyi lazım bilirdi.  
M.F.Axundov uşaqlara nəcib  əxlaqi keyfiyyətlər aşılamağa, vətənpərvərlik 
tərbiyəsinə böyük əhəmiyyət verirdi. O, əxlaq tərbiyəsi haqqındakı fikirlərində 
yoldaşlıq, sədaqət, insanpərvərlik və dostluğu  əsas hesab edirdi. O, cəmiyyətin 
üzvlərinin xalqa, qadın hüququna hörmət bəsləyən, nəzakətli, mədəni, həqiqəti sevən, 
özünə  və başqalarına tələbkar adamlar olmalarını arzu edir və  həyatda da belə 
görmək istəyirdi (51, səh.268-276). 
M.F.Axundov deyirdi ki, yeni insan mətin iradəli, yeniliyi, azadlığı sevməyi, 
zülmə,  ədalətsizliyə nifrət etməyi bacaran mübariz qəhrəmanlar kimi yetişsin. O 
istəyirdi ki, yeni insan xalqın mənafeyini öz şəxsi mənafeyindən üstün tutan, 
dostluqda, yoldaşlıqda sədaqətli, möhkəm ideyalı, prinsipial olsun. O istəyirdi ki, 
cəmiyyətin üzvləri xalqa, qadın hüququna hörmət bəsləyən, nəzakətli, mədəni, 
həqiqəti sevən, özünə və başqalarına tələbkar adamlar olsun. 
Azərbaycanın görkəmli  şairi  Seyid  Əzim  Şirvani (1835-1888) gənc nəslin 
əxlaq tərbiyəsinə böyük əhəmiyyət verərək irəli sürdüyü əxlaq normalarında 
humanizmə, demokratizmə  və xeyirxahlığa geniş yer vermişdir. O, adamlarda 
müşahidə etdiyi kobudluğu, zorakılığı, paxıllığı, xəsisliyi, mənsəbpərəstliyi, özünü 
öyməyi, yaltaqlığı, qorxaqlığı, fırıldaqçılığı, iradə zəifliyi, boşboğazlığı, qayğısızlığı, 
fərdiyyətçiliyi və s. iyrənc keyfiyyətləri tənqid etmişdir.  
Seyid  Əzim gənc nəslə yoldaşlıq, təvazökarlıq, mərdlik, cəsarətlilik, 
işgüzarlıq,  əməksevərlik, təşəbbüskarlıq, açıqgözlülük, səmimilik, səxavətlilik, 
həssaslıq, nəzakətlilik və s. ən nəcib  əxlaqi keyfiyyətlər aşılamağı  tələb edirdi. O, 
bütün bu müsbət  əxlaqi keyfiyyətlərin tərbiyəsində ailənin, kollektivin, gözəl uşaq 
ədəbiyyatının böyük rolu olduğunu söyləyirdi. Gənc nəslin təlim-tərbiyəsində 
müəllimin, tərbiyəçinin roluna böyük qiymət verərək, yüksək ideyalılıq, hərtərəfli 
bilik və bacarıq, elmi dünyagörüş, təlim və tərbiyənin üsullarını bilmək, əxlaq saflığı, 
nəcib xüsusiyyətləri tələb edirdi. Ailə  tərbiyəsində zorakılığı  rədd etmiş  və  uşaq 
şəxsiyyətinə hörmət olunmasını tələb etmişdir (51, səh.277-278).  
Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının məktəb və pedaqoji fikir 
tarixinin müxtəlif dövrlərində ayrı-ayrı maarifçi ədiblər məktəbəqədər yaşlı uşaqların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə