Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

 
75
tərbiyənin insanı dəyişdirməkdə və təkmilləşdirməkdə böyük gücünü görür, lakin onu 
həddindən artıq qiymətləndirmir və  şişirtmir. Tərbiyə insanda geniş bilik, əsrin 
qabaqcıl elmləri ilə silahlanmaq, insanpərvərlik, vətənpərvərlik,  əməksevərlik, xalq 
mənafeyi uğrunda mübarizlik, obyektivlik, doğruçuluq aşılayır. Sabir əxlaq 
tərbiyəsinin məzmununa uşaqların davranış  məsələlərini də daxil etmişdir. 
Cəmiyyətdə insanların bir-birinə münasibətində elə  məsələ yoxdur ki, Sabir ona 
toxunmasın, Sabirin əxlaqi normalar və insan davranışına aid irəli sürdüyü 
müddəalarda humanizm, demokratizm, insanpərvərlik geniş  mənasında öz ifadəsini 
tapmışdır. Onlar insanı alicənablığa, mərdliyə,  ədalətə doğruçuluğa,  əməksevərliyə, 
işgüzarlığa, təvazökarlığa, fəallığa, təşəbbüskarlığa, müstəqilliyə, insan şəxsiyyətinə 
ehtiramla yanaşmağa, özünə və başqasına qarşı tələbkarlığa, səmimiyyətə, ardıcıllığa, 
həssaslığa, dostluğa, yoldaşlığa, ictimai fəaliyyətə, düşüncəli hərəkətə, fədakarlığa və 
bu kimi müsbət əxlaqi keyfiyyətlərin aşılanmasına yönəldir. 
Sabir eyni zamanda insan əxlaqında və onun davranışında müşahidə etdiyi 
kobudluğu, zorakılığı, paxıllığı, xəsisliyi,  şöhrətpərəstliyi, cəhaləti, lovğalığı, 
tamahkarlığı, acgözlüyü, qrınqululuğu, fitnəkarlığı, böhtançılığı, eqoizmi, avaralılığı, 
tənbəlliyi, yaltaqlığı, ikiüzlülüyü, fırıldaqçılığı, nəzakətsizliyi, qayğısızlığı, 
qərəzkarlığı, axmaqlığı, kütlüyü və digər bu kimi nöqsanları kəskin və amansız tənqid 
etmişdir. Insan əxlaqındakı, davranışındakı müsbət və  mənfi keyfiyyətlər haqqında 
Sabirin mülahizələrini təhlil etdikdə  həssas və böyük tərbiyəçinin, psixoloqun, 
qayğıkeş, ağıllı bir atanın, cəmiyyətin inkişafının irəliyə doğru hərəkətini ləngidən 
hər cür kəsalət və mühafizəkarlığa qarşı barışmaz mübarizin, mərd və  cəsarətli 
vətəndaşın, ictimai xadimin dünyagörüşü, iti müşahidəsi aydın görünür.  
M.Ə.Sabir gənc nəslin tərbiyəsində 
və onun dünyagörüşünün 
formalaşmasında uşaq  ədəbiyyatının böyük rolunu görmüş, bu məqsədlə  də 
balalarımız üçün bir neçə şerlər, təmsillər, nəsihıətlər, mənzum hekayələr yazmışdır. 
Sabirin uşaq  ədəbiyyatı mövzuları müxtəlifdir. Lakin bu müxtəlif mövzuların 
tərbiyəvi əhəmiyyətinə və daxili mənasına görə bir vəhdəti var. Bu da gənc nəsildən 
kamil,  saf  əxlaqlı  adamlar  yetişdirməyə,  özləri  və  insanlıq  üçün yüksək dərəcədə 
faydalı olmağa kömək edən şəxsiyyətlər formalaşdırmağa yönəldilən ideyalardır. 
Sabirin istər təbiət, istərsə cəmiyyət və adi məişət hadisələrinə aid yazılmış 


 
76
şerləri nəinki uşaqları gümrahlaşdırır, həyatı və təbiəti onlara sevdirir. Bəzən onları 
ürəkdən güldürür, nifrət, qəzəb, bəzən də məhəbbət, sevinc, qorxu, kədər və sair bu 
kimi emosional hisslər oyadaraq ruhi müvazinətin sarsılmasına, obyektiv mühakimə 
qabiliyyətinin zəifləməsinə yol vermir. O, öz fikrini oxucusuna zorla qəbul etdirmir. 
“Cütcü”, “Yaz günləri”, “Uşaq və buz”, “Qarğa və tülkü”, “Ağacların bəhsi” və s. 
şerləri onun uşaqların tərbiyəsinə həvəs və dərin münasibətinin parlaq ifadəsidir. O, 
uşaqlara həyatı doğru göstərməyə çalışmışdır. Sabirin “Uşaq və pul” şerindən bir 
daha aydın olur ki, uşağa müsbət əxlaqi keyfiyyətlərin aşılanması kiçik yaşlarından 
başlanmalıdır. Sabirin bu şerini Seyid Əzimin “Qoca ana və  oğru uşaq”  şeri ilə 
müqayisə edərkən bir daha ailədə valideynlərin uşaqların tərbiyəsində diqqətli 
olmalarını və onun körpəlikdən, ilk addımdan tərbiyə olunmasını bir daha görürük. 
M.Ə.Sabir gənc nəslin təlim-tərbiyəsində, ona müsbət  əxlaqi keyfiyyətlərin 
aşılanmasında, insani hisslərin formalaşmasında ailəni nəzərdən qaçırmamış, ona 
böyük diqqət vermiş  və haqlı olaraq yeni insanın formalaşmasında rəhbər rolu 
tərbiyəçi, müəllimə vermişdir. O, ailədə valideynlərdən və  tərbiyə müəssisələrində 
tərbiyəçilərdən uşağa qarşı yüksək dərəcədə diqqət və qayğı tələb edir. 
Insanı  tərbiyə etmək ona bir yığın  əxlaq qaydalarını  əzbərlətmək deyildir. 
Tərbiyə insanın dünyagörüşü və  əqidəsini formalaşdırmalıdır. Bunun nəticədində 
insan təbiət və cəmiyyət hadisələrini, özünün və başqalarının    davranışını    yüksək    
qiymətləndirir. Insanın mənəvi inkişafında təhsil və elm qüdrətli silahdır. Sabirə görə 
tərbiyənin məqsədi  əsl insan yetişdirməkdir. Tərbiyə insanda geniş bilik, əsrin 
qabaqcıl elmləri ilə silahlanmaq, insanpərvərlik, vətənpərvərlik  əməksevərlik və s. 
tələb edir. Sabir tərbiyənin gücünə inam bəsləməklə insanın formalaşmasında mühitə, 
insanın daxili imkanlarına da diqqət yetirir. O yeni insan tərbiyəsi haqqında fikirlərini 
həyata keçirilməsində əsas vasitə təlim hesab etmiş, böyük müəllimi S.Ə.Şirvaninin 
yolu ilə getmiş, xalq məktəblərinin sayını artırmağı zəruri saymışdır.  
Sabirin  əsərlərində  əxlaq tərbiyəsinə, vətənpərvərliyə, dostluq və yoldaşlığa, 
böyüklərə hörmətə və s. keyfiyyətlərə yüksək qiymət verir. O, vətənə, xalqa xidməti 
hər şeydən üstün tuturdu. Sabir vətənə, xalqa xidməti adamların mənsəb və tutduğu 
vəzifəsi ilə deyil, gördüyü konkret əməli işlə qiymətləndirməyi tələb edirdi. Sabirin 
əxlaq tərbiyəsi haqqında fikirləri sırasında mühüm yer tutan məsələlərdən biri də 


 
77
əməkdir. Sabirə görə insanlığı yaşadan əmək adamlarının haqqı qorunmalıdır. Insan 
cəmiyyətdə gördüyü faydalı  əməyə görə qiymətləndirilir. Zəhmətin nəticəsi 
olmalıdır. Zəhmət insandan böyük səy, iradə tələb etsə də nəticəsi fərəhlidir.  
Sabir “Tərbiyə”, “Analar bəzəyi”, “Məktəb  şərqisi”,“Məktəb uşaqlarına 
tövhə” və başqa şerlərində uşaqların ədəb və davranış qaydalarına geniş yer verir və 
onların ailədə, məktəbdə ictimai yerlərdə özlərini ləyaqətli aparmalarını tövsiyə 
edirdi.  
Sabir ailə  tərbiyəsinə, ailənin məktəblə  əlaqəsinə böyük əhəmiyyət verərək 
deyirdi ki, valideynlər övladlarının tərbiyəsi üçün tam məsuliyyət daşımalıdır. O 
düzgün ailə tərbiyəsini valideynlərin xoşbəxtliyi  adlandırır,  ailədə   düzgün   tərbiyə   
verməyən valideynləri kəskin tənqid edirdi. O, “Olmur-olmasın”, “Bəxtəvər”, 
“Uşaqdır, uşağım”, “Ata nəsihəti”, “Leyli və Məcnun”, “Həyatın qop-qopuna cavab” 
şerlərində, “Bu əməldən ucalarsan” bəhri-təvilində nadan, cahil valideynlərin verdiyi 
səhv tərbiyənin acı nəticələrini hər ailəyə məxsus töhvələr şerində təsvir edir, qəribə 
səhnələr yaradır.  
Sabirin uşaq şerləri məzmunca ibrətamiz olduğu kimi formaca da maraqlı və 
rəngarəngdir. O, aşılamaq istədiyi ideyanı balaca oxuculara qabarıq şəkildə çatdırmaq 
üçün maraqlı hadisələr seçir: bu gün bütün uşaqların  əzbər bildiyi “Uşaq və buz”, 
“Yalançı çoban”, “Yaz  günləri”, “Cütcü” şerləri məktəbəqədər yaşlı  uşaqların da 
dilinin əzbəridir.     
Klassik və qabaqcıl pedaqoji irsdən, Azərbaycan maarifçilərinin ideyalarından 
bəhrələnən dahi bəstəkarımız  Ü.Hacıbəyov  (1885-1948) öz yaradıcılığında tərbiyə 
məsələlərinə xüsusi yer vermişdir. Insanın inkişaf edib formalaşmasında tərbiyənin 
rolunu yüksək qiymətləndirən Ü.Hacıbəyovun tərbiyə haqqındakı fikirlərinin əsasını 
humanizm, vətənpərvərlik, beynəlmiləlçilik, nikbinlik, mübarizlik təşkil edir. o, insan 
şəxsiyyətinin inkişaf etdiyi yazılarında, bir tərəfdən köhnə  cəmiyyətdəki tərbiyə 
sistemini – mənsəbpərəstliyi, acgözlüyü, avaraçılığı, ikiüzlülüyü, soyğunçuluğu və s. 
barışmaz sifətləri tənqid etmiş, digər tərəfdən isə XX əsrin ictimai tələblərinə 
müvafiq sağlam bədənli, sağlam mənəviyyatlı  gənclərin yetişdirilməsində öz 
yaradıcılığı ilə mühüm rol oynamışdır. O, tərbiyə işinə ardıcıl, müntəzəm, mütəşəkkil 
və  məqsədyönlü aparılan bir proses kimi baxmışdır.  Əxlaq məsələlərini dövrün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə