Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   56

 
99
buraya fiziki, əqli və  əxlaq tərbiyəsini daxil edirdi. Təbiətəmüvafiqlik tərbiyəsinə 
yüksək əhəmiyyət verməklə, məktəbəqədər tərbiyəni şəxsiyyətin inkişafında mühüm 
mərhələ hesab edirdi. O, 5 yaşdan sonra uşağı nağıl və oyunla məktəbə hazırlamağı 
mümkün hesab etmişdir.  
Məktəbəqədər yaşlı  uşaqlar üçün əsərlər yazmış romalı pedaqoq Mark Fabi 
Kvintilian (42-118) “Orator tərbiyəsi haqqında”  əsəri uşaqların məktəbəqədər 
dövründə tərbiyəsində mühüm rol oynamışdır. Bu əsər bir çox problemi, o cümlədən, 
məktəbəqədər tərbiyəni  əhatə edir. O, uşaq tərbiyəsində ictimai mühitə yüksək 
əhəmiyyət vermişdir.  
Kvintilian uşağı məktəbəqədər dövründə sistemli şəkildə tərbiyə etməyi lazım 
bilir.  
Intibah dövründə (XIV-XVI əsrlər) uşaq təbiətin vergisi kimi qiymətləndirilir. 
O, xoşbəxt yaşamalı, fiziki cəhətdən sağlam olmalı, oyun və  əqli fəaliyyəti 
gücləndirən tədbirlərdə  iştirak etməlidir – deyir. Bu tərbiyə sistemi hakim sinfin 
uşaqlarına aid edilə bilərdi, yoxsul uşaqlar isə məktəbdən, təlim-tərbiyədən kənarda 
qalırdı.  
Utopik sosialistlərdən Tomas Morun (1478-1535) “Utopiya” və Tomazo 
Kampanellonun (1568-1639) “Günəş  əsəri”  əsərlərində istismardan azad, yoxsulluq 
və zülmdən uzaq bir cəmiyyət təsvir olunurdu. T.Mor və T.Kampanellonun təsvir 
etdiyi cəmiyyətdə bütün uşaqlar məktəbə gedir, məktəbəqədər yaşlı uşaqlar tərbiyəyə 
cəlb olunur və azad tərbiyə alırlar. Onların təsvir etdiyi və cəmiyyətdə uşaqların fiziki 
tərbiyəsinə  də geniş yer verilir, dini tərbiyə oyun prosesində,  əyanilik  şəraitində 
həyata keçirilir.  
Əvvəldə qeyd edildi ki, məktəbəqədər təhsil müəssisələrinin yaranması, orada 
yaşauyğunluq prinsipi əsasında aparılan təhsil prosesi ümumiyyətlə keçmiş SSRİ və 
dünya miqyasında böyük tarixi inkişaf yolu keçmişdir. Bu mənada Azərbaycanda da 
məktəbəqədər tərbiyə müəssisələrinin meydana gəlməsi keçən  əsrin (XX əsr) 
əvvəllərindən başlasa da müəyyən qədər tarixi inkişaf yolu keçmişdir. Lakin təəssüf 
ki, uşaq və körpələrin ləyaqətli gənclər, hərtərəfli inkişaf etmiş  vətəndaşlar kimi 
yetişməsində bu tərbiyə ocaqlarının rolu və inkişaf tarixi bu günə qədər hərtərəfli və 
dərindən öyrənilməmişdir (Ped. elm namizədi  Əfşan xanım Qədimbəyova, 


 
100
ped.el.namizədi, dosent Nazimə Rüstəmova və ped. elm. doktoru, prof. Ağahüseyn 
Həsənov və ped. elm. nam. Mehriban Şirzadovanın bu sahədəki tədqiqatları istisna 
olmaqla). 
2. Ilkin olaraq qeyd edilməlidir ki, Azərbaycanda məktəbəqədər tərbiyə 
müəssisəsi ilk dəfə 1907-ci ildə Bakının Bayıl qəsəbəsində Alisa İvanovna Radçenko 
adlı bir qadın tərəfindən təşkil edilmişdir. “Dəcəllər məktəbi” adlanan bu uşaq 
bağçası ilə Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrinin  əsası qoyulmuşdur 
(65, səh.8). 
A.İ.Radçenko özü hələ  gənc ikən T.F.Lesqaft tərəfindən təşkil edilmiş 
pedaqoji kursları bitirmiş, inqilabçı  əhval-ruhiyyədə olmuşdur. A.İ. Radçenkonun 
“Dəcəllər məktəbi”ndə uşaqların fiziki, bədii, əxlaqi və əqli inkişafına xüsusi diqqət 
yetirilirdi. Məşğələlərdə oyundan, söhbət və nağıllardan, kitab oxumaqdan, 
gəzintilərdən geniş istifadə edilirdi. A.İ.Radçenko Bakıdan getdiyinə görə “Dəcəllər 
məktəbi” həmin ilin yazında bağlanmışdı.  
Tarixdən bəllidir ki, Böyük Oktyabr Sosialist İnqilabının qələbəsindən 
(oktyabr 1917-ci il) əvvəlki 10 illiklərdə, xüsusilə 1905-1907-ci illər inqilabı 
dövründə mitinqlərdə, iclaslarda, qurultaylarda, dövri mətbuatda irəli sürülən 
qətnamələrdə, müraciətlərdə xalq maarifi sahəsində milyonların fikrini ifadə edən bir 
sıra demokratik tələblər verilirdi.  
Həmin inqilabın sürətlə yetişməkdə olduğu həmin dövrdə xalq maarifi  
sahəsində irəli sürülən demokratik tələbləri ümumiləşdirmək, onları  aşağıdakı 
formada qruplaşdırmaq olar: 
1.
 
Xalq maarifini yerli əhalinin idarəsinə vermək; 
2.
 
Müəllim kütləsini xalq maarifinin idarə işinə cəlb etmək; 
3.
 
Üçillik ibtidai məktəb həcmində ümumi icbari təhsili həyata keçirmək; 
4.
 
Qadınlara kişilərlə bərabər təhsil hüququ vermək
5.
 
Tədrisi ana dilində aparmaq;  
6.
 
Orta məktəb şəbəkəsini gücləndirmək, onun hüququnu artırmaq, maddi 
vəziyyətini yaxşılaşdırmaq; 
7.
 
Məktəbəqədər tərbiyə və mədəni-maarif müəssisələrini inkişaf etdirmək. 
Qeyd edilən və Rusiyada maarif və mədəniyyətlə bağlı xalq tələblərinin 


 
101
tədricən həyata keçirilməsi prosesi Azərbaycan maarifinə də təsirsiz ötüşmürdü. Belə 
ki, bütün bunların nəticəsində XX əsrin ilk onilliklərində respublikamızın ərazisində 
yeni-yeni uşaq bağçaları  təşkil edilmişdir. O cümlədən, növbəti bağça 1914-cü ildə 
Sumarokova Zinaida Alekseyevna adlı bir qadın tərəfindən açılmışdır. Sayca 3-cü 
bağça yenə  də  həmin illərdə Baranova tərəfindən, dördüncü Bakı  şəhər xalq 
məktəbləri müdiriyyətinin qadın gimnaziyası  nəzdində açılmış  uşaq bağçası 
(H.Əhmədov. “Nəriman Nərimanov”, Bakı, ABU, 2004, səh.37), beşinci isə 
Kələntərova tərəfindən açılan uşaq bağçası olmuşdur (65, səh.9). 
Bu sahədə Bakı  qız gimnaziyası xüsusilə  fərqlənirdi.  Əsası 1874-cü ildə 
qoyulan Bakı  qız gimnaziyasının məzunları dünyəvi təhsili yaymaqla bərabər yeni-
yeni uşaq bağçaları da açırdılar. Belə bağçalardan biri 1916-cı ildə Bakıda həmin 
gimnaziya yanında açılmışdır. Bu uşaq bağçası 4 yaşından 7 yaşına kimi 20 uşağı 
əhatə edirdi. Burada uşaqlara maraqlı hərəkətli oyunlar öyrədilir, idman məşğələləri 
keçirilir,  əl işləri vərdişləri öyrədilirdi. Uşaqlar rəngli saplar ilə toxuma, rəngli 
kağızlardan kəsib yapışdırma,  şəkillərin rənglənməsi ilə  məşğul olur, rəngli kağız 
zolaqlarından “səbət” və “xalça” toxuyurdular. Burada uşaqlara hekayələr, nağıllar 
oxunur, kitablar üzrə müsahibələr keçirilirdi. Bu uşaq bağçasına yalnız varlı ailələrin 
uşaqları qəbul edilirdi. Bakı qız gimnaziyasını bitirən qızların uşaq bağçaları açmaları 
və orada fəaliyyət göstərmələri o dövr üçün mütərəqqi hadisə idi. 
1918-1920-ci illərdə uşaq bağçalarının sayında artım az-çox müşahidə edilir. 
Bu illərdə  Gəncə Gimnaziyasının direktoru olmuş, Azərbaycanın ilk maarif naziri 
Nəsib bəy Yusifbəylinin nəslindən olan Şükufə xanım Gəncədə ilk dəfə uşaq bağçası 
açmışdır (76). 
Uşaq bağçalarının inkişafına Nəriman Nərimanov xüsusi kömək göstərirdi. 
1918-ci ildə Xalq Maarif Komissarlığında işləyən N.N.Kolesnikova yazırdı ki, 
tərbiyəçilər hazırlayan kursların təşkilində, tərbiyə ocaqlarının avadanlıqla təchiz 
olunmasında N.Nərimanov bizə çox kömək edirdi. Onun vasitəsilə bir bina, lazımi 
avadanlıq və  ərzaq malları alırdıq. Yoldaş  Nərimanov bizim işimizə diqqətlə 
yanaşırdı. O, bizim uşaq ocaqlarımızı tanıyırdı, tez-tez bu və ya digər uşaq ocağına 
gəlirdi. Uşaqlar, tərbiyəçilər və eləcə də valideynlərlə söhbət aparırdı (22, səh.7). 
Məktəb işimizin islahatı, məktəb şəbəkəsinin genişləndirilməsi, məktəbəqədər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə