Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   56

 
96
mənbələrdən birində oxuyuruq: “Təhsil dedikdə sistemləşdirilmiş biliklər, bacarıq, və 
vərdişlər nəzərdə tutulur 
(Bax: “Vvedeniye v pedaqoqiku” Mos.,1975, str.222)

Təhsili təlimin yalnız nəticəsi hesab edənlər də az deyil 
(Bax:  İ.Podlasıy. 
Pedaqoqika, Novıy kurs, Mos.,2002). 
Verilən təriflərdə  nəzərə çarpan nöqsanlardan biri də  təhsil və  təlim 
anlayışlarını eyniləşdirməkdir. Məsələn, 1964-cü ildə çap olunmuş 
(M.Muradxanovun 
redaktəsi ilə) 
“Pedaqogika” kitabında təhsilə belə  tərif verilir: “Təhsil uşaqların bilik, 
bacarıq və  vərdişlər sisteminə yiyələnməsi, bu zəmin üzərində onlarda 
dünyagörüşünün yaranmasıdır”.  
Təlim və  təhsil anlayışlarının eyniləşdirilməsinə bir sıra başqa kitablarda da 
rast gəlmək olur 
(Bax: Pedaqoqika, Mos.,1967, str.6; Pedaqogika, Bakı, “Renessans”, 2000, 
səh.6). 
Yuxarıda istinad etdiyimiz mənbələrin, demək olar ki, hamısında təlimə 
verilən təriflər mahiyyətcə  təhsilə verilən təriflərdən fərqlənmir. Məsələn, dərs 
vəsaitlərindən birində oxuyuruq: “Təlim prosesi müəllim və  şagird fəaliyyətinin 
müəyyən vəhdətidir ki, ümumi məqsədə məktəbəqədər yaşlı uşaqların və şagirdlərin 
biliklərlə, bacarıq və  vərdişlərlə silahlanmalarına, onların inkişafı  və  tərbiyəsinə 
yönəlir” 
(Q.İ.Şukinanın redaktəsi ilə, Mos.,1977, str.252). 
Təhsil və  təlim kateqoriyalarının nəinki təlim, hətta tərbiyə kateqoriyası ilə 
eyniləşdirmək halları da müşahidə edilir. Məs., V.S.Lednev yazır: “Otnogenez 
cəhətdən  şəxsiyyətin biososioloji formalaşması prosesi kimi sosial mahiyyəti 
təcrübənin əvvəlki nəsil tərəfindən sonrakı nəsillərə mütəşəkkil və normallaşdırılmış 
şəkildə verilməsi prosesi təhsildir” 
(Bax: V.S.Lednev. Soderjaniye obrazovaniya, M.,”Vısşaya 
şkola”, 1989, str.52). 
Gətirilən faktlardan belə bir nəticə  də  çıxır ki, guya təhsil kateqoriyasının 
düzgün tərifi təlim və  tərbiyə kateqoriyalarına verilən təriflərlə üst-üstə düşməlidir. 
Halbuki, təlim, tərbiyə  və  təhsil anlayışları bir-birilə üzvi şəkildə bağlı olsalar da 
onların hərəsini səciyyələndirən spesifik xüsusiyyətlər vardır.  
Təriflərdə  təlim, tərbiyə  və  təhsil kateqoriyalarını eyniləşdirməyin, onların 
fərqini görə bilməməyin iki başlıca səbəbi vardır. Birincisi, həmin kateqoriyalarda 
fərqə nisbətən oxşarlığın üstünlük təşkil etməsidir; ikincisi, bu kateqoriyalarda 


 
97
dialektikanın olduğuna, onların bir-birinə çevrilmək imkanına  əhəmiyyət 
verməməkdir.  
Azərbaycanda təhsil kateqoriyasının mahiyyətini açan fikirlər 1996-cı ildən 
söylənməyə başlanmışdır. Təlimin mahiyyətinə dair eyni müəllifin eyni əsərində 
ziddiyyətli fikirlərə  də rast gəlmək olur. Məsələn, 2000-ci ildə çap olunmuş 
“Pedaqoqika” (İ.P.Podlasıy. Pedaqoqika, M., 2000) adlı  əsərin 26-cı  səhifəsində 
oxuyuruq: “Təhsil-təlimin nəticəsidir”, 295-ci səhifədə isə yazılır: “Təhsil-təlim 
prosesində  mənimsənilən biliklərin, bacarıq və  vərdişlərin, təfəkkür tərzlərinin 
sistemidir”. 
Pedaqoji ədəbiyyatın ötəri təhlilindən belə bir nəticə çıxır ki, məktəbəqədər və 
digər təhsil kateqoriyasının mahiyyətini və  məzmununu açan tərif onun bir sıra 
xüsusiyyətlərini: sosial-iqtisadi həyatın tərkib hissəsi olduğunu; müvafiq tədris 
müəssisələrində (o cümlədən məktəbəqədər müəssisədə) həyata keçirildiyini; 
müəyyən biliklərin, bacarıq və  vərdişlərin, habelə  mənəvi keyfiyyətlərin 
məcmuundan ibarət olduğunu; tərbiyə və inkişaf imkanlarına malik olduğunu; təlimlə 
bağlılığını, bir halda təlimin  şərti, digər halda nəticəsi olduğunu özündə 
birləşdirməlidir. 
Əvvəla, təhsilin məktəbəqədər və ya digər növünü sosial-iqtisadi həyatdan 
təcrid edilmiş  şəkildə  nəzərdən keçirmək düzgün deyil. Çünki təhsil sosial-iqtisadi 
həyatın ehtiyacları ilə şərtlənir və onun sonrakı inkişafına səbəb olur. Buna görə də o, 
sosial-iqtisadi həyatın tərkib hissəsi kimi cərəyan edir. 
Ikincisi, təhsil, onun növləri (məktəbəqədər təhsil də daxil olmaqla) və 
formaları müəyyən tədris və ya məktəbəqədər müəssisələrdə həyata keçirilir.  
Üçüncüsü, tədris müəssisələrinin növündən və ya tipindən asılı olaraq təhsilin 
məzmunu başqa-başqa olur. Məsələn, məktəbəqədər müəssisələrdə öyrədilən bilik, 
bacarıq və  vərdişlər sistemi, ümumtəhsil məktəblərində öyrədilən bilik, bacarıq və 
vərdişlər sistemi peşə  məktəbindəkindən, peşə  məktəbindəki bilik, bacarıq və 
vərdişlər sistemi orta ixtisas məktəbdəkindən, ali məktəbdəkindən və s. fərqlənir. 
Həmin biliklər, bacarıq və vərdişlər elə sistemləşdirilir ki, gənc nəslə tərbiyəvi təsir 
göstərsin və onların qabiliyyətlərini inkişaf etdirsin.  
Dördüncüsü, tədris planında, tədris proqramları və dərsliklərdə nəzərə alınan 


 
98
biliklərin, bacarıq və vərdişlərin məcmuu tədris müəssisəsində tədrisin zəruri şərtidir. 
Təlim bu əsasda mümkün olur. Gənc nəsil həmin biliklər, bacarıq və  vərdişlər 
sisteminə yiyələndikdə  təhsil təlimin nəticəsinə çevrilir. Bu mənada təlimə  təhsilin 
həyata keçirilməsi prosesi kimi də baxmaq olur. 
Nəhayət, təhsil məqsədyönlü, planlı və mütəşəkkil səciyyə daşıyır.  
Bütün bu zəruri xüsusiyyətləri nəzərə alan pedaqogikada təhsil 
kateqoriyasının mahiyyəti belə başa düşülür: “Təhsil sosial-iqtisadi həyatın tərkib 
hissəsi kimi, müvafiq tədris müəssisəsində (və ya məktəbəqədər müəssisədə) 
müəyyən müddətdə  məqsədyönlü, planlı  və mütəşəkkil, öyrənilən, tərbiyə  və 
psixoloji inkişaf imkanlarına malik olan, təlimin bir halda zəruri  şərti, digər halda 
gedişi, üçüncü halda isə  nəticəsi kimi özünü göstərən sistemləşdirilmiş biliklərin, 
bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin məcmuudur” (29, səh.95). 
Məktəbəqədər tərbiyənin elementləri ibtidai icma quruluşu dövrünə  təsadüf 
edir.  İbtidai icma cəmiyyətində  həyata hazırlamaq üçün əmək və ovçuluğu  əks 
etdirən bəsit oyunlardan istifadə ediblər. Belə oyuncaqlarla oyun zamanı  uşaqlar 
yaşlıları təqlid ediblər. Mənəvi tərbiyənin güclü vasitələrindən biri folklor (nağıllar, 
atalar sözləri, zərb məsəllər və s.) nümunələri əsasında olubdur.  
Qədim Yunanıstanda meydana gələn pedaqoji nəzəriyyələrdə  məktəbəqədər 
yaşlı uşaqların ailə tərbiyəsindən də bəhs edilib. Afina və Sparta tərbiyə sistemindən 
daha geniş istifadə olunub. Sparta tərbiyəsində  hərbiləşdirmə geniş yer tutur, qul 
sahiblərinin uşaqları kiçik yaşdan qullara qarşı amansızlıq ruhunda tərbiyə 
olunurdular. Bu məqsədlə uşaqların cəsurluq, amansızlıq, fiziki cəhətdən dözümlülük 
və s. ruhda tərbiyə olunmasına ciddi fikir verilirdi.  
Qədim Yunan filosofları Platon və Aristotel də bu haqda öz fikirlərini 
söyləyiblər.  
Platon (eramızdan  əvvəl 427-347-ci illər) mühüm pedaqoji anlayışları, 
xüsusilə dini tərbiyə, ictimai quruluşun təlim-tərbiyə ilə  əlaqəsi və s. anlayışları 
müəyyən edib. O, erkən yaşlı  uşaqların vətəndaş kimi mövcud quruluş ilə bağlı 
olduğunu   əsaslandırmışdır.  Platon   uşaq   tərbiyəsində   oyuna   yüksək  əhəmiyyət 
vermişdir.  
Aristotel  (e.ə.384-322)  şəxsiyyətin  hərtərəfli  inkişafı  anlayışı  yaratmış və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə