Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   56

 
90
bununla məhdudlaşmır. Bu əsərlər balacaları əxlaq tərbiyəsi üçün də zəngin material 
verir. Yuxarıda adlarını  çəkdiyimiz “Uşaq bağçası”, “Bağça”, “Çalışan qazanar” 
şerlərindən uşaqların yoldaşlıq və intizam tərbiyəsi məqsədilə istifadə etmək olar.  
A.Şaiqin uşaqlar üçün yazdığı  mənzum hekayə  və  təmsillərində  tərbiyə 
məqsədləri ön plana çəkilmişdir. “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, “Yaxşı arxa” 
mənzum hekayələrində yazıçı  şəxsləndirmədən, yəni heyvan surətlərinin müəyyən 
adamları təmsil etməsi priyomundan istifadə etmişdir. Əxlaqi ideyanın uşaqlara daha 
tez çatması  və  əsəri cansıxıcılıqdan qurtarmaq üçün Şaiq nağıl janrından istifadə 
etmişdir. Kiçik uşaqlar nağılı çox sevirlər. Nağıl öz maraqları süjet xətti ilə, canlı 
surətləri ilə uşağı daha çox cəlb edir.  
Nağıl üslubunda yazılmış hər üç mənzum hekayədə A.Şaiq heyvan tipləri ilə 
ictimai mənalı hadisələri təsvir etmişdir. O, xalqın alleqorik təsəvvürləri ilə  zəngin 
şən yumor və  kəskin satiradan istifadə etmişdir. Təkəbbürlü tıq-tıq xanımın ölümü 
balaca oxucuda gülüş doğurursa, sadəlövh leyləyin və toyuq-cücənin aldanması ürək 
ağrısı, tədbirli qarğanın yaxşılığı sevinc, hiyləgər tülkünün ikiüzlülüyü, qəddarlığı 
qəzəb doğurur. Hekayələrdən yüksək  əxlaqi-tərbiyəvi nəticələr çıxır: lovğalıq, 
hiyləgərlik, ikiüzlülük, axmaqlıq pisdir. Əksinə, ağıllı və ayıq olmaq yaxşı sifətdir. 
“Tıq-tıq xanım” mənzum hekayəsi  “Dozanqurdu” adlı xalq rəvayətindən 
götürülmüşdür. Tıq-tıq xanım küsəyən, lovğa adamları təmsil edir. O, başına “soğan 
qabığından çadra” örtüb, ayağına “fındıq qabığından başmaq” geyib özünə yoldaş 
axtarmağa çıxır. Tıq-tıq xanım nə zəhmətkeş çobanı, nə də tülkünü bəyənir. Nəhayət, 
müəyyən şərtlərlə Siçan bəylə dostluq etməyə razılaşır. Lakin dostluğu uzun sürmür. 
Lovğalığı, küsəyənliyi onu ölümə aparır. 
Əsərdən çıxan nəticə belədir: yersiz küsəyənlik, lovğalıq adama zərər vurur.  
“Yaxşı arxa” mənzum hekayəsində tülkü hiyləgər, ikiüzlü adamları  təmsil 
edir. leylək isə  ağılsız, hiylədən tez aldanan şəxsləri göstərir. Kələkbaz tülkü 
sadəlövh leyləyi “atasından qalma” çinarı  kəsəcəyi ilə  hədələyərək, onun iki istəkli 
balasını yeyir. Bunu görən xeyirxah qarğa leyləyi başa salır ki, tülkü ağacı  kəsə 
bilməz. Üçüncü dəfə “payını” almağa gələn tülkünü leylək qovur. Tülkü başa düşür 
ki, leyləyi qarğa öyrətmişdir. Tülkü bu dəfə qarğanı tutub yemək üçün hiylə işlədir: 
özünü ölülüyə vuraraq onu dimdikləyən qarğanı tutur. Lakin qarğa tülkünü aldadıb 


 
91
qaça bilir.  
Əsərdən belə bir nəticə  çıxır ki, hiyləyə tez aldanan adamlar ziyan çəkirlər. 
Ağıllı adamlar belələrinə kömək etməli, arxa olmalıdırlar. 
“Tülkü həccə gedir” mənzum hejayəsində bu ideya bir daha qüvvətlənir. 
Qocalıb  əldən düşmüş tülkü toyuq-cücələri aldadıb yemək üçün hiyləyə  əl atır. O, 
özünü elə göstərir ki, guya öz əvvəlki işlərindən peşiman olmuşdur; daha toyuq-
cücələrlə  işi olmayacaqdır. Tülkü paltarını  dəyişib, ağlaya-ağlaya çölləri dolaşır. 
Tülkünün peşiman olmasına inanan toyuq-cücənin üstünə cumur, onların çoxunu 
boğur. 
A.Şaiqin belə  mənzum hekayələri uşaqlara qüvvətli təsir göstərən qiymətli 
əsərlərdir. Bu təsir nə ilə izah edilə bilər? Bu suala prof. M.Cəlal belə cavab verir: 
“Şaiq uşaqları lövhələrlə düşündürməyi bacarır. O, vətən sevgisi, bəşəri məhəbbət, 
əmək sevgisi, ata-ana məhəbbəti, yoldaşlıq hissi, sədaqət, doğruluq, saflıq, 
mərdanəlik, etibar, alicənablıq kimi xüsusiyyətləri təbliğ edən əsərlərin hər birində bu 
duyğuları müstəqil dil ilə  tərifləmir, canlı insan və ya alleqorik surətlər, maraqlı 
sərgüzəştlər vasitəsilə verməyə çalışır” (39, səh.247). 
Yüksək  əxlaqi ideyalar A.Şaiqin təmsillərində yaltaq və hiyləgər tülkü pis 
vəziyyətdə qalır (“Tülkü və xoruz”), lovğa siçan gülünc hala düşür (“Dəvə və siçan”), 
zəhmətkeş arı öz gümüş xallı qanadları ilə öyünən kəpənəyə qarşı qoyulur (“Arı və 
kəpənək”), tamahkar tülkü itlərə yem olur (“Tülkü və dəvə”), dəvə öz ağlı ilə qurdun 
və tülkünün əlindən canını qurtarır (“Dəvə, tülkü və qurd”). 
Qeyd olunan mənzum hekayə  və  təmsillərdən məktəbəqədər tərbiyə  işində 
istifadə etmək mümkündür. Bu üç mənzum hekayələrin hər üçünün məktəbə hazırlıq 
qruplarında oxunması  nəzərdə tutulmuşdur. Uşaqların nitq inkişafı baxımından 
hekayələrdəki bəzi münasib parçaların əzbərlədilməsi faydalıdır. Təmsilləri isə böyük 
və məktəbə hazırlıq qruplarında nağıl etmək və qismən oxumaq məsləhətdir. Əxlaqi 
nəticələri uşaqları hazır  şəkildə demək yox, onların fəal iştirakı ilə  çıxartmaq 
məqsədəmüvafiqdir. 
A.Şaiq müxtəlif janrlarda yazdığı əsərləri ilə balacaların qəlbinə saf duyğular, 
nəcib sifətlər aşılamağa çalışmış və zəngin bir irs qoyub getmişdir. Bu qiymətli irsi 
öyrənmək  və  ondan  məktəbəqədər  tərbiyə  işində  istifadə  etmək mühüm və aktual 


 
92
vəzifə kimi qarşıda durur. 
Hüseyn Cavid (1882-1943) “Xəyyam”, “Şeyda”, “Topal Teymur”, “Şeyx 
Sənan”, “İblis”, “Ana”, “Peyğəmbər” kimi dram əsərləri yazmışdır. Bu əsərlərin hər 
birində Cavid mühüm bir problemi qoyur, onu həll etmişdir.  Əsərlərin məğzi 
vətənpərvərlik, xalqın gözü açıq, azad görmək istəyidir.  
Hüseyn Cavid uşağın tərbiyəsində irsiyyət, mühit və  tərbiyənin rolundan 
danışır. Bunların hər üçünün insanın yetişdirilməsində mühüm rolu olduğunu 
göstərir. Insan tərbiyəsində irsiyyətin mühüm amil olduğunu izah edir. Onun fikrincə 
bir çox uşaqlar anadan xəstə doğulurlar. Bu xəstəliyin mənbəyi ata və anadır. Əgər 
onlardakı xəstəlik keçicidirsə, irsən o uşağa keçəcək. Uşaq ömrü boyu bundan əziyyət 
çəkəcək. Uşağı  ən öncə anadan olan xəstəlik keçir. Çünki ana doqquz ay onu 
bətnində saxlayır, sonra da əmizdirir. Bu xəstəlik bir növ uşağın iliyinə işləyir. Uşaq 
böyüdükcə xəstəlik də böyüyür. Bəzən isə elə olur ki, uşaq anadan sağlam doğulur, 
lakin onun yaşadığı yer, yeməyi, içməyi uşağn xəstə olmasına səbəb olur. Deməli, 
uşağın sağlam olması üçün səmərəli və kalorili qida əsas şərtdir.  
Cavid uşaqların tərbiyəsində mühitin də böyük əhəmiyyəti olduğunu göstərir. 
Mühit insanın tərbiyəsində elə mühüm amildir ki, bunu heç nə ilə əvəz etmək olmaz. 
Mühit hətta 35-40 yaşına qədər adama təsir edir. Lap məktəbi qurtarandan sonra 
insan elə bir mühitə düşə bilər ki, onun aldığı təlim-tərbiyə yerlə yeksan ola bilər.  
Hüseyn Cavidin istər elmi məqalələrində, istərsə  də  bədii  əsərlərində ailə 
tərbiyəsi mühüm yer tutur. Bu çətin işdə ananın rolu böyükdür. Ana tərbiyəçilər 
tərbiyəçisidir. Biz istəyiriksə uşaqlarımız elmli, əxlaqlı cəmiyyət üçün yararlı olsun, 
birinci növbədə qadınlarımızın oxuması lazımdır. Çünki nadan qadın nadan övlad 
tərbiyə edəcək. Ananın vəzifəsi təkcə doğub törəmək deyil, ana həm də dünyaya 
gətirdiyi övladı  vətən üçün tərbiyə etməlidir. Çox vaxt bizim qəzetlərimiz millət
vətən təəssübündən danışır, lakin heç kim demir ki, belə  vətəni qoruyan, millət 
qeyrəti çəkən adamları kim tərbiyə etməlidir. Bunun üçün onlara müraciət etmək 
lazımdır. Çünki millətin də, vətənin də  gələcəyi qucağında böyüyən, məktəb 
sıralarında çırpınan məsum körpələrdir. Uşağın inkişafı, gələcək fəaliyyəti onlardan 
asılıdır. Belə anaların olması üçün qadın və qız məktəblərinin olması zəruridir. Əgər 
qadın savadlı olsa, o, uşağını rejimlə yedizdirər, yeməyini, yatağını növbələşdirər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə