Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   56

 
78
tələbləri baxımından azadlıq uğrunda gedən mübarizənin tərkib hissəsi hesab 
etmişdir. 
Ü.Hacıbəyov cürətsizlikdən doğan bir sifət kimi, mənfi keyfiyyət kimi – 
acizliyi də tənqid etmiş, bunlara qarşı təşəbbüskarlıq və mübarizlik kimi gözəl əxlaqi 
keyfiyyətlər təlqin etmişdir. O, yazırdı: “Odur ki, biz hər bir təşəbbüs müqabilində 
özümüzü aciz bilib, cürətsizlik etməməliyik. Insan ruzigarın önümüzə yumalatdığı 
çətinliklərlə mübarizədə olmaq üçün yaranıbdır. Acizlik və cürətsizlik 
göstərməkdənsə, mübarizə edib ruzigara basılmamaq  əfsəldir” (63, səh.640-653). 
Beləliklə, Ü.Hacıbəyov cürətsizlik və acizliyi uşağın tərbiyəsində  əxlaqi yoxsulluq 
hesab etmiş və humanist keyfiyyətlərə malik olmağı mühüm əxlaqi mənəviyyat kimi 
qiymətləndirmişdir. 
Ü.Hacıbəyov  şəxsi mənafeyi ictimai mənafeyə qarşı qoyurdu. O, belə bir 
əqidədə olmuşdur ki, insan gərək həm özü üçün, həm də ümummillət üçün çalışsın. 
O, ictimai və şəxsi mənafeyin əlaqəsi məsələsində ictimai mənafeyə üstünlük verir, 
bunu əxlaqlı olmağın mühüm şərtlərindən biri hesab edirdi. 
A.A.Bakıxanov, S.Ə.Şirvani, M.T.Sidqi, M.Ə.Sabir kimi Ü.Hacıbəyov da 
şəxsiyyətin təşəkkülü və gələcək inkişafında ailənin roluna yüksək qiymət vermiş və 
humanizm tərbiyəsində onun mühüm rol oynadığını qeyd etmişdir. Apardığı 
müşahidələr nəticəsində o, belə qənaətə gəlmişdir ki, uşağın inkişafının istiqaməti və 
intensivliyi bilavasitə ilkin tərbiyədən – ailə tərbiyəsindən çox asılıdır. Çünki uşağın 
fiziki və psixi inkişafının ilk rüşeymləri ailədə qoyulur. Ü.Hacıbəyovun fikrincə 
ailədə  tərbiyə  məsələsinin düzgün qoyuluşunu  şəxsiyyətin gələcək inkişafına güclü 
təsir edir. o, insanda yüksək mənəvi sifətlərin yaranıb təşəkkül tapmasına məktəb 
illərində deyil, məktəbəqədərki dövrdə başlanmalı fikrini müdafiə edir və göstərir ki, 
uşağın tərbiyə edilməsi prosesində ailənin rolu məktəbin və  məktəbəqədər tərbiyə 
müəssisələrinin rolu qədər əhəmiyyətlidir. 
Ü.Hacıbəyov uşaq oyunlarının gözəlliyi, uşaqlarda  əxlaqi keyfiyyətlərin 
formalaşması  və humanist hisslərin daha da təşəkkül tapması üçün onun tərbiyəvi 
məzmununa malikliyini və milliliyini, yaş  səviyyəsinə uyğunluğunu təklif etmişdir. 
Oyuncaqların obrazlılığına, uşaqların yaş  səviyyəsinin uyğunluğuna, tərbiyəvi 
əhəmiyyətinə  xüsusi  fikir  verilməsini  və  ondan  yerli-yerində  istifadə  olunmasını 


 
79
təklif etmişdir. 
Təkcə adlarını  çəkdiyimiz maarifçi ədiblərimiz deyil, N.Nərimanov, 
A.Səhhət, C.Məmmədquluzadə və başqa görkəmli şəxsiyyətlər də birtərəfli tərbiyə ilə 
razılaşmayaraq, insanı  həm  əqli, həm  əxlaqi, həm də fiziki və estetik cəhətdən 
ahəngdar tərbiyə etməyi lazım bilmişlər. Onlar uşaq şəxsiyyətini təhqir edən hər cür 
cəzanın əleyhinə idilər. Müəllim, tərbiyəçi öz biliyi, bacarığı, mədəniyyəti, nəzakəti, 
davranışı, sadəliyi, ictimaiyyətçiliyi və sair ilə  həm uşaqlar, həm də  əhali arasında 
nüfuz qazanmalıdır. Tərbiyənin uşaqlara qayğı ilə yanaşmasını, onlarla rəftarında 
həssas və mülayim olmasını, mərifət gözləməsini tələb edərək, bunların uşaqlarda 
insanpərvərlik, humanistlik, adamlara qayğı ilə yanaşmaq kimi əxlaqi sifətlərin 
formalaşmasına mühüm təsir göstərdiyini qeyd etmişlər. 
Abbas Səhhət (1874-1918) uşaqlar üçün də zəngin ədəbi irs qoyub getmişdir. 
O, Azərbaycan uşaq  ədəbiyyatında  şərəfli bir yer tutur. Uşaq  ədəbiyyatını  təsirli 
tərbiyə vasitəsi hesab edən  şair sələfləri M.Füzuli, Q.Zakir, S.Ə.Şirvaninin gözəl 
ədəbi ənənələrini davam etdirmiş, öz yaradıcılığı ilə uşaq ədəbiyyatı xəzinəsini xeyli 
zənginləşdirmişdir. Onun “Cücələr”, “Quşlar”, “Ana və bala”, “Yaz”, “İlk bahar”, 
“Qış” kimi onlarca şeri Azərbaycan uşaq ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. 
Şairin şerlərinin bir çoxu bu gün də balacaların dilinin əzbəridir. A.Səhhətin şerlərini 
yaşadan, hər  şeydən  əvvəl, onların uşaq yaşına və ruhuna münasib olmasıdır. 
Məlumdur ki, məktəbəqədər yaşlı uşaqlar nağılları dinlədikcə xəyal aləminə qapılır, 
onlarda təxəyyül qüvvətli olur. Uşaq çubuqdan “at”, qutudan “maşın” düzəldib 
yorlulmaq bilmədən “sürür”. Uşaq  ədəbiyyatı  uşaq xəyalına qanad verməli, onların 
hisslərinə  təsir etməlidir. Bu cəhətdən A.Səhhətin  şerləri çox səciyyəvidir. “Yaz”, 
“Qaranquş balaları”, “Bağça” və başqa  şerlər uşaqlarda hisslərin tərbiyəsinə 
yönəldilmişdir. “Qaranquş balaları” şerindən bir parçaya diqqət edək: 
Ay quşcuğazlar, nə yaraşıqlısız, 
Can kimi bəslənməyə layiqsiniz. 
Nədir o istəkli, o heyran baxış, 
Nə dadlı cik-cik, nə gözəl çırpınış?! 
Şairin digər  şerləri də belə  səmimidir. A.Səhhətin uşaq  şerlərini 
səciyyələndirən cəhətlərdən biri də onların uşaqları yoran, darıxdıran nəsihətçilikdən, 


 
80
quru mühakimələrdən uzaq olmasıdır. Uşağın təbiəti konkretlik, əyanilik tələb edir. 
uşaqlar üçün yazılan əsərlər öz konkretliyi, parlaqlığı ilə fərqlənməlidir. A.Səhhətin 
bir çox uşaq şerləri buna gözəl nümunə ola bilər. “Cücələr” şerində oxuyuruq: 
Cücələrim bəzəklidir, 
Bəzəklidir, düzəklidir, 
Sarı, çil-çil, hər rənglidir. 
Yeyər, içər cücələrim 
Doyub qaçar cücələrim. 
A.Səhhət parlaq lövhələr, canlı surətlər yaradır, məqsədi balaca oxuculara 
surətlər vasitəsilə çatdırmağa çalışır. Şair tülkü və qurdu, qarışqa və milçəyi, gün və 
küləyi, gülləri “dilə  gətirir”, özü isə sanki hadisələrin arxasında gizlənib gözə 
görünmür.  
A.Səhhətin şerlərinin bir xüsusiyyəti də dilin sadəliyi və oynaqlığıdır. Çətin, 
uzun, ağır tələffüz olunan sözlərlə dolu əsərlərin ideyası, məzmunu balaca oxucuya 
çatmır, ona lazımi tərbiyəvi təsir göstərmir. A.Səhhətin uşaq  şerlərinin  əksəriyyəti 
dilinin sadəliyi, oynaqlığı, axıcılığı  və  bədiiliyi ilə  fərqlənir. “Quşlar”  şeri xüsusilə 
sadə və bədii dildə yazılmışdır: 
Quşlar, quşlar, a quşlar! 
Qaranquşlar, a quşlar! 
Cəh-cəh vurun burada, 
Gah yerdə, gah yuvada... 
Şair uşağa aydın olmayan, çətin tələffüz olunan ifadələrdən, çoxsözlü 
misralardan qaçır, mümkün qədər yığcam və oynaq misralardan istifadə etməyə 
çalışır.  Şair uşaqlarla onların dilində danışır, fakt və hadisələri uşaq anlayışlarına 
uyğun surətdə ifadə edir. Azsözlü misralar, qoşa misralarda müvəffəqiyyətlə seçilmiş 
qafiyələr onun uşaq şerləri üçün tipikdir: 
Quşlar ötür çöllərdə, 
Ördək üzür göllərdə. 
Əsir isti küləklər, 
                      Uçur qazlar, ördəklər...(“İlk bahar”) 
Şerdəki aydınlıq, ahəngdarlıq onun yadda qalmasını asanlaşdırır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə