66
Tusi uşaq oyununa da böyük əhəmiyyət verir. Uşaq hər vaxt oynamaq istəsə, ona
icazə verilməlidir. Lakin oyun gözəl olmalıdır. Onun uşağa xeyri olmalıdır. Oyun
yorucu olmamalıdır. Oyun uşağı yorub əldən salmamalı, qanını qaraltmamalı, zehnini
kütləşdirməməlidir. Tusi oğlanlarla bərabər qızların da tərbiyəsinə xüsusi fikir verir,
onların həyalı, ismətli, vüqarlı böyüdülməsini zəruri sayır.
Hərəkət qaydalarından danışarkən qeyd edir ki, çox yüngül yeriyib tələsmək
yelbeyinliyə dəlalət edir. Çox ağır yerimək tənbəlliyə dəlalət edir. Təkəbbürlü
adamlar kimi özünü çəkə-çəkə yeriyəndə o tərəf bu tərəfə baxmamalı, bu gözü
dağınıq, huşu özündə olmayan adamlara aiddir, həmişə başı aşağı getməməli, orta
həddi gözləmək lazımdır. Oturaq qaydaları da belədir, başı dizi üstə qoymamalı,
burnunu qurtdalamamalı, bərkdən əsnəməməli, adamların qabağında uzanmamalı,
tüpürməməli, məclisdə öz yerini tanımalıdır.
Yemək qaydalarından danışarkən məsləhət görür ki, əl-üzü yuyandan sonra
süfrə başına gəlməli, yeyərkən üst-başını bulamamalı, ağzını çox iri açmamalı,
barmaqlarını yalamamalıdır. Xörəyin rənginə diqqətlə baxmamalı, onu iyləməməli,
seçməməli, ləzzətli xörək azdırsa, ləlöyünlük etməməli, əli yağlı çörəyə-duza
vurmamalı, çörək yeyəndə başqasının üzünə baxmamalı, əgər xörəkdən tük çıxarsa,
onu elə etməlidir ki, heç kim görməsin.
Adamların yanında dişində qalmış əti çıxarmamalı. Bu qaydalar bu günümüz
üçün də zəruridir.
N.Tusinin tərbiyə-təlim və əxlaq məsələlərinin izahına dair maraqlı fikirləri
bu gün də öz əhəmiyyətini itirməmiş, uzun illər keçməsinə baxmayaraq, xüsusi məna
kəsb edərək müasir olaraq qalmışdır.
O, uşaqların inkişafında irsiyyət, mühit və tərbiyə amillərini əsas götürür.
Azərbaycan xalqının görkəmli oğlu Məhəmməd Füzulinin (1498-1556) də
əsərlərində təlim-tərbiyə məsələləri öz ifadəsini geniş təzahür edir. Füzulinin zəngin
və qiymətli əsərləri insanı yoldaşlığı, yaxşılıq və pisliyi, ədalət və ədalətsizliyi, haqq
və haqsızlığı dərindən duymağa, hiss etməyə, düşünməyə yönəldir. Onları oxuduqca
insan düşüncəsi və hissləri nəcib, yüksək bir istiqamət alır.
M.Füzuli bildirir ki, elm, hikmət, şərəf, qüvvət – hamısı insana cəm halında
verilmir. Bu keyfiyyətlər insana ardıcıl, sistemli və inadla aşılanmalıdır, yəni insan
67
tərbiyə olunmalıdır. O, tərbiyənin ecazkar qüvvəsini, onun böyük rolunu xüsusi
olaraq göstərir. Insanın tərbiyəsində təlim, elm böyük rol oynayır. Tərbiyə düzgün
verildikdə insanı kamil edir, onu həqiqi insan mövqeyinə qaldırır. Buna görə də
insana təhsil vermək, onun əqlini inkişaf etdirmək lazımdır. Tərbiyəçi insan qəlbini
dərindən hiss etməli, onun qəlbinin gizli sirlərini duymalı, bütün elmlərdən və
sənətlərdən xəbərdar olmalıdır ki, onun dükanına gələn müştərilər orada hər şey
tapsınlar, yəni onun təlim-tərbiyəsinə möhtac olanlar, ona müəyyən süallarla müraciət
edənlər ondan razı qalsınlar (45, səh.45-50).
Füzuli yaradıcılığında tərbiyə məsələləri mühüm yer tutur. Humanizm,
vətənpərvərlik, xəlqilik, nikbinlik, əməyə və əmək adamlarına dərin məhəbbət, Füzuli
yaradıcılığının, eləcə də onun tərbiyə haqqında fikirlərinin metodoloji əsasını təşkil
edir. Onun tərbiyənin məqsədi haqqındakı fikirlərini belə xülasə etmək olar:
tərbiyənin məqsədi elmli, pak, əxlaqlı, zəngin mənəvi həyata malik, insan həyatını
dərin hiss edən, şəxsi mənafeyini xalqın mənafeyi ilə, sözünü, fikrini işlə bağlamağı
bacarmaq, sözündə, əhdində vəfalı, sədaqətli və səmimi bir insan yetişdirməkdir.
Təbiət aləminə arası kəsilməyən yağışların köməyilə biyabanlar, çöllər bağ-bostana
çevrilir, ruzigarın uzun müddətli təsirləri nəticəsində daş rəngini dəyişdirib ləl olur,
su qiymətli incilərə çevrilə bilir, zərrələrin günəşlə birləşməsi ona parlaqlıq verir,
arası kəsilməyən damcılardan dərya əmələ gəlir. Füzuli bununla da, insan da insana
düzgün münasibət göstərərsə, onu lütf ilə, nəvaziş ilə tərbiyə etsə, ondan yüksək
mənada insan olacağını göstərir.
Füzuliyə görə yalnız gözəl insani rəftar nəticəsində insanı tərbiyə etmək
mümkündür. Tərbiyəni mümkün qədər aşağı yaşlardan başlamalı, ağıl və zəka
sahiblərinin söhbətlərindən elm və mərifətin bu yaşlarda kəsb edilməsinə çalışmaq
lazımdır. Tərbiyə vaxtında, düzgün verilməsə insan ağlının ayinəsini pas basar və
həmin şəxs sərt daşa, zərərli tikana çevrilər, hamı təlim-tərbiyə görməlidir. Yalnız
gözəl əxlaqlı adamlar hörmətə, qayğıya, tərifə layiqdirlər. Cəmiyyətin faydalı üzvü
olmaq üçün insanın üzərində zəhmət çəkməli, çətinlikdən qorxmamalı, arzu olunan
məqsədə çatmaq üçün məhrumiyyətə dözməlidir.
O, uşaqların tərbiyəsi ilə təcrübəli şəxslərin məşğul olmasını göstərir və
tərbiyəçilərdən yüksək təcrübə tələb olunduğunu bildirir. Füzuli tərbiyədə mühitin,
68
şəraitin böyük təsir göstərdiyini qeyd etmişdir. Əxlaq tərbiyəsi ilə əlaqədar olaraq
insan davranışı haqqında qiymətli fikirlər söyləmişdir. Övlad gözəl nemətdir, lakin
onun həqiqi gözəlliyi öz ifadəsini onun gözəl əxlaqında tapmalıdır. Gənc nəslə
tərbiyə məsələsinə aid oğlu “Fəzliyə nəsihət”də və “Rindü Zahid” əsərlərində öz
fikrini aydın bildirmişdir.
Füzuli insan əxlaqında olan riyakarlıq, paxıllıq, fitnəkarlıq, fəsad, yalançılıq,
xudpəsəndlik, hərislik, tamahkarlıq, şöhrətpərəstlik və s. bu kimi nöqsanları tənqid
edir. O, insanda humanizm, vətənə və xalqa sevgi, doğruçuluq, mərdlik, vəfa, sədaqət
və s. müsbət əxlaqi keyfiyyətləri tərbiyə etməyi lazım bilir (47, səh.34-58).
Məhəmməd Füzuli yaradıcılığında tərbiyə məsələləri mühüm yer tutur. Onun
tərbiyə haqqında fikirlərinin əsasını humanizm, vətənpərvərlik, xəlqilik, nikbinlik,
əməyə və əmək adamına dərin məhəbbət təşkil edir. Füzuli tərbiyənin məqsədini pak
əxlaqlı, zəngin mənəvi keyfiyyətlərə malik sədaqətli bir insanlar yetişdirməkdə
görürdü. Ona görə tərbiyə nə qədər tez, kiçik yaşlarından verilərsə, onun faydası daha
yaxşı olur. Füzuli yazırdı ki, tərbiyə vaxtında verilməzsə, insan əqlinin aynasını pas
basar və o şəxs sərt daşa, zərərli tikana çevrilər. Əgər insan tərbiyə olmazsa o, nə
qədər yüksəlib, əyan olsa belə, ən yüksək mövqe olan insanlığa yüksələ bilməz. Buna
görə də tərbiyəyə məxsus olan əsas rola kiçik yaşlarından daha ciddi diqqət vermək
lazımdır. O, bunu oğlu Fəzliyə nəsihətində belə izah edir: “Bağda qoca bir bağban
gördüm. Bir ağacdan meyvə almaq üçün vaxtını sərf edib çalışırdı”. Bununla o
demək istəyirdi ki, insandan meyvə almaq üçün onun üzərində də iş aparılmalı, onun
tərbiyəsi ilə məşğul olmaq lazımdır.
M.Füzuliyə görə insanın gələcəkdə cəmiyyətdə mövqeyi ondan ciddi hazırlıq
tələb edir. Bu tələbi isə tərbiyə həll etməlidir. Füzuli tərbiyənin ecazkar qüvvəsini,
böyük rolunu xüsusi ifadə edir.
Feyz lütfilən əgər insana qılsa tərbiyət,
Qədrilə insan-mələk nisbət əzimüşşan olur,
Var mələk həm tapsa eyni iltifatından nəzər,
Əql kamil kəsb edər, əlbəttə bir insan olur.
Füzuliyə görə insan öz daxili aləminin zənginliyi ilə həmişə yüksəkdə durur,
insana bunu nəsib edən isə onun tərbiyəsidir. Yeni nəslin tərbiyəsindən gələcək
Dostları ilə paylaş: |