Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   56

 
63
insanda çeviklik, cəldlik əmələ gətirir. 
N.Tusi həyatı uşaqlarsız təsəvvür etmir və bütün əsər boyu uşaqların tərbiyəsi 
alimin diqqət mərkəzində olduğu açıq-aydın görünür. Əsərdə bu məsələyə xüsusi 
fəsil həsr edən alim uşaqların gələcəkdə necə olacaqlarını lap ilk südəmər çağlarından 
veriləcək tərbiyəsindən asılı olduğunu göstərir. Bu məsələdə o yazır: “...ata-ananın 
borcudur ki, hər şeydən əvvəl övladlarını vicdanlı olmağa öyrətsinlər, sonra müxtəlif 
tərbiyə və təlim işlərinə başlasınlar” (62, səh.74). 
N.Tusinin fikrincə  uşaqlarda özünü göstərən “həya” hissinin tərbiyəsi ilə 
birinci növbədə məşğul olunmalıdır. O, həya hissinin böyük əhəmiyyətini göstərərək 
yazır: “...uşaq həyalıdırsa əksər halda başını aşağı salıb durursa, sırtıqlıq etmirsə, bu 
onun nəcibliyinə sübutdur, bu o deməkdir ki, onun nəfsi çirkin əməllərdən çəkinir və 
onlara ikrah hissi ilə yanaşaraq  gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın 
uşaqda olmasına dəlalət edir”. Bununla da o, uşağın gələcək xoşbəxtliyini böyük 
istedadın nəticəsi hesab edir.  
Dahi alim uşaqlarda yalana, böhtana, iftiraya, kədər və  qəmlərə biganə 
qalmağa, xudpəsəndliyə nifrət hissi oyatmağı  uşaq tərbiyəsinin  əsası sayır və bunu 
tərbiyəçilərin  ən ümdə  vəzifəsi hesab edir. N.Tusi göstərir ki, uşaq inkişafının ilk 
anlarından yalançı, paxıl, tərs və inadkar ola bilər. Bu, vaxtında tənbeh edilməzsə, 
gec olar. Buna görə də uşaq körpəlikdən belə əməllərdən uzaqlaşdırılmalı və vaxtında 
tərbiyə edilməlidir.  
N.Tusi uşaqların tərbiyəsində onların böyüklərə hörmət ruhunda tərbiyəsinə 
xüsusi  diqqət  vermişdir. Bu hissin tərbiyəsi  əsasına özünə hörməti qoyur, yəni 
yalnız özünə hörmət olduqda bu hiss başqalarına da rəva görülür. 
N.Tusi uşaqları pis təsirlərdən qorumağı, əxlaq normaları pozulmuş mühitdən 
uzaqlaşdırılmağı, nəyin pis, nəyin yaxşı olduğunu vaxtında uşaqlara başa salmağı 
tövsiyə edir. O uşaqlarda, doğruçuluq, düzlük tərbiyə etməyi məsləhət görür və yazır: 
“...elə etmək lazımdır ki, uşaq heç bir şeyi gizlətməsin, bir şeyi gizlətmək onun qəbih 
iş olduğunu başa düşməyi göstərir, bir qəbih iş gizlədildimi, başqa qəbih işləri də 
gizlətməyə cəsarət edər” (62, səh.75). 
Dahi mütəfəkkir alim, müəllim məsələsinə  də toxunmuş, onun uşaqların 
tərbiyəsində böyük roluna xüsusi əhəmiyyət vermişdir. O, özünün nümunəvi olması, 


 
64
peşəsinin isə son dərəcə məsuliyyətli olması qeyd etmişdir, müəllimi ata ilə bərabər 
tutur və yazır: “Müəllimlərin ədəb və tərbiyə öyrətmələri əsl vücuda nisbətən ikinci, 
ata-babaların tərbiyəsinə nisbətən isə şərəflidir və həqiqətən müəllim cismani atadır”. 
Mütəfəkkir müəllim şərəfini yüksəldən belə hikmətli ifadəyə müraciət edərək yazır: 
“İskəndərdən soruşurlar: “atanı çox sevirsən, yoxsa müəllimi?” – dedi: “Müəllimi. 
Atam məni dünyaya gətirmişdir, müəllimim isə mənə əbədiyyət bəxş etmişdir”.  
Beləliklə, N.Tusi müəllimin uşaq  üzərindəki əzab və əziyyətini ata zəhmətinə 
bərabər tutmaqla öz fikrini belə ümumiləşdirir: “Müəllimin tələbəyə olan məhəbbəti 
xeyirxahlıq məhəbbəti nöqteyi-nəzərindən də atanın oğula onan məhəbətindən üstün 
olar, çünki onun tərbiyəsi tam fəzilət, mənəvi qida, xalıs fikmət əsasında olar.” Ona 
görə  də o uşaqların tərbiyəsini, onların tərbiyəsinin düzgün, qüsursuz aparılması 
üçün, dunu saf, pak tərbiyəçilərə tapşırılmasına tövsiyə edir. 
Bununla da N.Tusi “Əxlaqi-Nasiri” əsərinin övladların tərbiyəsinə həsr etdiyi 
fəslin uşaqların mənəvi təmizlik,  əxlaqi saflıq ruhunda tərbiyə olunması ilə yekun 
vuraraq bunu valideyn, tərbiyəçi və müəllimin ən ümdə vəzifəsi hesab edir. 
N.Tusi doğulan uşaq üçün ağıllı və sağlam bir dayə tapmağı məsləhət görür. 
Çünki pis adət və xəstəliyin çoxu süd vasitəsilə uşağa keçir. 
 Südəmər bir uşaq tutmamış maya 
                         Tutmayın siz axmaq, xəstə bir dayə, 
                         Süd ilə bədənə girərsə zəhər 
                         O, bədəndən yalnız öləndə çıxar. 
Uşaq süddən ayrıldıqdan sonra onu tərbiyə etmək, nizam-intizamı öyrətmək 
lazımdır. 
Uşağın təbiətində həmişə fitri nöqsanlar var, tərbiyə vasitəsilə vaxtından əvvəl 
onun qarşısını almaq lazımdır ki, onun əməlləri pis vərdişə çevrilib, qəlbində kök 
salmasın. Onun əxlaqını saflaşdırmaq üçün uşaqda özünü biruzə vermək istəyən 
nəcib keyfiyyətləri təkmilləşdirmək, inkişaf etdirmək lazımdır. 
Uşaqda təmiz, idraki qüvvələrdən  əvvəl utanmaq, həya  əlaməti özünü 
göstərir. Uşaqları erkən yaşdan mehribanlıq, məhəbbət doğuran kəlamlarla tərbiyə 
etmək lazımdır - xüsusilə ağıla, idraka, şüura təsir edən başa salmaq yolu ilə, yəni, 
inandırma yolu ilə. Tusi qeyd edirdi ki, elə valideynlər var ki, uşağı düzgün tərbiyə 


 
65
etmir, ən qorxulu vasitəyə - pul verməklə, onu başqa şeylər vəd edib, şirnikləndirmək 
yolunu seçirlər. Bu isə erkən yaşdan uşaqlarda riyakarlıq, yalançılıq tərbiyə edir. 
O, adət-ənənələri davranış qaydalarını, dini vəzifələri öyrənməyi zəruri sayır. 
Xeyirli işləri onun yanında tərifləmək, zərərli işləri pisləmək lazımdır. Uşaq yaxşı iş 
görəndə onu həvəsləndirmə yaxşı  nəticə verir. Onları sadə geyimə, sadə yeməyə 
öyrətmək lazımdır. Tusi yazır ki, kiçik yaş dövründə  uşaqlar çoxlu səhvlərə yol 
verirlər. Qəbahətli işlər görər, çox zaman yalançı və paxıl, oğru, xəbərçi və tərs ola 
bilər. Uşağı körpəlikdən tərbiyə etmək, sonra təlimə başlamaq lazımdır. Burada  
tərbiyəvi şerlər, kəlamlar öyrətmək lazımdır. 
Uşağı çoxlu danlamaq da olmaz. Uşağı çox danlayanda sırtılır, sonra qəsdən 
pis hərəkətlər edər ki, qarşısındakını əsəbiləşdirsin.  
Uşaqların tərbiyəsində  mədəni-gigiyenik adət və  vərdişlərin tərbiyəsinə 
xüsusi fikir verilməlidir. Uşağın xoşuna gəlsin deyə ona rəngarəng, ləzzətli xörəklər 
vermək lazım deyil. Bu uşaqda qarınqululuq və ləzzətli yeməyə hərislik tərbiyə edir.  
Onlara orta bir yemək vermək lazımdır ki, bu həm yoxsullara, həm də 
varlılara aiddir. Uşağa səhər yeməyini az və yüngül vermək lazımdır.  Əgər uşaq 
səhər-səhər çox yesə onu yuxu basar, zehni kütləşər. Bu yaşda uşağa az ət vermək 
lazımdır.  Əgər az ət yesə onda çeviklik, oynaqlıq,  şənlik meylləri daha güclü olar. 
Xörək arasında su içmək də olmaz. Uşağı nalayiq söz, şit zarafat olan yerdən uzaq 
saxlamaq lazımdır.  
Uşağı qorxu hissindən uzaq saxlamaq lazımdır. Qorxaq uşaqlar pis iş tutanda 
cəzalanacağından qorxub, əsil həqiqəti demir, uşağı elə etmək lazımdır ki, o, öz 
sirrini valideynlərindən gizlətməsin. Uşağı yatağanlığa öyrətmək lazım deyil, 
yatağanlıq insanda süstlük, tənbəllik yaradır. Uşaqlara yumşaq paltar geyindirməməli, 
onun bədəni möhkəm olsun deyə yatağı və paltarı cod olmalıdır. Böyüklərə tərbiyə 
hissi tərbiyə edilir ki, lovğalığa qarşı mübarizə aparılmalıdır. Az danışmağı erkən 
yaşdan uşaqda tərbiyə etmək lazımdır. Uşaq az danışsın, böyüklərin danışmağına 
qulaq assın. Nalayiq sözlər danışmaq, söyüş söymək, yersiz danışmaqdan 
çəkindirməli. 
N.Tusi cəza tədbirindən də istifadə etməyi lazım bilir. Uşaqları pula, qızıla, 
gümüşə hərislikdən qorumaq lazımdır. Bunlarda olan zəhər heç əfi ilanda da yoxdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə