Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/56
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5559
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

 
51
1.
 
Yer üzünün bütün canlılarına, canlı varlıqların əşrəfi və  tacı  olan  insanlara 
qayğı və məhəbbət;  
2.
 
Torpağa,  doğma  yurda,  əməyə,  əmək  adamlarına, xalqa dərin məhəbbət; 
3.
 
Haqqı,  ədaləti qorumaq, xeyirxahlıq, elm öyrənmək, elmin faydasını  dərk 
edib, onu xalqın xidmətinə vermək; 
4.
 
Ümumbəşəri norma və əxlaq qaydalarını qoruyub təkmilləşdirmək; böyüyə, 
 ata-anaya hörmət etmək, nəzakətli olmaq, əmanətə xəyanət etməmək, insani hissləri 
təcəssüm etdirmək; 
5.
 
Qadınlara hörmət və ehtiramla yanaşmaq, təmiz, pak olmaq və s. 
Peyğəmbərin kəlamları  sırasında insana, canlılara, təbiətə qayğı mühüm yer 
tutur, yer üzündə  hərəkət edən nə varsa, hamısına mehribanlıq göstərmək lazımdır. 
Mövcud olduğu on minillər ərzində bir hörümçək yarada bilməyən insanlar təbiətə, 
onun canlılarına mərhəmətli olmalı, bir-birinə kömək etməli, qayğı göstərməlidirlər. 
Peyğəmbərlər haqlı olaraq bunu deyirdi ki, necə  uşaqlar doğulması heç 
kəsdən asılı deyildir. Lakin onların yaxşı adamlar kimi böyümələri bizim verdiyimiz 
düzgün tərbiyədən asılıdır. Heç kim dünyaya vəhşi və ya mələk kimi gəlmir. Onun 
insan olması, necə yaşaması  tərbiyədən asılıdır. Buna görə  də peyğəmbərlər kiçik 
yaşlarından uşaqları düzgün tərbiyə etməyi, onlarda həya hissinin tərbiyə olunmasını 
zəruri sayır və deyirdi ki, insan övladı yalnız həyat sayəsində insan olur. Insan həyalı 
olmalıdır. Çünki həya nəcibliyin əsasıdır, həya və iman bir beşikdə iki körpə kimidir, 
həya bəzəkdir. Adamlarda üç gözəl keyfiyyəti həya, etibar, düzlük gördünüzmü, 
onlardan bərk yapışın, onlardan öyrənin.  Ən yüksək fəzilət mehribanlıqdır. 
Mehribanlıq iman nişanəsidir. Mehriban olmayan insan imansızdır.  
Peyğəmbər adamları acgözlüyə, tamahkarlığa, həsədə qarşı mübarizə 
aparmağı çağırır və deyirdi ki, tamahkarlıq yoxsulluğa aparan yoldur. Başqasına 
həsəd aparmaq qəbahətdir. Nəfs və tamah ən böyük düşməndir. Atəş yeri-göyü 
yandırdığı kimi həsəd də yaxşılıqları yandırıb, kül edir. Kin və həsəd çatılan tonqalı 
külə döndərən atəşə  bənzəyir, bütün yaxşılıqları puç edir. Dünyada savaş, döyüş 
çoxdur. Lakin ən böyük döyüş insanın özü ilə döyüşüdür. Dünyada ən böyük qələbə 
insanın öz nəfsi, arzusu və həvəsi üzərindəki qələbədir.  
Peyğəmbər uşaqlara qayğı göstərməyi tələb edirdi. O deyirdi ki, kiçik uşağın 


 
52
ağlamasını  eşidəndə namazı dayandırın. Uşaq olmayan evdə  bərəkət olmaz, hər 
ağacın öz meyvəsi var, qəlbin də meyvəsi övladdır. Bu meyvənin – övladın qayğısına 
qalmaq, ona yaxşı  tərbiyə vermək ata-ananın borcudur. Üç mühüm keyfiyyətin – 
zəiflərlə xoşrəftar, ata-ananı sayan, kölələrə qarşı mərhəmətli olan şəxs cənnətlikdir.  
Həzrəti Əli (598-661) islamın ikinci böyük şəxsiyyəti hesab olunur. O, 598-ci 
ildə  Məkkədə  Məhəmməd  Peyğəmbərin  (ə.s.)  əmisi  Əbu Talibin ailəsində anadan 
olmuşdur. 
Əli (ə) islam dinini ilk qəbul edənlərdən olmuş, “İslamın qılıncı” adını 
qazanmışdır.  Əbu Bəkir, Ömər və Osmandan sonra xəlifə (656-661) seçilmişdir. 
Suriya valisi Müaviyə ilə müharibədə müvəffəqiyyətsizliyi nəticəsində  tərəfdarları 
olan şiələr arasında parçalanma baş vermişdir. 661-ci ildə Əli (ə) sui-qəsd nəticəsində 
məsciddə namaz qılarkən zəhərli qılıncla qətlə yetirilmiş, Nəcəf  şəhərində  dəfn 
olunmuşdur. Həyat yoldaşı Fatimə gənc yaşlarında ikən vəfat etmiş, oğlanları Həsən 
və Hüseyn, nəvə və nəticələri amansızlıqla öldürülmüşdür. 
Əli (ə) dünya qəhrəmanlıq,  ədəbiyyat və  fəlsəfə tarixinə ancaq qəhrəman 
sərkərdə və xəlifə, inam və əqidə adamı kimi deyil, yüzlərlə dərin mənalı, zərif ruhlu 
şerlər, qitələr, aforizmlər, risalələr müəllifi kimi daxil olmuşdur. “Nəhcül-Bəlağə” 
kitabı onun islamın müdafiəçisi və carçısı olmaqla bərabər, həm də dövrün görkəmli 
siyasət adamı, dərin təfəkkür, sağlam və  işıqlı düşüncə sahibi, yüksək mənəvi 
keyfiyyətlər daşıyıcısı olmasına dəlalət edir.  
Həzrət  Əli (ə)nin zəngin irsində  həm uşaqların, həm də böyüklərin təlim-
tərbiyə və təhsili məsələləri geniş yer tutur. Onun tərbiyə ilə bağlı fikirlərində məqsəd 
insanı müdrikləşdirmək, ruhunu paklaşdırmaq, əxlaqını kamilləşdirmək, davranış və 
əməllərini salehləşdirməkdir. Bunun üçün insan özünü və Allahını dərk etməli, hər 
şeyə iman gözü ilə yanaşmalıdır.  
Əli (ə) uşağın fiziki və ruhi inkişafında ana südünün böyük təsir gücünə malik 
olduğunu bilirdi. Ana südü uşaqda qorxusuzluq, təhlükəsizlik və rahatlıq yaratmaqla 
yanaşı  uşaqla ana arasında məhəbbət tellərini möhkəmləndirir.  Əli (ə) demişdir: 
“Baxın, övladlarınıza kim süd verir. Çünki uşaq onun südü ilə inkişaf edəcək. Axmaq 
qadını dayə tutmayın, çünki süd təbiətə, xasiyyətə üstün gəlir” (48,151). 
Ana südünün uşağın ruhi və psixoloji vəziyyətinə müsbət təsirini əsaslandıran 


 
53
Əli (ə) bir il doqquz aydan az müddətə uşağa süd verilməsini ona zülm etmək hesab 
etmişdir. 
Əli (ə) uşaqların yaş dövrlərini Aristotel və Məhəmməd Peyğəmbər (ə.s.) kimi 
yeddi-yeddi olmaqlaüç dövrə bölmüş, hər bir mərhələdə  tərbiyənin məzmununu 
açıqlamışdır: uşağı yeddi il azad buraxın, yeddi il ədəb və tərbiyə öyrədin, yeddi il isə 
işlədin. Məhəmməd Peyğəmbərin (ə.s.) “Atanın övladına öyrətdiyi  ən yaxşı  şey 
ədəbdir” – fikrini Əli (ə) daha qüvvətləndirərək yazırdı: “Ata övladına yaxşı ad 
qoymalı, onun ədəb və əxlaqını gözəlləşdirməli, “Quran”ı öyrətməlidir” (48,151).  
Yaxşı  tərbiyə verməyi, təlim yolu ilə onlara ədəb,  əxlaq öyrətməyi 
valideynlərin əsas vəzifələrindən biri hesab edirdi.  
                          Verməsə övlada ana tərbiyət, 
                          Onda qalar daimə heyvaniyət. 
                          Olmasa fərzəndə ata çün kəfil, 
                          Daim o fərzənd olacaqdır zəlil. 
O, yetim uşaqların tərbiyəsini unutmamağı tövsiyə edirdi (Yetim uşağı öz 
övladını  tərbiyələndirdiyin kim tərbiyə et). Özü övladlarına çıxış etməyi, nitq 
söyləməyi öyrədir. Uşaqları itaət və ibadət etməyə alışdırmaqda tənbeh etməkdən və 
rəğbətləndirməkdən düzgün istifadə etməyi məsləhət bilirdi: “Evindəki kiçik uşaqlara 
dilinlə namaz və paklığı  təlim et, elə ki, on yaşlarına çatdılar tənbeh et, lakin üç 
dəfədən artıq olmasın. Danlamağı ifrat həddinə çatdırmaq, inadkarlıq odunu artırır”. 
Əli (ə) uşaqları sevməklə yanaşı onlara qarşı tələbkar olmağı tələb edirdi: “Tərbiyə 
ağacı yumşaq olanın övlad və təbbəələri tərbiyəsiz olar”.  
Əli (ə) uşaqların iffətli olmasında, hər cür pis əməllərdən uzaq böyüməsində 
onların cinsi tərbiyəsinin düzgün qurulmasını vacib bilirdi: “On yaşına çatanda 
yataqda uşaqlarınızı bir-birindən ayırın”. 
2.  Məşhur ensiklopedist alim, filosof və pedaqoq, hələ sağlığında ikən 
Aristoteldən sonra “ikinci müəllim” adını qazanan Əbu Nəsr Məhəmməd əl-Farabi 
(870-950) Şərqdə orta əsr fəlsəfəsinin banisi hesab olunur. 
Əl-Farabi yunan mütəfəkkirlərinin, xüsusilə Aristotelin, Evklidin, Ptolomeyin 
irsinin öyrənilməsi ilə ciddi məşğul olurdu. Hegelin yazdığına görə o, Aristotelin 
“Fizika”  əsərini  40  dəfə,  “Ruh  haqqında”  əsərini 100 dəfə,  “Retorika”sını isə 200 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə