120
nəzərə almalı, onların hər birinə fərdi yanaşmalı, onlara kömək göstərməlidir.
Metodist hər şeyə diqqət yetirməli, hər şeyi əhəmiyyətsiz, ikinci dərəcəli hesab
etməməlidir. O, bir tərbiyəçiyə yalnız məruzə hazırlamaqda kömək edərsə, digərinə
üstəlik məruzəni başqalarına necə çatdırmağın yolunu da öyrətməlidir.
Təcrübə göstərir ki, bəzən çox gözəl, ibrətamiz iş təcrübəsi olan tərbiyəçi öz
fəaliyyətindən bəhs edə bilmir. Ya utancaqlıq, ciddilik üzündən, ya fəaliyyətindəki
yeniliyi görə bilmədiyindən, ya da sadəcə olaraq şifahi və yazılı nitqinin zəifliyinə
görə danışmaqdan imtina edir. Ona görə də metodist hərtərəfli, dərin müşahidə
aparmalı, tərbiyəçinin işindəki yeniliyi vaxtında görməli, onu ümumiləşdirməli, ona
elmi don geydirməli, nə şəkildə yaymağın formasını və yollarını
müəyyənləşdirməlidir. Baş metodist ən təcrübəli tərbiyəçilərə belə müvafiq məsləhət
və tövsiyələr vermək üçün hazır olmalıdır.
Əlbəttə, belə tərbiyəçilərlə iş metodisti heç vaxt qorxutmur. Təcrübəli
tərbiyəçilərlə iş prosesində mütləq yeniliklər olur. Bu zaman axtarışlardan alınan
nəticələr pedaqoji təcrübəyə nələri isə əlavə edir.
Respublikamızın təhsil sisteminin müxtəlif mərhələləri arasında qarşılıqlı
əlaqə və ardıcıllıq mövcuddur. Təhsil sistemində ardıcıllıq o deməkdir ki, təlim-
tərbiyə vəzifələrinin ardıcıl həlli məqsədilə onun qarışıq halqaları arasında qarşılıqlı
əlaqə müəyyən edilir. Belə ki, təhsil sisteminin hər bir mərhələsi öz işini əvvəlki
mərhələ əsasında ibtidai məktəbin I sinfi də öz fəaliyyətini təhsil sistemində ilk halqa
olan məktəbəqədər təlim-tərbiyə zəminində qurur.
Respublikamızda geniş miqyaslı islahatların aparıldığı bir dövrdə uşaq
bağçası ilə məktəb, o cümlədən məktəbəqədər və məktəb pedaqogikası arasında
ardıcıllıq mühüm əhəmiyyət kəsb edir. Bu problem pedaqoq və psixoloqların
(prof.Y.Ş.Kərimov, A.P.Usova, R.İ.Jukovskaya, L.A.Levinova, L.İ.Bojoviç və b.)
daim diqqətini cəlb etmişdir. Onlar bununla əlaqədar müxtəlif fikirlər irəli sürmüşlər.
Bəs uşaq bağçası ilə məktəbin işində əlaqə və ardıcıllıq dedikdə biz nəyi
nəzərdə tuturuq?
1)
Uşaq bağçası uşağı məktəbin irəli sürdüyü tələblərə (məktəbə)
hazırlamalıdır.
2)
Məktəb uşağın uşaq bağçasında əldə etdiyi bilik, bacarıq və vərdişlərə
121
əsaslanmaqla şagirdlərin sonrakı hərtərəfli inkişafı üçün ondan istifadə etməlidir.
3)
Ardıcıllıq yalnız təlim-tərbiyənin məzmunu üzrə deyil, həm də metodları,
priyomları, təşkili formaları üzrə həyata keçirilməlidir.
4)
Əlaqə və ardıcıllıq məktəbə keçid şəraitini yaratmalı və bu zaman əvvəllər
mənimsənilmiş vərdişlər yeni vərdişlərin inkişafına təsir göstərməlidir.
Uşaq bağçası ilə məktəbin, məktəbəqədər və məktəb pedaqogikası arasında
əlaqə və ardıcıllığın nəzəri əsası uşaqlara vahid tərbiyəvi təsirləri tələb edir.
Uşaq bağçası məktəblə əlaqə və ardıcıllığı həyata keçirmək üçün ilk növbədə
uşaqları məktəbə hazırlamalıdır. Uşaqların məktəb təliminə hazırlanması dedikdə
fiziki, əqli və psixoloji hazırlıq nəzərdə tutulur. Fiziki hazırlıq uşaqların sağlamlığını,
fiziki cəhətdən möhkəmliyini, çevikliyini, məişət və təlim gigiyenası qaydalarının
gözlənilməsini tələb edir. Əqli hazırlıq bəzilərinin düşündükləri kimi uşağın yazmağı,
oxumağı öyrənməsi kimi başa düşülməlidir. Bu anlayış uşaqların yazı və oxu
texnikasına yiyələnmələri üçün ilkin hazırlıq mərhələsi, sadə riyazi anlayışlarla
əlaqədar praktik vərdişlərə yiyələnmələri, ətraf aləmlə (təbiət və cəmiyyətlə) – canlı
və cansız aləmin əşyaları, hadisələri, qanunları, qanunauyğunluqları ilə tanış olmaları
və s. daxildir. Bütün bunlarla yanaşı, uşaqların müşahidə aparma, müqayisə etmə,
qruplaşdırma və təsnifetmə, ümumiləşdirmə, mücərrədləşdirmə və əqli nəticəyə
gəlmə kimi bacarıqlar üzrə psixi hazırlığı da tələb olunur.
Uşaqlarda ilkin təlimə hazırlıq iki mərhələdə gedir:
1)
məktəbəqədər tərbiyə sistemində, ilkin təlimə başlayanadək;
2)
ilkin təlim prosesinin özündə.
Ilkin təlimin hazırlıq mərhələsində müəllimin məktəbəqədər tərbiyənin
nəticələrindən hərtərəfli istifadə etməsi zəruridir. Bununla belə, bəzi I sinif
müəllimləri uşaq bağçasına gedən uşaqların kifayət qədər ümumi inkişafa malik
olduğunu desələr də, onların potensial imkanlarından tam istifadə etmirlər.
Sinif müəllimi pedaqoji diaqnostikanın köməyi ilə uşaqların məktəbə hazırlıq
səviyyəsini öyrənməli və onların uşaq bağçasında qazandıqları bilik və bacarıqlardan
məktəbdə verilən yeni məzmunla əlaqələndirərək istifadə etməlidir. Sinif müəllimi
uşaqların əvvəlki mərhələdə - uşaq bağçasındakı təlim-tərbiyənin nəticələrindən nə
qədər çox və səmərəli istifadə edərsə, I sinifdə təlimi daha müvəffəqiyyətlə təşkil edə
122
bilər. Bununla yanaşı, o, sonrakı siniflərdə müvəffəqiyyətli təlim üçün zəmi
yaratmalıdır.
Uşaq bağçasının məktəbə hazırlıq qrupu ilə məktəbin I sinfi arasında ümumi,
oxşar cəhətlər mövcuddur:
1.
Uşaq bağçası və məktəbdə təlim pedaqoq tərəfindən həyata keçirilir.
2.
Uşaq bağçası və məktəbdə təlim uşaqlarda “oxumaq bacarığı” yəni,
bilikləri mənimsəmək, tərbiyəçi və müəllimin göstərdiyi fikri iş priyomlarına və
yollarına yiyələnmək bacarığı, nəticəni əldə etmək qabiliyyəti formalaşdırır.
3.
Uşaq bağçasında və məktəbdə uşaqların davranışına bir sıra ümumi tələblər
verilir: pedaqoqu və yoldaşını dinləmək, pedaqoqun hərəkətlərini müşahidə etmək,
onu göstərişlərini izləmək, onları diqqətlə yerinə yetirmək, aldığı qiymətə fikir
vermək, sonra öz işini müstəqil qiymətləndirmək bacarığı, məlum qaydalara
müvafiq səhvləri düzəltmək. Bütün bunlar diqqəti, təfəkkürün fəallığını, iradəni və
səyi tərbiyə edir.
Bu oxşar cəhətlər heç də uşaq bağçasında və məktbdə təlimi eyniləşdirməyə
əsas vermir.
Məktəb təliminə keçid məktəbəqədər yaşlı uşaqların həyatında yeni
mərhələnin başlanğıcıdır. Sentyabrın on beşindən məktəbli statusunu alan uşaq
“Biliklər aləmi”nə ilk addımını atır. Bu zaman uşağın başlıca fəaliyyət növü dəyişir,
oyun təlimlə əvəz olunur. Buna baxmayaraq uşağın oyuna olan marağı davam edir.
Sinif müəllimləri kiçik yaşlı məktəblilərin orqanizminin oyuna olan tələbatını nəzərə
alaraq təlim prosesində ondan geniş istifadə etməlidirlər.
Məktəbə keçidlə əlaqədar uşaq yeni həyat tərzinə başlayır, yeni fəaliyyət
şəraitinə daxil olur, cəmiyyətdə yeni mövqe tutur, yaşlılar və yaşıdlar ilə yeni
qarşılıqlı münasibətlərə keçir. Uşağın inkişafını, həyatını müəyyən edən sosial mühit
dəyişir.
Orqanizmin inkişafı onun yaşadığı mühitdən asılıdır. Ona görə də uşağın
düşdüyü mühit əvvəlkindən kəskin surətdə fərqlənərsə, əsəb sistemi ciddi çətinliklə
qarşılaşa bilər. Ardıcıllığın gözlənilməsi bir mərhələdən digərinə keçid zamanı kəskin
dəyişikliklərin olmamasını və təlim-tərbiyənin yaxınlığını təmin edir.
Dostları ilə paylaş: |