123
Məktəbə daxil olan uşaq böyük, mütəşəkkil şagird kollektivinin üzvü olur. Bu
zaman şagirdlə yaşıdları arasında qarşılıqlı münasibətlərin yeni tipi yaranır. Uşağın
davranışına və təlimdə müvəffəqiyyətinə müəllimin veridiyi qiymət, onun yaşıdları
arasında mövqeyini müəyyən edən başlıca meyar olur. Bu mövqe ilə bağlı uşağın
öhdəsinə bir çox vəzifələr düşür, onunla məktəbdə və məktəbdənkənar davranışı
müəyyən edilir.
Məktəbdə təlimin ilk mərhələlərindən uşaqlara məcburi yada salma, öyrənmə,
mənimsəmə kimi yeni tələblər verilir. Yeni tələblər uşağın psixikasında yeni
keyfiyyətlər formalaşdırır. Məktəbdə təlim prosesinin inkişafı uşaqlardan əqli
fəaliyyətin müəyyən sürətini tələb edir.
Məktəbli təlimə məsuliyyətlə yanaşmalı, onun mahiyyətini dərk etməli,
məktəb həyatının tələb və qaydalarına tabe olmalıdır. Müvəffəqiyyətli təlim üçün o
inkişaf etmiş idrak marağına kifayət qədər geniş əqli dünyagörüşə malik olmalıdır.
Bu dövrdə uşaqların müəllimlə qarşılıqlı münasibətləri yenidən qurulur. Bu
münasibətlər uşaq bağçasında tərbiyəçi ilə münasibətlərə nisbətən daha işgüzar və
təmkinli xarakter alır. I sinif şagirdi üçün ona dərs deyən qeyri-adi adamdır – ilk
müəllimdir. Uşağın həyatında çox şey ondan asılıdır.
Ona görə də sinif müəllimi özünə tələbkarlıqla yanaşmalı, uşaqların mənəvi
aləmi, qayğı və həyəcanları ilə maraqlanmalı, onlara vaxtında kömək göstərməlidir.
O, uşaqların potensial imkanlarını üzə çıxarmağa çalışmalı, onların malik olduqları
bilik və bacarıqlara əsaslanaraq yeni biliklərə yiyələnmələrinə nail olmalı, uşaq
bağçası ilə məktəbin işi arasında əlaqə və ardıcıllığın həyata keçirilməsində fəal
iştirak etməlidir.
Təəssüf ki, istər sinif müəllimlərinin, istərsə də tərbiyəçilərin bəziləri,
nədənsə, uşaq bağçası ilə məktəbin işində əlaqə və ardıcıllığa laqeyd yanaşır, onu
ikinci dərəcəli məsələ hesab edirlər. Bir çox tərbiyəçilərin I sinfin proqramından, sinif
müəllimlərinin isə uşaq bağçasının təlim-tərbiyə proqramından xəbəri olmur. Uşaq
bağçasında məktəbə hazırlıqla əlaqədar az-çox iş gedirsə də, tərbiyəçilərin əksəriyyəti
öz məzunlarının məktəbdəki aqibəti ilə maraqlanmırlar. Sinif müəllimlərinin bəziləri
isə uşaq bağçasında uşaqların hansı inkişaf səviyyəsinə çatdığını öyrənmirlər.
Fikrimizcə, problemin həllinə kömək etmək məqsədilə aşağıdakı işlər
124
görülməlidir:
1.
Uşaq bağçasının məktəbəhazırlıq qrupunda uşaqların məktəbə
ekskursiyaları təşkil olunmalıdır. Ekskursiyadan sonra tərbiyəçi şərait yaratmalıdır:
a)
uşaqların məktəb haqqında hekayə tərtib etmələrinə;
b)
uşaq bağçasındakı rejimlə məktəbin rejimi arasındakı oxşar və fərqli
cəhətlərin müəyyənləşdirilməsinə dair didaktik oyunun keçirilməsinə;
c)
uşaqların yaradıcı təxəyyüllərinə əsasən məktəbə dair müstəqil oyunların
təşkilinə və s.
2.
Məktəbə hazırlıq qrup uşaqları ilə I sinif şagirdlərinin birgə tədbirlərdə
(səhərciklər, bayramlar, rəsm sərgiləri, məşğələlər və s.) iştirakı təmin olunmalıdır.
3.
Ibtidai sinif müəllimləri uşaq bağçasında tərbiyə alan uşaqlar, tərbiyəçilər
isə məzunlar-məktəblilər üzərində müşahidələr aparmalı, bir-biri ilə təcrübə
mübadiləsi etməli, məsləhətləşməlidirlər.
4.
Rayon, şəhər, respublika miqyasına problemlə əlaqədar konfranslar
keçirilməli, habelə orta ixtisas və ali məktəblərin müvafiq fakültələrinin müəllimləri,
tələbələri bura dəvət olunmalı, xarici ölkələrin bu sahədə qabaqcıl təcrübəsi ilə tanış
olan görkəmli alimlərin məruzələri dinlənilməlidir.
5.
Uşaqların məktəbə hazırlanmalarına xidmət edən çap əsaslı stolüstü
oyunlar sistemi nəşr edilib, tərbiyəçi və sinif müəllimlərinə çatdırılmalıdır.
6.
“İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsində problemin həllinə
kömək edən yazılar dərc olunmalıdır.
7.
Problemlə əlaqədar televiziya verilişləri hazırlanmalıdır.
8.
Tərbiyəçi və sinif müəllimləri özlərinin elmi-pedaqoji hazırlıqları üzərində
müntəzəm işləməli, əlaqə və ardıcıllığın yeni forma və metodlarını axtarmağa səy
göstərməlidirlər.
Qeyd edildiyi kimi məktəbəqədər tərbiyə təhsil sisteminin ilk mərhələsidir. O,
uşaqların tərbiyəsində hərtərəfli inkişafın özülünü qoyur və uşaqları məktəbə
hazırlayır.
Tərbiyəçilər məktəbdə I sinif şagirdlərinə verilən pedaqoji tələbləri yaxşı
bilməli və buna müvafiq olaraq uşaqları məktəbdə təlim prosesinə hazırlamalıdırlar.
Uşaq bağçası ilə məktəbin arasındakı əlaqə və ardıcıllıq tərbiyə prosesində varislik
125
prinsipinə əsaslanır.
Təhsil sistemində ardıcıllıq anlayışı tərbiyə və təlim prosesinin
müvəffəqiyyətlə həyata keçirilməsi üçün qarşılıqlı əlaqənin ən səmərəli yoludur.
Uşaq bağçasının və məktəbin işindəki ardıcıllığın həyata keçirilməsi bir tərəfdən uşaq
bağçasında uşaqların məktəb təliminə hazırlanması, digər tərəfdən məktəbin öz
vəzifələrini həll etməsi üçün uşaq bağçası məzunlarının nailiyyətlərindən, onların
bilik və bacarığından optimal istifadə edilməsi deməkdir.
Uşaq bağçası ilə məktəb arasında varislik təlim metodlarının seçilməsində
özünü göstərir.
Məktəbdə dərs və uşaq bağçasında məşğələ bir sıra özünəməxsus
xüsusiyyətlərə malik olsa da, onların bəzi ümumi cəhətləri də var. Başlıcası budur ki,
onların hər ikisi təlim mahiyyəti daşıyır. Belə ümumi cəhət dərs və məşğələlərdə,
proqramın məzmunuda, vaxt bölgüsündə, müəllim və tərbiyəçinin rəhbər rol
oynamasında, müxtəlif metodlardan istifadə olunmasında özünü göstərir. Sübut
olunur ki, məşğələ və dərs ardıcıl bir prosesdir. Uşaq bağçasında məşğələ təlim
prosesinin elementləri üzərində qurulur və əqli fəaliyyətin inkişafı üçün şərait yaradır.
Uşaqların məktəbə hazırlığında fiziki tərbiyənin müstəsna əhəmiyyəti var.
Məktəb uşağın həyat tərzində yeni mərhələdir. Rejimin dəyişməsi, ciddi tədris əməyi,
dərs vaxtının artması, ev tapşırıqlarının yerinə yetirilməsi uşaqlardan xeyli fiziki
gərginlik, ilk növbədə əsəb gərginliyi tələb edir, ona görə də fiziki hazırlıq uşağın
məktəbə daxil olması ərəfəsində mühüm şərtlərdən biridir. Fiziki hazırlıq səhhətin
yaxşı vəziyyətdə olması, görmə, eşitmə, əzələ-toxuma orqanlarının normal fəaliyyəti,
dərs müddətinə dözümlülük və iradi keyfiyyətlərin inkişafı deməkdir.
Uşaqların məktəbə hazırlığı bağçanın kiçik qrupundan başlayaraq, ardıcıl
həyata keçirilən tərbiyə və təlim işinin məqsədyönlü nəticəsidir. Uşaq bağçasının
böyük qrupuna məktəbə hazırlığın əsas pilləsi kimi baxılır, çünki məktəb bu yaşlı
uşaqlar üçün ən yaxın gələcəkdir.
Ona görə də məktəbin tərbiyə, təlim işinə hazırlıq məqsədyönlü xarakter
daşıyır. Tərbiyəçi aydən bilməlidir ki, uşaq ayağını məktəbə qoyan gündən onun
həyatı ciddi vaxt çərçivəsində keçir. Bu rejim çərçivəsində uşaq lazımi səviyyədə
fəaliyyət göstərməyə hazır olmalıdır. Belə vərdişlərin formalaşdırılması, əsasən,
Dostları ilə paylaş: |