126
məktəbin üzərinə düşsə də, əslində onun təməli uşaq bağçasında qoyulur. Uşaq
bağçasının məktəbəhazırlıq qrupunda uşaqlar tapşırığı dinləmək, başa düşmək,
müəyyən vaxt çərçivəsində icra etmək anlayışları ilə yaxından tanış olur və rejim
əsasında müəyyənləşdirilmiş vaxt çərçivəsində fəaliyyət göstərməyə alışırlar. Əks
təqdirdə, məktəbin birinci sinfində uşaqların adaptasiya mərhələsi çox çətin keçə
bilər.
Uşağın gələcək inkişafı məktəbdə müəllimdən, xüsusilə uşaqların bağçada
qazandıqları keyfiyyətlərin necə inkişaf etdirilməsindən çox asılıdır. Varisliyin həyata
keçirilməsi I sinif müəllimlərindən altıyaşlı uşaqların yaş və psixoloji
xüsusiyyətlərini, habelə uşaqların bağça illərində əldə etdikləri bacarıqların
səviyyəsini hərtərəfli öyrənməyi tələb edir. Bu məqsədlə I sinif müəllimləri uşaq
bağçasının məktəbəhazırlıq qrupunun uşaqları ilə müntəzəm əlaqə saxlamalıdırlar.
Nəsimi rayonu 95№-li körpələr evi-uşaq bağçası 54№-li məktəblə əlaqəli iş
aparır. Hər il bağçadan həmin məktəbə 25-30 uşaq yola salınır. Sentyabr ayının
əvvəlində məktəblə uşaq bağçası arasında iş planı hazırlanır. Qrup tərbiyəçiləri
uşaqları il ərzində bir neçə dəfə məktəbə aparır, onları məktəblə tanış edir. Uşaqlara
məktəb haqqında məlumat verir, sentyabrın 15-də məktəbə gedəcəklərini başa salır.
Onlara bildirirlər ki, məktəbdə oxumağı, yazmağı öyrənəcəklər. Bu məqsədlə
tərbiyəçi uşaqlara deyir: “Fikirləşin ki, siz kitabı özünüz sərbəst oxuyursunuz.
Bilirsinizmi kitablarda nə qədər maraqlı və elmi fikirlər var? Onları oxuduqca,
öyrəndikcə sizin biliyiniz artacaq və ağıllı uşaqlar olacaqsınız. Hamı sizi çox
istəyəcək. Ona görə də məktəbdə gərək yaxşı oxumağa çalışasınız. Burada çətin heç
bir şey yoxdur. Yalnız yaxşı çalışmaq və intizamlı olmaq lazımdır. Əgər siz yaxşı
oxusanız buna atanız da çox sevinər. Indi deyin görüm kimin məktəbə gedən bacısı,
qardaşı var? Uşaqlar bir-bir cavab verirlər. Siz onlara baxın, öyrənin və soruşun,
onlar necə oxuyurlar?- deyə qrup tərbiyəçisi sözünü davam edir. Sabah başçaya
gələndə bu barədə danışarsınız. Növbəti məşğələdə tərbiyəçi uşaqların məktəb
haqqında təsəvvürlərini öyrənəndən sonra onlara bildirir ki, iki gündən sonra mən sizi
məktəbə apararam. Siz özünüz məktəbi görəcəksiniz. Bu çox maraqlı olar”.
Bundan sonra uşaqlarda məktəbə maraq daha da artır. Onlar məktəbə getməyi
səbirsizliklə gözləyir.
127
Əlbəttə, tərbiyəçi bu müddət ərzində məktəblə əlaqə saxlayır. Məktəb
müəllimləri uşaqları qarşılamağa hazır olurlar. Onlar uşaqların hazırladıqları şerləri,
mahnıları dinləyir, təbiət guşəsi, əl işləri ilə tanış olurlar. Uşaqlar müəllimlərlə, sinif
otaqları, kitabxana, idman zalı, yeməkxana, məktəbin foyesi və həyəti ilə tanış
olurlar. Məktəbin həyətində oaln “20 yanvar şəhidləri”nə həsr olunmuş memorialın
qarşısına gül-çiçək dəstələri də qoyurlar, eyni zamanda onlara həsr olunmuş şerlər
oxuyurlar.
Ekskursiyadan sonra tərbiyəçi bağçada məktəblə tanışlıq işini müzakirə edir.
eyni zamanda tərbiyəçi məktəb müəllimini bağçaya dəvət edir. Uşaqlar müəllimlə
daha yaxından tanış olurlar. Uşaqların məktəbə hazırlıq işinin bu qayda ilə təşkili çox
faydalıdır. Sentyabrın 15-də altıyaşlılar şən əhval-ruhiyyə ilə məktəbə gedirlər.
Məktəb təliminin ilk gündən şən ovqatla başlanması altıyaşlıların həyatında
həlledici əhəmiyyət kəsb edir, çünki altıyaşlıların doğma münasibətə çox böyük
ehtiyacları var. Təcrübə göstərir ki, yalnız doğma, qayğıkeş münasibət olan şəraitdə
tərbiyə və təlimin inkişafetdirici imkanı həmişə yüksək olur.
Hər il iyun ayının 1-də adı çəkilən bağçada “Əlvida bağça” bayramı keçirilir.
Bu məqsədlə uşaqların məktəbə getmələri ilə əlaqədar maraqlı tədbirlər hazırlanır.
Tərbiyəçilər uşaqları çıxışa hazırlayır, valideynlər uşaqlara çanta, dəftər, qələm və
digər dərs ləvazimatları hədiyyə verirlər. Bütün bunlar uşaqları psixoloji cəhətdən
məktəbə hazırlayır. Bayramsayağı bəzədilmiş məktəb azyaşlı uşaqlara çox maraqlı
təsir bağışlayır. Ilk dərs günündə ilk zəngi vuran da bu uşaqlar olur. XI sinif
şagirdləri dərs ilinin başlanması ilə əlaqədar təşkil olunmuş təntənəli tədbirlərdə
məktəbə yenicə gəlmiş uşaqları təbrik edir, onların əlindən tutub öz siniflərinə aparır.
Öz partalarında oturdur, sonra birincilər üçün nəzərdə tutulmuş otağa gətirirlər.
Onbirincilər altıyaşlıları bir daha öz siniflərində təbrik edirlər. Ilk dərs günündə təşkil
olunmuş belə tədbir altıyaşlıların həyatında unudulmaz izlər buraxır.
Uşaq bağçası ilə məktəbin işində ardıcıllığın mühüm cəhətlərindən biri də
tərbiyəçinin I sinifdəki, müəllimin isə uşaq bağçasındakı işin məzmunu, formaları,
rejimlə tanışlığıdır. Tərbiyəçilər və müəllimlər rəngarəng əlaqə formalarından istifadə
edirlər: dərslərdə və uşaq bağçasında məşğələlərdə qarşılıqlı iştirak etmək,
bayramlarda və səhərciklərdə olmaq və sonradan onları müzakirə etmək, uşaq bağçası
128
tərbiyəçilərinin öz yetişdirmələrini məktəbdə müşahidə etməsi, uşaq yaradıcılığı
işlərindən ibarət sərgilərdə olmaq və s.
Məktəblə bağça arasındakı əlaqələrin mahiyyəti odur ki, onlardan biri digərini
tamamlayır. Məktəbəqədər tərbiyə müəssisələrində uşaqların əqli inkişafına, əxlaqi
cəhətdən formalaşmasına, fiziki cəhətdən sağlam və gümrah böyüməsinə nə qədər
çox diqqət verilərsə, bu ümumtəhsil məktəblərinin işini bir o qədər asanlaşdırmış
olar.
Müəllimlik işinin özünəməxsus xüsusiyyətləri vardır. Məktəbdə müəllim,
uşaq bağçasında tərbiyəçi işləmək olduqca şərəfli və nəcib fəaliyyət sahəsidir. Onlar
öz gərgin və qiymətli əməyi ilə cəmiyyət üçün yeni vətəndaşlar hazırlayır. Müəllim-
tərbiyəçi məhdud görüş dairəsinə malik uşaqların gözünü dünyaya açır, onlara bilik,
bacarıq və faydalı vərdişlər aşılayır. Vətənin sabahı üçün ləyaqətli vətəndaş
formalaşdırırlar.
Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, tədqiqatçılardan prof.A.Həsənov,
M.Şirzadova, G.Qədimbəyova, Ə.Qədimbəyova, Ş.Səfərova və başqalarının
tədqiqatlarına, problemlə bağlı elmi yazılarına əsasən deyək ki, 1930-cu illərdə
pedaqoji elmlərə və maarifə ehtiyac artdığı üçün 1931-ci ildə yaranmış Elmi-
Tədqiqat Pedaqoji Elmlər İnstitutu (indiki Təhsil Problemləri İnstitutu) nəzdində
məktəbəqədər qrup fəaliyyətə başladı. Dövrün tələblərindən asılı olaraq bu qrupun
vəzifəsi elmi-tədqiqat işindən daha çox bir sıra təşkilati tədbirlərin düzgün həyata
keçirilməsini istiqamətləndirməkdən, təlimati xarakterli materiallar hazırlamaqdan,
tərbiyəçilərə praktik kömək göstərməkdən ibarət olmuşdu.
1936-cı ildə təşkil olunmuş Bakı Məktəbəqədər Pedaqoji Məktəbi Sovet
dönəmində və müstəqillik dövründə məktəbəqədər yaşlı uşaqların təlimi, tərbiyəsinin
inkişafına fədakarlıqla xidmət etmiş və etməkdə olan yüksək ixtisaslı kadrlar
hazırlamışdır. Bakı
Məktəbəqədər Pedaqoji Məktəbin müəllimlərindən
G.Qədimbəyova, Ə.Qədimbəyova, Ş.Cəfərova, F.Allahverdiyeva və b. bu sahədə
xidmətləri xüsusi qeyd edilməlidir.
Sovet İttifaqının tərkibində olduğu illərdə respublikamızın iqtisadi, ictimai,
siyasi, elmi və pedaqoji həyatının inkişafı ilə əlaqədar olaraq Azərbaycanda
məktəbəqədər tərbiyə müəssisələri də daim inkişaf etmişdir.
Dostları ilə paylaş: |