XəZƏr universiteti erciyes universiteti


AZƏRBAYCANLILARIN MİLLİ MƏNLİYİNİN FORMALAŞMASININ



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə17/187
tarix12.10.2018
ölçüsü4,61 Mb.
#73678
1   ...   13   14   15   16   17   18   19   20   ...   187

36 

 

AZƏRBAYCANLILARIN MİLLİ MƏNLİYİNİN FORMALAŞMASININ 



TARİXİ MƏRHƏLƏLƏRİ 

 

Sevdagül Əliyeva 

 

Dünyada hər bir xalq özünün milli-mədəni dəyərləri, mənəvi baxışları, milli 

ideologiyaları ilə fərqlənir. Milli-mədəni dəvyərlər hər bir xalqın mənliyinin mənəvi 

ifadəsi  olmaqla  yanaşı  onun  yarandığı  gündən  bu  günədək  daşıdığı  fərqliliyin 

kodudur.  

  Hər  hansı  bir  etnosu  müəyyən  edən  amillər:  onun  ərazisi,  dili,  məişət  və 

mədəniyyət birliyi, mənşəyi və ən başlıcası isə öz-özünü dərkdir. Özünü dərk edən 

allahını da dərk edər deyirlər. Özünü tanımayan, özünə hörmət etməyən şəxs (millət) 

digərinə  hörmət  edə  bilməz.  Elmdə  müəyyən  edilmişdir  müxtəlif  əcdadlardan 

yaranmayan ətnos yoxdur. Etnogenez biosferdə baş verən bir prosesdir. Bu prosesə 

coğrafi, sosial, siyasi, texniki və digət müxtəlif amillər təsir edir. Etnogenezin dina-

mikası passionar təkanla baş versə proses özu hiss olunmayacaq dərəcədə ləng gedir. 

Tarix boyu baş verən xalqların köçü, müharibələr, təbii fəlakətlər, ekoloji hadisə və 

proseslər qəbilə və etnosların bir-birinə qarışmasına, bir çox xalqların yox olması və 

digərlərinin  yaranmasına  dillərin  və  mədəniyyətlərin  transformasiyası  və  yeniləş-

məsinə səbəb olmuşdur [10].  

Əlverişli təbii şəraitinə görə Azərbaycan çox qədim zamanlardan insanların 

məskən  saldığı  ərazı  olmuşdur.  Qədim  azərbaycan  əhalisi  əkinçilik,  maldarlıq, 

müxtəlif sənət sahələri ilə məşğul olmuş tarixə düşmüş zəngin maddi mədəniyyət 

nümunələri  yaratmışdır.  Əslində  ərazi  həm  etnosun  yaşadığı  yer,  həm  də  klassik 

dövlət atributlarindan biridir. Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim 

dövlətçilik ənənələrinə malik olan xalqdır. Ən qədim azərbaycan dövlət qurumları 

Quti,  Lullubi  Şərq  dövlətçiliyi  tarixində  dərin  iz  qoymuşdur.  Sonralar  dövlətçilik 

mədəniyyəti  təşəkkülünü,  müxtəlif  adlı,  müxtəlif  sülalələrin,  müxtəlif  işğalçılara 

uyğun dövrlərdə inkişaf etmişdir. Ərazimizdə yaranan Manna dövləti həm qədim-

liyinə həm də təkamül dərəcəsinə görə fərqlənir. E. ə. VIII-VII əsrlərdə Mannanın 

Şimalında məskunlaşmış Kimmer-İskit tayfaları da bu ərazidə xalqın təşəkkülü pro-

sesində iştirak etmişdilər. [1] Bu dövrdə bütün ərazini əhatə edən vahid görüş, tək 

allahlılıq yox idi, hələ ki, Tanrıçılıq başqa dini görüşləri sıxışdırıb  aradan  qaldıra 

bilməmişdi.  

Makedoniyalı  İskəndərin  ölümündən  sonra  ölkəmizin  cənub  torpaqlarında 

Atropatena,  şimalında  isə  Albaniya  dövlətlərində  xalqın  formalaşmasının  növbəti 

mərhələsi təmin edildı. Ölkə ərazisində yaşayan çoxu türk dilli olan müxtəlif etnoslar 

dövlətin həyatında mühüm rol oynamışlar.  

Qədim Azərbaycan ərazisinin sakinləri əsasən türkdilli etnoslardan ibarət olsa 

da, onlar Şimaldan Qafqaz, cənubdan isə farsdilli tayfalarla qonşuluqda yaşamişlar. 

Dövrün əsas dini görüşləri: Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə Ulduzlara, 

Torpağa, Suya sitayiş davam edir, Albaniyanın bəzi qərbi dağlıq bğlgələrində xri-

stianlıq yayaiılmışdı.  



37 

 

“Kitabi-Dədə Qorqud” dastanı azərbaycan xaslqının təşəkkül tarıxını əks et-



dirərək, ərazidə yaşayan Qafqaz xalqları haqqında məlumat verməmişdir. Bunu hə-

min xalqların regionda əhəmiyyətli siyasi mövqe tutmaması ilə izah etmək olar. [4] 

Atropatena və Albaniya dövlətlərində feodal münasibətlərinin bərqərar olma-

ğa və azərbaycan xalqının formalaşmağa başlaması ərazinin Sasanilərin əsarəti altına 

düşməsi dövrünə təsadüf etdi. Azərbaycan xalqı və ümumxalq azərbaycan dili III-V 

əsrlərdə formalaşır. Azərbaycan xalqının kimliyinə ilk fars ünsürünün təsiri də elə 

bu dövrdən başlamışdır. Sasanilərin işgal olunan ərazilərə farsdilli tayfaları köçürmə 

siyasəti  gəlmələrin  öz  dillərini  qismən  saxlamaqla  assimilyasiyaya  uğramasına 

gətirib çıxardı.  

Ərəblərin hücümu yeni bir dövrün başlanğıcı oldu. İslam dinin yayılması, ərəb 

dilli  tayfaların  bu  ərazilərə  köçürülməsi,  yerli  azərbaycan  türkcəsinə  ərəb  kəlmə-

lərinin qarışmasına, bir sıra yeni adətlərin formalaşmasına təsir göstərsə də turk do-

minantlığı sasani dönəmində olduğu kimi yenə öz varlığını qorudu. [18] Vahid din 

azərbaycan xalqının formalaşmasının başa çatmasına şərait yaratdı. Ərəb istilasından 

sora  ölkə  ərazisində  yaranmış  olan  müstəqil  feodal  dovlətləri:  Sacilər,  Salarilər, 

Rəvvadilər,  Şəddadilər,  Şirvanşahlar,  Atabəylər  Azərbaycanın  ayrı-ayrı  regionla-

rında bir-biirini əvəz edən və eyni zamanda mövcud olmuş dövlətlər etnoslarin ço-

xunun  mənşə  birliyi  eyni  olan  xalqın,  mədəniyyət  və  məişət  birliyinin  formalaş-

masına şərait yaratmışdır.  

Uzun  əsrlər  boyu  azərbaycan  türklərinin  qoruyub  saxladığı  dil,  fars  və  ərəb 

ünsürləri ilə zənginləşsə də onun bərpasına ehtiyac yox idi. Türkdilli tayfaların ya-

ratdığı Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin turk dilini rəsmi dövlət dilinə çevir-

mək imkanı olmadı. Bununla belə, dövlət və yazı dili fars və ərəb dili olduğu dövr-

lərdə sadə xalq öz türkcəsində danışmağı davam etmişdir. Azərbaycan türkcəsinin 

rəsmi  dövlət  dili  və  saray  əyanları  ilə  yanaşı  ədiblərinin  də  danışıb  -  yazdığı  dilə 

çevrilməsi Səfəvilər dövlətinin dövründə mümkün olmuşdu.  

A.  Oleari  Azərbaycan  Səfəvilər  dövlətinin  paytaxtının  isfahana  köçürülmə-

sindən sonra da xarici qonaqların qəbulunda sarayda Azərbaycan dilinin işləndiyini 

göstərir [6, 176]. Alman alimi E. Kempfer Azərbaycan dili haqqında məlumat ve-

rərək yazır ki, “ Səfəvilər sülaləsinin ana dili olan türk danışığı İran sarayında geniş 

iyayılmış dildir. Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlə-

rinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən 

hər kəs bu dildə danışır” [6, 176]. M. Membre Azərbaycan türklərinin mərasimləri 

barədə verdiyi qiymətli məlumatlar əhalinin milli kimliyinə aydınlıq gətirir. O, Nov-

ruz bayramından beş həftə əvvəl, fevral ayının ortalarında keçirilən Xızır Nəbi bay-

ramı və bayram günlərində keçirilən müxtəlif oyunlar arasında Çovqan oyunu, toy 

və yas adətlərindən yazır. Mərasimlərdə bilavasitə özü iştirak edən əslən Venesiyalı 

olan Mikel Membrenin nəticələri ondan ibarətdir islamın təsirinə baxmayaraq, məra-

simlər qədim türk adət-ənənələri əsasında keçirilirdi[8, 84, 85]. Azərbaycançılığın 

güclənməsi  eyni  zamanda  Səfəvilərin  sufilik  dünyagörüşünün  inkişafı  və  Şiəliyin 

yayaılması ilə bir dövrə təsadüf etmişdir. Azərbaycan xalqının milli mənliyində fars 

təsirinin  uzunmüddətli  davamı  da  elə  şiəliyin  hələ  də  millətin  mənəviyyatının  bir 

hissə olmasından irəli gəlir.  



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə