XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə25/187
tarix12.10.2018
ölçüsü4,61 Mb.
#73678
1   ...   21   22   23   24   25   26   27   28   ...   187

54 

 

rəbbim», «Rəbbim Allahdır», «Allahın adıyla, məlik» və d.) həkk etdirərək, numiz-



matik ədəbiyyatda «ərəb-sasani», «ərəb-pəhləvi» adlandırılan yeni gümüş drahmalar 

zərb  etdirmişlər.  Qeyd  edilən  dövrə  aid  Azərbaycan  ərazisində  tapılmış  sikkə 

dəfinələrinin təhlili sübut edir ki, belə sikkələrin zərbində son sasani şahənşahları - 

IV Hörmüzd, II Xosrov və III Yəzdigərdin sikkələrinin ikonoqrafiya və simvolikası 

saxlanılmışdır.  50-dən  artıq  zərbxanada  kəsilmiş  bu  sikkələrdə  də  eynilə  sasani 

sikkələrində  olduğu  kimi  zərbxana  və  zərb  tarixi  pəhləvi  hərfləri  ilə  sikkənin  əks 

tərəfində qeyd edilsə də, sasani sikkələrindən fərqli olaraq zərb tarixində üç tarixi 

eradan istifadə edilmiş və ərəb xəlifəsi canişininin adı pəhləvi, bəzi halarda isə ərəb 

qrafikası  ilə  həkk  edilmişdir.  Numizmatik  tədqiqatlar  sübut  edir  ki,  islami  zərbin 

təsisinə baxmayaraq, bu proses hicrətin 100-cü ilinədək (718) ərəb-sasani mis sik-

kələrinin  zərbi  davam  etdirilmiş  və  ilk  ərəb  fəthləri  dövründə  Azərbaycanın  pul 

təsərrüfatında  sasani,  ərəb-sasani  drahmaları  ilə  yanaşı  həm  də  Təbəristan,  ərəb-

bizans, ərəb-buxara drahmalarından da istifadə edilmişdir (6, с. 40-41).  

Ərəb Xilafətinin «islamlaşdırılması» prosesi ilk növbədə ərəb «milli» sikkə 

zərbi ilə başladı. Xəlifə Əbd əl-Məlikin təsis etdiyi sikkə islahatı bütün imperiya üzrə 

tənzimlənmiş sikkə sisteminin, unifikasiya olunmuş - hər üç sikkə metalından (qızıl, 

gümüş, mis) vahid şəklə salınmış sikkə nominallarının buraxılmasına yönəlmişdi. 

Dövrümüzədək gəlib çatan ilk əməvi sikkəsi 77 = 696/7-cı ildə kəsildiyindən isla-

hatın həmin ildə həyata keçirildiyi güman edilir. Bu islahat nəticəsində zərb edilən 

əsas sikkə vahidi dirhəmin çəkisi 2, 98 q, qızıl dinar bir misqal (4, 26 q) və mis fels 

2-3  q  ağırlığında  müəyyənləşdirildi,  onların  tipologiyası  əsaslı  dəyişiklərə  məruz 

qaldı. Əvvəlki sasani, Bizans, Roma və s. sikkə tipologiyalarından tam fərqli olaraq 

Xilafət  zərbxanalarında  kəsilən  sikkələrində  canlı  məxluqat  təsvirləri  ləğv  edildi. 

Anonim  zərb  edilən  belə  sikkələrə  islami  şəriət  qaydalarına  əsasən  müsəlmanlığı 

təbliğ edən konfessional mahiyyətli yazılar və Quran ayələri həkk edildi (6, с. 42).  

Yüksək əyarlı gümüş ərəb sikkəsinin əsas sikkə vahidi olaraq təsis edilməsinə 

baxmayaraq,  Azərbaycanda  aşkarlanan  sikkə  dəfinələrinin  topoqrafiyası  və  təhlili 

sübut edir ki, belə sikkələrin Azərbaycanın pul təsərrüfatında geniş yayılmasından 

sonra  da,  VIII  əsrin  20-30-cu  illərində  sasani  drahmalarından  istifadəyə  daha  çox 

üstünlük verilmişdir.  

Hakimiyyətin  Əməvilərdən  Abbasilərə  keçidi  bütün Xilafət  sikkələrində  ol-

duğu kimi, Azərbaycan sikkələrində də müəyyən dəyişikliklərlə müşayiət olundu. 

Eynilə Əməvilər dövründə olduğu kimi, ilk iki Abbasi xəlifəsi dövründə də Azər-

baycanda  sikkələr  anonim  zərb  edilirdi.  Abbasi  xəlifəsi  əl-Mehdi  dövründə  Azər-

baycan  sikkələrinə  xəlifənin,  vəliəhdlərin,  bəzən  isə  ərazi  hakimlərinin  və  d.  şəxs 

adlarının,  müxtəlif  şərti  işarələrin,  sözlərin,  xırda  naxışların  həkkinə  başlanıldı. 

Azərbaycan  zərbxanalarında  hər  üç  metaldan  kəsilən  Abbasi  canişinlərinin  sikkə 

tipologiyası  Əməvilər  dövründəki  kimi  kufi  xətti  paleoqrafik  dəyişikliklərlə  həkk 

edilirdi (6, с. 46).  

Abbasi xəlifələri dövrünə aid Azərbaycan ərazisində tapılmış təksaylı sikkələr 

və  sikkə  dəfinələrinin  təhlili  göstərir  ki,  əvvəlkinə  nisbətən  bu  dövrdə  sikkə  zərbi 

arealının genişlənməsinin, sikkə tapıntılarının artımının şahidi oluruq. Bu artım mis 

felslərin kəsimi ilə müşayiət olunurdu.  



55 

 

Respublika ərazisində aşkar olunan Xilafət sikkə zərbinə mənsub tapıntıların 



topoqrafik özəlliklərinə əsasən qətiyyətlə demək olar ki, bu sikkə kəsimi ilk öncə 

işğal olunmuş vilayətlərin adları ilə icra olunurdu. Tarixi Azərbaycan ərazisi Azər-

baycan,  Arran  və  «Ərminiyyə»  vilayətlərindən  ibarət  olub  Xilafət  canişinləri 

tərəfindən idarə olunurdu (7, с. 23).  

Pul-sikkə islahatından sonra Xilafətin ilkin sikkə zərbinin həyata keçirildiyi 

vilayətlər sırasında «Azərbaycan» zərbxanasını görürük. Antik dönəmdə Atropatena 

və ya Midiya Atropatenası, Sasanilər imperiyası tərkibindəykən Aturpataqan, ərəb 

dilində  Azərbaycan  adlanan  Xəzərdən  Kiçik  Asiyaya,  Dərbənddən  Həmədanadək 

uzanan bir ərazidə ərəblər pul islahatından cəmi bir il sonra (78 =697) «Azərbaycan» 

adı ilə kəsilən gümüş əməvi dirhəmləri göstərir ki (6, с. 44), bu ad ərəblərə çoxdan 

bəlli  idi.  Əsasən  Güney  Azərbaycanı  təmsil  edən  bu  çoğrafi  məkanda  sikkə  zərbi 

uyğun  dönəmdə  ölkənin  paytaxtı  və  ya  baş  şəhəri  rolunu  oynayan  Ərdəbildə  icra 

olunduğu şübhə doğurmur.  

Xilafət zərbinin həyata keçirildiyi ikinci Azərbaycan zərbxanası «Arran»dır. 

Bizə məlum olan ilk Arran sikkəsi 89 = 708/9-cu ildə kəsilmiş dirhəmdir (6, с. 44). 

Maraqlıdır ki, bu gümüş dirhəmdən sonra Azərbaycan ərazisində kəsilən və hazırda 

MATM NF-da qorunan ilk qızıl dinar da Arranda 170 = 786/7-ci ildə vurulmuşdur. 

Ərəb  salnaməçilərinə  görə  «Arran»  vilayəti  iki  çay  arasında  yerləşən  Beyləqan 

(Paytakaran), Bərdə, Gəncə, Şəmkir, Tiflis kimi şəhərlər birgə Dərbəndə qədər uza-

nan bir ərazini əhatə edirdi. Odur ki, «Arran» sikkələrinin Arran vilayətinin bir neçə 

şəhərində zərb edildiyini güman etmək olar. Ancaq Arran şəhərlərinin hər birinin 

özəl sikkə zərbinə malik olması faktı nəzərə alınarsa bu sikkələrin sonralar Paytaka-

ran (paytaxte Arran), Beyləqan adlanan və hazırda Mil düzündə «Örənqala» (Arran-

qala) adı ilə məşhur olan ortaçağ Azərbaycan şəhər yeri - əski Arran şəhərində zərb 

olunma ehtimalı daha ağlabatandır (8, с. 15-32).  

Respublika ərazisində tapılan dəfinələrdə rast gəlinən və ilkin xilafət zərbinə 

mənsub daha bir qrup sikkə «Ərminiyyə» adlı zərbxanası mənsubdur. Bu zərbxana-

nın adını daşıyan ilk sikkələr 78 = 697-ci ildə kəsilmişdir (6, с. 44). Bu zərbxananın 

adı ilə bağlı qeyd etməliyik ki, bu ad heç də erməni alimlərinin «özəlləşdirməyə» 

çalışdıqdarı inzibati-coğrafi bölgə adı olmamış və daha çox dini-konfessional ərazi 

anlamını daşıyan bir istilah olmuşdur.  

Məsələ  burasındadır  ki,  VII  əsrin  30-cu  illərindən  şimal-şərq  istiqamətində 

başlanan  ilkin  ərəb  hərbi  yürüşləri  dönəmində  Bizansın  «Armeniya»  adlandırdığı 

(qaynaqlarda bir neçə «Armeniya» adı çəkilir) və ermənilərin məskunlaşdığı Şərqi 

Anadolu vilayətlərindən keçərək Qafqaza varid olan ərəb əmirləri Dəbil (Dvin) şəhə-

rində özlərinin ilk iqamətgahlarını qurmuş və 644-cü ildə Tiflis şəhərini işğal etmiş-

lər. Sonrakı Cənubi Qafqaz hərbi əməliyyatları əsnasında sasani-Bizans və ərəb-Bi-

zans mücadilələri zamanı, Kiçik Asiyadan Qafqaza köçüb gələn ermənilərin pənah 

gətirdiyi, lakin əsasən xristian albanların, gürcülərin və d. etnik toplumların (ləzgilər, 

xəzərlər, sabirlər və s.) məskunlaşdığı ərazilərin etno-konfessional durumuna yaxşı 

bələd olmayan ərəb sərkərdələri, bu ərazini «Ərminiyyə» adlandırmışlar. Ərəb cani-

şinlərinin  iqamətgahı  Dəbildən  Bərdəyə  köçənədək  «Ərminiyyə»  sikkələri  əsasən 

Dəbildə zərb edilirdi. Lakin sonralar belə sikkələrin hansı şəhərdə kəsildiyini demək 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə