XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə26/187
tarix12.10.2018
ölçüsü4,61 Mb.
#73678
1   ...   22   23   24   25   26   27   28   29   ...   187

56 

 

çətinlik yaratsa da, Albaniya şəhərlərindən bəzilərinin bizə gəlib çatan - «Ərminiyyə-



Car»,  «Ərminiyyə  -  Bərdə»,  «Ərminiyyə-əl-Bab»  kimi  ikili  adlı  mis  felsləri  və 

gümüş dirhəmləri məsələnin həllini asanlaşdırır, ən başlıcası, sikkə zərbi arealının 

real tarixi coğrafiyasını təkzib olunmaz şəkildə əks etdirir.  

Keçən əsrdə və çağdaş dönəmdə Rusiya Federasiyası ərazisində Ağ və Baltik 

dənizi sahillərində, Skandinaviya ölkələrində, Polşadan İngiltərəyə olan məkanlarda 

rastlanan sikkə dəfinələrində, ərəb sikkələri arasında Azərbaycan sikkələrinin olma-

sı, yalnız Şərq vilayətlərini deyil, həm də xarici ölkələri əhatə edən genişmiqyasılı 

ərəb ticarətində Azərbaycanın iştirak etdiyini sübut edir. Müxtəlif çəki dəyişiklik-

lərinə məruz qalsa da, Azərbaycan dirhəmi X əsrin II yarısınadək olan dövrdə lokal 

və qlobal ticarətdə öz mövqeyini qoruyaraq, saxlamağa nail olmuşdur.  

IX əsrin I rübündən etibarən Xilafətdə başlanan siyasi parçalanma nəticəsində 

yerli irsi əmirliklər sonradan müstəqil feodal dövlətlərə çevrilirlər. Yerli hakimlərin 

müstəqilliyə can atması nəticəsində orta əsr dövlətçiliyinin başlıca atributu olan sik-

kə zərbi hüququndan yararlanma qətiləşir və vilayət hakimləri cümə günündə icra 

olunan ibadətlərdən sonra səslənən xütbə nitqində öz adlarını səsləndirir, gümüş və 

qızıl sikkələr zərb etdirirdilər. Bu dövrdə bəzi əmirlərin (mütəqəlliblərin) hakimiy-

yətdə olan sülaləyə itaət etməməsinə və müstəqillik əldə etməyə çalışmasına baxma-

yaraq, onlar xəlifənin ruhani hakimiyyətini qəbul edir, onun adını cümə günündəki 

xütbələrdə səsləndirərək sikkələrə həkk etdirirdilər. Belə üsullarla siyasi hakimiyyət-

lərinin  qanuniləşdirilməsinə  çalışan  əmirlər  həm  də  vahid  İslam  dövlətinə  mənsu-

biyyətlərini bildirməyə çalışırdılar.  

Mərkəzləşdirilmiş dövlət sisteminə malik Abbasilər Xilafətinin parçalanması 

nəticəsində  meydana  çıxan  İdrisilər,  Əqləbilər,  İxşinilər,  Tulunilər,  Deyləmilər, 

Tahirilər, Səffarilər, Samanilər və b. müstəqil sülalələrin hakimləri öz vilayətlərini 

irsi mülkiyyətə çevirərək idarə edirdilər (9, с. 156).  

Xilafətin ayrı-ayrı dövlətlərə bölünməsi Cənubi Qafqazda bir sıra əmirliklərin 

meydana  gəlməsi  ilə  nəticələndi.  X  əsrin  ortalarından  etibarən  Tiflisdə  Cəfərilər, 

Gəncədə Şəddadilər, Dərbənddə Haşimilər, Şirvanda Şeybanilər, Aran, «Ərminiy-

yə»  və  Azərbaycan  inzibati  bölgələrində  Sacilər,  daha  sonra  isə  Salarilər  sülaləsi 

nümayəndələri idarə etdikləri vilayətlərdə vahid sikkə sistemini ləğv edərək şəxsi 

sikkələrini zərb etdirirdilər.  

 X əsrin sonundan etibarən pullu ticarətdə müsəlman Şərqini çulğalayan mə-

lum «gümüş böhranı»nın peyda olması nəticəsində Azərbaycan dirhəminin durumu 

zəiflədi.  Digər  tərəfdən  respublika  ərazisində  tapılmış  VIII-IX  yüzillərdə  Ərəb 

Xilafətinin  Abbasilər  və  qismən  Əndəlis  xəlifələrinin  gümüşündən  ibarət  Gəncə, 

Masallı (Banbaşı, Əlvədi) və digər dəfinələrin tərkibində aşkarlanan onlarla müsəl-

man sülaləsi zərbinə mənsub və qismən IX - X yüzil Azərbaycan feodal dövlətlərinin 

-  Məzyədilər,  Sacilər,  Salarilərin  gümüş  dirhəmləri  yalnız  xarici  ölkələrin  zəngin 

Azərbaycan bazarı ilə bağlı maraqları ilə izah olunmur. Bu tapıntılar eyni zamanda 

və  daha  geniş  mənada,  uyğun  dönəmdə  islam  dünyası  ilə  məsihi  ölkələr  arasında 

gedən möhtəşəm ticarətdə Azərbaycanın çox önəmli tranzit alış-veriş mərkəzi kimi 

tutduğu xüsusi coğrafi mövqedən xəbər verir. Məlum olduğu kimi Güney - Quzey 

ölkələrini  birləşdirən  əsas  karvan  ticarəti  magistrallarından  biri  və  ən  önəmlisi 



57 

 

Azərbaycandan - Dərbənddən keçirdi.  



Müasir dövrdə tariximizin təbliğində önəmli vasitə olan VIII-IX əsrlərə aid 

Azərbaycan  sikkələrinin  muzeylərə  təhvil  verilərək  tədqiq  edilməsi  aktual  məsə-

lələrdəndir.  

 

Ədəbiyyat: 

1.

 

Şəmkir. Arxeoloji qazıntılar və artefaktlar. Bakı: SS Production, 2013  



2.

 

Mil-Qarabağ arxeoloji ekspedisiyasının 2008-ci il hesabatı. Bakı, AMEA 



Arxeologiya və Etnoqrafiya İnstitutu, 2008  

3.

 



Qəbələ arxeoloji ekspedisiyası (2005 - 2010). Tapıntılar. Bakı: CBS Publishing 

House, 2011  

4.

 

Ağsu-Şamaxı ekspedisiyasının 2011-ci il hesabatı. Bakı, AMEA Arxeologiya və 



Etnoqrafiya İnstitutu, 2011 

5.

 



Rəcəbli Ə. M. Azərbaycan sikkələri. Bakı, XalqBank, 2012 

6.

 



Раджабли А. М. Нумизматика Азербайджана. Баку, Елм ва хаят, 1997  

7.

 



Məmmədova A. M. Ərəb Xilafəti və Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi. T. 

ü. f. d. elmi dərəcəsi alm. üçün təqdim ed. dis. avtoref. Bakı: 2013 

8.

 

Пахомов  Е.  А.  Пайтакаран  –  Байлакан  -  Орен-кала  /  Труды  азербайджанской 



(Оренкалинской) археологической экспедиции. Т. 1 (1953-1955), М. -Л. : Изд. 

АН СССР, 1959 

9.

 

Пахомов Е.А. Монеты Азербайджана. Вып. II, Баку: Изд. АН АССР, 1963 



 

 

ISLAMIC NUMISMATIC ITEMS FOUND IN THE TERRITORY OF 



AZERBAIJAN IN VIII-IX CENTURIES AS SOURCE IN SOLVING 

HISTORICAL PROBLEMS 

 

Mammadova Aygun Musa Gizi 

 

Due to the research of new hoard of  coins separately  found including single  coins, 



Islamic numismatic is being enriched on the base of discovery new factual material.  

Since  XIX  century  this  field  of  science  has  been  studied  at  higher  education 

institutions, as well as the subject of this research has not yet lost its relevance and Muslim 

coins found either accidentally or during archaeological excavations are the main object of 

study, and demonstrated by virtual sites and through new publications and it helps to solve a 

number of historical problems of the present period.  

Nowadays, during fixing republic’s numismatic items mainly (single coins, including 

coin molds, signs of the coin, found pieces of coins, equipments and tools used in coinage, 

the balances used to weight different groups of the coins as well as coin stamps preserved in 

the collections of the museum), and (primitive coins substitutes, medals, badges, signs, seals 

and written sources, paper money) related to complementary sources.  

It  should  be  noted,  numismatic  findings  known  as  “Coins  of  the  Arab  Caliphate” 

revealing political and economic history of caliphate of VIII-IX centuries are important actual 

sources discovered during archeological expeditions by D. Phil. T. Dostiyev in 2006, carried 

out in the location of medieval Shamkir city, archeological expeditions headed by D. Phil. T. 

Aliyev  in  Galatapa  near  Salmanbeyli  village  in  Aghjabadi  region  of  Mil  –  Karabakh 

settlement in 2008, archeological expedition and expeditions during 2009-2010, headed by 

DPhil Professor I. Babayev in Salbir of Gabala region and Aghsu-Shamakha archeological 




Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə