XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə34/187
tarix12.10.2018
ölçüsü4,61 Mb.
#73678
1   ...   30   31   32   33   34   35   36   37   ...   187

74 

 

davam etdirilir.  



1991-ci  ildən  müstəqillik  əldə  edən  Azərbaycan  Respublikasında  turizmin 

beynəlxalq standartlar əsasında qurulması üçün geniş imkanlar yaradılıb, ölkə həya-

tının  bu  mühüm  sahəsinin  inkişafı  məqsədilə  bir  sıra  əsas  prioritetlər  müəyyən-

ləşdirilib.  

Azərbaycan  Respublikasının  tarixi-mədəni  irsinin  və  mədəni  potensialının 

qorunması, onların muzeylər vasitəsilə geniş miqyasda təbliği məqsədilə muzey işi 

sahəsində sistemli islahatlar aparılır, yeni təbliğat vasitələri yaradılır və tətbiq edilir, 

muzeylər və digər sahə təşkilatları - turizm, təhsil, KİV, sosial mühit, orta və kiçik 

sahibkarlıq və s. arasında əməkdaşlıq və kooperasiya sistemi yaradılır.  

Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyevin  2007-ci  ildə  Azərbay-

canda muzey işinin yaxşılaşdırılması haqqında xüsusi sərəncamına əsasən (2), res-

publikamızın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun 

təmirinə, yeni avadanlıqlar və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər 

planı hazırlanmış və bu sahədə bir sıra layihələr həyata keçirilmişdir.  

Son illər ərzində respublikada fəaliyyət göstərən muzeylərdə təmir-bərpa iş-

ləri aparılmaqla yanaşı həm də maddi-texniki baza gücləndirilir və dünya standart-

larına uyğun muzeylər inşa edilərək bir sıra muzeylər yeni binalarda yerləşdirilir.  

Azərbaycanın şimali-qərb regionlarında arxeoloji turizmin tətbiqi nəticəsində 

turistlərə  nəinki  qədim  yaşayış  məntəqələrinin  qazıntısında  iştirak  etmək,  həm  də 

bərpasında izləməyə imkan yaratmaq mümkündür.  

Bu  ərazi  turizmin  müxtəlif  növlərinin,  o  cümlədən  ekoloji  (dağ,  ovçuluq), 

arxeoloji  və etnoqrafik  turizmin  inkişafı  üçün  əlverişli  olsa  da,  hazırda  bu  sahələr 

üzrə hələ xeyli iş görülməlidir. Bunu nəzərə alaraq arxeoloji turizm anlayışının bəzi 

məqamlarına diqqət yetirmək məqsədəuyğundur.  

Arxeoloji turizm turistləri müəyyən ərazidə aşkarlanmış qədim tarixi maddi-

mədəniyyət  nümunələri  ilə  tanış  etməklə  yanaşı  ərazinin  tarixi  haqqında  məlumat 

verir, bu ərazi ilə digər ölkələr arasındakı oxşar və fərqli cəhətlərin araşdırılmasına 

və beləliklə yeni nəticələrin əldə olunmasına zəmin yaradır.  

“Əbədi sükut dünyası - labirint” elmi-praktiki muzeyindəki materiallar və Şə-

ki rayonunun zəngin mədəni irsi turistlərin cəlb edilməsi üçün əlverişlidir.  

Ekspedisiya  üzvlərinin  2013-cü  il  hesabatına  əsasən,  Şəki  rayonunun  “Cü-

yurlu meşəsi” adlı ərazisində arxeoloji kəşfiyyat işləri zamanı 4 ha ərazidə qədim 

yaşayış  məskəni,  nekropolun yuxarı  hissəsində  qəbiristanlıq  aşkarlanıb.  Arxeoloji 

təyinat tapıntını eramızdan əvvəl I minilliyin əvvəllərinə aid etməyə əsas verir. Xo-

calı-Gədəbəy  mədəniyyəti  ilə  oxşarlıq  təşkil  etdiyi  bu  abidədə  olan  dörd  qəbirdə 

aparılmış arxeoloji qazıntılar nəticəsində çoxsaylı insan və heyvan skeleti, mətbəx 

qabları qədim Azərbaycan insanlarının maddi məişət mədəniyyətini açıqlayan maddi 

dəlil olaraq təqdim edir.  

Abidənin  mədəni qatının 70 sm dərinliyində aparılan arxeoloji araşdırmalar 

onu son tunc, ilk dəmir dövrünə aid olduğunu deməyə əsas verir.  

Ekspedisiya üzvlərinin digər məlumatına əsasən, ötən il həmçinin digər qədim 

yaşayış yeri və nekropol rayonun Fazıl kəndinin inzibati ərazisində, Yoncalı adlanan 

torpaq sahəsinin 5 - 6 hektarlıq hissəsində aşkarlanmışdır. Azərbaycan Respublikası 



75 

 

Mədəniyyət  və  Turizm  Nazirliyində  2002-ci  ildən  qeydiyyatda  olan  bu  abidədə 



aparılan  arxeoloji  qazıntılar  zamanı  Qafqaz  Albaniyasının  antik  dövrünə  aid  yeni 

abidələr aşkar edilmişdir.  

Qeyd etdiyimiz arxeoloji abidələrin tədqiqi sübut edir ki, Şəki rayonu və onun 

ətraf  əraziləri qədim türk tayfalarının məskəni olmuş, yerli tayfalar bir sıra xarici 

ölkələrlə mədəni əlaqələrdə bulunmuşlar.  

Fikrimizcə,  aşağıdakı  təkliflər  bölgədə  arxeoturizmin  inkişafına  səbəb  ola 

bilər: 

-  Regiondakı  arxeoloji  abidələrin  və  maddi  mədəniyyət  tapıntılarının  əks 



olunduğu internet-saytın yaradılması; 

- turistlərin qarşılanaraq (fərdi və ya qrup şəklində) müvafiq nəqliyyat vasi-

təsilə ərazidəki arxeoloji abidələrə (qazıntı yerlərinə) yaxın evlərdə yerləşdirilməsi, 

onların yerli mətbəx mədəniyyəti, adət-ənənələrlə tanışlığı və s. ;  

- müxtəlif dövrlərə (qədim, antik, ilk orta və orta əsrlər) aid arxeoloji-tarixi 

abidələrə  (qədim  yaşayış  yerlərinə,  ziyarətgahlara,  mağaralara  və  s.),  yerli  tarix-

diyarşünaslıq muzeyinə və arxeoloji abidələrə ekskursiyaların təşkili; 

- Azərbaycan arxeoloqlarının həmin vaxt ərazidə apardığı qazıntılarda turist-

lərin iştirakı.  

Bütün bunlar arxeoturistə tarixin sirrlərinə toxunma imkanı verəcək, maraqlı 

insanlarla təmas yaratmaq və beynəlxalq miqyasda tanınmağımıza yardımçı olacaq-

dır. Şəki rayonunda arxeoturizmin inkişafı yeniliyə səbəb olmaqla yanaşı, həm də 

ərazinin iqtisadi yüksəlişinə, əhalinin məşğulluq probleminin həllinə, turist axınının 

sürətlənməsinə imkan yaradacaqdır.  

Müasir dövrdə belə abidələrin, eynilə digər Azərbaycan abidələri kimi, arxeo-

turizm məqsədilə istifadəsi ölkə iqtisadiyyatı üçün zəruri və əlverişlidir.  

 

Ədəbiyyat: 



1. Əbədi sükut dünyası – labirint // belediyye. io. ua 

2. Eyvazova Y. Muzey işi - mədəni quruculuğun mühüm amili// Xalq qəzeti, 17. 07. 2011

 

 

 



NEW ARCHEOLOGICAL FINDINGS IN SHAKI REGION - AS MEANS 

OF ARCHEO-TOURISM DEVELOPMENT 

 

Mammadova Badirjahan  

 

Due  to  the  participation  and  assistance  of  the  archeologists  of  ANAS  Institute  of 



Archaeology  and  Ethnography  in  various  archeological  expeditions,  recently  have  been 

investigated and revealed many little-studied issues regarding Azerbaijan history, and above-

mentioned  circumstances  created  the  potential  for  development  of  country’s  tourism.  In 

consequence  of  that,  the  monuments  which  have  been  found  by  archeologists  of 

archeological expeditions Shaki-Qakh-Oghuz are of particular interest.  

According  to  the  report  of  archeologists  of  expedition  in  2013,  as  a  result  of 

archeological excavations was discovered a grave in the upper part of necropolis including 

the territory of 4 hectares of ancient settlement located in Shaki region on the territory called 




Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə