XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə37/187
tarix12.10.2018
ölçüsü4,61 Mb.
#73678
1   ...   33   34   35   36   37   38   39   40   ...   187

81 

 

tayfa elementləri və ya Bayandurlar, Tripolidə, Hələbdə və Sivasın cənubunda qal-



maqda davam ediblər” [Roemer, 2003:181].  

Bu haqda tarixçi Əhməd Toksoy “Kitab-i Diyarbəkriyyədə bayındırlılar (Qara 

Yuluq Osman Bəyə qədər)” adlı məqaləsində belə yazır: “Qaraqoyunlu kimi, Şərqi 

Anadolunun  dağında,  daşında,  vadisində  və  çay  kənarlarında  özünəməxsus  izlər 

qoymuş Ağqoyunlular, 24 Oğuz boyundan biri olan Bayandurlara mənsubdur. Buna 

görə onlara “Bayandır xanın oğulları” və ya “Bayanduriyyə” olaraq adlandırılsalar 

da,  bir  müddət  “Tur  Əlilər”  də  çağrılmışdılar.  Bayandurun  daima  “nemətlə  dolu” 

(bol  məhsullu)  yer  olması  haqqında  məlumatlar  vardır”  [Toksoy,  2008:807,  810]. 

Elə həmin məqalədə Ağqoyunluların mənşəyi haqda da məlumat mövcuddur. “Ki-

tabı  Diyarbəkriyyədə”  göstərilir  ki,  Ağqoyunluların  54-cü  babası  Oğuz  xaqandır. 

Onun hakimiyyəti illərində İran, Suriya, Turan, Misir, Dəşti-Qıpçaq, Hind, Kəşmir 

və Türkistan dövlətin ərazisinə daxil idi. “Kitabi Dədə Qorqud”da adı çəkilən Ba-

yandur xan Oğuz xaqanın nəvəsi Ağqoyunluların ulu babasıdır”[Toksoy, 2008:806]. 

Ağqoyunlu tayfasının mənşəyi haqqındakı oxşar fikirlər T. Nəcəflinin “Qaraqoyunlu 

və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünasliğinda” əsərində də möv-

cuddur: “Ağqoyunlu tayfalarının mənşəyi ilə bağlı ən mühüm məlumatı Ağqoyunlu 

tarixçisi  Əbu  Bəkr  Tehrani  "Kitabi-Diyarbəkriyyə"  əsərində  verir.  Müəllif  "Uzun 

Həsənin ulu babası Ağqoyunlu dövlətinin qurucusu olmuş Qara Yuluq Osmanı bir-

bir  adlarını  saymaqla,  Bayandur  xan  vasitəsilə  52-ci  arxa  dönənindən  Oğuz  xana 

çıxararaq Ağqoyunluların Oğuz, yəni türkman elinin Bayandur boyundan bir sülalə 

olduğunu göstərir” [Nəcəcfli, 2000:16].  

  H. R. Römer Qaraqoyunluların mənşəyi haqqında yazır: “Qaraqoyunlu adını 

daşıdığı Baharlı “bahadur” ilə əlaqələndirilir. Bu ad güclü türkman ailələrinin yerləş-

diyi Ərbil, Marağa, Hilatda da rast gəlinən, Urmiya gölündən Van gölünə qədər olan 

ərazidən cənubda və şimalda, həmçinin Həmədandan şimala uzanan Bahar yaşayış 

məntəqəsi ilə eyniləşdirilirdi. Monqol hücumu nəticəsində onlar Van gölündən şi-

mala çəkilməli olur və burda Qaraqoyunlu dövləti yaradılır. Bu ad həmçinin İva və 

ya Yiva adının dəyişilmiş formalarındandır, güman olunur ki, qədim Oğuz tayfala-

rından  birinə  məxsusdur.  Qaraqoyunlu  və  Yivanın  əlaqəsi  onu  göstərir  ki,  Qara-

qoyunlu Yivadan gəlmədir” [Roemer, 2003:182].  

M. Şəkər öz məqaləsində Yiva tayfaları haqqında məlumat verərək yazır: “24 

oğuz  boyundan  biri  olan  Yıvələr  “dərəcəsi  üstün”  deməkdir,  günümüzdə  hər  nə 

qədər Yıvə adına rast gəlinməsə də, Osmanlı hakimiyyəti illərində bu adda türkman 

tayfa birliklərinin olduğu məlumdur” [Şeker, 2009:448].  

Qəribədir ki, Yıvə tayfalarının Qaraqoyunlularla əlaqəsinin olması haqqında 

məlumata T. Nəcəfli də təsdiq edir. O, yazır: “Şükrullahın bu qeydinə əsasən Qara-

qoyunlular Oğuz nəslindən Dəniz xanın oğulları olan İğdir, Büğduz, Yıvə və Kınık 

boylarından birinə mənsub olmuşdur. Bunlardan Yıvə boyu ilə Qaraqoyunlular ara-

sında nəsli qohumluq əlaqələrinin ola biləcəyinə dair bəzi izlər görünür. F. Sümer 

Yıvə türklərinin Səlcuq yürüşləri dövründən etibarən Azərbaycanda məskunlaşdıq-

larını və XII əsrin II yarısında Həmədan bölgəsində öz bəyliklərini yaradaraq onu 

Monqol  yürüşlərinə  qədər  qoruyub  saxladıqlarını  qeyd  edir.  Monqol  istilasından 

əvvəl  Bərçəm  adlı  bir  bəyin  rəhbərliyi  altında  olan  Yıvələrin  yaşadığı  Həmədan 



82 

 

ətrafında  Qaraqoyunlu  dövlətinin  dayağı  olan  və  hökmdar  ailəsi  ilə  qohumlaşmış 



Baharlu tayfası yurd salmışdı” [Nəcəcfli, 2000:11].  

  H. R. Römer araşdırmalarından aydın olur ki, Qaraqoyunlu və Ağqoyunlu 

tayfalarının  mənşəyi  və  Azərbaycanda  məskunlaşması  ilə  bağlı  məsələlər  alman 

tarixşünaslığında müəyyən mənada öz əksini tapmışdır. H. R. Römer öz əsərində bu 

tayfaların Oğuz mənşəli olmasını qeyd etsə də, heç bir əsas olmadan Qaraqoyun-

luların və Ağqoyunluların yaratmış olduğu dövlətləri İran dövləti kimi təqdim edir. 

Düzdür, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin sərhədləri İranın əksər ərazilərini 

əhatə  etmişdi.  Lakin  bu  dövlət  Azərbaycanda  yaranmış  və  Təbriz  paytaxt  şəhəri 

olmuşdur.  Azərbaycan  Qaraqoyunlu  və Ağqoyunlu  dövlətləri  XV  əsrdə  Yaxın  və 

Orta Şərqin ən güclü imperiyaları kimi İranı əksər ərazilərini öz sərhədləri daxildə 

birləşdirsə də, onların İran dövləti kimi təqdim olunması elmi cəhətdən əsassızdır.  

 

 



Ədəbiyyat  

1.

 



Ahmet Toksoy.  “Kitab-i Diyarbekriyye’de bayındırlılar. (Kara Yuluk Osman  bey’e 

kadar)”. Turkish Studies International Periodical For the Languages, Literature and 

History of Turkish or Turkic. Volume 3/4 Summer 2008 12s (806 -817) 

2.

 



Azərbaycan tarixi, Yeddi cilddə, III cild. Bakı, 2007. 561 s.  

3.

 



Barbara von Palombini. Bündniswerben abendländischer Mächte um Persien: 1453 – 

1600. Wiesbaden 1968, 153 s 

4.

 

Bilal Dedeyev. “Azerbaycan - Osmanli ekonomik ilişkileri (1450



‐1520)”. Journal of 

Qafqaz University. Number 18, 2006, s. 105 -112.  

5.

 

H. R. Roemer. “Persien auf dem Weg in die Neuzeit. Iranische Geschichte von 1350 



-1750”. Beirut, 2003, 525 s.  

6.

 



https://www. uni-goettingen. de/de/349075. html 

7.

 



Mehmet Şeker. Anadolu'nun türkleşmesi ve islamlaşmasi sürecinde Maraş bölgesi ve 

bölgeye yerleşen türk boylari. Kahramanmaraş sempozyumu. 2009, s. 437 -450.  

8.

 

Remzi Kiliç. Fatih devri (1451-1481) Osmanli-Akkoyunlu ilişkileri. Sosyal Bilimler 



Enstitüsü Dergisi Sayı : 14 Yıl : 2003/1, s. 95-118.  

9.

 



Tofiq  Nəcəcfli.  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinin  tarixi  müasir  türk 

tarixşünasliğinda. Bakı, 2000. 197 s.  

 

 

Summary 



 

QARAQOYUNLU VƏ AĞQOYUNLU TAYFALARININ ETNİK KİMLİYİ 

MƏSƏLƏSİ ALMAN TARİXŞÜNASLIĞINDA 

 

Qaragoyunlu  and  Aggoyunlu  tribes  which  were  one  of  the  Turkish  tribes  also 

participated in formation of Azerbaijani nation. The origin of these tribes, their participation 

in  development  and  their  role  in  enrichment  of  Azerbaijani  culture  and  generally  issues 

connected with their presence in the processes occurred in Western and South-western Asia 

are still rouse scientific interest.  

The  ethnic  origin  of  above  mentioned  tribes  also  attracted  the  attention  of  some 

European  researchers.  From  this  point  the  works  of  H.  R.  Romer,  G.  Dorferin,  B.  fon 

Palombin,  V.  Hins,  V.  Popper,  R.  fon.  Shtrommer  are  deserving  attention.  In  his  work 

“Persians  in  a  way  of  new  period.  The  History  of  Iran  between  1350-1750”  the  German 




Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə