XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə33/187
tarix12.10.2018
ölçüsü4,61 Mb.
#73678
1   ...   29   30   31   32   33   34   35   36   ...   187

71 

 

Bu çalışmada, Türkiye Büyük Millet Meclisinde temsiliyet yeterliliği kazanmış dört 



siyasal  parti  olan

1

;  Adalet  ve  Kalkınma  Partisi(AKP),  Cumhuriyet  Halk  Partisi(CHP), 



Milliyetçi Harekat Partisi(MHP) ile Barış ve Demokrasi Partisi (BDP)’nin kültürel kimliklere 

yönelik yaklaşımları parti programları çerçevesinde değerlendirilmiştir.  



Anahtar Kelimeler: Kültürel Kimlik, Siyasal Partiler  

 

Cultural idendity in Turkey’s Political Parties (Example of Turkey) 



 

Turkey  which  has  a  fanction  of  bridge  between  Europe  and  Asia  take  place  in  a 

geography  which  different  cultures  exist.  Today  in  democracy  it  is  important  different 

cultures to be implicated in political life with holistic perception. Cultural idendities show 

their  historical  perspectife  from  past  to  future  with  desires  of  supportive.  İndividuals 

determine their life with cultural values and they direct politic, religious etc. values by this 

perpectve.. İndividuals at the same time have relationship with political structures for go on 

theri  cultural  idendities.  For  this  reason  political  policies  in  democracies  effecet  cultural 

identidy’s change process. In this context approach of politicalparties to cultural idenditiees 

are important.  

 Political parties which represent efficiency of respresentation of people and nation’s 

will power have diffrent views to cultural idendities. Politicalparies which manage problem 

and demands of culturalidendities effect general politic view of culturalidendities of them. 

So decisions, measures and aplicaitons that would be taken will idendify perception of our 

democracy’s functions and direct our future.  

 In this research perceptions of 4 parties

2

 to cultural idendities with examining their 



party’s program. 4 parties that Justice and Development Part (AKP) Repuplic people’s Party 

(CHP)  Nationalist  Movement  Party  (MHP)  and  Peace  and  Democracy  Party  (BDP)  won 

representation of people and entered to Grand National Assembly of Turkey  

Key Words: Cultural Idendities, Political Parties  

 

 

 

                                                        

1

 01 Mart 2014 



2

 01 March 2014 




72 

 

ŞƏKİ RAYONUNDA AŞKARLANMIŞ YENİ ARXEOLOJİ TAPINTILAR 



ARXEOTURİZMİN İNKİŞAFINDA VASİTƏ KİMİ 

 

Məmmədova Bədircahan 

 

Son illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun müxtəlif ekspe-



disiya üzvlərinin  zəhmət və səyi ilə Azərbaycan tarixinin bir sıra qaranlıq qalmış 

məsələlərinə  aydınlıq  gətirilmiş,  ölkənin  turizm  potensialı  üçün  imkanlar  yaran-

mışdır.  

Arxeoloji baxımdan maraq doğuran və müasir dövrümüzdə turizm perspek-

tivləri ilə diqqəti cəlb edən ərazilərdən biri də Şəki rayonudur. Bu diyarın əlverişli 

coğrafi mövqeyi, zəngin fauna və florası, müxtəlif tarixi dövrləri əks etdirən unikal 

abidələri regionda turizmin inkişafına əlverişli zəmin yaradır.  

Şəki-Qax-Oğuz  arxeoloji  ekspedisiyası  üzvlərinin  son  illərdə  aşkarladıqları 

abidələr xüsusi maraq yaradır.  

1996-cı ildən Şəki Arxeoloji Qrupu əməkdaşlarının səyi ilə üzə çıxarılan mad-

di-mədəniyyət  nümunələri  nəticəsində  Şəki  rayonunun  Fazıl  kəndi  yaxınlığındakı 

Təpəbaşı  abidəsi,  hazırda  “Əbədi  sükut  dünyası  -  labirint”  adı  ilə  arxeoloji  elmi-

praktiki muzey kimi fəaliyyət göstərir (1).  

Arxeologiya və Etnoqrafiya İnstitutunun təqdimatı ilə bu abidə “Antik dövr 

Təpəbaşı nekropolu” adı ilə Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınmış və 

muzeyin ekspozisiyası 150 kv metr ərazidə yaradılmışdır.  

Muzeyin ekspozisiyası yaradılarkən bütün ərazi təmizlənmiş və 100 kub metr-

dən artıq torpaq çıxarılmışdır. Yerli dəfn adətlərinin nümayişi məqsədilə qəbirlər və 

onlara aparan yollar kərpiclə hörülmüş və üzəriləri tağla örtülmüşdür. Ekspozisiyanı 

təşkil edən 11 qəbirdən yerləşdikləri dərinlikdən, həcmlərindən asılı olmayaraq, 5-i 

divarda, 1 dəhlizdə, 5 isə ayrı-ayrı hissələrdə, yəni aşkar edildikləri yerindəcə digər 

maddi-mədəniyyət nümunələri (bütlər, məişət əşyaları və s.) ilə birgə nümayiş etdiri-

lir.  Məhz  belə  tərtibat  uyğun  dövrün  yerli  dəfn  adətinin  müşahidə  edilməsi  üçün 

əlverişli təsəvvür yaradır.  

Bu  abidədəki  hər  bir  qəbirin  elmi  tədqiqi  yeni  açıqlamaların  meydana  çıx-

masına zəmin yaradır.  

Burada  tapılmış  yüksək  zövqlə  hazırlanmış  maddi-mədəniyyət  nümunələri 

(zoomorf qablar, məişət və bəzək əşyaları) muzeyin ekspoziyasını daha da zəngin-

ləşdirir.  

Arxeoloqların qənaətinə görə, bu abidə Yaloylutəpə mədəniyyətinin lokal va-

riantı olaraq ellinizm dövrünün xüsusiyyətlərini özündə daşıyan, tariximizi turistlərə, 

tələbə və şagirdlərə açıqlayan maraqlı tapıntıdır.  

Nekropolun  tədqiqi  nəticəsində  tapılmış  insan  və  heyvan  sümükləri,  bəzək 

əşyaları və digər müxtəlif maddi-mədəniyyət tapıntıları Yaloylutəpə mədəniyyətinin 

xronologiyasını dərinləşdirməyə, yerli sakinlərin elmi, dini dünyagörünüşü barədə 

ilkin təsəvvür yaratmağa yardım edir.  

Abidədə  nəzərə  çarpan  kömür  və  kül  qalıqları  ənənəvi  mərasimlər  zamanı 

oddan istifadə edildiyini təsdiq edir.  




73 

 

Burada  tapılmış  qablar  müasir  külqabı  formasında  olub,  kənarları  girintili-



çıxıntılı naxışlı, təkayaqlı, kiçik meyvə qablarına bənzəyir. Boz, sarı, ala, sarımtıl 

rəngli belə qablar narın qum və gil qarışığından bişirilmə üsulu ilə düzəldilmişdir. 

Bu tip qablar əsasən Yaloylutəpə mədəniyyətinə xas olsalar da, onlara tunc və ilk 

dəmir dövrünə aid abidələrdə də təsadüf edilir. Ekspedisiya üzvlərinim söylədiyinə 

görə,  belə təkayaq qablar həm də yaxın  ərazidə yerləşən  Daşüz,  Küdürlü, Sarıca-

Minbərək kurqanlarında da aşkar edilmişdir. Qabların yüksək sənətkarlıqla, əllə ha-

zırlanmasına baxmayaraq heç də dulus çarxında hazırlanan qablardan geri qalmırlar.  

Adı çəkilən abidədə tapılmış qablara bənzər şüşə qabların oxşarları Azərbay-

canla  yanaşı  Gürcüstan,  Dağıstan  ərazilərində  aparılan  arxeoloji  qazıntılarda  da 

aşkar edilmişdir. Bu, ortaq mədəniyyətin izlərini büruzə verən faktlardandır.  

Tədqiqatımız  nəticəsində  məlum  oldu  ki,  tayqulplu  qabların  orta  hissəsinə 

üfüqi, dəlikli naxışlar həkk edilmiş, nəfis çıraqlar isə üçayaqlı formada olub, əsasən 

qara rəngdədir. Şəki rayonunun Kiş-Doxun nekropolundan da belə tapıntılara bənzər 

nümunələr  aşkar  edilmişdir.  Arxeoloqların  fikrincə,  bu  qabların  qəbirə  qoyulması 

dulusçuluğun yaranması ilə eyni dövrə aiddir və ilkin dini-mifoloji dünyagörüşünü 

ifadə edir.  

Abidədə aşkar edilən digər maraqlı qablar qısaayaqlı və ya ayaqsız formada 

olub,  ətirlərin  və  ya  bitkilərin  saxlanılması  üçün  hazırlanmışdır.  Qırmızımtıl,  boz, 

qara rəngli bu qabların oxşarlarına Qax rayonunun Sarıca-Minbərək kurqanlarında 

da rast gəlinir. Belə qabların skelet ətrafında müəyyən nizamla düzülməsi, onlardan 

dini rituallarda da istifadə edildiyini söyləməyə əsas verir.  

Muzeydəki  qəbirlərin  tədqiqi  müəyyən  təbəqəyə  mənsub  insanların  həyat 

tərzinin səviyyəsini, yaşadıqları reallığı büruzə verir.  

Qəbirlərdə  skeletlərin  bükülü  vəziyyətdə  qəbrə  qoyulması  həm  də  Tanrı 

qarşısında insanların təzimini əks etdirir.  

Bu abidədə həmçinin 4 büt aşkar edilmişdir. Bu bütlərin baş hissəsi zoomorf, 

bədən  hissəsi  isə  antropomorf,  biləkləri  ovuca  sıxılmış  formadadır.  Güman  etmək 

olar  ki,  belə  bütlər  müqəddəs  ailə  qoruyucuları  hesab  edilərək,  ata  və  ananı  ifadə 

edirdilər.  

Qəbirlərin bəzilərində xırda buynuzlu heyvan sümüklərinin, bişirilmiş yemək 

qalıntıları, ocaq külü aşkarlanması bu qəbirlərin ziyarətgah funksiyasını daşıdığını 

söyləməyə inkan verir.  

Arxeoloji tədqiqatlara əsasən belə nəticəyə gəlirik ki, Şəki rayonunun Fazıl - 

Təpəbaşı abidəsində aşkar edilən qəbir abidələri eneolit, tunc, antik dövr insanının 

dini  dünyagörüşünü,  ideologiyası,  məişət  həyatı,  mədəniyyəti  haqqında  məlumat 

toplamaq üçün faktiki əhəmiyyət daşıyır. Bu maddi mədəniyyət nümunələri bölgədə 

müxtəlif sənət sahələrinin qədim dövrlərdən başlayaraq zəmanəmizə qədər ardıcıl 

olaraq inkişafa uğradığını sübuta yetirir və dünya mədəniyyəti xəzinəsində özünə-

məxsus yer tuturlar.  

“Əbədi sükut dünyası - labirint” muzeyində qorunan tapıntılar arxeoloji qa-

zıntıların nəticələrinin əks etdirməklə yanaşı həm də orijinallığı ilə diqqəti cəlb edir.  

Müasir  dövrümüzdə  “Əbədi  sükut  dünyası  -  labirint”  muzeyi  tamaşaçıların 

diqqətini  cəlb  etməkdədir,  öz  növbəsində  Təpəbaşı  abidəsində  arxeoloji  qazıntılar 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə