XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə35/187
tarix12.10.2018
ölçüsü4,61 Mb.
#73678
1   ...   31   32   33   34   35   36   37   38   ...   187

76 

 

“Dzhuyurlu mashasi”.  



As a result of archeological excavation the archeologists succeeded in specifying the 

age of these findings concerning to the early millennium B. C.  

Identical  to  the  Khodjaly-Gedabey  culture  this  monument  found  as  a  result  of 

archeological  excavations  in  four  graves  where  had  been  discovered  numerous  human 

remains and animal bones as well as household utensils representing material and cultural 

value and reveals the life of the ancient inhabitants of Azerbaijan.  

During archeological excavations of the monument at a depth of 70 meters of cultural 

layer which made it possible to specify the age of monument concerning to the Late Bronze 

and Early Iron Age.  

Archeologists of the expeditions on the base of other information have found another 

ancient settlement and necropolis in the territory of 5-6 hectares, called “Yonchaly” near the 

village of Fazil.  

During archeological excavations in the territory of the found monument which has 

been included in the list of the Ministry of Culture and Tourism of the Azerbaijan Republic 

since  2002,  have  been  found  new  archeological  sites  concerning  to  the  ancient  period  of 

Caucasian Albania.  

Research of the above-mentioned archeological sites, testifying to the fact that Shaki 

region and neighboring lands had been inhabited by ancient  Turkic tribes,  and these  local 

tribes established cultural ties with a number of foreign countries.  

Nowadays, these monuments as well as other monuments of Azerbaijan, in order to 

promote archeological tourism are very important and profitable.  

Key  words:  archeology,  archeo-tourism,  bronze,  expedition,  necropolis,  clay, 

findings, monument 

 

 

 

 

 



77 

 

QARAQOYUNLU VƏ AĞQOYUNLU TAYFALARININ ETNİK KİMLİYİ   



MƏSƏLƏSİ ALMAN TARİXŞÜNASLIĞINDA 

Gülbəniz Əlövsət Cavadova 

 

Azərbaycan xalqının təşəkkülündə qədim türk tayfalarından olan Qaraqoyun-

lu  və  Ağqoyunlu  tayfaları  da  iştirak  etmişlər.  Bu  tayfaların  mənşəyi,  Azərbaycan 

mədəniyyətinin inkişafında və zənginləşməsində, ümumilikdə Ön Asiyada orta əsr-

lərdə cərəyan edən proseslərdə iştirakları ilə bağlı məqamlar bu gün də elmi maraq 

doğurur.  

Qeyd  olunan  tayfaların  etnik  mənşəyi  Avropanın  bəzi  tədqiqatçılarının  da 

diqqətini cəlb etmişdir. Bu baxımdan H. R. Römerin, G. Dörferin, B. fon Palombi-

ninin, V. Hinsin, V. Popperin, R. fon Ştrömerin və başqalarının əsərləri diqqətəla-

yiqdir.  

Almaniyada türkologiya haqqında ilk araşdırmalar XIX əsrə təsadüf edir. Bu 

dövrdə Gottingen Universitetində əldə olunmuş materiallar və araşdırmalar ilə Tür-

kologiyaya giriş kafedrası yaradılır. Türkologiyanın öyrənilməsi və bu sahə ilə məş-

ğul olan alimlər hələ ki, formalaşmadığından şərqşünasların bu sahədə əldə etdikləri 

ilə kifayətlənməli olurdular. 1903 –cü ildə Berlinli iranşünas Fridrix Karl Andreas 

Gottinge  Universitetində  Şərqşünaslıq  kafedrasında  fəaliyyətə  başladıqdan  sonra, 

Turanşümaslıq  elminin  yaranmasında  yaxından  iştirak  edir.  Onunla  Türkologiya 

sahəsi “təsisatlanmış forma” alır [uni-goettingen. de].  

1982-ci ildən başlayaraq “Türkologiya və Altayşünaslıq” kafedrası fəaliyyət 

göstərir. Onunla eyni vaxtda fəaliyyət göstərən və bugün də öz işinə davam etdirən 

“Türkologiya  və  Mərkəziasiyaşünaslıq  üzrə  seminar”  anlayışı  yaranır.  Dörferin 

fəaliyyəti dövründə Almaniyada Türkologiya və Altayşünaslıq öz yüksək zirvəsinə 

çatır. Dörferin fəaliyyəti dövründə İrana üç dəfə (1968, 1969 və 1973) elmi səfərlər 

təşkil  olunur.  Səfər  zamanı  bugünə  qədər  məlum  olmayan  iki  türk  dili  –xalac  və 

Xorasan türkcəsinın mövcudluğu rəsmən sənədləşdirlir. Həmçinin İran ərazisi tarixi 

baxımdan da araşdırılır [uni-goettingen. de].  

Daha  sonra  isə  Barabara  Plombini  “1453  -1600-cü  illərdə  İran  uğrunda 

qurulmuş Avropa birlikləri” kitabında yenidən bu məsələyə toxunur. Kitabda Av-

ropalı diplomatların İran ərazisinə etdikləri siyasi səfərləri haqqında geniş məlumat 

verilir.  Ağqoyunlu  Uzun  Həsənlə,  əsasən  də  Osmalı  imperiyasına  qarşı  aparılan 

danışıqlar haqqında ətraflı izah verilmişdir [Palombini, 1968:8].  

XV əsrdə Azərbaycan ərazisində yaranmış dövlətlər arasında Qaraqoyunlu və 

Ağqoyunlular önəmli yer tuturdu. Qaraqoyunlu və Ağqoyunlu adlanan Oğuz mənşəli 

tayfa  birləşmələri  XIII  əsrdən  etibarən  Anadoluda  yarımköçəri  həyat  sürürdülər. 

Alman müəllifi H. R. Römer “Farslar yeni dövrə gedən yolda. 1350-1750-ci illərdə 

İranın  tarixi”  kitabında  yazırdı  ki,  Orta  Asiyadan  çıxmış  türk  tayfaları  XI  əsrdən 

başlayaraq Qərb istiqamətində köç etməyə başlayır. Daha sonra müəllif yazır: “Ön 

Asiyanın türkman tayfaları arasında Oğuz türkləri əsasən də, Səlcuqlar daha önəmli 

idi. Onların Anadoluda, paytaxtı Konya olan qədim dövləti yaratdığı da məlumdur. 

Kiçik Asiyada dövlət qurmuş Səlcuqlar yeganə tayfa deyildilər, onlarla yanaşı öz 




78 

 

yüksəliş  anını  gözləyən  bir  sıra  xırda  tayfa  birlikləri  də  mövcud  idi.  1308-ci  ildə 



Anadolu Səlcuq dövlətinin süqutu nəticəsində siyasi xaos yarandı. Bu vəziyyət bir 

sıra tayfaların yeni dövlət qurmasına, bəzilərinin isə qurduğu dövlətin güclənməsinə 

şərait yaratdı. Güclənmiş dövlətlər içərisində Osmanlı dövləti də vardı” [Roemer, 

2003:177]. H. R. Römer bu zaman digər tayfa birlikləri dedikdə çox güman ki, Qara-

qoyunlu  və  Ağqoyunluları  nəzərdə  tutur.  Yeni  dövlətlər  yaradan  tayfaların  onlar 

olması şübhə doğurmur.  

Qaraqoyunlu eləcə də, Ağqoyunlu dövlətlərini təşkil edən  tayfa və boyların 

bu əraziyə Mərkəzi Asiyadan gəlməsini Səlcuqların Yaxın Şərqə köçməsi ilə bağ-

layırlar. H. R. Römerin də yazdığından aydın olur ki, onların Azərbaycana və Qərbi 

İrana köçməsini daha erkən dövrə (VIII-IX əsrlərə) aid etməyə müəyyən əsasımız 

vardır.  Ehtimal  etmək  olar  ki,  həmin  etnik  qruplar monqol  işğalı  dövründə  Azər-

baycan və İrandan qərbə doğru hərəkət etməyə məcbur olmuş, Kiçik Asiya, İraq və 

Suriyada məskunlaşmışdılar.  

Prof.  Dr.  Mehmet  Şəkər  “Anadolunun  türkləşməsi  və  islamlaşması  zamanı 

Maraş bölgəsi və bölgəyə yerləşən türk boyları” adlı məqaləsində köç edən tayfaların 

Türküstan adı verilən, Asiya ərazisindən keçərək Xorasan və Mavəraünnəhrin geniş 

ərazilərində özlərinə məskən axtaran, Oğuz boylarından olan türkmanlar olduğunu 

yazır [Şeker, 2009:437]. Məqalədə o da vurğulanır ki, “köçdən sonra müsəlmanlığı 

qəbul edən türklər və Oğuzlar tədricən türkman adlanmağa başlanmışdır. Bu dönəm-

dən  başlayaraq,  islam  dünyasına  köç  edən  Oğuzlara  türkmanlar  deyilir  [Şeker, 

2009:438].  

İslamı qəbul edən tayfaların türkman adlandırlmasının təsdiqinə T. Nəcəflinin 

“Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinin  tarixi  müasir  türk  tarixşünasliğinda” 

əsərində də rast gəlirik: “Tədqiqatçıların fikrinə görə, X əsrdə oğuzlar islam dinini 

qəbul etdikdən sonra onlara "türkmən/türkman" deyilmişdir. V. V. Baritold yazır:"... 

müsəlman  -  oğuzlar  həmçinin  “türkman"  (türkmənlər)  adlandırılmağa  başlandılar 

[Nəcəcfli, 2000:10].  

Z. M. Bünyadov və O. Ə. Əfəndiyev bu barədə yazırlar ki, XIV-XV əsrlərdə 

"qaraqoyunlu"  və  "ağqoyunlu"  adlarını  almış  tayfalar  və  qəbilələr  özlərini  vahid 

türkman xalqının hissələri hesab edirdilər. Onlar özlərini Kiçik Asiyanın (Osmanlı, 

Rumlu) və Orta Asiyanın (Cığatay) türkmənlərindən fərqləndirirdilər. Həmin dövrdə 

Azərbaycan  türkmanları  Orta  Asiyadan  köçmüş  uzaq  əcdadlarından  dilinə,  mədə-

niyyətinə görə güclü şəkildə fərqlənirdilər və yerli əhali ilə qaynayıb-qarışmışdılar” 

[Nəcəcfli,  2009:10].  “Azərbaycan  tarixi”  kitabında  isə  bu  haqda  belə  yazılmışdır: 

“Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların 

cəmləşdiyi bölgə isə Diyarbəkr idi. Hər iki tayfa birləşməsi "türkman" adlanan eyni 

etnik qrupa mənsub olub, ünsiyyət vasitələri Azərbaycan dilinin cənub ləhcəsi idi” 

[Azərbaycan  tarixi,  2007:71].  Beləliklə  Azərbaycan  ərazisində  yaranmış  bu  iki 

dövlətin banilərinin niyə türkman adlandırıldığını aydınlaşdırmış olduq.  

H. R. Römer kitabında digər müəlliflərdən fərqli olaraq qeyd olunan tayfaların 

Ön Asiya köçünə qədər həmin ərazilərdə, konkret olaraq Azərbaycanda tarixi kökləri 

daha qədim dövrlərə gedib çıxan türk mədəniyyətinin olduğunu göstərmir. Tədqi-

qatçı yazır: “Bu tayfalar arasında ikisi, Osmanlılarla yaxın əlaqələrinə görə önəmli 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə