XəZƏr universiteti erciyes universiteti



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə36/187
tarix12.10.2018
ölçüsü4,61 Mb.
#73678
1   ...   32   33   34   35   36   37   38   39   ...   187

79 

 

sayılır.  Bunlar  qaraqoyunlu  və  ağqoyunlu  tayfa  birlikləridir,  çox  güman  ki,  onlar 



əvvəllər bir tayfa olmuş, sonradan ayrılmışdırlar. Ancaq bu tayfa dövlətləri İran ta-

rixi  üçün  sadəcə,  mədəni  baxımdan  deyil,  siyasi,  sülalə  və  dini  səbəblərdən  əhə-

miyyət kəsb edirlər. Bu tayfa birlikləri Osmanlılarla sıx əlaqədə olsa da, farslarla o 

qədər yaxındılar ki, İran tarixini onlarsız təsəvvür etmək qeyri mümkündür. Müxtəlif 

dövrlərdə  bu tayfaların  nümayəndələri  İran  ərazisinin  müəyyən  bir  hissəsini  işğal 

etmiş və uzun müddət öz hakimiyyəti altında saxlamışdır. Bu dövrdə mövcud olmuş 

kiçik  tayfa dövlətləri  demək  olar ki, tez bir zamanda dağılmış və Osmanlı  mədə-

niyyətində  əldə  edə  bilmədiklərini  İran  mədəniyyətindən  mənimsəmişdilər”  [Roe-

mer, 2003:177].  

Römer Qaraqoyunlu və Ağqoyunlu tayfalarının türkmənşəli olduğunu qeyd 

etsə də, yaratdıqları dövləti İran dövləti adlandıraraq, tarixi yanlışlığa yol verir. Di-

gər tərəfdən, H. R. Römer bu tayfalara Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər döv-

lətini adi edərək, onların tez dağıldığını vurğulayır.  

Rəmzi  Kılıç  “Fatih  dövrü  (1451-1481)  Osmanlı-Ağqoyunlu  münasibətləri” 

məqaləsində  Ağqoyunlu  dövləti  haqqında  yazırdı:  “Ağqoyunluları  dövlət  halında 

Qara Yuluq Osman bəy birləşdirmişdir. 1423-cü ildə Əli bəyin oğlu olaraq dünyaya 

gələn  Uzun  Həsən  babası  Qara  Yuluq  Osman  bəyin  ölümündən  sonra  yaranmış 

şahzadələr arasındakı mübarizələrdə böyümüş, özünü erkən yaşlarından göstərərək 

1453-cü  ildə Ağqoyunlu dövlətinin  hökmdarı  olmuşdur”  [Kiliç,  2003:97].  Burdan 

da  göründüyü  kimi  türk  müəllifləri  H.  R.  Römerin  əksinə  olaraq,  Ağqoyunlu  və 

yaxud da Qaraqoyunlu dövlətini heç də İran, fars dövləti hesab etmirlər.  

Türk  tarixçisi  Əhməd  Toksoy  “Kitab-i  Diyarbəkriyyədə  bayındırlılar  (Qara 

Yuluq Osman Bəyə qədər)” adlı məqaləsində isə bu tayfa birliklərinin məhz Azər-

baycan ərazisində məskunlaşması və dövlət qurması haqqında dəqiq məlumat verir. 

“Ağqoyunların Anadolu ərazisinə nə vaxt gəlməsi hələ də mübahisə mövzusudur. C. 

Vudsun fikrincə, “Ağqoyunlular, Diyarbəkr və ətraf ərazilərə monqolların işğalları 

nəticəsində yaranmış böyük köç zamanı, yəni XIII əsrdə gəlməsi haqqında məlumat 

verir[Toksoy, 2008:807]. Z. V. Tolqan isə “Ağqoyunluların bir qisminin Azərbaycan 

ərazisində çox öncədən məskunlaşmış olduğunu, əsas hissəsinin isə Elxanilər döv-

ründə Türküstandan Anadoluya gəlib yerləşdiyini göstərir” [Toksoy, 2008: 807].  

H. R. Römer Osmanlı dövləti ilə bu iki “İran” dövlətinin münasibətlərinə də 

toxunaraq yazır: “XV əsr Qərb səyyahlarının fikrincə, bu tayfalar hətta Osmanlı im-

periyasının Şərq sərhədləri boyunca onlara əsas rəqib sayılırdılar. Bəzi mənbələrdən 

isə belə məlum olur ki, Avropa dövlətləri müxtəlif dövrlərdə onlarla müqavilə bağ-

layaraq ittifaq qurmuşdular. Sonralar onların hakimiyyəti altında şiə təriqəti yayılmış 

və  genişlənərək  uzun  müddət  öz  müstəqilliyini  qoruyub  saxlamışdır”  [Roemer, 

2003: 178]. Tarixdən də bildiyimiz kimi qərb diplomatiyasının səyləri nəticəsində 

Osmanlı  dövləti  ilə  Azərbaycan  ərazisində  müxtəlif  dövrlərdə  hökmranlıq  etmiş 

milli dövlətlərin münasibətləri müəyyən vaxtlarda kəskinləşmişdir.  

Rəmzi Kılıç Osmanlı Ağqoyunlu münasibətlərinə Qərb dövlətlərinin təsiri ilə 

bağlı yazır: “... Ağqoyunlular Osmanlılara qarşı Venesiya Rsepublikası, Trabzon-

Rum İmperiyası, Qaramanoğulları dövləti, Papalıq, İsfəndiyaroğulları və s. kimi bir-




80 

 

liklərlə ittifaqda idi” [Kiliç, 2003: 98]. Bu haqda digər bir fikir isə B. Dədəyevə məx-



susdur. O, “Azərbaycan-Osmanlı iqtisadi əlaqələri (1450 -1520)” məqaləsində ya-

zırdı: “Ticarət baxımından Avropalılar, Ağqoyunlu və Səfəvilər dövləti ilə həmçinin 

siyasi  münasibətlər  də  qururdu”  [Dedeyev,  2006:107].  Beləliklə  əksər  tarixçilər 

Osmanlı  –Ağqoyunlu  münasibətlərində  yaranmış  narazılıqdan  Qərbin  istifadə 

etdiyini təsdiq edir.  

H.  R.  Römer  öz  əsərində  Qaraqoyunlu  və  ağqoyunlu  tayfalarının  mənşəyi 

probleminə də toxunmuşdur. O, bu haqda yazırdı: “Köçəri tayfalarda ağ qoyun şək-

linin Ağqoyunlular, qara qoyun şəklinin isə Qaraqoyunluların rəmzi olması heç də 

qeyri-adi sayılmamalıdır. Bu bir totem də ola bilər, Fəzlullahın Rəşiddədinin məlu-

matına görə, qədim türklərdə totem sayılan heyvanın ətini yemək qadağan olunurdu. 

Onda bu ad onların bəslədikləri sürülərə bir işarə sayılmalıdır” [Roemer, 2003:179]. 

Belə görünür ki, bu tayfa adlarının totem sayılan qoyunların rəngi ilə əlaqədar olduğu 

ehtimal edilir. Həmin tayfalara məxsus olan qoç heykəlləri şəklində məzar daşlarının 

zəmanəmizədək çatdığı məlumdur [Azərbaycan tarixi, 2007:71].  

T. Nəcəfli “Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarix-

şünasliğinda” əsərində Qaraqoyunlu və Ağqoyunlu tayfa adlarının mənşəyi haqqında 

yazır: “Türk tarixçisi Faruq Sümərə görə, "Qaraqoyunlu tayfasının adı bu gün hakim 

olan ümumi qənaətə əsasən, totemlərinin qoyun olması ilə əlaqəli sayılsa da, qədim 

türklərdə digər tayfalarda olduğu kimi totem olan heyvanların ətinin yeyilməsi qəbul 

olunmadığına  görə  bu  adın  onlara  aid  sürülərinin  rəngi  ilə  bağlı  verilmiş  olması 

mümkündür".  Əbdülxaluq  Çay  Faruq  Sümerin  bu  fikrini  müdafiə  edir  və  başlıca 

məşğuliyyəti  heyvandarlıq  olan  Qaraqoyunlulara  bu  adın  bəslədikləri  heyvanların 

rənginə görə verildiyini əsaslandırmağa çalışır” [Nəcəcfli, 2000:11].  

Hər iki tayfa adınınyaranmasında həm onların totemlərinin, həm də saxladıq-

ları  qoyun  sürülərinin  rənginin  xüsusi  önəm  daşıdığı  ortaya  çıxır.  Bu  zaman  qo-

yunların rəng müxtəlifliyinin olması böyük əhəmiyyət kəsb edir. H. R. Römer məhz 

bununla bağlı yazırdı “Beləliklə, Ağqoyunlu və Qaraqoyunlu tayfa birliklərininmən-

şəyi  ilə  bağlı  məsələlər  bu  cürdür.  Hələ  dəqiq  qərar  verilməmişdir  ki,  bu  tayfalar 

əvvəldən bir kökə sahib olmuş, eyni birlik yaratmışdır yoxsa, sonradan parçalanaraq, 

xoşbəxtlikdən müstəqil dövlətlər yaratmağa nail olunmuşdurlar” [Roemer, 2003:180].  

H. R. Römer əsərində Qaraqoyunlu və Ağqoyunlu tayfalarının mənşəyi haq-

qında maraq kəsb edən məsələlərdən biri də tayfaların mənsubiyyəti məsələsidir. H. 

R. Römer yazır: “Monqol işğalından əvvəlki dövrlərdə Ağqoyunlu və Qaraqoyunlu 

tayfa adlarına rast gəlinmir. Yalnız müəyyən mənbələrdə hakim sülaləni təmsil edən 

Bayandır (Ağqoyunlu), Baharlu və ya Barani (Qaraqoyunlu) soyları haqqında mə-

lumatlara  təsadüf  olunur.  Bayandırlar  haqqında  F.  Rəşiddədin  24  Oğuz  tayfasının 

adlarını əks etdirən cədvəlində rast gəlmək olur. Bununla yanaşı, “Dədə Qorqud” 

dastanında o, Oğuz elinin hökmdarı kimi təsvir olunub. Belə hesab olunur ki, Ağqo-

yunlular Bayandurların bir qoludur. Həmçinin mənbələrdə Bayandur, yaxud Bayan-

duriyyə Ağqoyunlunun simvolu kimi istifadəsinə də rast gəlinir. XIV əsrdə Bayan-

dur adına Kiçik Asiyada rast gəlinir. Səlcuq dönəminə qayıtdıqda görmək olur ki, 

Bayandrr  Səlcuqlara  Kiçik  Asiyanı  tutmaqda  yardım  etmişdir,  onlara  məxsus  yer 

adlarının bu ərazilərdəolması da bunu sübut edir. Ağqoyunluların süqutundan sonra 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə