Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 15,53 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix28.06.2018
ölçüsü15,53 Mb.
#52098
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

51
Salyan-Akuşa massivi;
1. 
Şimali Muğan;
2. 
Gəncə-qazax massivi;
3. 
Şirvan düzü;
4. 
Mil-qarabağ düzü;
5. 
Xəzərətrafı düzənlik və Abşeron;
6. 
Lənkəran düzənliyi;
7. 
Cənubi-Şərqi Şirvan və digərləri. 
8. 
bu bölgələrdə suvarma sistemlərinin yenidən qurulması və torpaqların meliorasiya olun-
ması üçün aşağıdakı obyektlər üzrə layihə tapşırıqlarının hazırlanmasına başlanmışdır:
Araz çayı üzərində bəhrəmtəpə hidroqovşağının; 
1. 
Mingəçevir su anbarında hidroqovşağın (bəndin) sxematik planı


52
Samur çayı üzərində suqəbuledicinin
2. 
Türyançay və Göyçay üzərində hidroqovşağın; 
3. 
Yuxarı qarabağ kanalının; 
4. 
Yuxarı Şirvan kanalının; 
5. 
baş Muğan kanalının; 
6. 
Samur-Dəvəçi kanalının davamı, Samur-Abşeron kanalının II növbəsinin (Abşerona 
7. 
kimi); 
Muğan-Salyan sutullayıcısının; 
8. 
Xaçınçay su anbarı; 
9. 
Pirsaatçay su anbarı; 
10. 
Axıncaçay su anbarı; 
11. 
Ağstafaçay su anbarı və digər obyektlərin. 
12. 
1946-cı ildən başlamaqla müxtəlif su təsərrüfat layihələrinin sxemləri hazırlanmışdır:
Kür-Araz düzənliyindən dren və kollektor sularının dənizə axıdılması;
1. 
Kürətrafı ərazilərdə nasos stansiyalarının elektrik enerjisi ilə təmin edilməsi sxemi;
2. 
Kür-Araz düzənliyində tətbiq edilən nasos stansiyalarının seçilməsi sxemi
3. 
Şirvan düzündə suvarma sxemi;
4. 
Gəncə-qazax massivində suvarma sxemi;
5. 
birgə irriqasiya-energetika sxemi və digər layihələr.
6. 
Azərbaycan Layihə Axtarış İdarəsində hazırlanmış layihələrin Moskvada, Elmi-Texniki 
Şurada təstiq olunmasına qarşı olan qüvvələrlə layihə müəlliflərinin çətin şəraitdə mübarizə 
apardıqları vaxtlar da olmuşdur. 
Ümumittifaq  Elmi-Tədqiqat  Hidrotexnika  və  Meliorasiya  İnstitutunun  direktoru A.Ça-
revski və prof. b.Şaumyan Şimali Muğanda suvarılan ərazilərdə kollektor-drenaj sistemlərinin 
tikintisinin əleyhdarı kimi tanınırdılar və hazırlanmış layihələrin təsdiq olunmasına qarşı çı-
xırdılar. Şaumyan çıxışlarında Muğan düzündə drenaj tikintisinə vəsaitin ayrılmasını dövlətin 
pulunu çölə tökmək kimi qiymətləndirmişdir. Onların fikrincə, Şimali Muğanda dövri əkin 
sistemindən istifadə etməklə torpaqlarda şorluğu aradan qaldırmaq olar. 
Elmi-Texniki Şurada 1 aprel 1948-ci ildə Şimali Muğandakı Ehtiyat Torpaq Fondunda 
“Suvarma və Meliorasiya Layihəsi”nə baxılarkən təşkil olunan müzakirə, sonralar “Drenajın 
zərərliyi” mövzusunda aparılan və aylarla uzanan müzakirələrə çevrilmişdir. Ağır atmosfer 
şəraitində keçən bu müzakirələrdə layihə müəllifi və Azərbaycan Layihə-Axtarış İdarəsinin 
baş  mühəndisi  Dobronravov V.A.,  mütəxəssislər Aristov  S.q.,  Şpanin  q.İ.,  rudman  İ.A., 
Kulaşvili  İ.S.,  Polad-zadə A.A., Volobuyev V.r.  və  digərləri  layihənin  müdafiəsində  sona 
qədər  mübarizə  aparmışdılar.  Ümumittifaq  Kənd  Təsərrüfatı  Akademiyasının  rəyasət 
Heyətində 1 və 2 noyabr 1948-ci il tarixlərində akademiklər Lisenko T.D., Palinov b.b., pro-
fessorlar Antipov, Karatayeva, brudastov, Kovda, Petrov və digər mütəxəssislərin iştirakı ilə 
müzakirə edilən layihə əsasən bəyənilmişdir. Elmi Texniki Şuraya təqdim olunmuş layihə 8 
ay davam edən müzakirələrdən sonra 15 noyabr 1948-ci ildə təsdiq edilmişdir. bununla da 
Kür-Araz düzənliyində geniş miqyasda kollektor-drenaj sistemlərinin tikintisinə yol açılmış-
dır. 


53
“AZDÖVSUTƏSLAYİHƏ” İNSTİTUTU  
1950-1970-Cİ İLLƏR
Tikintisi nəzərdə tutulan obyektlərdə görüləcək işləri sürətləndirmək və əkin sahələrindən 
yüksək  məhsuldarlıq  götürülməsini  təmin  etmək  məqsədilə,  xüsusi  olaraq  Kür-Araz 
düzənliyindəki su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərini “Layihə tapşırığı” və “İşci 
cizgiləri”  olmaqla,  2  mərhələdə  hazırlanmasına  SSrİ  Nazirlər  Sovetinin  20.05.1950-ci  il 
tarixindəki 2117 saylı qərarı ilə icazə verilmişdir.
1950-ci il iyun ayının sonuna kimi Azərbaycan Layihə-Axtarış İdarəsində görülən işlər, 
ümumilikdə, Kür-Araz Su Tikintisi baş İdarəsi və Azərbaycan SSr Su Təsərrüfatı Nazirliyi 
ilə bağlanmış müqavilələr əsasında aparılırdı. 
1950-ci  ilin  iyul  ayından  başlamaqla  görülən  layihə-axtarış  işləri  dövlət  büdcəsindən 
maliyyələşdirildi.  Layihə-axtarış  işlərinə  görə  əmək  haqqının  ödənilməsi  ləğv  edilərək 
əməkdaşlara daimi vəzifə maaşları təyin edildi. bu layihəçilərin və başqa işçilərin vəzifələrdə 
yüksəlmək üçün ixtisaslarını daim artırmaq istiqamətində çalışmalarına yeni stimul yaratdı. 
1951-ci  ildə  Yuxarı  qarabağ  kanalının,  1954-cü  ildə  isə  Yuxarı  Şirvan  kanalının 
layihələndirilməsinə başlanıldı. Tələb olunan müddətlərdə kanalların layihə tapşırıqları və 
işçi cizgiləri hazırlandı. Eyni vaxtda Yuxarı qarabağ və Yuxarı Şirvan kanallarının təsir zona-
larında mövcud olan suvarma sistemlərinin yenidən qurulması üçün tələb olunan layihə tap-
şırıqları da hazırlandı. 
Meliorasiya və su təsərrüfatı tikintiləri sahəsində yaranmış yeni əlverişli şəraitdə, hazırla-
nacaq layihələrin müxtəlif profilliyi, mürəkkəbliyi, layihə işlərinin məzmununda istifadə olu-
nan yeniliklər və işin həcmini nəzərə almaqla, Azərbaycan Layihə-Axtarış İdarəsində bəzi 
struktur dəyişiklikləri aparılmışdır. 
Layihə-Axtarış İdarəsinin əməkdaşlarından q.A.Mollayev, A.M.Cəmşidov, F.F.Kondratyev, 
b.A.Tabasaranski,  E.F.Kələntərova,  V.F.Şilovtsev,  A.N.Stupin,  V.N.Suçkov,  E.İ.Hacıyev, 
M.A.  Mustafayev,  b.İ.əskərbəyli,  A.D.rüstəmbəyov,  A.b.Tuskayev,  M.D.Fomenko, 
r.L.bulqak, A.ələkbərov və başqaları şöbə rəhbəri, bölmə rəhbəri və layihə baş mühəndisi 
vəzifələrinə təyin olunmuşlar. 
SSrİ  Nazirlər  Sovetinin  6  aprel  1951-ci  il  1137  saylı  qərarına  əsasən  kiçik  layihə 
təşkilatlarının ləğv edilməsi ilə bağlı Azərbaycan Layihə-Axtarış İdarəsi əsasında SSrİ Pam-
bıqçılıq  Nazirliyinin  tabeçiliyində  fəaliyyət  göstərən  Zaqafqaziya  Su-  Layihə  Pambıqçılıq 
İdarəsi (“Закгидроводхлопок”) yaradılmışdır. 
1951-ci ildə layihə idarəsində Kür-Araz düzənliyində apardığı meliorasiya layihə işlərindən 
əlavə,  kəndlərdə  və  rayon  mərkəzlərində  elektrikləşmə  üçün  tələb  olunan  layihə-axtarış 
işlərinin hazırlanmasına başlanıldı. 
Muğan və Salyan düzlərində suvarılan sahələrdə aparılmış elmi-tədqiqat işləri nəticəsində 
müəyyən edildi ki, qrunt sularının səviyyəsini tələb olunan dərinliklərdə saxlamaq üçün, irri-
qasiya sistemləri ilə birgə kollektor-drenaj sistemləri də tikilməlidir. beləliklə bu bölgədə 
açıq konstruksiyada kollektor-drenaj sistemlərinin geniş miqyasda tikintisinə başlandı. əkin 
sahələrində torpaqların meliorasiya olunması üçün nəzərdə tutulan layihə sənədləri tələb olu-
nan normalara uyğun olaraq, Layihə İdarəsində işlənmiş və vaxtında tikinti təşkilatlarına çat-
dırılmışdır. 


Yüklə 15,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə