Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 15,53 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix28.06.2018
ölçüsü15,53 Mb.
#52098
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

94
Kür çayının su ehtiyatlarından səmərəli istifadə olunması üçün Mingəçevir su anbarından 
başqa, Varvara (1952), Şəmkir (1983) və Yenikənd (2000) su anbarları tikilmişdir.
Şəmkir su anbarından su qəbul edən Sağ və Sol Şəmkir maşın kanallarının (1989) təsir 
zonasında 9,4 min hektar əkin sahəsi suvarılır. Kanallara su nasos stansiyasından verilir.
Kür-Araz  düzənliyində  suvarma  sistemlərinin  tikintisi  ilə  bərabər,  kollektor-drenaj 
şəbəkələrinin tikintisi də geniş vüsət almışdır.
Şirvan, qarabağ, Mil, Muğan düzlərində dren tikilmiş sahələr artdıqca, mövcud magistral 
kollektorların yenidən qurulmasına ehtiyac yaranmışdır. 
Şirvan düzündə irriqasiya sistemləri tikilmiş, 241,4 min hektar əkin sahələrindən 161,9 
min hektarında kollektor-drenaj sistemləri tikilib. Şirvan düzünün 125,1 hektarında örtülü 
drenlərdən istifadə edilir. 
Azərbaycan  Meliorasiya  və  Su  Təsərrüfatı  Açıq  Səhmdar  Cəmiyyətində  toplanmış 
məlumatlar araşdırılarkən məlum oldu ki, Baş Şirvan kollektorunun orta illik sərfi 1970-
1977-ci illərdə hər il artmışdır. Kollektorda suyun minerallığı isə ilbəil azalmışdır. Kollekto-
run təsir zonasında qrunt sularının orta yatım dərinliyinin 1930-1990-cı illərdə dəyişmə dina-
mikası araşdırılarkən müəyyən edilib ki, baxılan müddətdə qrunt suları ilbəil yer səthinə ya-
xınlaşmışdır. 
qrunt  sularının  yatım  dərinliyinin  yer  səthinə  yaxınlaşması  baş  Şirvan  kollektorunun 
layihə göstəricilərindən artıq su sərfi aparması ilə nəticələndi. Kollektorun bəzi hissələrində 
suyun səviyyəsi layihə göstəricilərindən yuxarı oldu. Nəticədə bəzi ərazilərdə kollektorun 
təsirindən torpaqlarda əlavə şorlaşma prosesi başlandı.
Kollektorun təsir zonasındakı ərazilərdə qrunt suyunun yatım dərinliyinin yer səthinə ya-
xınlaşma  prosesini  dayandırmaq,  əkin  sahələrində  şorlaşmış  torpaqların  duzlardan 
təmizlənməsi üçün mövcud və tikilən drenlərin iş rejimini yaxşılaşdırmaq və bununla da kol-
Soldan  2-ci Pasa Paşayev, 4-cü Saleh Hacıyev


95
İnstitutun Müharibə və Əmək veteranlarından bir qrupu gənclərlə birgə. 1980
Ulduz Fərəcova və Faquma Köçərli geotexnika laboratoriyasında. 1989


96
Geoloji-kəşfiyyat işləri aparılır
İnstitutun bir qrup geoloqları peşə bayramı günündə... 1980


97
lektordakı  suyun  minerallığını  yüksəltmək  üçün  tədqiqat-axtarış  işlərinə  başlandı. 
Mütəxəssislərin  rəyləri  nəzərə  alınmaqla  qərar  qəbul  edildi  ki,  baş  Şirvan  kollektorunda 
yenidənqurma-tikinti işləri aparılmalıdır.
“baş Şirvan kollektorunun yenidən qurulması tikintisinin layihəsi” institutun 3 saylı layihə 
şöbəsində işlənmişdir. Layihəçilər yenidənqurmada 2 variantı müzakirəyə çıxarmışlar. 
1-ci variantda Şəmkir kollektoru Mil-qarabağ kollektoruna birləşdirilir. Mil-qarabağ kol-
lektorunun suyu əvvəlki kimi baş Şirvan kollektoruna axıdılır. bu variantda nəzərdə tutulan 
sərfi axıtması üçün baş Şirvan kollektorunun dibdən eni və dərinliyi artırılır. Kollektorun 
Şirvan (keçmiş əli bayramlı) şəhərindən keçən hissəsində nəzərdə tutulmuş yenidənqurma 
tikinti işləri ilə bağlı əlavə ciddi problemlər yaranırdı.
2-ci variantda baş Şirvan kollektoru ancaq Kür çayının sol sahilinə, Şirvan düzündəki 
ərazilərə  xidmət  göstərir.  Mil-qarabağ  kollektoru  Kür  çayının  sağ  sahili  ilə  uzadılaraq 
tikintisinə başlanmış baş Mil-Muğan kollektoruna birləşdirilir.
Mütəxəssislərin  yekun  rəyi  əsasında  baş  Şirvan  kollektorunun  yenidən  qurulması 
layihəsində ikinci variant qəbul edildi. 
Layihəyə görə yenidənqurma tikinti işləri 1980-ci ildə başlanmalı və 1989-cu ildə tikinti 
başa çatdırılmalı idi. 
Kollektorun  126  km  uzunluğundakı  aşağı  hissəsində  tikinti  prosesində  dərinləşmə  və 
genişləndirmə işləri aparılmış, ümumi uzunluqda mövcud hidrotexniki qurğular təzədən tikil-
miş və ya yenidən qurulmuşdur.
Şirvan (keçmiş əli bayramlı) şəhəri içərisində kollektorun yamacları yığma dəmir-beton 
svaylarla bərkidilmişdir.
Baş Şirvan kollektorunun Şirvan şəhərindən keçən hissəsi. 1964


98
baş  Şirvan  kollektorunda  yenidənqurma  işləri  başa  çatdırıldıqdan  sonra  (1994)  layihə 
göstəriciləri aşağıdakı kimi oldu: 
Mənsəbə yaxın hissədə normal sərfi saniyədə 72,28 kub m, maksimal sərfi saniyədə 93,45 
kub m, kollektorun uzunluğu 251,5 km, dibdən eni 4÷40 m, qazma dərinliyi tras boyu dəyişir 
4÷7÷20÷32 m, suyun dərinliyi: normal sərfdə 1,23-3,92 m, maksimal sərfdə 1,32-4,58, mail-
liyi 0,00003-0,0005; yamaclıq əmsalı 1,5-2,0÷2,5m; suyun axım sürəti saniyədə 0,37-1,1 m, 
təsir zonasında olan sahə: brutto 305005 hektar, netto 270142 hektar.
Kür-Araz düzənliyində şorlaşmış torpaqların duzlardan təmizlənməsini təmin edən Baş 
Mil-Muğan kollektorunun tikintisini xüsusilə qeyd etmək lazımdır.
Kür çayının sağ sahilində kollektorun təsir zonasında suvarma aparılan 861,9 min hektar 
netto sahənin, dren tikilmiş 505,7 min hektar brutto sahənin olacağı proqnozlaşdırılmışdır.
baş  Mil-Muğan  kollektorunun  layihə  sənədləri  institutun  3  saylı  layihə  şöbəsində 
işlənmişdir. Şöbənin rəisi qurbanov Soltan əbdüləli oğlu layihənin baş mühəndisi olmuş-
dur. 
Kollektorun tikintisinə 1984-cü ildə başlanıldı. Tikinti 3 mərhələdə aparıldı: 59 km uzun-
luğunda 1-ci hissə 1994-cü ildə, Araz çayına kimi olan 52,7 km uzunluğunda 2-ci hissə 2000-
ci ildə, Mil-qarabağ kollektoru birləşən yerə kimi 31,7 km uzunluğunda 3-cü hissə 2006-cı 
ildə istismara verildi. Mil-qarabağ və Şəmkir kollektorları ilə birlikdə baş Mil-Muğan kol-
lektorunun ümumi uzunluğu 185,79 km olacaqdır. 
Kollektorun 1-ci hissəsinin istismara verilməsi ilə Muğan düzündəki əkin sahələrindən 
toplanan dren sularının Xəzər dənizinə öz axını ilə tökülməsi təmin edilmiş oldu. bununla da 
Araz çayı üzərində körpü. Saatlı rayonu. 2002


Yüklə 15,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə