Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 15,53 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix28.06.2018
ölçüsü15,53 Mb.
#52098
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

108
Petrovna, Mustafayev Mansur Məhəmməd oğlu, əliyev rafiq Məmmədbağır oğlu, Axundo-
va  Xalidə İmran  qızı, Mustafayev Məhəbbət Mustafa  oğlu, Haqverdiyev  qalib Süleyman 
oğlu, qafarlı Adil rzaqulu oğlu, bayramov Nəzər Amin oğlu, Sadıxova Zenfira əli qızı, Ko-
nikovski Valeri Andreyeviç və digərlərinin adlarını bu sahədə çalışan gənc nəslə tanıtdırmaq 
istərdik. 
“Azdövsutəslayihə” İnstitutunun 80 illik fəaliyyəti dövrünün 60 ili artıq tarixə dönmüş 
keçmiş SSrİ məkanında olmuşdur. Müstəqil Azərbaycan respublikasında yaşayan əhalinin 
çox  böyük  hissəsinin  təhsil  aldığı  və  işləmiş  olduğu  yaxın  tariximizdəki  bu  cəmiyyətdə, 
müxtəlif ictimai-siyasi təşkilatlar mövcud idi. Ölkənin bütün müəssisələrində yaradılan siya-
si təşkilatların əsas vəzifəsi dövlət və hökumət rəhbərliyinin həyata keçirdiyi siyasi kursu 
rəhbər tutaraq, yuxarıdan verilmiş qərarların və tapşırıqların həyata keçirilməsi istiqamətində 
apardığı genişprofilli işlər olmuşdur. 
Etiraf etmək lazımdır ki, bütün müəssisələrdə qarşıya qoyulmuş plan və tapşırıqların vaxtın-
da yerinə yetirilməsində, görülən işlərin həcminin artırılmasında, keyfiyyətinin yüksəldilməsində 
müəssisələrdə fəaliyyət göstərən ictimai təşkilatların rolu böyük olmuşdur. 
“Azdövsutəslayihə”  İnstitutunun  fəaliyyəti  dövründə  institutun  müxtəlif  ictimai 
təşkilatlarında çalışmış, müəssisə daxilində sağlam mühitin yaradılmasında, əmək intizamı-
nın, haqq-ədalətin qorunub saxlanılması, layihəçilərin, texniki işçilərin, köməkçi heyətin iş 
şəraitinin yaxşılaşdırılması, gənc mütəxəssislərin hazırlanması və inkişafında xüsusi əməyi 
olan Şapçenko Pavel İvanoviçi, Mixail Zabelini, Sadıqova Zenfira əli qızını, Məmmədov 
Yasin bilal oğlunu, Novruzov Lətif qənbər oğlunu, qaziyev Yusif Cəbrayıl oğlunu, qaragö-
zov rauf əziz oğlunu, Tağızadə Esmira Məmməd qızını, Novruzov Abbas qəmbər oğlunu, 
Həsənov Sabir Mirmövsüm oğlunu, babayev Xəqani ədalət oğlunu, Səmədov Cəsarət qabil 
oğlunu, Süleymanov Niyazi ramiz oğlunu, Mustafayeva Elza Saday qızını və başqalarını 
qeyd etmək istərdik. 
qeyd etmək lazimdır ki, bütün dövrlərdə hazırlanan layihə sənədlərində ölkə alimlərinin 
apardığı elmi tədqiqat işlərinin nəticələrindən mütəmadi olaraq istifadə olunub. Azərbaycanda 
meliorasiya və su təsərrüfatı sahəsinin inkişafında xüsusi əməyi olmuş alimlərimizdən pro-
fessorlar: Abbas əli oğlu Mustafayevin, əkbəq qasım oğlu behbudovun, Yusif əliqulu oğlu 
İbadzadənin, Hüseyin Məmməd oğlu Hüseynovun, Saleh Xalıq oğlu Hüseynzadənin, bala 
Məmməd oğlu Ağayevin, Fətullah Süleyman oğlu Salahovun, Kamal Heydər oğlu Teymuro-
vun, akademik Vladimir rodionoviç Volobuyevin və başqalarının adlarını xüsusi ehtiramla 
yad edirik.
Sovetlər  məkanında  ölkə  iqtisadiyyatında  durğunluq,  bütün  sahələrdə  başlanmış 
yenidənqurma “Azdövsutəslayihə” İnstitutunun fəaliyyətinə də təsirsiz ötüşməmişdir. res-
publikamızda başqa sahələrdə olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsində də 1985-
ci ildən başlamaqla aparılan tikinti işləri ilbəil kəskin şəkildə azalmışdır. 
Layihə-axtarış  işlərinin  həcmi  azaldığına  görə  uzun  illər  institutda  çalışan  ixtisaslaşmış 
mühəndis kadrlar qısa müddət ərzində doğma iş yerlərini tərk etmək məcburiyyətində qalmışlar.
“Azdövsutəslayihə” İnstitutu 1941-1945-ci illərdə olduğu kimi, fəaliyyəti dövründə ikinci 
dəfə iş həcmlərinin kəskin formada az olduğu şəraitdə çətin günlərini yaşamalı oldu. Sənətinin 
fədaisi  olan  əməkdaşların  müəyyən  hissəsi  uzunmüddətli  ödənişsiz  məzuniyyətə  çıxdılar, 
fəaliyyətini davam etdirən mütəxəssislərin əksəriyyəti isə 0,5 ştatda olmalarına baxmayaraq
bəzən aylarla əməkhaqlarını almadan tapşırılmış layihələr üzərində işlərini davam etdirməli 
olmuşlar.


109
“AZDÖVSUTƏSLAYİHƏ” İNSTİTUTU  
AZƏRBAYCAN RESPUBLİKASININ 
 MÜSTƏQİLLİK DÖVRÜNDƏ
qeyd olunduğu kimi, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Azərbaycanda 
meliorasiya  və  su  təsərrüfatı  sahəsinə  laqeyd  münasibət  olmuşdur.  İnstitutunda  aydiyyatı 
sahələr  üzrə  layihə  işlərinin  həcmi  kəskin  formada  azaldığından  mütəzəssislər  müxtəlif 
istiqamətlərdə tikinti-lahiyə işləri yerinə yetirməklə fəaliyyətlərini davam etdirməli olublar.
“Azdövsutəslayihə”  İnstitutu  1993-cü  ildə  İran  İslam  respublikasında  “qarasu  çayı 
üzərində qeyvalı su anbarı və onun suvarma massivinin sxemi” layihəsinin və “Gərmrud su 
anbarı, suvarma massivinin sxemi”nin layihə sənədlərinin hazırlanmasında iştirak etmişdir.
Sovet İttifaqının 1991-ci ildə dağılması ilə qazandığımız müstəqilliyimizin ilk illərində 
ölkəmiz faktiki olaraq müstəqil dövlət kimi fəaliyyət göstərə bilmirdi. 1991-1993-cü illərdə 
müstəqilliyimizin gələcəyi şübhə altında idi. bu illərdə Azərbaycan xalqı 1920-ci ildə olduğu 
kimi, yenidən müstəqilliyini itirə bilərdi. 
Meliorasiya və su təsərrüfatı  
obyekytləri bizim sərvətimizdir.  
Bu sərvətdən səmərəli istifadə etməliyik
Heydər Əliyev


110
Xalqımızın  müdrikliyi  sayəsində  Ulu  öndər  Heydər  əliyevin  yenidən  respublikaya 
rəhbərliyə gətirilməsi Azərbaycanı bu bəlalardan qurtardı. Tarix Azərbaycanımızın timsalın-
da  belə  bir  həqiqəti  sübut  etdi  ki,  müstəqilliyi  əldə  etmək  bəlkə  də  bir  qədər  çətin  deyil, 
nəinki, onu qoruyub saxlamaq, inkişaf etdirmək.
20  sentyabr  1994-cü  ildə  Xəzər  dənizinin  neft  və  qazının  işlənməsinə  dair  “əsrin 
müqaviləsi” adını almış sazişlərin imzalanması və prosesin uğurla axıra çatdırılması Heydər 
əlivev  şəxsiyyətinin  nələrə  qadir  olğunu  təsdiq  etdi.  1993-2003-cü  illərdə Azərbaycanın 
dövlətçiliyi quruldu, ölkənin işkişaf starteqiyası müəyyən olundu. 
Heydər əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı ilə meliorasiya və su təsərrüfatı 
sahəsi öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Ulu öndərin göstərişi ilə respublikaya 
qoyulan xarici investisiyalar ilk növbədə aşağıda adı çəkilən meliorasiya və su təsərrüfatı 
sahəsinə yönəldildi: 
1. Kür-Araz düzənliyində şorlaşmış torpaqların duzlardan təmizlənməsini təmin edəcək 
baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsi;
2. bakı-Sumqayıt şəhərlərini və Abşeron yarımadasını su ilə təmin edən Samur-Abşeron 
suvarma sisteminin yenidən qurulması; 
3. Vayxır su anbarının tikintisinin başa çatdırılması.
Samur-Abşeron  massivinin  sxemi  Türkiyə  Konsorsiumu  “SEYAŞ-SUİŞ”  və  “Azdöv-
sutəslayihə” İnstitutu tərəfindən 1995-1996-cı illərdə hazırlandı.
“Azdövsutəslayihə” İnstitutu Almaniyanın layihə şirkəti ilə birgə 1997-ci ildə “Azərbay-
canda İrriqasiyanın və Drenaj İnfrastrukturunun bərpası və Yaxşılaşdırılması” layihəsi hazır-
landı.
Samur-Abşeron kanalı suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində, əsasən 
aşağıdakı işlərin görülməsi müəyyənləşdirildi:
Samur baş suqəbuledicinin bərpası;
1. 
Xanarx kanalının tikintisi;
2. 
Samur-Abşeron kanalının 50 km-lik hissəsinin bərpası;
3. 
Vəlvələçay-Taxtakörpü kanalının tikintisi;
4. 
Taxtakörpü su anbarının tikilməsi;
5. 
Taxtakörpü-Ceyranbatan kanalının tikintisi.
6. 
Nəzərdə tutulan tədbirlər həyata keçirildikdən sonra Samur-Abşeron kanalı 180 min hek-
tar əkin sahəsini tələb olunan su ilə təmin edəcək və bakı-Sumqayıt şəhərlərinə saniyədə 22 
kub m su vermək mümkün olacaqdır. 
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Vəlvələçay-
Taxtakörpü kanalının, Taxtakörpü su anbarının və su-elektrik stansiyalarının layihə sənədləri 
beynəlxalq  tenderin  qalibi  olmuş  Türkiyənin  “SU  YAPI”  Mühəndislik  Şirkəti  ilə  birgə, 
“Azdövsutəslayihə”  İnstitutunun  2  saylı  şöbəsində  Adil  Məmməd  oğlu  Məmmədovun 
rəhbərliyi altında hazırlanmışdır. 
qeyd  etmək  lazımdır  ki,  1967-1974-cü  illərdə  Samur-Abşeron  kanalının  Vəlvələçay-
Ceyranbatan hissəsində kanalın suaparma qabiliyyəti qudyalçay və Vəlvələçayda tikilmiş 
sugötürmə qurğuları hesabına saniyədə 25 kub m-ə çatdırılmışdır. Yeni layihədə isə bu sərfin 
saniyədə 40 kub m olacağı nəzərdə tutulmuşdur.
Xanarx kanalının istismara verilməsi Samur-Abşeron kanalının 50 km yuxarı hissəsində 
bərpa işlərinin problemsiz yerinə yetirilməsinə imkan yaratdı. Xanarx kanalının uzunluğu 
67,2 km, su sərfi saniyədə 36-25 kub m-dir.


Yüklə 15,53 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə