118
ğun olaraq müvafiq qanunlar, normativ-hüquqi aktlar, sərəncam və qərarlar qəbul edildi. Ya-
radılmış hüquqi baza əsasında meliorasiya və su təsərrüfatı sahəsində islahatlar aparıldı.
Azərbaycan respublikasında ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli
istifadə olunması üçün müəyyən qanunvericilik bazası yaradıldı.
Torpaq islahatı haqqında Azərbaycan respublikasının qanunu (16.06.1996) qəbul
edildikdən sonra keçmiş kolxoz və sovxozların balansında olan torpaqlar özəlləşdirildi və
yeni fermer təsərrüfatları, birliklər yaradıldı. beləliklə, sovet dövründə olan böyük təsərrüfat
sahələri çox kiçik təsərrüfat sahələrinə bölündü.
Azərbaycan respublikasında torpaqların özəlləşdirilməsi proqramını sürətləndirmək
məqsədilə 1996-cı ildə Xaçmaz, Salyan, Lənkəran, Ucar, bərdə və Şərur rayonlarının hər
birində nümunəvi özəl kəndli-fermer təsərrüfatları yaradıldı.
Torpaqların özəlləşdirilməsi təcrübəsi göstərdi ki, əkin sahələrinin müəyyən hissəsi
istifadəsiz qalır və torpaqlardan səmərəli istifadə olunmur. Mövcud suvarma sistemlərinin
istismarında və təmir-bərpa işlərində problemlər üzə çıxdı. Kənd təsərrüfatı bitkilərindən
nəzərdə tutulmuş məhsuldarlığın əldə edilməsi mümkün olmadı. Aqrar sahədə problemlər
yarandı.
MDb ölkələri arasında ilk dəfə Azərbaycanda meliorasiya sahəsində fəaliyyətin hüquqi
əsasını müəyyən edən “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan respublikasının qa-
nunu 1996-cı ilin sentyarbın 14-də qəbul edildi.
Su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyəcək
Azərbaycan respublikasının Su məcəlləsi qanunu isə 26 dekabr 1997-ci ildə qəbul edildi.
qəbul edilmiş qanunda əsasən aşağıdakı məsələlər öz əksini tapmışdır:
- su obyektlərinin istifadəyə verilməsi qaydaları, müddətləri, su istifadəçilərinin hüquq və
vəzifələri;
- sudan istifadənin ləğv edilməsinin əsasları və qaydaları;
- su obyektləri üzərində mülkiyyət formaları;
- su obyektlərinin mühafizəsi
sahəsində idarəetmənin təşkili;
- əhaliyə içməli su və məişət ehtiyacları üçün verilən sudan digər məqsədlərlə istifadə
olunmasına
qoyulan məhdudiyyətlər;
- müalicə-kurort, sağlamlaşdırma, istirahət, idman məqsədləri üçün su obyektlərindən
istifadə;
- su obyektlərindən kənd təsərrüfatında istifadə;
- sudan sənaye və hidroenergetika
məqsədləri üçün istifadə;
- sudan nəqliyyat ehtiyaclarını
ödəmək məqsədilə istifadə;
- su obyektlərinin istifadəsi və mühafizə tədbirlərinin
iqtisadi tənzimlənməsi;
- sudan pullu istifadə, su obyektlərinin istifadəsi və mühafizə sahəsində mübahisələrin həll
edilməsi, qanunvericiliyin pozulmasına görə məsuliyyət və digərləri.
Suyun idarə olunması ilə bağlı “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan
respublikasının qanunu (1998);
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan respublikasının qanunu (1999);
“ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan respublikasının qanunu (1999);
“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan respublikasının qanunu (1999);
“ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan respublikasının qanunu
(2002);
“Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan respublikasının qanunu
(2002) və digər qanunlar.