Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 15,53 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix28.06.2018
ölçüsü15,53 Mb.
#52098
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

119
Azərbaycan  respublikası  ətraf  mühitə  dair  15-dən  çox  beynəlxalq  konvensiyaya,  o 
cümlədən “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair 
konvensiya”ya (17 mart 1992, Helsinki) qoşuldu və Milli Məclisdə 14 mart 2000-ci il tarixdə 
ratifikasiya olundu. 
Transsərhəd çaylarının su ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində beynəlxalq su 
yurisdiksiyasına əsaslanmış dövlət siyasəti aparıldı.
Azərbaycanda  su  ehtiyatları  dövlətin  mülkiyyətindədir.  Su  ehtiyatlarının  istifadəsi  və 
mühafizəsinin idarə olunması, su münasibətlərinin tənzimlənməsi, su idarəçiliyi ilə bağlı qa-
nunlar və onların əsasında qəbul edilmiş normativ-hüquqi sənədlərə əsaslanaraq həyata keçi-
rilir.
Ölkədə formalaşan yeni iqtisadi münasibətlərin tələbinə uyğun olaraq 1996-cı ildə qəbul 
edilmiş “Azərbaycan respublikasında sudan pullu istifadə qaydaları haqqında əsasnamə”yə 
görə  1  yanvar  1997-ci  ildən  başlayaraq  suvarma  suyundan  pullu  istifadəyə  keçilmişdir  (I 
mərhələ). Su istifadəçilirənin və sahibkarların hüquq və mənafelərini qorumaq, su ehtiyatla-
rından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə ölkədə “Sudan İstifadə Edənlər 
Assosiasiyaları (SİEA)” yaradılmışdır. Hazırda respublikanın suvarma aparılan topaqlarının 
60 faizindən çoxunda torpaq mülkiyyətçilərinin təşəbbüsü ilə və Meliorasiya və Su Təsərrüfatı 
Açıq  Səhmdar  Cəmiyyətinin  metodik  köməkliyi  ilə  585-dən  çox  “Sudan  İstifadə  Edənlər 
Assosiasiyaları” yaradılmışdır. 
Heydər Əliyev Yenikənd SES-nın açılışında. 2000


120
Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsinin  məlumatına  görə,  respublikanın  kənd 
təsərrüfatına yararlı 4514473 hektar torpaq sahəsinin 1927247 hektarı dövlət mülkiyyətində 
saxlanılmışdır ki, bunun da 190652 hektarı suvarılan torpaqlardır. Odur ki, respublikada tor-
paq islahatı tam başa çatdıqdan və təsərrüfatların maliyyə imkanları artdıqdan sonra sudan 
pullu istifadənin II mərhələsinə keçilməsi və suyun tarifinin tədricən artırılması nəzərdə tutu-
lur (2006-2010-cu illər).
Ulu öndər Heydər əliyevin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi 
diqqət və qayğını, hazırkı vaxtda möhtərəm Prezident İlham əliyev uğurla davam etdirir və 
yeni formalarla zənginləşdirir.
Çox  fərəhli  haldır  ki,  Ümummilli  lider  Heydər  əliyev  tərəfindən  1970-1982-ci  və 
müstəqilliyimizin ilkin illərində təməlini qoyduğu genişmiqyaslı meliorasiya və su təsərrüfatı 
layihələri Prezident İlham əliyev tərəfindən verilmiş tapşırıq əsasında müvəffəqiyyətlə başa 
çatdırılır və yeni layihələrlə zənginləşdirilir.
Dövlət  başçısı  İlham  əliyev  2004-cü  ildə  Samur-Abşeron  suvarma  sisteminin  yenidən 
qurulması sxeminə daxil olan Xanarx kanalının tikintisi ilə tanış olmuş, 2005-ci il dekabr 
ayında isə Heydər əliyev adına Vayxır su anbarının istifadəyə verilməsi münasibəti ilə təşkil 
olunmuş tədbirdə iştirak etmişdir.
Məlumdur ki, respublikamızda nəzərdə tutulan “ərzaq təhlükəsizliyi Dövlət Proqramı”nın 
həyata keçirilməsi və aqrar sahənin inkişafı bilavasitə meliorasiya və su təsərrüfatı layihələrinin 
uğurla həyata keçirilməsindən asılıdır. 
İqtisadi sahədə aparılan uğurlu siyasət nəticəsində Azərbaycanda büdcə gəlirləri ilbəil art-
dığına görə, meliorasiya və su təsərrüfatı sahəsində layihə işlərinə ayrılan vəsait də hər il ar-
tır. 
Heydər Əliyev Vayxır su anbarının tikintisində. 2002


121
Xanarx kanalının tikintisi ilə tanış olmaga gəlmiş Prezident İlham Əliyevi Azərbaycan Meliorasiya  
və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə qarşılayır. 2004
Prezident İlham Əliyevə tikinti haqqında məlumat verilir.


122
Prezident İlham Əliyevə tikinti haqqında məlumat verilir.


123
Prezident İlham Əliyevə tikinti haqqında məlumat verilir.
Prezident İlham Əliyev tikinti ilə tanış olur.


124
Xanarx kanalının tikintisi
Xanarx kanalı


125
Kanalın tikintisi


126
Prezident İlham Əliyev Naxçıvan MR-də Vayxır su anbarının açılışında. 18 dekabr 2005-ci il
Vayxır su anbarında tikinti işləri aparılır. 


127
Prezident İlham Əliyev Vayxır su anbarının açılışında. 
Vayxır su anbarında inşaat işləri tamamlanmaq üzrədir


128
Möhtərəm Prezident İlham əliyevin 1 sent-
yabr 2005-ci ildə “respublikamızda su təchizatı 
və meliorasiya sahəsində görülən işlər və pers-
pektiv layihələrlə bağlı” və 29 aprel 2008-ci ildə 
“Ölkəmizdə su təchizatı, meliorasiya, irriqasiya 
və  kanalizasiya  sistemlərinin  inkişafı  ilə  bağlı 
layihələrə dair” keçirdiyi müşavirələrdə verdiyi 
göstərişlər və tapşırıqlar son illərdə bu sahənin 
geniş miqyasda inkişafına böyük təkan vermiş-
dir.
Azərbaycan  respublikası  “regionların 
sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2004-
2008-ci  illər)”  daxil  edilmiş  və  respublika 
büdcəsindən  ayrılmış  vəsait  hesabına,  Dünya 
bankının,  İslam  İnkişaf  bankının, Asiya  İnkişaf  bankının  və  digər  maliyyə  qurumlarının 
krediti hesabına 2006-cı ildə baş Mil-Muğan kollektorunda və 2006-cı ildə Naxçıvan Muxtar 
respublikasında Vayxır su anbarında yarımçıq qalmış tikinti işləri, Samur-Abşeron suvarma 
sisteminin yenidən qurulması layihəsi çərçivəsində 2002-ci ildə Samur baş suqəbuledici qur-
ğusunun  bərpası,  2006-cı  ildə  baş  su  durulducusunun  tikintisi  və  187  km  uzunluğunda 
təsərrüfatlararası kanalların yenidən qurulması, 2006-cı ildə İslam İnkişaf bankının vəsaiti 
hesabına  layihə  sənədləri  “Azdövsutəslayihə”  İnstitutu  və  Türkiyənin  “SU-YAPI”  firması 
əməkdaşları tərəfindən birgə hazırlanmış, uzunluğu 67,2 km olan Xanarx kanalının tikintisi, 
2007-ci ildə isə Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin bərpası başa çatdırılmış-
dır.
Uzunluğu 44,5 km olan Vəlvələçay-Taxtakörpü kanalının tikintisinin maliyyələşdirilməsinə 
İslam İnkişaf bankı, Səudiyyə İnkişaf Fondu və OPEK Fondu tərəfindən kredit ayrılması 
barədə  saziş  imzalanmışdır.  bu  kanalın 
tikilməsində  əsas  məqsəd  yaranan  əlverişli 
şəraitdə  regiondakı  6  çayın  su  ehtiyatından 
səmərəli istifadə etməkdir. 
“Samur-Abşeron suvarma sisteminin yenidən 
qurulması layihəsi” çərçivəsində ümumi sututu-
mu 269 mln. kub m olan “Taxtakörpü su anbarı-
nın SES-lə birlikdə layihələndirilməsi və tikinti-
si”, 
“Taxtakörpü-Ceyranbatan 
kanalının 
layihələndirilməsi  və  tikintisi”  obyektləri  üzrə 
işlərin həyata keçiriləməsinə 2006-cı ildə başla-
yaraq Dövlət Neft Fondundan vəsait ayrılmışdır. 
İqtisadi baxımdan bu layihələr çox sərfəlidir. 
Layihədə nəzərdə tutulmuş işlər başa çatdırıldıq-
dan sonra Taxtakörpü-Ceyranbatan kanalı anbar-
dan  qəbul  etdiyi  suyu  öz  axını  ilə  Ceyranbatan 
gölünə verəcək. beləliklə, Samur-Abşeron kanalı 
üzərində,  Sitalçayda  və  Ceyranbatanda  mövcud 
olan nasos stansiyaları ləğv ediləcəkdir.
Tikintisi vacib sayılan üçüncü obyekt Naxçı-
van Muxtar respublikasında, babək, Şahbuz və 


Yüklə 15,53 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə