Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 15,53 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix28.06.2018
ölçüsü15,53 Mb.
#52098
1   ...   22   23   24   25   26   27   28   29   30

146
Tovuzçay su anbarında suburaxan qurğunun tikintisi
Xanarx kanalı


147
tikilmiş mövcud su təminatı sistemlərinin layihə-smeta sənədləri də “Azdövsutəslayihə” İns-
titutunda hazırlanmışdır. 
qış otlaq sistemlərindəki şəbəkəyə tələb olunan su, 18 nasos stansiyasından və 20 subar-
tezian quyusundan verilir.
“Azdövsutəslayihə” İnstitutunda hazırlanmış layihə sənədləri əsasında Göytəpə su anba-
rında (Cəlilabad rayonu) tikinti işlər başa çatıb. Hazırda Tovuz rayonunda Tovuzçay su anba-
rının, qazax rayonunda Coğazçay su anbarının, quba rayonundakı qırmızı qəsəbə kanalının 
baş  sugötürücü  qurğusunun,  baş  Şirvan  kollektorunun  Şirvan  (keçmiş  əli  bayramlı) 
şəhərindən keçən hissəsində, Göyçay çayında baş sugötürücü qurğunun və digər obyektlərdə 
tikinti işləri aparılır. 
Son illərdə “Azdövsutəslayihə” İnstitutunun əməkdaşları tərəfindən beyləqan rayonunda 
Yuxarı Mil kanalının, Neftçala rayonunda Neftçala magistral kanalının və nasos stansiyası-
nın, Şəmkir rayonunda Şəmkir maşın kanalının birinci növbəsinin son 3,7 km hissəsinin, Şəki 
rayonunda Cəyirli su anbarının və əlican çayında 14 km uzunluğunda kanalın, Ağstafa rayo-
nu  ərazisində  Candar  kanalının, Ağsu  rayonunda Yuxarı  Şirvan  kanalının  maşın  qolunun, 
Salyan rayonu ərazisində Akuşa kanalının, Kürdəmir rayonunda Axtaçı-ərəbqubalı kanalının 
yenidən qurulması, Salyan şəhəri yaxınlığında Kür çayının məcrasının düzləndirilməsi və 
digər obyektlər üzrə layihə-smeta sənədləri hazırlanaraq tikinti aparan təşkilatlara tələb olu-
nan müddətlərdə təhvil verilmişdir.
Mil-Muğan kollektorunun Kür çayının sağ sahili boyu davamına çevirilmiş “Mil-qarabağ 
kollektorunun  yenidənqurulma  layihəsi”  üzrə  layihə-smeta  sənədləri  hazırlanaraq  tikinti 
təşkilatına verilmişdir. Layihənin baş mühəndisi Akif qara oğlu Sultanovdur. 
Artezian quyusu


148
əkin sahələrini suvarmaq və əhalini içməli su ilə təmin etmək məqsədilə 2005-ci ildə 45, 
2006-cı ildə 104, 2007-ci ildə 180, 2008-ci ildə isə 160 subartezian quyuları qazılaraq istis-
mara verilmişdir. Hazırkı dövrdə meliorasiya və su təsərrüfatı sahəsində 7352 ədəd subarte-
zian quyusundan istifadə olunur ki, bu qurğuların da layihə-smeta sənədləri müxtəlif illərdə 
layihə institutunun əməkdaşları tərəfindən tərtib olunmuşdur. 
Hazırda Kür, Araz və digər çaylarının, təbii və süni yaradılmış su anbarlarının, magistral 
kanalların və kollektorların üzərində layihə-smeta sənədləri institutda hazırlanmış 931 ədəd 
müxtəlif markalı nasoslardan istifadə olunur. 
Azərbaycan  Meliorasiya  və  Su  Təsərrüfatı  Açıq  Səhmdar  Cəmiyyəti  ölkəmizdə 
görülən meliorasiya və su təsərrüfatı işlərinin sifarişçisi, istifadəyə verilmiş obyektlərdə istis-
mar tədbirlərinin icraçısı kimi fəaliyyəti həyata keçirir. Tabeçiliyində olan sahələrdə iqtisadi 
islahatları təmin edir, sudan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini yerinə yetirir. 
Sosial-iqtisadi inkişafın əsas istiqamətlərini müəyyənləşdirir, normativ sənədlər tərtib edir, 
təqvim ili və perspektiv illər üçün proqnozlar hazırlayır, bu sahəyə investisiyaların cəlb olun-
masını  təşkil  edir,  meliorasiya  və  su  təsərrüfatı  sahəsində  qanunvericilik  bazasının  geniş-
ləndirilməsi və onun daha da təkmil ləş dirilməsi istiqamətində müvafiq işlər aparır.
Ölkənin ərzaq təminatının davamlı olaraq yaxşılaşdırılmasına təminat verən meliorasiya 
və su təsərrüfatı sahəsində Ulu öndər Heydər əliyevin müəyyən etdiyi məqsədyönlü siyasətə 
və möhtərəm Prezident İlahm əliyevin göstərişinə uyğun olaraq tikintisi vacib olan obyektlərin 
düzgün seçilməsi, elmi baxımdan əsaslandırılaraq layihə sənədlərinin hazırlanması və tikin-
tinin tələb olunan səviyyədə həyata keçirilməsi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı 
İnstitutun direktoru Elbrus Paşayev


149
Açıq  Səhmdar  Cəmiyyətinin  aparatında  və  onun  tabeçiliyində  olan  müəssisələrdə  işləyən 
çoxsaylı insanların gərgin əməyi hesabına reallaşır.
Ölkəmizdə ərzaq təhlükəsizliyinin qarantı olan meliorasiya və su təsərrüfatında tikintisi 
vacib olan obyektlərin seçilməsində, aparılan məqsədyönlü siyasətin müəyyən edilməsində, 
dövlət rəhbərliyi tərəfindən tikintisinə qərar verilmiş obyektlərin layihə-smeta sənədlərinin 
hazırlanmasında və nəzərdə tutulmuş layihələrin uğurla həyata keçirilməsində Azərbaycan 
Meliorasiya  və  Su  Təsərrüfatı  Açıq  Səhmdar  Cəmiyyətinin  sədri  əhməd  Cuma  oğlu 
əhmədzadənin təşəbbüskarlığını, idarəçilik qabiliyyətini, gərgin əməyini bu sahəni yüksək 
səviyyədə bilən mütəxəssislər yekdilliklə müsbət dəyərləndirirlər.
ə.əhmədzadənin 23 fevral 2008-ci ildə “respublika” qəzetində “Görülən işlər və qarşıda 
duran vəzifələr”, Ulu öndər Heydər əliyevin anadan olmasının 85 illiyi münasibətilə 11 aprel 
2008-ci  ildə  “respublika”  qəzetində  “Ölkəmizdə  meliorasiya  və  su  təsərrüfatının  inkişafı 
Ümummilli liderin adı ilə bağlıdır”, 5 iyun 2008-ci ildə “respublika” qəzetində “Suvarılan 
torpaqların  meliorativ  vəziyyəti  və  onun  yaxşılaşdırılması”  sərlövhəli,  genişhəcmli 
məqalələrində Azərbaycan iqtisadiyyatında, xüsusən kənd təsərrüfatının inkişafında mühüm 
rol oynayan meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən layihələrin, tikintisi da-
vam edən obyektlərin və gələcəkdə görüləcək işlərin çox əhatəli şəkildə təhlili verilmişdir. 
“Azdövsutəslayihə” İnstitutunda 2007-ci ildə layihə-smeta işlərinin hazırlanmasına ayrı-
lan vəsait 1997-ci illə müqayisədə 10 dəfə artmışdır. 
Tapşırılan layihələrin tələbata uyğun hazırlanmasında və sifarişçi təşkilatlara vaxtında çat-
dırılmasında xüsusi əməyi olan əməkdaşlardan, İnstitutun  baş mühəndisi qaziyev Yusif 
Cəbrayıl oğlunun, Topoqrafiya-axtarış şöbəsindən Ağayev Seyran Fərzəli oğlunun, Həsənov 
İnstitutun Baş mühəndisi Yusif Qaziyev


Yüklə 15,53 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə