Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 15,53 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix28.06.2018
ölçüsü15,53 Mb.
#52098
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

91
maqla qəbul edilir. Uzunluğu 24 km, başda qəbul edilən suyun sərfi 12 m
3
/san, xidmət etdiyi 
ərazinin sahəsi isə 8 min hektardır. 
Hasanlıarx kanalı Cəbrayıl və Füzuli rayonlarında əkinəyararlı münbit torpaq sahələrini 
suvarma suyu ilə təmin etmək məqsədi ilə, 1850-ci ildə çəkilmiş və sugötürmə qabiliyyəti az, 
uzunluğu qısa olan köhnə kanalın yerində 1951-ci ildə tikilmişdir. Kanala su öz axını ilə 
Xudafərin  körpüləri  yaxınlığındakı  Hasanlı  kəndinin  ərazisində  Araz  çayından  mexaniki 
üsulla tənzimləmə aparmaq yolu ilə qəbul edilir. Torpaq məcrada çəkilmiş kanalın uzunluğu 
38 km, sugötürmə qabiliyyəti 10 m
3
/san, suvarma suyu ilə təmin etdiyi ərazinin sahəsi 9 min 
hektardır. 
Araz çayının ümumi axınının təxminən 50-60%-i aprel-iyun, 28%-i noyabr-mart və ancaq 
21%-i iyul-oktyabr aylarında keçir. Çayın su ehtiyatından səmərəli istifadə etmək məqsədilə 
Araz çayının axınını nizamlamaq kimi mühəndis-texniki tədbirlərin həyata keçirməsi tələb 
olunurdu. respublikamızın ərazisində Araz çayının axınını nizamlamaq və bununla da su 
ehtiyatı yaratmaq məqsədilə Araz su anbarı yaradılmışdır. 
Araz su anbarı Araz çayının Kür çayı ilə qovuşan yerdən 422 km yuxarıda, Naxçıvan 
Muxtar respublikası ərazisində İran İslam respublikası ilə birgə tikilərək 1971-ci ildən istis-
mar olunur. Su anbarı yaradılan yerdə çay hövzəsinin sahəsi 54,3 min kv.km-dir. Anbarda 
yaradılan su ehtiyyatından istifadə olunmaqla İran və Azərbaycan dövlətlərinin ərazisində 
400 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olundu. Anbarın tam su tutumu 1,35 kub 
km, faydalı həcmi 1,15 kub km və bu həcmə uyğun su səviyyəsinin yüksəkliyi 777,5 m, su 
səthinin sahəsi isə 145 kv. km-dir. bəndin hündürlüyü 40 m, su anbarının çay boyunca uzun-
luğu 52 km-dir. bəndin sol və sağ hissəsində hər birində 2 turbin olmaqla SES-lər istismar 
Haxçıvan MR-də Araz su ambarı. 1971


92
olunur. bir turbinə verilən su sərfi 66,5 m
3
/san-dir. Fövqəladə daşqın sərfləri müşahidə olu-
narsa, bənddən aşağı hissəyə 3135 m
3
/san su buraxıla bilər. 
 Araz su anbarı iyun-avqust aylarında su tələbatının ancaq 25%-ni ödəmək qabiliyyətinə 
malikdir. Odur ki, baş verən su çatışmamazlıqlarını aradan qaldırmaq məqsədilə Araz çayı 
üzərində əlavə su anbarlarının tikilməsi tələb olunurdu. Su anbarı üçün ən əlverişli yer isə 
Xudafərin körpülərindən yuxarı olan hissə seçildi. Xudafərin su anbarı yaratmaqla Azərbaycan 
respublika sının  və  İran  İslam  respublikasının  ərazisində  140  min  hektar  sahə  suvarma 
rejimlərinə uyğun olaraq su ilə təmin ediləcəkdir. Su anbarından kompleks məqsədlər üçün 
istifadə olunması nəzərdə tutulur. Su, elektrik stansiyasının dörd aqreqatını işlətmək üçün 
SES-lərə daxil olacaq. Sudan, çayın aşağı hissəsində suvarmada səmərəli istifadə etmək üçün, 
axının sutkalıq nizamlanması məqsədilə qız qalası hidroqovşağının tikilməsi planlaşdırılır. 
qız qalası hidroqovşağı Mil-Muğan hidroqovşağını lazım olan sərflə təmin etmək üçün, sutka 
ərzində Xudafərin su anbarından buraxılan 8 mln. kub m suyu nizamlamaq qabiliyyətində 
olacaqdır. Araz çayı üzərində Xudafərin su anbarı və qız qalası hidroqovşağı tikildikdən son-
ra Araz çayının axını demək olar ki, 90% nizamlanacaqdır. 
Xudafərin su anbarı axının çoxillik nizamlanmasına hesablanmışdır. Araz su anbarından 
196 km aşağıda, Cəbrayıl rayonunun ərazisində yaradılacaqdır. bəndin üstdən uzunluğu 500 
m, inşaat hündürlüyü 70 m, su anbarının tam həcmi 1,61 kub km, faydalı həcmi isə 1,5 kub 
km olacaqdır. Hər iki sahildə gücü 100 min kvt olan SES tikiləcəkdir. SES-lərə daxil olan 272 
m
3
/san su sərfi bərabər olacaqdır. Suyu SES-lərə gətirən tunellərin diametri 8 m, uzunluqları 
isə 400 m-ə bərabərdir. Yəni, hər iki tərəfdə SES-lər işlədildikdə, anbardan buraxılan su sərfi 
544 m
3
/san olacaqdır.
Xudafərin körpüləri


93
Xudafərin su anbarının layihəsi 1980-ci ildə bakı hidrolayihə İnstitutunda işlənilmişdir. 
bu  layihəyə  əsasən  Xudafərin  su  qovşağının  bəndi  11  aşırımlı  körpünün  üstünə  düşürdü. 
İctimaiyyətin haqlı narazılığından sonra 11 aşırımlı və ondan 800 m aşağıda olan 15 aşırımlı 
Xudafərin körpülərini qoruyub saxlamaq üçün, Xudafərin su qovşağının yeri bir qədər yuxa-
rı  çəkilərək,  yeni  variantda  işlənildi.  Layihəyə  əsasən  11  aşırımlı  körpüdən  bəndin  aşağı 
byefinə kimi olan məsafə 50 m, bəndin üstündən olan yolun oxuna kimi olan məsafəsi isə 200 
m-dir. Hər iki sahildə tikiləcək SES-lərdən çıxan su 11 aşırımlı körpüdən bir qədər aşağıda, 
Araz çayına töküləcəkdir. bu tarixi abidə müasir tikintinin əhatəsində qalacaqdır. 
Qız qalası hidroqovşağı Xudafərin su anbarından 13 km, Xələfli dəmir yolu stansiyasın-
dan bir qədər aşağıda yerləşmiş qız qalası tarixi abidəsinin yanında, çox əlverişli bir yerdə 
tikiləcəkdir. Yuxarıda qeyd edildiyi kimi, Xudafərin su anbarından SES-in sutkalıq və həftəlik 
iş rejiminə müvafiq olaraq buraxılan axın həcmini, əkin sahəsinə veriləcək suvarma suyunun 
həcminə müvafiq nizamlamaq üçün yaradılır. Torpaq bəndin üstdən uzunluğu 1050 m, inşaat 
hündürlüyü 36 m-dir. Hər iki sahildə gücü 40 min kvt olan SES-in tikilməsi nəzərdə tutul-
muşdur. SES-lərə verilən maksimum su sərfi 130 m
3
/san, anbarın tam həcmi isə 0, 06 kub km 
olacaqdır.  bəndin  üzərində  tikilmiş  suaşırandan  lazım  gəldikdə  2650  m
3
/san  su  buraxıla 
biləcəkdir.  Hidroqovşaqdan  hər  iki  sahilə  10  m
3
/san  su  verə  biləcək  kanalların  tikilməsi 
nəzərdə tutulur. qız qalası hidroqovşağından kanal vasitəsilə götürülən su ilə Cəbrayıl rayonu 
ərazisində əkinəyararlı 10 min hektar sahə suvarılacaqdır.
Xudafərin  su  anbarının  və  qız  qalası  hidroqovşağının  tikintisi  Ermənistan  silahlı  qüv-
vələrinin işğalı ilə bağlı müvəqqəti olaraq dayandırılmışdır. bu isə Araz çayının su ehtiyatın-
dan hazırkı vaxtda səmərəli istifadə olunmasına imkan vermir.
Hal-hazırda ölkəmizin ərazisində irriqasiya sistemləri tikilmiş, 320 min hektar əkin sahələri 
Araz çayının su ehtiyatlarından istifadə olunmaqla suvarılır. 
Çay üzərində hidrotexniki qurğu tikilir


Yüklə 15,53 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə