Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 15,53 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix28.06.2018
ölçüsü15,53 Mb.
#52098
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

82
Sərsəng hidroqovşağında bənd
Sərsəng hidroqovşağı


83
İnstitutun  fəaliyyət  tarixi  araşdırılarkən  məlum  oldu  ki,  1970-ci  ilə  kimi  respublika 
ərazisində tikilmiş irihəcmli meliorasiya və su təsərrüfatı obyektlərinin layihə sənədləri digər 
millətlərdən olan mütəxəssislərin rəhbərliyi altında işlənilmişdir. Yeni, böyük vəsait qoyuluşu 
tələb edən layihələrin baş mühəndisləri başqa millətin nümayəndələri olmuşdur. 
Araşdırmalar göstərdi ki, 1980-ci ildən sonra respublikamızda tikilmiş və tikilməkdə olan 
meliorasiya  və  su  təsərrüfatı  obyektlərində  layihə  müəllifləri  əsasən  Heydər  əliyev 
məktəbindən bəhrələnmiş milli kadrlar olmuşlar.
“Azdövsutəslayihə” İnstitutunda 1982-ci ildə layihə-axtarış işlərini zonalar üzrə yerinə 
yetirən 6 istehsalat-layihə şöbəsi fəaliyyət göstərirdi. İnstitutda 1600 nəfərdən artıq işçi çalı-
şırdı. əməkdaşlardan 17-nin elmi dərəcəsi var idi.
Meliorasiya  və  su  təsərrüfatı  tikintilərinin  layihələndirilməsində  qazanılmış  zəngin  iş 
təcrübəsi yüksəkixtisaslı kadrların xarici dövlətlərə dəvət almasına və bu ölkələrdə layihə-
axtarış işlərində fəal iştirakına imkan yaratdı. 
İnstitutun əməkdaşları Yəmən Xalq Demokratik respblikasında, Yəmən ərəb respblika-
sında, Kuba respublikasında, əlcəzair Xalq Demokratik respublikasında, Mozambik Xalq 
respublikasında, İraq respublikasında, Suriya ərəb respublikasında, Anqola Xalq respub-
likasında,  İran  İslam  respublikasında  və  digər  ölkələrdə  meliorasiya  və  su  təsərrüfatı 
obyektlərinin  layihə-axtarış  işlərinin  hazırlanmasına  yardım  etmək  üçün  bu  ölkələrə 
göndərilmişlər.
İnstitutun əməkdaşlarından Mirzəxanov əli Cəbrayıl oğlu 1969-1970-ci illərdə Yəmən 
ərəb respublikasında, Cavadov Aydın əhməd oğlu 1970-1971-ci illərdə Yəmən ərəb res-
publikasında,  Musayev  Telman  Məsim  oğlu  1978-1991-ci  illərdə  Kuba  respublikasında, 
Şahməmmədov Şahməddin bayram oğlu 1978-1981-ci illərdə Kuba respublikasında, Ab-
dullayev əlimuxtar Xudaverdi oğlu 1979-1982-cı illərdə Kuba respublikasında, Məmmədov 
Adil Məmməd oğlu 1980-1983-cü illərdə Kuba respublikasında, əliyev Fikrət Məmmədrza 
oğlu 1982-1984-cü illərdə Mozambik Xalq respublikasında, qafarlı Adil rzaqulu oğlu 1986-
1990-cı illərdə Kuba respublikasında, Mahmudov Səttar Maqsud oğlu 1986-1990-cı illərdə 
Heydər Əliyevə Bəşəriçaydakı hidrotexniki qurğu haqqında məlumat verilir. 1976


84
Yəmən  Xalq  Demokratik  respublikasında,  Mustafayev  rövşən  Şakir  oğlu  1986-1989-cu 
illərdə Yəmən Xalq Demokratik respublikasında, əliyev rafiq Məmmədbağır oğlu 1989-
1993-cü illərdə Suriya ərəb respublikasında, Allahverdiyev Ayət Namaz oğlu 1981-1983-cü 
illərdə Mozambik Xalq respublikasında, Məlikov Atakişi Talıb oğlu 1988-1990-cı illərdə 
İraq respubliksında, Axundov Murad bəhram oğlu 1986-1989-cu illərdə Yəmən Xalq De-
mokratik  respublikasında  və  1994-1995-ci  illərdə  İran  İslam  respublikasında  çalışmış, 
səviyyəli mütəxəssis olduqlarını gördükləri işlərlə təsdiq etmiş və “Azdövsutəslayihə” İnsti-
tutunun şərəfini xarici dövlətlərdə də yüksəltmişlər.
Çayların su ehtiyatından səmərəli istifadə etmək məqsədilə Ağstafaçay su anbarı, Araz su 
anbarı, Sərsəng su anbarı, Arpaçay su anbarı, Yuxarı Xanbulançay su anbarı, Aşağı Köndələnçay 
su anbarı, Madagiz su anbarı, Zaqalavaçay su anbarı, Cəyirli su anbarı, Salxanqala su anbarı, 
Şəmkir su anbarı, əyriçay su anbarı, Viləşçay su anbarı istismara verilmiş və sonrakı illərdə 
tikintisi nəzərdə tutulan digər su anbarlarının layihə-axtarış işlərinə başlanmışdır.
bu illərdə Araz çayının su ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə mövcud ma-
gistral kanallar yenidən qurulmuş, yeni kanalların və hidroqovşaqların layihə sənədləri hazır-
lanmışdır.
Tikilən meliorasiya və su təsərrüfatı obyektlərinin demək olar ki, hamısının layihə sənədləri 
“Azdövsutəslayihə” İnstitutunda hazırlanmışdır. 
Rəsularx kanalı İmişli və Saatlı rayonlarının ərazisində 18,3 min hektar sahəni suvarma 
suyu ilə təmin edir. Uzunluğu 51 km, suburaxma qabiliyyəti 16 m
3
/san-dir. Trapes en kəsik 
şəkilli kanalın dibdən eni 3,4 m, inşaat dərinliyi 1,8 m, yamaclıq əmsalı 2,0m, üstən eni isə 11 
m-dir. Kanalın 44,7 km hissəsinə beton üzlük çəkilmiş, 19,5 km hissəsi tam qazmada, 20 km 
hissəsi  tam  tökmədə,  11,5  km  hissəsi  isə  yarı  tökmədə  tikilmişdir.  Kanal  torpaq  məcrada 
1960-cı ildə istifadəyə verilmiş köhnə kanalın yerində yenidən tikilərək 1987-ci ildə istisma-
ra verilmişdir. 
Baş Muğan kanalı 1960-cı ildə istismara verilmişdir. İmişli, Saatlı, Sabirabad rayonları-
nın ərazisində 65 min hektar sahəni suvarma suyu ilə təmin etmək məqsədi ilə tikilmişdir. 
Şəkildə soldan Paşa Paşayev, Zülfüqar Musayev, Nadir Rüstəmov,  
Ramiz Əbdülrəhimov, Rəfail Axundov. 1974


85
Zülfüqar Musayev və Paşa Paşayev. 1974
Mahmud Əliyev, Məmmədsadıq Quliyev və Paşa Paşayev. 1976


86
Suburaxma  qabiliyyəti  60  m
3
/san,  uzunluğu  34  km-dir.  Saatlı  rayonu  ərazisində  kanal  iki 
hissəyə ayrılır. Sağ istiqamətdə tikilmiş, 21 min hektar əraziyə xidmət edən, uzunluğu 65,7 
km, suaparma qabiliyyəti 20 m
3
/san olan hissəsi Mürsəlli kanalı adlanır. Düz istiqamətdə 
davam edən, uzunluğu 66,3 km, suaparma qabiliyyəti 30 m
3
/san olan, 30 min hektar əraziyə 
xidmət edən hissə isə Sabir kanalı adlandırılır.
Əzizbəyov kanalı hazırda üç hissədən ibarətdir: Köhnə əzizbəyov kanalı, Yeni əzizbəyov 
kanalı və əzizbəyov kanalının maşın qolu.
Köhnə Əzizbəyov kanalı torpaq məcrada yenidən tikilərək 1960-cı ildə istismara veril-
mişdir. əvvəllər İmişli, biləsuvar və Cəlilabad rayonlarında 69 min hektar əraziyə xidmət 
etmək  üçün  tikilmiş,  kanalın  uzunluğu  65  km,  suaparma  qabiliyyəti  35  m
3
/san-dir.  Yeni 
əzizbəyov kanalı istismara verildikdən sonra kanal ancaq İmişli rayonunun ərazisində olan 
32 min hektar sahəyə xidmət edir.
Yeni Əzizbəyov kanalı 1985-ci ildə istismara verilmişdir. Uzunluğu 46 km, suaparma 
qabiliyyəti  35  m
3
/san-dir.  İmişli  və  biləsuvar  rayonlarının  ərazisində  37  min  hektar  əkin 
sahələrini suvarma suyu ilə təmin edir.
Əzizbəyov  kanalının  maşın  qoluna  su, Yeni  əzizbəyov  kanalından  nasoslarla  verilir. 
biləsuvar rayonu ərazisində tikilmiş nasos stansiyasına su, uzunluğu 0,6 km olan beton üzlük 
çəkilmiş kanalla axıdılır. Nasoslar suyu uzunluğu 3,5 km olan borularla 27 metr yüksəklikdə 
yerləşmiş kanalın maşın qoluna vurur. beton üzlük çəkilmiş kanalın uzunluğu isə 41,5 km, 
biləsuvar və cəlilabad rayonları ərazisində xidmət göstərdiyi əkin sahəsi 32 min hektardır. 
Boztəpəarx kanalı 1924-cü ildə İmişli rayonu ərazisində tikilmişdir. Araz çayından su öz 
axını ilə çayda mexaniki tənzimləmə işləri aparmaqla boztəpəarx kanalına verilir. başlanğı-
cında suyun sərfi 8 m
3
/san olmaqla torpaq məcrada inşa edilmişdir. İmişli və beyləqan rayon-
Soldan 1-ci Paşa Paşayev, 3-cü Mahmud Əliyev, 5-ci Əkbər Behbudov, Məmmədsadıq Quliyev


Yüklə 15,53 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə