Paşayev elbrus paşa oğlu həSƏnov fəRZƏLİ HƏSƏn oğlu “azdövsutəslayiHƏ”



Yüklə 15,53 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix28.06.2018
ölçüsü15,53 Mb.
#52098
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

57
Mingəçevir su anbarindakı bəndin görünüşü. 1955
Mingəçevir su anbarının görünüşü. 1955


58
Anbar tamam doldurulduqdan sonra (su səviyyəsi 83 m), daşqın baş verərsə, bənddən Kür 
çayına uzunluğu 1350 m olan dib sutullayıcısından saniyədə 1600 kub m, uzunluğu 600 m 
olan yuxarı sutullayandan saniyədə 2000 kub m, SES-in aqreqatları vasitəsilə saniyədə 780 
kub m, Yuxarı qarabağ kanalına saniyədə 113 kub m, Yuxarı Şirvan kanalına isə saniyədə 78 
kub m su buraxmaq olardı.
Mingəçevir SES-i uzun müddət Zaqafqaziyada ən güclü elektrik mənbəyi olmuşdur. SES-
dəki 6 ədəd hidroaqreqatın gücü əvvəllər 371 min kvt, hazırda isə 400 min kvt-dır.
Hidroqovşaqda tikinti müddətində görülmüş işlərin həcmi:
Çıxarılan yüngül qruntun həcmi – 29,2 mln. kub m, çıxarılan qaya qruntunun həcmi – 4,5 
mln. kub m, tökülən yüngül qruntun həcmi 17,7 mln. kub m olmuşdur ki, bunun da 15 mln. 
kub  m-i  horra  şəklinə  salındıqdan  sonra  bəndin  gövdəsinə  tökülmüşdür.  beton  və  dəmir-
beton işlərinin çəkisi 786 min ton, metalkonstruksiyalarının çəkisi 25,2 min ton idi.
Mingəçevir su anbarının altında qalan, yəni, insanların istifadəsindən çıxan ərazinin sahəsi 
252  min  hektar,  su  anbarından  aşağıda,  Kür-Araz  düzənliyində  onun  təsir  zonasında  olan 
ərazilərin sahəsi isə 1270 min hektardır. Anbara hər il təxminən 900 min kub m gətirmələr 
çökmüşdür.
Texnogen və antropogen amillərin təsirindən, təbii hadisələrin baş verməsi ehtimalından 
Mingəçevir su anbarının kənarda qalması mümkün deyildir.
Məsələn, Mingəçevir su anbarının sağ sahilində 1999-cu ildə torpaq sürüşməsi baş ver-
mişdir. Hidrotexniki qurğuların normal işləməsinə yaratdığı təhlükəyə görə, sürüşmə baş ver-
diyi ərazi 3 zonaya bölünərək müvafiq tədbirlər görülmüşdür.
Araz çayı üzərində tikiləcək bəhrəmtəpə hidroqovşağının layihə sənədləri “Azdövsutəs-
layihə” institutunda hazırlanmışdır. 
Bəhrəmtəpə hidroqovşağı Araz çayı üzərində, çayın mənsəbindən 66 km yuxarıda, İmiş-
li rayonu ərazisində tikilmiş və 1957-ci ildən istismar olunur. bu qurğu tikilməmişdən əvvəl 
də Araz çayında mexaniki üsulla tənzimləmə aparmaqla 1912-ci ildə tikilmiş magistral kana-
la su verilirdi. qurğunun tikilməsində əsas məqsəd, çayın su ehtiyatından səmərəli istifadə 
Mingəçevir SES-nin görünüşü. 1955


59
etməklə Mil və Muğan düzlərindəki əkin sahələrini lillərdən təmizlənmiş suvarma suyu ilə 
təmin etmək idi. bu məntəqədə asılı gətirmələrin orta sərfi 38 kq/san, ayrı-ayrı vaxtlarda suda 
maksimum bulanıqlıq 5600 q/kub m, suyun orta illik bulanıqlığı 360 q/kub m müşahidə olun-
muşdur. 
bəhrəmtəpə hidroqovşağına: beton bənd, suqəbuledici, beton və torpaq sudurulducular, 
magistral kanallara baş suqəbuledicilər, balıqburaxan qurğular və s. da xil dir. Çayın suyu su-
durulduculardan keçərək bərk hissəciklərdən, asılı gətirmələrdən təmizləndikdən sonra ma-
gistral kanallara verilir. bəndin hündürlüyü 6-7 m-dir. Hidroqovşaqda bəndin qarşısında 5 m 
basqı yaratmaq məqsədi ilə, eni 15 m olan və qapı ilə bağlanan 6 suötürücü qurğu, sağ sahildə 
isə eni 1,2 m, hündürlüyü 5 m olmaqla durul duculara su buraxan 4 ədəd şlüz nizamlayıcı 
işlədilir. Durulducular 9 kameradan ibarətdir. Fövqə la də hallarda hidroqovşaqdan saniyədə 
2500 kub m daşqın sularını buraxmaq mümkündür. 
Tikintidən sonra hidroqovşaqdan su alan rəsularx, baş Muğan, əzizbəyov magistral ka-
nalları ilə İmişli, Saatlı, Sabirabad, biləsuvar və Cəlilabad rayonları ərazisində olan 157 min 
hektar əkin sahəsinə bərk hissəçiklərdən təmizlənmiş suvarma suyunu vermək mümkün ol-
muşdur. Durulducularda gətirmələrdən təmizlənmiş suyu normal şəraitdə kanallara saniyədə 
91 kub m, tələbat artarsa, saniyədə 113 kub m sərflə vermək mümkündür.
Yay  aylarında  Araz  çayında  axının  su  sərfi  tələb  olunan  həcmlərdə  suyun  kanallara 
verilməsinə imkan vermədiyi hallarda yaranmış şəraitdən çıxmaq məqsədi ilə, bəhrəmtəpə 
hidroqovşağından bir qədər yuxarı hissədə Araz çayına Yuxarı qarabağ kanalından saniyədə 
40-45 kub m su sərfinin verilməsi də nəzərdə tutulmuşdur. 
Bəhrəmtəpə hidroqovşağı. 1957


60
Layihə institutunda suvarma kanallarına beton üzlük çəkilməsi və nov kanallardan ibarət 
suvarma sistemlərinin layihələrinin işlənməsinə də bu illərdə başlanıldı. 
“Azsutəslayihə” İnstitutunda aparılan iş təcrübəsini öyrənmək məqsədilə xarici dövlətlərdən 
və SSrİ-də fəaliyyət göstərən müvafiq layihə təşkilatlarından gəlmiş nümayəndələrin iştirakı 
ilə 1956-cı ildə geniş müşavirə keçirilmişdir. Çin, Koreya və Çexoslavakiya dövlətlərindən 
gəlmiş nümayəndələrin xahişi ilə onlara institutda hazırlanmış nov kanalların işçi cizgiləri 
verilmişdir. 
bu illərdə “Azsutəslayihə” İnstitutu SSrİ-də fəaliyyət göstərən digər layihə təşkilatlarına 
nümunə olmuşdur. Kanallara beton üzlüklərin çəkilməsi, örtülü drenlərin tikilməsi, mexaniki 
üsulla  suvarmanın  aparılması  sahəsində  əmək daşların  iş  təcrübəsi  ölkənin  digər  layihə 
təşkilatlar tərəfindən mütamadi olaraq yaxından öyrənilmişdir. 
“Azsutəslayihə” İnstitutunda fəaliyyət göstərən əməkdaşların sayı ilbəil artırdı. 1957-ci 
ildə 588 nəfər, 1963-cü ildə 1000 nəfər, 01.01.1964-cü ildə isə 1046 nəfər əməkdaş çalışırdı 
ki, bunlardan da 591 nəfəri mühəndis texniki işçilər, 160 nəfəri fəhlə, 142 nəfəri qulluqçu, 21 
nəfəri kiçik xidmət heyəti, 132 nəfəri mövsümi işlərə cəlb edilənlər idi. 1964-cü ilin ilk ayın-
da institutun maşın parkında 85 ədəd müxtəlif markalı maşınlar olmuşdur. 
1961-ci ildən başlayaraq institut işçilərının iştirakı ilə əməkdaşlar üçün yaşayış binasının 
tikintisinə başlanıldı. Nəzərdə tutulmuş 4 binadan birincisi, 63 ailəlik 01.01.1964-cü ildə, 45 
ailəlik bina isə bir qədər sonra əməkdaşların istifadəsinə verildi.
“Azsutəslayihə” İnstitutu 1964-cü ildə istifadə olunan sahəsi 7200 m
2
 olan 5 mərtəbəli 
yeni binaya köçmüşdür.
Şirvan düzü Azərbaycan respubliksında suvarma aparılan əsas zonadır. A.K.Axundova 
görə (1966) Şirvan düzünün ümumi sahəsi 730 min hektardır ki, bunun da 450 min hektarın-
da  suvarmanın  aparılması  mümkündür.  Ancaq  Yuxarı  Şirvan  kanalı  tikilməmişdən  əvvəl 
düzənlikdə 120 min hektar sahədə suvarma aparılmışdır ki, bunun da 80 min hektarı Şirvan 
düzünə axan 5 çayın suyu ilə, 40 min hektar sahə isə Kür çayı ətrafında mexaniki suvarma 
tətbiq etməklə həyata keçirilmişdir. 
Mingəçevir hidroqovşağı tikildikdən sonra Yuxarı Şirvan kanalının 1959-cu ildə istismara 
verilməsi ilə Şirvan düzündə 112 min hektar suvarılan sahə, bitkilərin su tələbatına uyğun 
olaraq su ilə təmin olunmuşdur. 
Mingəçevir su anbarı yaradıldıqdan sonra Kür çayının axını nizamlandığına görə, aşağı 
hissələrdə baş verə biləcək daşqınların qarşısı alındı və məhsuldar əkin sahələrinin suvarılma-
sı mümkün oldu. 
Mingəçevir dəryaçası yarandıqdan və tikintisi mümkün olmuş Yuxarı qarabağ və Yuxarı 
Şirvan kanalları istismara verildikdən sonra qarabağ, Mil, Muğan və Şirvan düzlərində 234 
min hektar sahə su tələbatına müvafiq suvarma suyu ilə təmin edilmişdir.
Yuxarı Şirvan kanalı suyu Xanabat bəndindəki baş qurğudan alır. Su qəbul edilən yerdə 
kanalın dib yüksəkliyi 65,33 m-dir. Anbardan baş qurğuya su nəql edən kanalın uzunluğu 2,9 
km-dir.  bu  kanalın  su  qəbul  etdiyi  yerdə  dib  yüksəkliyi  70  m  olduğuna  görə,  son  illərdə 
(2000-2001) anbarda suyun səviyyəsi aşağı olduğundan Yuxarı Şirvan kanalına tələb olunan 
suyun verilməsində problemlər yaranmışdır. bunu nəzərə alan Azərbaycan Meliorasiya və Su 
Təsərrüfatı  Açıq  Səhmdar  Cəmiyyətinin  mütəxəssisləri  anbardan  su  nəql  edən  kanalda 
dərinləşdirmə və genişləndirmə işləri aparmış və su qəbul edilən yerdə kanalın dib yüksəkliyini 
68 m-ə qədər aşağı salmışlar.
Yuxarı  Şirvan  kanalı  Şirvan  düzündə,  Yevlax,  Ağdaş,  Göyçay,  Ucar,  Zərdab,  Ağsu, 
Kürdəmir və Hacıqabul rayonlarının ərazisindəki əkinəyararlı torpaq sahələrini suvarma suyu 


Yüklə 15,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə