Pediatriya ixtisası üzrə nümunəvi test sualları 13. 09. 2012-ci IL tarixində əlavə olunub


) Virus hepatit B üçün xarakterik deyil



Yüklə 1,28 Mb.
səhifə12/13
tarix03.05.2018
ölçüsü1,28 Mb.
#41282
1   ...   5   6   7   8   9   10   11   12   13

762) Virus hepatit B üçün xarakterik deyil:

A) 1 yaşlı uşaqlarda daha ağır gedişi

B) Dayanıqlı müqavimətin formalaşması

C) Ömürlük virus gəzdiriciliyin mümkünlüyü

D) Xəstələnmənin mövsümlə artıb azalması

E) Bütün yaş qruplarının yoluxması
Ədəbiyyat: N.M.Hüseynova, M.Q.Qurbanov. Uşaq infeksion xəstəlikləri. "MBM" MMC", Bakı, 2005.
763) Kəskin hepatitdə klinik diaqnostik əlamət hansıdır?

A) hipertermik sindrom

B) sariliq,hepatoliyenal sindrom

C) hemorragik sindrom

D) limfaadenopatiya

E) kataral əlamətlər
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер». Санкт-Петербург. 2000.
Bölmə 27. Müxtəlif orqan sistemlərin xəstəlikləri.
764) Yenidoğulma dövründə baş vermiş qıcolma tutmaları zamanı çox hallarda hansı qıcolma əleyhinə dərmanla müalicə məqsədəuyğundur?

A) fenobarbitalla

B) karbomazepinlə

C) metoksumidinlə

D) etosuksimidinlə

E) depakinlə
Ədəbiyyat: В.А.Карлов. Эпилепсия . «Медицина», Москва, 1990.
765) Baş beynin çoxlu miqdarda bala kistlərdən təşkil olunmuş iri böyük kistlə parazitar zədələnməsi aşkar olunmuşdur. Bu hansı halda mümkündür?

A) şistosomo haematobium

B) şistosomo yaponicum

C) enli lent şəkilli qurdlarla

D) exinokokok

E) donuz soliteri
Ədəbiyyat: Б.В.Лебедев. Справочник по неврологии детского возраста. «Медицина», Москва, 1995.
766) Sadə febril qıcolmalarda ən çox hansı tip tutmalar olur?

A) generalizə olunmuş toniko-klonik tutmalar

B) mürəkkəb parsial tutmalar

C) fokal motor tutmalar

D) fokal sensor tutmalar.

E) absanslar
Ədəbiyyat: В.А.Карлов. Эпилепсия. «Медицина», Москва, 1990.
767) Xroniki böyrək çatmamazlığında ən çox rast gələn nevroloji fəsad hansıdır?

A) deliriya

B) digər zədələnmələr.

C) demensiya

D) tutmalar

E) periferik nevropatiya
Ədəbiyyat: В.И.Гузев. Руководство по детской неврологии. «Медицина», Москва, 1990.
768) Vit.B12-nin defisiti zamanı hansı hal müşahidə olunmur?

A) periferik nevropatiya

B) mielopatiya

C) görmə sinirinin atrofiyası.

D) miopatiya

E) ensefalopatiya
Ədəbiyyat: В.А.Гусел,Н.В.Маркова. Справочник по клинической фармакологии. «Медицина», Москва, 1989.
769) Vit.B12-nin defisiti zamanı görmə sahəsinin hansı dəyişkənliyi xarakterikdir?

A) mərkəzi skatoma

B) homonim hemianopsiya

C) binazal hemianopsiya

D) bitemporal hemianopsiya

E) mərkəzi görmənin saxlanılması ilə olan hemianopsiya
Ədəbiyyat: В.А.Гусел,Н.В.Маркова. Справочник по клинической фармакологии. «Медицина», Москва, 1989.
770) Daun sindromu olan xəstənin beyni üçün xarakterik hal hansıdır?

A) hidrosefaliya

B) artıq qırışlara malikdir.

C) uzununa qeyri-normal dartılıb

D) yaşına və bədəninə görə ölçüsü kiçikdir

E) yaşına və bədəninə görə ölçüsü böyükdür
Ədəbiyyat: Б.В.Лебедев. Справочник по неврологии детского возраста. «Медицина», Москва, 1995.
771) Ağır miasteniyada müşahidə olunan əzələ zəifliyi özünü adətən nə şəkildə göstərir?

A) sallanmış ayaq

B) diafraqmanın zəifliyi

C) sallanmış əl

D) gözün hərəki sinirlərinin zəifliyi

E) disfaqiya
Ədəbiyyat: Б.М.Гехт,Н.А.Ильина. Нервно-мышечные болезни. «Медицина», Москва, 1982.
772) Düşen distrofiyasında psevdohipertrofiya harada müşahidə olunur?

A) baldır əzələlərində

B) bud əzələlərində.

C) müşahidə olunmur

D) çanaq qurşağı əzələlərində

E) çiyin qurşağı əzələlərində
Ədəbiyyat: Б.М.Гехт,Н.А.Ильина. Нервно-мышечные болезни. «Медицина», Москва, 1982.
773) Əgər xəstədə kəskin diplopiya inkişaf edirsə, hansı zədələnmənin ehtimalı daha çoxdur?

A) gözün hərəki sinirinin

B) siliar liflərin

C) müller liflərinin

D) blok sinirin

E) uzaqlaşdırıcı sinirin
Ədəbiyyat: А.В.Триумфов. Топическая диагностика заболеваний нервной системы. «Мед-прессинформ», Москва, 2001.
774) Üzdə ağrı və diplopiya (Qradeniqo sindromu) uşaqda hansı hallarda yaranır?

A) travma

B) neoplazma

C) infeksiya

D) işemiya

E) qansızma.
Ədəbiyyat: Б.В.Лебедев. Справочник по неврологии детского возраста. «Медицина», Москва, 1995.
775) Gözün hərəki sinirinin ilkin təzyiq simptomları nə şəkildə özünü göstərir?

A) bəbəyin genəlməsi

B) aşağı baxdıqda diplopiya

C) yuxarı baxdıqda diplopiya.

D) xarici çəpgözlük

E) daxili çəpgözlük
Ədəbiyyat: А.В.Триумфов. Топическая диагностика заболеваний нервной системы. «Мед-прессинформ», Москва, 2001.
776) Horner sindromu üçün aşağıdakı hansı hal xarakterik deyil?

A) ptoz

B) mioz


C) midriaz

D) anhidroz

E) anizokoriya.
Ədəbiyyat: А.В.Триумфов. Топическая диагностика заболеваний нервной системы. «Мед-прессинформ», Москва, 2001.
777) Orta qulağın xəstəlikləri zamanı hava keçiriciliyi nə cür dəyişir?

A) sümük keçiriciliyinə nisbətən daha yüksək səslər

B) sümük keçiriciliyinə nisbətən yavaş

C) sümük keçiriciliyinə nisbətən daha yavaş səslər

D) sümük keçiriciliyinə nisbətən güclü

E) yüksək və aşağı səslər arasında dövr edir.
Ədəbiyyat: Б.В.Лебедев. Справочник по неврологии детского возраста. «Медицина», Москва, 1995.
778) Anadangəlmə birincili hipotireoza xas olmayan əlamətlər:

A) Psixomotor inkişafın gecikməsi

B) Qəbizlik

C) Diareya

D) Anadangəlmə uşaqlarda uzun müddət davam edən sarılıq

E) Dərinin quruluğu
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
779) Birincili anadangəlmə hipotireoz olan xəstələrdə müşahidə olunmur:

A) TSH hormonunun yüksəlməsi

B) Elektokardioqrammada voltajin azalması

C) Boy hormonunun səviyyəsinin yüksəlməsi

D) Hiperxolesterinemiya

E) T3, T4 səviyyəsinin azalması
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
780) Müalicə olunmamış anadangəlmə hipotireozda müşahidə olunmur:

A) Dilin böyüməsi

B) Kobud səs

C) Qəbizlik

D) Poliuriya

E) Toxumaların pastozluğu
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
781) 1-ci tip şəkərli diabetdə hipoglikemik koma zamanı məsləhət görülmür:

A) İnsulin vurmaq

B) 0,5-1,0 ml adrenolinin dərialtına vurulması

C) Komadan çıxan xəstələrin yedizdirilməsi

D) 40 % qlükoza məhlulunun vurulması

E) Hipoqlikemiyanın səbəbini araşdırmaq
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
782) Anadangəlmə birincili hipotireozda aşağıdakılardan hansı müşahidə olunmur?

A) Hiperxolesterinemiya

B) Osteoporoz

C) Bradikardiya

D) Sümüklərin differensiyasının gecikməsi

E) Taxikardiya
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
783) Uşaqlarda şəkərli diabetin diaqnozunu təsdiq etmək üçün aşağıdakı göstəricilərin hansılarından biri xas deyil?

A) Hiperqlikemiya

B) Poliuriya

C) Qlükozuriya

D) Hiperbilirubinemiya

E) Sidikdə ketonun olması
Ədəbiyyat: Н.Т.Старкова. Эндокринология. «Питер», Санк-Петербург. 2002.
784) Diabetik ketoasidotik koma diaqnozunu təsdiq edən əlamətlərə aid deyil:

A) Dərinin quruluğu

B) Huşsuz vəziyyət

C) Yumşaq göz almaları

D) Dəridə qansızmalar

E) Küylü Kussmaul tipli tənəffüs
Ədəbiyyat: М.А.Жуковский. Детская эндокринология. «Медицина», Москва, 1995.
785) Xroniki böyrəküstü vəzin çatışmazlığına (Addison xəstəliyi) hansı aid deyil?

A) Dərinin hiperpiqmentasiyası

B) Dərinin sarılığı

C) Hipotoniya

D) Arıqlama

E) Ümumi zəiflik
Ədəbiyyat: Н.Т.Старкова. Эндокринология. «Питер», Санк-Петербург. 2002.
786) Kəskin appendisitdən fərqli olaraq şəkərli diabetin prekomatoz vəziyyətinə nə xas deyil:

A) Asetonuriyanın olması

B) Qlükozuriyanın olması

C) Asidozun olması

D) Trombositopeniya

E) Hiperqlikemiyanın olması
Ədəbiyyat: Ю.Ю. Дедов. Эндокринология. «Медицина», Москва, 2002.
787) Hipofizar nanizm xəstəliyinə xas olmayan əlamət hansıdır?

A) Hipoqonadizim

B) Depiqmentasiya

C) Sümüklərin inkişafı ilə pasport yaşının bir-biri ilə uyğun olmaması

D) Proporsional bədən quruluşu

E) “Kuklavari” üz cizgiləri
Ədəbiyyat: М.И. Балаболкин. Эндокринология. «Медицина», Москва, 1998.
788) Şəkərli diabet diaqnozunu qoymaq üçün hansı triada əsasdır?

A) Taxikardiya, poliuriya, sidiyin xüsusi çəkisinin aşağı olması

B) Poliuriya, polidipsiya, sidiyin xüsusi çəkisinin aşağı olması

C) Tərləmə, poliuriya, sidiyin xüsusi çəkisinin aşağı olması

D) Arıqlama, poliuriya, polidipsiya

E) Polifagiya, poliuriya, sidiyin xüsusi çəkisinin aşağı olması
Ədəbiyyat: Е.Б.Кравец. Клинические лекции по детской эндокринологии.. “Тандем-Арт”, Томск, 2004.
789) Diffuz-toksiki zob xəstəliyinə xas deyil:

A) Boy inkişafının tezləşməsi

B) Dərinin depiqmentasiyası

C) Xırda tremor

D) Taxikardiya

E) Ekzoftalm
Ədəbiyyat: М.И. Балаболкин. Эндокринология. «Медицина», Москва, 1998.
790) 7 yaşlı uşaqda 4 gündür ki, qulaq ağrıları var, qızdırması 39,2°C-dir. Qulaq seyvanı önə-aşağı qabarıb, qulaqarxası sahədə ağrılar, şişkinlik və dərinin hiperemiyası vardır. Meningeal sindrom yoxdur. Bir həftə əvvəl kəskin rinit keçirmişdir. Sizin ilkin diaqnozunuz:

A) Otit, mastoidit

B) Rinit


C) Mikuliş simptomu

D) Haymorit

E) Parotit
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
791) Xroniki haymoritin diaqnostikası üçün biri istisna olmaqla, bütün sadalananlar təyin olunmalıdır:

A) burun ətrafı ciblərin rentgenoqrafiyası

B) nevropatoloq məsləhəti

C) qanın və sidiyin analizi

D) antibiotikoqrammalar

E) əsnəkdən yaxma
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
792) 11 yaşlı uşaqda boğaz ağrıları, ağızın açılmasının mümkünsüzlüyü, yüksək ağız sulanması (tüpürcək buraxması) baş verir. Damaq badamcığının biri digərindən böyükdür, hiperemikdir, şişkindir, səsi tıntındır. Sizin ilkin diaqnozunuz:

A) tonzillit

B) difteriya

C) angina

D) udlaqarxası abses

E) paratonzilyar abses
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
793) 5 yaşlı uşaqda üst çənə önə qabarıqdır, ağızdan nəfəs alır, udlağın arxa divarından selikli-irinli sekret axır. Tez-tez zökəm baş verir, ağzı açıq yatır, xoruldayır. Sizin ilkin diaqnozunuz:

A) III dərəcəli adenoidlər, adenoidit

B) tonzillit

C) rinit

D) I dərəcəli adenoidlər

E) xroniki haymorit
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
794) 10 yaşlı uşaqda udqunma zamanı boğazda ağrılar var, qızdırması 39,2°C-dir, baş ağrıları, badamcıqlar üzərində irinli ərp müşahidə olunur. Sizin ilkin diaqnozunuz:

A) udlaqarxası abses

B) paratonzilyar abses

C) adenoidit

D) faringit

E) angina
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
795) Paratonzilyar abses zamanı ilk əvvəl nə tövsiyyə olunur?

A) boğazı qələvi məhlulla qar-qara etmək

B) absesi yarmaq

C) boğaza isidici kompres qoymaq

D) suprastin və aspirin təyin etmək

E) fizioterapiya təyin etmək (çənəaltı limfa düyünləri üzərinə UYT-cərəyanlar)
Ədəbiyyat: М.Р.Богомильский, В.П.Чистякова. Детская оториноларингология. «Медицина», Москва, 2001.
796) Skarlatina keçirən uşaqda neçə müddətdən sonra adenotomiya və tonzillektomiya əməliyyatı aparıla bilər:

A) 4 ay sonra

B) 6 ay sonra

C) 1 il sonra

D) 1 ay sonra

E) 3 ay sonra
Ədəbiyyat: Б.В.Шеврыгин, Б.И.Керчев. Болезни уха, горла и носа. «Геотар – Мед.», Москва, 2002.
797) Ananın deməyinə görə uşağı çimizdirəndən sonra onun eşitməsi korlanıb. Sizin ilkin diaqnoz hansıdır ?

A) qulaq kiri tıxacı

B) xarici qulaq keçəcəyinin furunkulu

C) eşitmə sinirinin nevriti ( koxlear nevrit)

D) kəskin otit

E) qulaq seyvanının qızılyeli
Ədəbiyyat: Б.В.Шеврыгин, Б.И.Керчев. Болезни уха, горла и носа. «Геотар – Мед.», Москва, 2002.
798) Uşaqlarda parotit zamanı ən çox hansı ağırlaşma qeyd olunur ?

A) meningit

B) sepsis

C) kəskin otit

D) eşitmə sinirinin nevriti ( koxlear nevrit)

E) anqina
Ədəbiyyat: Ю.Б.Исхаки, Л.И.Кальштейн. Детская оториноларингология. «Маориф», Душанбе, 1984.
799) Kəskin rinitdən sonra qulaqda ağrılar və eşitmənin zəifləməsi qeyd olunur. İlk yardım hansı istiqamətdə aparılmalıdır ?

A) burun tənəffüsünün bərpası

B) ağrıkəsici təyin etmək

C) qulağa qızdırıcı sarğı qoymaq

D) qulağa damcı tökmək

E) fizioterapiya təyin etmək
Ədəbiyyat: В.Т.Пальчун, М.М.Магомедов, Л.А.Лучихин. Оториноларингология «Медицина», Москва 2002. с. 114 – 120.
800) Qızılca keçirdikdən sonra hansı müddətdən sonra uşaqda adenotomiya və tonzillektomiya əməliyyatı aparıla bilər ?

A) 4 ay sonra

B) 2 ay sonra

C) 15 gün sonra

D) 1 ay sonra

E) 3 ay sonra
Ədəbiyyat: Б.В.Шеврыгин, Б.И. Керчев. Болезни уха, горла и носа. «Геотар - Мед», Москва, 2002. с. 236 –239.
801) Hansı lokalizasiyada yerləşən yad cisim üçün ballatasiya (yırğalanma) simptomu xarakterikdir ?

A) burunudlağın yad cismi

B) qırtlağın yad cismi

C) udlağın yad cismi

D) bronxun yad cismi

E) traxeyanın yad cismi
Ədəbiyyat: В.Т.Пальчун, М.М.Магомедов, Л.А.Лучихин. Оториноларингология «Медицина», Москва 2002. с. 314 – 316.
802) Bu preparat göz tərəfdən fəsadlar verə bilər və oftalmoloq tərəfindən vaxtaşırı müşahidə tələb edir:

A) Novokainamid

B) Anaprilin

C) Kaptopril

D) Taveqil

E) Delaqil
Ədəbiyyat: M.Д.Maшковский. Лекарственные средства. М., «Медицина», 1977. с. 622.
803) Bir yaşında qədər uşaqda mikroftalm olduğu zaman pediatr tərəfindən bütün müayinələri aparmaq vacibdir,biri istisna olmaqla:

A) Nevropatoloqun konsultasiyası

B) 3 yaşına qədər təkbaşına müşahidə

C) Kəllənin R-qrafiyası

D) Oftalmoloqun konsultasiyası

E) Toksoplazmoza müayinə
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
804) İrsi nefritin klinik gedişində aşağıdakı əlamətlərdən hansı olmur?

A) Katarakta

B) Konyunktivit

C) Eşitmə qabilliyətinin pozulması

D) Hematuriya

E) Görmə itiliyinin aşağı düşməsi
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
805) Göz patoloqiyasının və ürək dəyişikliklərinin uzlaşması hansı halda ola bilər?

A) Lui-Bar sindromu

B) Vilson-Kanovalov xəstəliyi

C) Horner sindromu

D) İrsi nefrit

E) Marfan sindromu
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
806) Uzun müddət istifadə olunduqda kataraktanın əmələ gəlməsinə səbəb ola bilər?

A) Fenobarbital

B) Prednizolon

C) APF antaqonistləri

D) Teonikol

E) Diqoksin
Ədəbiyyat: M.Д.Maшковский. Лекарственные средства. М., «Медицина», 1977. с. 622.
807) Konyuktivit nə vaxt müşahidə olunmur:

A) Su çiçəyi

B) İyersinioz

C) Qızılça

D) Adenovirus infeksiyası

E) Qırmızı qurd eşənəyi
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
808) Konyuktivit aşağıdakı xəstəliklərin birində rast gəlmir:

A) Qızılca

B) Qırmızı qurdeşənəyi

C) Revmatizm

D) Adenovirus infeksiyası

E) Reyter sindromu
Ədəbiyyat: Н.Б. Шабалов Детские болезни, М., «Питер», 2002, T.2, 176с.
809) Göz tərəfindən fəsadlaşma verə bilən preparat:

A) Aspirin

B) Enap


C) Ampisillin

D) Kordaron (amiadaron)

E) Heparin
Ədəbiyyat: M.Д.Maшковский. Лекарственные средства. М., «Медицина», 1977. с. 622.
810) Reyter sindromuna daxil deyil:

A) Konyuktivit

B) Uretrit

C) Katarakta

D) Leykosituriya

E) Artrit
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
811) Diffuz toksiki ur zamanı gözdə dəyişiklik:

A) Mikroftalm

B) Anizokoriya

C) Nistaqm

D) Ekzoftalm

E) Enoftalm
Ədəbiyyat: Н.Б. Шабалов Детские болезни, М., «Питер», 2002, T.2, 176с.
812) Şəkərli diabet zamanı göz tərəfindən ən ağır fəsad:

A) Konyunktivit

B) Retinopatiya

C) İridosiklit

D) Qlaukoma

E) Katarakta
Ədəbiyyat: Н.Б. Шабалов Детские болезни, М., «Питер», 2002, T.2, 176с.; Р.В. Гаджиев Диабетическая ретинопатия, Баку, «Елм» 1999, 71с.
813) Hansı xəstəlikdə göz yarığı çəp formalı olur?

A) Pankardit

B) Dermatomiozit

C) Talassemiya

D) Piyelonefrit

E) Revmatoid artrit
Ədəbiyyat: Н.Б. Шабалов Детские болезни, М., «Питер», 2002, T.2, 176с.
814) Yarımçıq doğulmuş uşaqlarda bu göz simptomlarından ən çox hansı rast gələ bilər?

A) Nistaqm

B) Konyuktivit

C) Retrolental fibroplaziya

D) Anizakoriya

E) Cəpgözlük
Ədəbiyyat: N.Ə. Tağıyev Yarımcıq doğulmuş uşaq, Bakı, ”Azərb.Tibb Univ.Nəşriyəti”, 2003, 280s.
815) Mərkəzi sinir sisteminin zədələnməsi zamanı bu göz simtomlardan hansı təsadüf etmir:

A) Nistaqm

B) Miopiya

C) Grefe simtomu

D) Ekzoftalm

E) Midriaz
Ədəbiyyat: N.Ə. Tağıyev Yarımcıq doğulmuş uşaq, Bakı, ”Azərb.Tibb Univ.Nəşriyəti”, 2003, 280s.
816) Ağır kəllədaxili qansızma zamanı gözdə olan dəyişiklik:

A) Uveit

B) Batan qünəş simptomu

C) Konyuktivit

D) Anoftalm

E) Keratit
Ədəbiyyat: Г.Г. Шанко, Е.С. Бондаренко Невропатология детского возраста, Минск, «Высшейшая школа», 1990, 560с.
817) Yeni doğulmuş uşağın gözü ilkin olaraq hansı xəstəliyə qarşı mütləq profilaktika edilməlidir?

A) Hepatit

B) Qonablenoreya

C) Sifilis

D) Vərəm


E) Dermatomiozit
Ədəbiyyat: N.Ə. Tağıyev Yarımcıq doğulmuş uşaq, Bakı, ”Azərb.Tibb Univ.Nəşriyəti”, 2003, 280s.
818) Hansı sindrom zamanı gözün sklerası daim sarı olur ?

A) Marfan sindromu

B) Qlisse sindromu

C) Reyter sindromu

D) Jilber sindromu

E) Horner sindromu
Ədəbiyyat: Н.Б. Шабалов Детские болезни, М., «Питер», 2002, T.2, 176с.
819) Gözdə qalın bozumtul ərpin olması hansı infeksion xəstəliyin olmasına şübhə yaradır?

A) Dizenteriya

B) Su çiçəyi

C) Məxmərək

D) Qızılça

E) Difteriya
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология, Санкт-Петербург, «Бином», 2002. с. 248.
820) Hansı bağırsaq infeksiyası gözün ağır zədələnməsinə səbəb ola bilər?

A) İyersinioz

B) Dizenteriya

C) Eşerixioz

D) Botulizm

E) Salmonelyoz
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология, Санкт-Петербург, «Бином», 2002. с. 248.
821) Hansı dərman qruplarına aid olan preparatlar midriaza səbəb ola bilər ?

A) Antipiretik

B) Antihistamin

C) Antibiotik

D) Analgetik

E) Qeyri steroid iltihabəlehinə
Ədəbiyyat: M.Д.Maшковский. Лекарственные средства. М., «Медицина», 1977. с. 622.
822) Horner sindromuna hansı siptom aid deyil?

A) Ptoz

B) Mioz


C) Enoftalm

D) Nistaqm

E) Hipotoniya
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248; K.K.Tağibəyov Oftalmoloji Lüğət, İzahlı Bakı, “Kəsıoglu”, 2003, 181s.
823) Yenidoğulmuşun dakriosistiti zamanı hansı simptom müşahidə olunur?

A) Nistagm

B) Blefarospazm

C) Ekzoftalm

D) İşıqdan qorxma

E) Yaş nöqtələrindən irin axması
Ədəbiyyat: М.Ю. Султанов Щадящая техника дакриоцисториностомии, Баку, «Елм», 1996, 30с. K.K.Tağibəyov Oftalmoloji Lüğət İzahlı, Bakı, “Kəsıoglu”, 2003, 181s.
824) Albinizm zamanı göz almasında hansı simptomlar müşahidə olunmur?

A) İşıqdanqorxma

B) Cəpgözlük

C) Ekzoftalm

D) Görmə itiliyinin enməsi

E) Nistaqm
Ədəbiyyat: Д.Тейлор, К.Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
825) Leykemiyalı xəstələrdə vinkristinlə müalicə zamanı hansı fəsadlar müşahidə oluna bilər?

A) Glaukoma

B) Ptoz


C) Ekzoftalm

D) Keratit

E) Uveit
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
826) Şəkərli diabet zamanı oftalmaloq tərəfindən xəstə müayinə olunmalıdır:

A) 6 ildən bir

B) 6 aydan bir

C) 3 ildən bir

D) həftədə bir dəfə

E) ildə bir dəfə
Ədəbiyyat: Р.В. Гаджиев Диабетическая ретинопатия, Баку, «Елм», 1999, 71с.
827) Gözdaxili təzyiqin tonometriyasının normal rəqəmləri:

A) 39-50 mm c/s

B) 39-41 mm. c/s

C) 16-26 mm.c/s

D) 11-14 mm. c/s

E) 28-32mm. c/s
Ədəbiyyat: Э.С.Аветисов Руководство по детской офтальмологии М., «Медицина», 1987, 367с.
828) Sideroz nə deməkdir?

A) Quzehli qişanın iltihabı

B) Buynuz qişanın iltihabı

C) Göz toxumasında dəmirin toplanması

D) Görmə sinirinin zədələnməsi

E) Gözdə misin toplanması
Ədəbiyyat: Р.А. Гундорова, А.А. Малаев, А.М. Юшаков Травмы глаза. М., «Медицина, 1986, 363с.
829) Göz yuvasının bədxassəli şişlərinə xarakterik olmayan əlamət:

A) Göz almasının hərəkətin məhdudlaşması

B) Ekzoftalm

C) Görmə funksiyaların çox tez enməsi

D) Enoftalm

E) Göz qapaqların və göz ətrafı toxumaların şişkinliyi
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.
830) Göz almasının kontuziyası ilə xəstələrə məxsus deyil:

A) Miopiya

B) Göz qapaqları altına və göz almaları konyuktivasının altına qansızmalar

C) Ekzoftalm

D) Göz ətrafında sianoz

E) Enoftalm
Ədəbiyyat: Д. Тейлор, К. Хойт. Детская офтальмология. Санкт-Петербург, «Бином», 2002. с. 248.


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə