Peşə təhsili pilləsinin Yüksək Texniki Peşə Təhsilinin səviyyəsi Subbakalavr dərəcəsi hazırlığı üzrə t ə h s I lproqrami (kurikulum)



Yüklə 121,3 Kb.
səhifə3/21
tarix12.02.2022
ölçüsü121,3 Kb.
#83717
1   2   3   4   5   6   7   8   9   ...   21
Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismari - final

Kreditlərin sayı:

180

AzMKÇ səviyyəsi:

5

İSCED kodu:

0715 Mechanics and metal trades

İstinad edilən kvalifikasiya standartları və kodları:




Təhsil forması və müddəti:

Əyani, Tam orta təhsil bazasından 3 il;

Ümumi orta təhsil bazasından 4 il.



Məşğulluq imkanları:

sənayenin müxtəlif sahələrində

030514 “Sənayedə avadanlıqlarının quraşdırılması və texniki istismarı” ixtisası “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin (AzMKÇ) 5-ci səviyyəsinə uyğundur.


1.6 Təhsil proqramı üzrə bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan-kənar yükünün ümumi həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Tələbə üçün hər semestrdə 30 kreditə qədər modul və fənlərin tədrisi müəyyənləşdirilir. Müvəffəqiyyətlə təhsil alan tələbələrə əlavə ödəniş etmədən təhsil aldığı ixtisas üzrə əlavə modul (modullar) seçməyə icazə verilir və bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.
1.7 Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Kreditləri müəyyən səbəblərdən qazanmayan (qazana bilməyən) tələbənin həmin modul/fənn üzrə akademik borcu qalır. Cari semestrdə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranmış tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Əlavə olaraq tələbə hər bir semestrdə modul (fənni) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki modul üzrə (hər moduldan bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər.

2. “Sənayedə avadanlıqlarının quraşdırılması və texniki istismarı” ixtisası üzrə məzunların ixtisas xarakteristikası və kompetensiyası


Yüklə 121,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə