Peşə təhsili pilləsinin Yüksək Texniki Peşə Təhsilinin səviyyəsi Subbakalavr dərəcəsi hazırlığı üzrə t ə h s I lproqrami (kurikulum)


Sənayedə avadanlıqlarının quraşdırılması və texniki istismarı ixtisası üzrə təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər



Yüklə 121,3 Kb.
səhifə6/21
tarix12.02.2022
ölçüsü121,3 Kb.
#83717
1   2   3   4   5   6   7   8   9   ...   21
Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismari - final

3. Sənayedə avadanlıqlarının quraşdırılması və texniki istismarı ixtisası üzrə təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər:

Humanitar və baza modulları bölümünə daxil olan modullar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2019-cu il tarixli, 85 №-li qərarı ilə təsdiq olunmuş «Peşə təhsilinin dövlət standartları»nda əks olunan “ömürboyu təhsil” prinsipinə uyğun müəyyənləşdirilmişdir.

Humanitar və baza modulları bölümü üzrə təhsilalan “ömürboyu təhsil” prinsipinə uyğun olaraq aşağıdakı bilik və bacarıqlar əldə edəcəkdir:


  • ixtisas üzrə peşə fəaliyyətini təmin edən ana dilində və xarici dildə yazılı və şifahi ünsiyyət qurmaq üçün nəzəri və təcrübi biliklərə malik olmalı;

  • ixtisas üzrə qazanılmış biliklərdən istifadə etməli;

  • informasiyanın toplanması və emalında müasir üsullardan istifadə etməli, müxtəlif hesablamaları aparmalı;

  • ixtisas sahəsinin əsas problemlərini dərk etmək, onların konkret tətbiq sahələrini bil­məli;

  • peşə fəaliyyəti dairəsinə aid olan məlumatların işlənilməsində və saxlanılma-sında komp­yuter texnologiyasından istifadə etməli;

  • peşə fəaliyyətində sahibkarlıq düşüncəsini və ideyalarını əsas götürməli;

  • peşə fəaliyyətində peşənin təlb etdiyi işgüzar etika və davranış qaydalarına əməl etməli;

  • peşə fəaliyyətində “ömür boyu” öyrənmə prinsiplərini rəhbər tutaraq şəxsi inkişafa və düzgün karyera planlamasını əsas götürməlidir.

İxtisas üzrə baza biliklərin formalaşmasını imkan verəcək aşağıdakı modulların tədrisi də bu bölümdə icra edilir (məs. Texniki rəsmxətt, İstehsalatın İdarəedilməsi və s.). Bu təhsilalana texniki biliklərin formalaşması, həmçinin gələcək iş prosesində müəyyən idarəçilik funksiyalarının icrası üçün tələb olunan səriştələrin əldə edilməsinə istiqamətlənir.
3.1 İxtisas üzrə modul və fənn bölümləri, modul və fənn mənimsənilməsi (təlim) nəticələri (bilik, bacarıq və yanaşma baxımından) və kreditləri, qazanılması nəzərdə tutulan kompetensiyaların kodları:
3.1.1 Ümumtəhsil fənlər bölümü:
Ümumtəhsil fənləri bölməsinə daxil olan fənlər 29 mart 2019-cu il 1532-VQ nömrəli “Ümumtəhsil haqqında” Azərbaycan Respublikasının Qanunun və “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarının tələblərinə uyğun müəyyənləşdirilmişdir.

Ümumi orta təhsil bazasından qəbul olunmuş qruplarda tədrisin birinci ilində ümumtəhsil fənləri tədris olunduğu üçün kredit sisteminə daxil edilmir.





Yüklə 121,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə