Peşə təhsili pilləsinin Yüksək Texniki Peşə Təhsilinin səviyyəsi Subbakalavr dərəcəsi hazırlığı üzrə t ə h s I lproqrami (kurikulum)


Subbakalavrın ixtisas xarakteristikası



Yüklə 121,3 Kb.
səhifə4/21
tarix12.02.2022
ölçüsü121,3 Kb.
#83717
1   2   3   4   5   6   7   8   9   ...   21
Sənaye avadanlıqlarının quraşdırılması və texniki istismari - final

2.1 Subbakalavrın ixtisas xarakteristikası.
“Sənayedə avadanlıqlarının quraşdırılması və texniki istismarı” ixtisasını bitirən məzunlar əsasən örtüklü metal elektrodla qaynaq üsulu (SMAW), CO2 mühitində qövs qaynağı və qoruyucu qaz mühitində metalın qövs qaynağı (GMAW), sənaye quraşdırma sahəsində qaynaq materialları və qaynaq avadanlıqlarının seçilməsi, müntəzəm qaynaq, qaynaq təftişi və qaynaq qeydlərinin aparılması, boru avadanlıqları və santexnika işlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq müəyyən çertyojun WPS-ni nəzərdən keçirməklə, aidiyyəti sənayeyə ümumilikdə tətbiq oluna biləcək əsas qaynaq tapşırıqlarını yerinə yetirməyi bacaracaq mütəxəssis olacaqdır.

Təhsilini bitirdikdən sonra məzun qaynaq işləri üçün təhlükəsizlik və sağlamlıq tələblərinə riayət etmək, qaynaq prosedurunun spesifikasiyasını yazmaq, qaynaq işlərinin çertyojlarını hazırlamaq və çəkmək, qaynaq materialları hazırlamaq, qaynaq avadanlığı quraşdırılmasını və sınaqdan keçirilməsi, strukturun montajı və qaynaq tikişlərinin qoyulması, qaynaq və qaynaqlanmış hissələrin keyfiyyətinə nəzarət etmə, borunun diyaqramını çəkmək və diaqramı müəyyənləşdirmək, boru materiallarının hazırlamaq, boruları yoxlamaq, sistemin boru avadanlığının quraşdırılmasını, boru avadanlıqlarının təmir və texniki xidməti təmin etmək, CAD proqramı ilə quraşdırma (montaj) çertyojunu çəkmə kimi bacaracaqlara yiyələnəcəklər.

Məzunlar ağır sənaye, metallurgiya və mədən sənayesi, həmçinin müxtəlif istehsalat müəssisələrinin layihələndirilməsi, qurulması və texniki xidmətin gösətirilməsini təşkil edən müəssisələrdə, müxtəlif sənaye müəssisələrində avadanlıqlar və texniki qurğulara texniki xidmətin göstərilməsi kimi işlərin icrasını həyata keçirən mütəxəssis olaraq çalışa biləcəkdir.
2.1.1 Peşə fəaliyyətinin əsas istiqamətləri (vəzifə və funksiyalar):


  • Örtüklü metal elektrodla qaynaq (SMAW) işlərinin icrası

  • CO2 mühitində qövs qaynağı ilə işlərinin icrası

  • Qoruyucu qaz mühitində metalın qövs qaynağı (GTAW) işlərinin icrası

  • Sənaye quraşdırma sahəsində qaynaq materialları və qaynaq avadanlıqlarının seçilməsi, quraşdırılması

  • Qaynaq təftişi və qaynaq qeydlərinin aparılması

  • Boru avadanlıqları və santexnika işlərinin həyata keçirilməsi

2.1.2 Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər:

İxtisas üzrə:


  • Qaynaq işləri üçün təhlükəsizlik və sağlamlıq tələblərinə riayət edilməsi

  • Qaynaq prosedurunun spesifikasiyasının yazılması

  • Qaynaq işlərinin çertyojlarının hazırlanması və çəkilməsi;

  • Qaynaq materiallarının hazırlanması

  • Qaynaq avadanlığlarının quraşdırılması və sınaqdan keçirilməsi;

  • Strukturun montajı və qaynaq tikişlərinin qoyulması;

  • Qaynaq işləri;

  • Qaynaq və qaynaqlanmış hissələrin keyfiyyətinə nəzarət edilməsi;

  • Borunun diaqramının çəkilməsi və diaqramının müəyyənləşdirilməsi;

  • Boru materiallarının hazırlanması;

  • Boruların boltlarla bərkidilməsi və birləşmə əməliyyatları;

  • Boruların yoxlanılması,

  • Boru sistemləri avadanlığlarının quraşdırılması

  • Boru avadanlıqlarının təmiri və texniki xidmətini təmin edilməsi;

  • CAD proqramı ilə quraşdırma (montaj) çertyojunu çəkilməsi




Yüklə 121,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə