Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə19/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   15   16   17   18   19   20   21   22   ...   76

70
artırılmaqla) tamam olmasını tələb edir (Maddə 7). Bundan 
başqa,  həmin  dəyişikliklərə  əsasən,  artıq  üç  deyil,  beş  və 
daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş 
və  azı  10  il  sığorta  stajı  olan  qadınların  həmin  Qanunun 
7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 
hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası 
hüququ vardır (Maddə 8.1). 


71
İş № 
         
     
Azərbaycan Respublikası adından
Q Ə R A R
N şəhəri  
24 iyul 2011-ci il
N İnzibati-İqtisadi Məhkəməsi
hakim X-in sədrliyi,
iddiaçı M-in (ünvanı: ....),
cavabdehin  nümayəndəsi  C-nin  (ünvanı:  ...,  vəzifəsi: 
...) iştirakları ilə 
 
iddiaçı  M-in  cavabdeh  Azərbaycan  Respublikasının 
Dövlət  Sosial  Müdafiə  Fonduna  qarşı  «27  dekabr  2009-
cu  il  tarixdən  yaşa  görə  əmək  pensiyasının  təyin  edilməsi 
və  ödənilməsi  öhdəliyinin  cavabdehin  üzərinə  qoyulması 
barədə»  iddia  tələbi  üzrə  inzibati  işə  şifahi  məhkəmə 
iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. 
Təsviri hissə:
İddiaçı  27  dekabr  1958-ci  ildə  doğulmuş  və  1977-ci 
ildə nikaha daxil olmuşdur. 1978-1980-ci illər ərzində onun 
həmin nikahdan 3 övladı (S, L və T) doğulmuşdur. Uşaqlar 
8  yaşına  qədər  iddiaçı  tərəfindən  tərbiyə  edilmişlər.  H 
rayon  Dövlət Arxivi  tərəfindən  verilmiş  arayışlara  əsasən, 
iddiaçı  15  dekabr  1988-ci  ildən  11  sentyabr  1991-ci  ilə 
qədər G üzümçülük sovxozunda fəhlə işləmiş, 1992-1996-
cı illərdə T adına Kolxozun üzvü olmaqla ona əmək haqqı 
hesablanmışdır. 


72
İddiaçı  30  dekabr  2009-cu  il  tarixdə  “Əmək  pen-
siyaları  haqqında”  Qanunun  8.1-ci  maddəsinə  istinad 
edərək  müvafiq  sənədlərlə  birlikdə  “yaşa  görə  əmək 
pensiyasının  təyin  edilməsi  haqqında”  ərizə  ilə  cavabdehə 
müraciət etmiş, lakin onun ərizəsi qeydiyyata alınmamışdır. 
O,  2010-cu  ilin  gedişində  ərizə  ilə  bağlı  cavabdehə 
dəfələrlə  müraciət  etmişdir.  Cavabdehin  2010-cu  il  de-
kabr  ayının  sonunda  iddiaçıya  verdiyi  qeyri-formal  (for-
mal  tələblərə  cavab  verməyən)  məlumata  əsasən,  “Əmək 
pensiyaları haqqında” Qanuna edilmiş və 1 yanvar 2010-cu 
il  tarixdən  qüvvəyə  minmiş  dəyişikliklərə  müvafiq  ola-
raq,  iddiaçı  ona  yaşa  görə  əmək  pensiyasının  təyin  edil-
məsi  üçün  qanunun  əvvəllər  qüvvədə  olan  redaksiyası 
ilə  müqayisədə  sərtləşdirilmiş  yeni  şərtlərinə  cavab  ver-
mədiyindən ona pensiya təyin edilməsi mümkün deyil. Bu 
səbəbdən də ərizə onun özünə qaytarılmışdır. 
İddiaçı  16  yanvar  2011-ci  il  tarixdə  cavabdehin  üzə-
rinə  27  dekabr  2009-cu  il  tarixdən  ona  yaşa  görə  əmək 
pen siyasının  təyin  edilməsi  və  ödənilməsi  öhdəliyinin 
qo  yulması  tələbi  ilə  N  İnzibati-İqtisadi  Məhkəməsinə 
müraciət etmişdir. 
İddiaçı hesab edir ki, o, «Əmək pensiyaları haqqında» 
Qanunun  1  yanvar  2010-cu  il  tarixədək  qüvvədə  olmuş 
redaksiyasına  əsasən,  yaşa  görə  əmək  pensiyası  almaq 
hüququna  malikdir.  Bundan  başqa,  iddiaçının  fikrincə, 
“Əmək  pensiyaları  haqqında”  Qanuna  edilmiş  və  1  yan-
var  2010-cu  ildən  qüvvəyə  minmiş  dəyişikliklər  ona 
şamil edilə bilməz. Çünki onun yaşa görə əmək pensiyası 
hüququ  sözügedən  dəyişikliklərin  qüvvəyə  minməsindən 
əvvəl  yaranmışdır  və  onun  bu  hüququnun  yaranması 


73
üçün  əvvəllər  qüvvədə  olan  tələblərə  uyğun  olduğu 
mübahisələndirilə bilməz. Eyni zamanda o, bildirir ki, ca-
vab deh onun ərizəsinə dair 5 gün ərzində qərar qəbul etməli 
və qərarı sənədlərlə birlikdə ona göndərməli olduğu halda, 
bunu etməmişdir.
Cavabdeh  iddianın  rədd  olunmasını  tələb  edir.  O,  
hesab  edir  ki,  “Əmək  pensiyaları  haqqında”  Qanuna  edil-
miş  və  1  yanvar  2010-cu  ildən  qüvvəyə  minmiş  də yi-
şik liklər  id diaçıya  da  şamil  olunur,  çünki  iddiaçı  ərizə 
ilə  cavabdehə  məhz  2010-cu  ildə  müraciət  etmişdir.  Sö-
zügedən də yi şikliklərə əsasən, yaşa görə əmək pen si yasının 
təyin olun ması üçün ən azı 12 il əmək stajı və 57 yaş tələb 
olun duğundan və iddiaçı bu tələblərə cavab vermədiyindən 
ona yaşa görə əmək pensiyası təyin edilə bilməz.
N  İnzibati-İqtisadi  Məhkəməsi  1  fevral  2011-ci  il 
tarixli qərardadla iddiaçının “yaşa görə əmək pensiyasının 
təyin  edilməsi  və  ödənilməsi  barədə”  ərizəsinə  dair  for-
mal  qərar  qəbul  etməsi  üçün  cavabdehə  1  may  2011-ci  il 
tarixədək müddət təyin etsə də, cavabdeh həmin tarixədək 
heç bir qərar qəbul etməmişdir. 
Cavabdehin iddiaçıya dair tərtib etdiyi iş materialları 
məh kəməyə təqdim olunmuşdur. Həmin materiallara ni ka-
hın  bağlanması  haqqında  şəhadətnamə,  iddiaçının  uşaq la-
rının  doğum  haqqında  şəhadətnamələri,  iddiaçının  əmək 
stajını  təsdiq  edən  sənədlər  daxildir.  Həmin  materialların 
məz mununa  istinad  edilir.  Onlar  məhkəmə  araşdırmasının 
predmetini təşkil etmişlər. 


74
Əsaslandırma hissəsi:
Məhkəmə  mübahisə  ilə  bağlı  iş  üzrə  inzibati  məh-
kəmə  icraatı  nəticəsində  onda  yaranmış  daxili  inam 
əsasında  (Azərbaycan  Respublikasının  İnzibati  Prosessual 
Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) 
hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia müm-
kün iddia olmaqla yanaşı, həm də əsaslıdır.
İddia  mümkün  iddiadır.  Belə  ki,  baxılan  işdə  söhbət 
İPM-in  1.1-ci  maddəsində  nəzərdə  tutulmuş  mənada  in-
zibati  mübahisədən  gedir  ki,  buna  da  baxmaq  səlahiyyəti 
inzibati  məhkəmələrə  aiddir  (İPM-in  2.1,  3.1  və  8.1-ci 
maddələri).  İddiaçı  İPM-in  33.1  və  33.2-ci  maddələrinə 
əsasən  məcburetmə  haqqında  iddia  qaldırmışdır.  Çünki 
cavabdeh onun yaşa görə əmək pensiyasının təyin edilməsi 
barədə  ərizəsinə  dair  formal  qərar  qəbul  etməmişdir 
(hərəkətsizliyə  qarşı  iddia).  Baxılan  işdə  bu  iddia  növü 
üçün  tələb  olunan  xüsusi  mümkünlük  şərtləri  də  mövcud-
dur. Belə ki, cavabdeh təyin edilmiş müddət bitənədək for-
mal qərar (inzibati akt) qəbul etmədikdə, məhkəmə iş üzrə 
özü qərar qəbul edə bilər (İPM-in 33.4-cü maddəsi). Eyni 
zamanda, iddiaçı ərizəsinə dair qərar qəbul edilməməsinin 
onun  hüquqlarını  pozduğunu  iddia  edə  bilər  (İPM-in 
35.1-ci  maddəsi).  Nəhayət,  iddianın  qaldırılması  ilə  bağlı 
Məcəllədə nəzərdə tutulmuş müddətə də riayət olunmuşdur 
(İPM-in 39.1-ci maddəsi). Belə ki, inzibati orqan iddiaçının 
dəfələrlə  etdiyi  müraciətlə  bağlı  kifayət  qədər  əsaslar  ol-
madan  qərar  qəbul  etməmişdir.  Onun  2010-cu  il  dekabr 
ayının sonunda iddiaçıya verdiyi məlumat isə bu cür qərarı 
(inzibati aktı) əvəz edə bilməz. Bu baxımdan, belə hallarda 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə