Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə18/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   14   15   16   17   18   19   20   21   ...   76

66
əsasən  qəbul  olunan  qərardadlara,  habelə  birinci  instan-
siya  məhkəməsi  qərardadlarından  (qərarlarından  deyil) 
verilmiş  apellyasiya  şikayətləri  üzrə  qəbul  olunan  bütün 
qərardadlara aiddir. 
Qərardadın  nəticəvi  hissəsi  burada  da  əsas  və 
yanakı  qərarı  əhatə  edir.  Əsas  qərar  apellyasiya  şikayəti 
üzrə  icraatın  məzmun  baxımından  nə  ilə  nəticələndiyini 
tənzimləyir. Yanakı  qərar  isə  apellyasiya  məhkəmə  icraatı 
üzrə prosessual xərclər məsələsini həll edir. 
Məsələn,  apellyasiya  qaydasında  yoxlama  birinci 
instansiya  məhkəməsinin  qərardadının  (məsələn,  İPM-in 
35.3-cü  maddəsinə  əsasən  qəbul  edilmiş  iddianın  müm-
kün  sayılmaması  haqqında  qərardad)  sual  doğurmayan  və 
qüsursuz  olduğunu  müəyyən  edərsə,  bu  zaman  əsas  qərar 
üzrə nəticəvi hissə aşağıdakı kimi olacaq: 
X  İnzibati-İqtisadi  Məhkəməsinin  ...  tarixli  qərardadı 
dəyişdirilmədən saxlanılır.
Apellyasiya  məhkəmə  icraatı  üzrə  prosessual  xərclər  şikayətçi 
tərəfindən ödənilir. 
Hüquqi müdafiə vasitələri barədə məlumat. 
Apellyasiya  şikayəti  birinci  instansiya  məhkə-
mə sinin  qərardadının  ləğvi  və  ya  dəyişdirilməsi  ilə 
nəticələnərsə,  bu  zaman  apellyasiya  instansiyası  məh-
kəməsinin  qərardadının  nəticəvi  hissəsi  onun  gəldiyi 
müvafiq  nəticədən  (məsələn,  apellyasiya  şikayətinin 
tam və ya qismən təmin edilməsindən) asılı olacaqdır. 


67
Üçüncü hissə: Kazuslar  
(müvafiq olaraq: işin faktiki halları, 
qərar/qərardad  
və qərarla/qərardadla bağlı qeyd)
A. Qərarlar
I. Birinci instansiya məhkəməsi qərarlarına  
dair misallar
 
1-Cİ KAZUS 
PENSİYANIN TƏYİN EDİLMƏSİ VƏ 
ÖDƏNİLMƏSİNƏ DAİR İDDİA
İŞİN FAKTİKİ HALLARI
27  dekabr  1958-ci  il  təvəllüdlü  M  1977-ci  ildə  ni-
kaha daxil olur və 1978-1980-ci illər ərzində bu nikahdan 
3 övladı (S, L və T) dünyaya gəlir. M uşaqlarını 8 yaşına 
qədər özü tərbiyə edir. O, 15 dekabr 1988-ci ildə H rayo-
nunda  yerləşən  G  üzümçülük  sovxozunda  fəhlə  qismində 
əmək  fəaliyyətinə  başlayır  və  bu  fəaliyyət  11  sentyabr 
1991-ci ilə qədər davam edir. Bundan sonra M 1992-1996-
illərdə H rayonundakı T adına kolxozda işləyir. 
30 dekabr 2009-cu il tarixdə M yaşa görə əmək pen-
siyasının  təyin  edilməsi  üçün  müvafiq  sənədlərlə  Azər-
baycan  Respublikasının  Dövlət  Sosial  Müdafiə  Fonduna 
ərizə təqdim edir. Lakin Dövlət Sosial Müdafiə Fondu onun 
ərizəsini  qeydiyyata  almır.  M  bununla  bağlı  2010-cu  il 
ərzində dəfələrlə Dövlət Sosial Müdafiə Fonduna müraciət 


68
edir və ona nəhayət 2010-cu il dekabr ayının sonunda qey-
ri-formal (formal tələblərə cavab verməyən) məlumat veri-
lir.  Həmin  məlumatda  qeyd  edilir  ki,  1  yanvar  2010-cu  il 
tarixdən qüvvəyə minmiş qanuna əsasən, M ona yaşa görə 
əmək  pensiyasının  təyin  edilməsi  üçün  müəyyən  edilmiş 
yeni şərtlərə cavab vermir, bu səbəbdən ona pensiya təyin 
edilməsi  mümkün  deyil.  Eyni  zamanda,  M-in  ərizəsi  ona 
geri göndərilir. 
M  16  yanvar  2011-ci  il  tarixdə  cavabdehin  üzərinə 
27  dekabr  2009-cu  il  tarixdən  ona  yaşa  görə  əmək  pen si-
yasının təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması 
tələbi ilə N İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırır. 
İddiaçının  fikrincə,  «Əmək  pensiyaları  haqqında» 
Qanunun  1  yanvar  2010-cu  il  tarixədək  qüvvədə  olan  re-
daksiyasına əsasən, onun yaşa görə əmək pensiyası hüququ 
yaranmışdır.  İddiaçı,  həmçinin  hesab  edir  ki,  “Əmək 
pensiyaları haqqında” Qanuna edilmiş və 1 yanvar 2010-cu 
ildən qüvvəyə minmiş dəyişikliklər ona şamil edilə bilməz. 
Çünki  onun  yaşa  görə  əmək  pensiyası  hüququ  sözügedən 
dəyişikliklərin qüvvəyə minməsindən əvvəl yaranmışdır və 
onun bu hüququnun yaranması üçün əvvəllər qüvvədə olan 
şərtləri yerinə yetirməsi mübahisələndirilə bilməz. Bundan 
başqa, o, hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu onun 
ərizəsinə  dair  5  gün  ərzində  qərar  qəbul  etməli  və  qərarı 
sənədlərlə  birlikdə  ona  göndərməli  olduğu  halda,  bunu 
etməmişdir.
Cavabdeh  iddianın  rədd  olunmasını  tələb  edir.  Belə 
ki,  onun  fikrincə,  “Əmək  pensiyaları  haqqında”  Qa  -
nuna  edilmiş  və  1  yanvar  2010-cu  ildən  qüvvəyə  min  -
miş  dəyişikliklər  iddiaçıya  da  tətbiq  olunur,  çünki  id-


69
dia çı  ərizə  ilə  məhz  2010-cu  ildə  cavabdehə  müraciət 
etmişdir. Sözügedən dəyişikliklərə əsasən, yaşa görə əmək 
pensiyasının təyin olunması üçün ən azı 12 il əmək stajı və 
57  yaş  tələb  olunduğundan,  lakin  iddiaçı  həmin  tələblərə 
cavab  vermədiyindən  ona  yaşa  görə  əmək  pensiyası  təyin 
edilə bilməz.
N  İnzibati-İqtisadi  Məhkəməsi  1  fevral  2011-ci  il 
tarixli  qərardadla  cavabdehin  iddiaçının  yaşa  görə  əmək 
pensiyasının  təyin  edilməsi  barədə  ərizəsinə  dair  formal 
qərar qəbul etməsi üçün ona 1 may 2011-ci il tarixə qədər 
müddət təyin etsə də, cavabdeh bu müddət ərzində belə bir 
qərar qəbul etmir. 
Məhkəmənin bu işlə bağlı qərarı necə olacaq?
Hüquq normaları ilə bağlı:
“Əmək  pensiyaları  haqqında”  Azərbaycan  Res pub-
likası  Qanununun  1  yanvar  2010-cu  il  tarixədək  qüvvədə 
olan  redaksiyasına  əsasən,  üç  və  daha  çox  uşaq  doğub 
onları səkkiz yaşınadək tərbiyə etmiş, azı 5 il sığorta stajı 
olan və 51 yaşına çatmış (üçdən çox olan uşaqların sayına 
uyğun olaraq yaş həddi azaldılmaqla) qadınların yaşa görə 
əmək pensiyası hüququ vardır (Maddə 8.1). 
Həmin  Qanuna  edilmiş  və  1  yanvar  2010-cu  il 
tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, sözügedən 
şərtlər sərtləşdirilmişdir. Belə ki, yeni qanun qadınlara yaşa 
görə əmək pensiyasının təyin edilməsi üçün 12 illik sığorta 
stajının  mövcudluğunu  və  57  yaşın  (1  yanvar  2010-cu  il 
tarixdən başlayaraq 1 yanvar 2016-cı il tarixədək hər il 6 ay 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə