Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə21/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   17   18   19   20   21   22   23   24   ...   76

79
2-Cİ KAZUS
LİSENZİYANIN FƏALİYYƏTİNİN 
DAYANDIRILMASININ 
MÜBAHİSƏLƏNDİRİLMƏSİ 
İŞİN FAKTİKİ HALLARI
7  dekabr  2011-ci  ildə  S  İnzibati-İqtisadi  Məh kə-
məsinin yurisdiksiyasına aid olan ərazidə fəaliyyət göstərən 
U MMC” tikinti firmasına (bundan sonra mətndə – Firma) 
dövlət  standartlarına  uyğun  olaraq,  I  və  II  məsuliyyət 
səviyyəli bina və qurğuların (12 metr hündürlüyədək fərdi 
yaşayış  və  bağ  evləri  istisna  olmaqla)  tikinti-quraşdırma 
işlərinin  aparılması  üçün  Azərbaycan  Respublikası  Föv-
qəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət 
Dövlət Agentliyi  (bundan  sonra  mətndə  – Agentlik)  tərə-
findən  lisenziya  verilir.  Lisenziyanın  verilməsindən  son ra 
Agentlik  Firmaya  qanunvericiliyin  tələblərinə  əsasən,  ildə 
bir dəfə müəyyən olunmuş formada məlumat təqdim etməli 
olduğuna dair müntəzəm xəbərdarlıq etsə də, Firma belə bir 
məlumatı təqdim etmir.
Lisenziyanın  qanunla  nəzərdə  tutulmuş  tələblərinə 
riayət  olunub-olunmamasını  yoxlamaq  məqsədilə  Agent-
liyin  tikinti  təşkilatları  ilə  əlaqələndirmə  və  lisenziyaların 
verilməsinin təşkili, eləcə də hüquq şöbələrinin əməkdaşları 
tərəfindən 2 iyul 2014-cü il tarixdə nəzarət qaydasında Fir-
mada yoxlama aparılır. Yoxlamanın predmetini Azərbaycan 
Respublikası  Nazirlər  Kabinetinin  7  noyabr  2002-ci  il 
ta rixli,  174  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  “Fəaliyyət 


80
növlərinin  xüsusiyyətindən  asılı  olaraq  xüsusi  razılıq 
(lisenziya)  verilməsi  üçün  tələb  olunan  əlavə  Şərtlər”ə, 
konkret  olaraq,  onların  45-ci  bəndinin  tələblərinə  əməl 
edilib-edilməməsi  təşkil  edir.  Yoxlama  zamanı  Firmada 
yalnız  2  mütəxəssisin  (5  mütəxəssis  olmalı  olduğu  halda) 
çalışdığı, onun istifadəsində olan ölçü cihazlarının standart-
lara  uyğunluğunu  və  yararlılığını  təsdiq  edən  kalibrləmə 
haqqında  şəhadətnamələrin  müddətinin  4  may  2012-ci  il 
tarixdə bitdiyi, habelə mülki məsuliyyətinin sığortalanması 
müddətinin 2 dekabr 2012-ci il tarixdə başa çatdığı müəy-
yən edilir.
Qeyd olunanlara əsaslanaraq, Agentlik 7 iyul 2014-cü 
il tarixdə qəbul etdiyi qərarla Firmaya verilmiş lisenziyanın 
fəaliyyətini  dayandırır.  Qərarın  əsası  kimi  o,  Azərbaycan 
Respublikası  Prezidentinin  2  sentyabr  2002-ci  il  tarix-
li,  782  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan 
Respublikasında  bəzi  fəaliyyət  növlərinə  xüsusi  razılıq 
(lisenziya) verilməsi haqqında Qaydalar”ın 5.1.2-ci bəndinə 
istinad  edir  və  bildirir  ki,  iddiaçının  normativ  aktların 
tələblərini  pozması,  eləcə  də  Agentliyin  xəbərdarlıqlarına 
baxmayaraq, müvafiq məlumatların təqdim edilməməsi ilə 
bağlı bu vaxta qədərki davranışı ona verilmiş lisenziyanın 
fəaliyyətinin davam etməsini qeyri-mümkün edir. 
Firma  30  gün  müddətində  7  iyul  2014-cü  il  tarix-
li  qərara  qarşı  R  İnzibati-İqtisadi  Məhkəməsində  iddia 
qaldırır. Lakin həmin məhkəmə 26 avqust 2014-cü il tarix-
li  qərardadı  ilə  mübahisə  ilə  bağlı  işi  ərazi  baxımından 
aidiyyəti  üzrə  səlahiyyətli  olan  S  İnzibati-İqtisadi  Məh-
kəməsinə göndərir.
Bu  arada  Firma  10  dekabr  2014-cü  il  tarixdə  mülki 


81
məsuliyyətin  sığortası  haqqında  yeni  müqavilə  bağlayır. 
Bundan başqa, Firmada hazırda müqavilə üzrə artıq 5 mü-
tə xəssis  çalışır.  Nəhayət,  Firmanın  müraciətinə  əsasən 
Azər baycan Respublikası Standartlaşdırma, Metrologiya və 
Patent üzrə Dövlət Komitəsi 2 sentyabr 2014-cü il tarixdə 
Firmanın  cihazlarının  standartlara  uyğun  olması  barədə 
müvafiq şəhadətnamə verir. 
Firma  mübahisələndirilən  qərarı,  həmçinin  ona  görə 
qanunsuz  hesab  edir  ki,  onun  qəbulu  barədə  Firmaya  xə-
bərdarlıq  edilməmiş  və  çatışmazlıqları  aradan  qaldırmaq 
üçün ona vaxt verilməmişdir. Bundan başqa, Firma son 3 il 
ərzində onsuz da fəaliyyət göstərməmişdir.
Məhkəmənin bu işlə bağlı qərarı necə olacaq?
Hüquq normaları ilə bağlı:
Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 
2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş 
“Azərbaycan  Respublikasında  bəzi  fəaliyyət  növlərinə 
xüsusi razılıq (lisenziya) verilməsi haqqında” Qaydalar
...
5.1. Lisenziya verən dövlət orqanı lisenziyanın fəaliy-
yətini aşağıdakı hallarda dayandırır:
5.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim 
edildikdə;
5.1.2.  lisenziya  sahibi  tərəfindən  normativ  aktlara 
əməl  edilmədikdə,  yaxud  Azərbaycan  Respublikasının 
qanun  vericiliyinə  uyğun  olaraq  müvafiq  dövlət  orqanı 
tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;


82
5.1.3.  lisenziya  sahibinin  müflisləşməsi  faktı  Azər-
baycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;
5.1.4. Azərbaycan Respublikasının qanunvericiliyində 
nəzərdə tutulan digər hallarda.
...
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  7 
noyabr  2002-ci  il  tarixli,  174  nömrəli  qərarı  ilə  təsdiq 
edilmiş  “Fəaliyyət  növlərinin  xüsusiyyətindən  asılı  ola-
raq  xüsusi  razılıq  (lisenziya)  verilməsi  üçün  tələb  olu-
nan əlavə Şərtlər”
...
45.  Tikintisinə  icazə  tələb  olunmayan  və  məlumat-
landırma icraatı istisna olmaqla, bina və qurğuların tikinti-
quraşdırma işlərinin aparılmasına xüsusi razılıq (lisenziya) 
verilməsi üçün tələb olunan əlavə şərtlər:
45.1  ərizəçinin  ştatında  olan  5  (beş)  mütəxəssisin 
müvafiq ixtisas üzrə ən azı 3 illik iş stajına malik olmaları 
haqqında sənədlərin surəti;
45.2.  ərizəçinin  müvafiq  işləri  aparmaq  üçün  maddi-
texniki  bazaya,  o  cümlədən  binalara  və  ya  qeyri-yaşayış 
sahələrinə,  tikinti  avadanlıqlarına,  nəqliyyat,  texnoloji 
və  təhlükəsizlik  təminatı  vasitələrinə,  mexaniki  və  əl 
alətlərinə, daşınan enerji qurğularına və nəzarət-ölçü cihaz-
larına malik olması barədə arayış;
45.3.  ərizəçinin  görülən  işlərin  keyfiyyətinə  nəzarət 
sisteminə malik olması barədə arayış;
45.4. ərizəçinin ölçü vasitələrinin və cihazlarının stan-
dartlara uyğunluğunu və yararlılığını təsdiq edən sənədlərin 
surəti;
45.5.  lisenziyalaşdırılması  nəzərdə  tutulan  fəaliyyət 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə