Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə29/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   25   26   27   28   29   30   31   32   ...   76

113
və  cavabdehin  bildirdiyinə  əsasən,  həmin  akta  Vergi 
Məcəlləsinin  39.5-39.7-ci  maddələrinə  uyğun  olaraq  18 
iyun  2013-cü  il  tarixdə  vergi  orqanında  iddiaçının  iştirakı 
ilə  baxılmışdır.  Hərçənd,  cavabdehin  iddiaçı  barədə  tərtib 
etdiyi  iş  materiallarında  həmin  akta  vergi  orqanında 
baxılmasında  iddiaçının  iştirakına  dair  məlumat  yoxdur. 
Cavabdehin  iddiaçının  18  iyun  2013-cü  il  tarixdə  vergi 
orqanında olması ilə bağlı bildirdikləri doğru olduğu halda 
belə, Vergi Məcəlləsinin 49.1.2-ci maddəsinə əsasən qəbul 
edilmiş məsuliyyətə cəlb etmə haqqında qərarda iddiaçının 
qeyd  etdiyi  əsaslar  və  etirazlar  əksini  tapmalı  və  qərarda, 
Vergi  Məcəlləsinin  49.2-ci  maddəsinin  tələb  etdiyi  kimi, 
onlara  münasibət  bildirilməli  idi.  Vergi  Məcəlləsinin 
49.5-ci  maddəsinə  görə,  vergi  orqanının  vəzifəli  şəxsləri 
tərəfindən bu maddənin formal tələblərinin gözlənilməməsi 
vergi orqanının qərarının məhkəmə tərəfindən ləğv edilməsi 
üçün  əsasdır.  Bu  isə  o  deməkdir  ki,  hər  halda  iddiaçının 
mübahisələndirmə haqqında iddiası bu hissədə (9000 AZN) 
təmin edilməlidir.
2.  İş  üzrə  icraata  dair  prosessual  xərclər  məsələsi 
İPM-in 110.1-ci və 111.1-ci maddələrinə əsasən həll olunur.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 70.1, 81.1, 
85.1, 110.1, 111.1-ci maddələrinə əsasən, məhkəmə qərara 
aldı: 
Cavabdehin  18  iyun  2013-cü  il  tarixli  «vergi  ödə-
yi  cisinin  vergi  qanunvericiliyinin  pozulmasına  görə 


114
məsuliyyətə cəlb edilməsi haqqında» qərarı 9 şəxslə əmək 
müqaviləsinin  bağlanmamasına  görə  iddiaçıya  9000 AZN 
məbləğində  maliyyə  sanksiyası  tətbiq  edilməsini  nəzərdə 
tutan hissədə ləğv edilir.
İddia qalan hissədə rədd edilir.
Bütün prosessual xərclərin yarısı cavabdeh tərəfindən 
ödənilir. 
Qərardan, onun tam formada təqdim olunduğu gündən 
30  (otuz)  gün  müddətində  B  İnzibati-İqtisadi  Məhkəməsi 
(ünvan:  ...)  vasitəsilə  B  Apellyasiya  Məhkəməsinin 
İnzibati-İqtisadi  Kollegiyasına  (ünvan:  ...)  apellyasiya 
şikayəti verilə bilər.
Sədrlik edən:   
imza
3-cü kazus üzrə qərardad və qərarla bağlı qeyd:
Məhkəmə  bu  qərarında  bildirir:  hüquqi  mübahisənin 
predmetini  fərqli  hüquqi  taleyə  malik  iki  tələb  təşkil  edir. 
Buna müvafiq olaraq, iddia yalnız qismən uğurludur və bu, 
qərarın nəticəvi hissəsinə də təsirini göstərir. Eyni zaman-
da,  qərarda  iddianın  vaxtında  qaldırılıb-qaldırılmadığı  ilə 
bağlı mümkünlük məsələsi də yoxlanılır/izah edilir. Bundan 
başqa, bu qərar onun rəqəmlər vasitəsilə hissələrə bölünən 
halda  oxunaqlığının  asanlaşdırılması  üçün  misal  qismində 
çıxış edir. 
Bu iş üzrə qəbul edilən qərarın İPM-in 35.3-cü mad -
dəsinə  əsasən  qəbul  edilmiş  qərardada  və  qərara  ayrıl-
ması  iddianın  qismən  mümkün  olmamasından  irəli  gəlir. 


115
Belə  hallarda,  xərclər  məsələsinin  həlli  mürəkkəbdir. 
Çünki  qəbul  olunan  qərarlardan  (yəni  həm  qərar,  həm  də 
qərardad)  hər  birində  xərclər  məsələsi  barədə  qərar  əksini 
tapır.  Hər  bir  halda,  bu  kazusda  iş  üzrə  həm  qərardadın 
(mümkünsüz  iddiaya  dair  hissədə),  həm  də  qərarın  qəbul 
edilməsi  Azərbaycanın  inzibati  məhkəmələrinin  artıq 
təşəkkül tapmış təcrübəsindən irəli gəlir.


116
4-CÜ KAZUS
NOTARİAT HƏRƏKƏTİNİN APARILMASINDAN 
İMTİNAYA QARŞI İDDİA
İŞİN FAKTİKİ HALLARI
Ə 15 noyabr 1993-cü il tarixdə N şəhəri, Y küçəsi, 5 
saylı evin 34 nömrəli 3 otaqlı mənzilini mülkiyyət hüququ 
ilə  öz  adına  daşınmaz  əmlakın  dövlət  reyestrində  qeydə 
aldırır  və  buna  dair  onun  adına  qeydiyyat  vəsiqəsi  verilir. 
10  yanvar  1994-cü  ildə  o,  ilə  nikaha  daxil  olur.  Həmin 
nikahdan  onların  iki  uşaqları  (A  və  C)  var.  Ə  arvadı  və 
uşaqları ilə birlikdə ona məxsus mənzildə yaşayır. 
N  Şəhər  Məhkəməsinin  18  iyul  2002-ci  il  tarixli 
qətnaməsi  ilə  Ə  və  V  arasındakı  nikah  pozulur  və  bunun 
əsasında  N  Şəhəri  Qeydiyyat  Şöbəsi  tərəfindən  nikahın 
pozulmasına  dair  şəhadətnamə  verilir.  Nikahlarına  xi-
tam  verildikdən  sonra  V  övladları  A  və  C  ilə  birlikdə  B 
şəhərinə köçür. Bu zaman V iddiaçının mülkiyyətində olan 
mənzildən qeydiyyatdan çıxsa da, uşaqlar hazırkı vaxtadək 
həmin mənzildə qeydiyyatda qalırlar. 
Bir  müddət  sonra  Ə  işləmək  məqsədilə  xaricə,  D 
Respublikasına  gedir  və  orada  bir  qədər  qalıb  işlədikdən 
sonra  N  şəhərindəki  mənzilini  satmaq  qərarına  gəlir. 
Bu  məqsədlə  o,  N  şəhəri  X  saylı  notariat  kontorunun 
notariusuna  müraciət  edir.  Notarius  22  dekabr  2013-
cü  il  tarixli  məktubla  mənzilin  satılması  üzrə  notariat 
hərəkətinin  aparılmasından  imtina  edir  və  imtinanı  belə 
əsaslandırır  ki,  “Azərbaycan  Respublikasında  notariat 


117
hərəkətlərinin  aparılması  qaydaları  haqqında”  Təlimatın 
49-cu  bəndinə  əsasən,  mənzillərin  özgəninkiləşdirilməsi 
haqqında əqdlərin təsdiq edilməsi üçün həmin mənzillərdə 
yaşayış  yeri  üzrə  daimi  qeydiyyatda  olan  yetkinlik  yaşına 
çatmış ailə üzvlərinin razılığı tələb olunur. Ə-nin yetkinlik 
yaşına çatmış uşaqları və mənzilin satılmasına razılıq 
vermədikləri  üçün  notariusun  müvafiq  notariat  hərəkətini 
aparmağa ixtiyarı yoxdur. 
Ə  hesab  edir  ki,  notariusun  notariat  hərəkətini  apar-
maqdan  imtinası  əsassızdır.  Belə  ki,  onun  mülkiyyət 
hüququ  qanunla  qorunur  və  müvafiq  hüquq  hər  hansı  bir 
inzibati  orqan  tərəfindən  qəbul  edilmiş  təlimatla  məh-
dudlaşdırıla  bilməz.  Bu  səbəbdən  Ə  25  dekabr  2013-cü 
il  tarixdə  N  şəhəri  X  saylı  notariat  kontoruna  qarşı  onun 
üzərinə mənzilin satılması ilə bağlı formal baxımdan zəruri 
olan hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə N 
İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırır. Eyni zaman-
da, o, iddia tələbində hər hansı bir qüsur olacağı təqdirdə, 
onun  aradan  qaldırılması  üçün  məhkəmənin  yardım 
etməsini xahiş edir. 
N İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2013-cü 
il  tarixli  qərardadı  ilə  iddiaçının  övladları  A  və  C  üçüncü 
şəxs  qismində  məhkəmə  icraatına  cəlb  olunurlar.  Lakin 
onlar  iddia  ilə  bağlı  fikir  bildirmirlər  və  şifahi  məhkəmə 
baxışı ilə bağlı məhkəmə iclasına gəlmirlər. 
Bu  işlə  bağlı  məhkəmə  prosessual  baxımdan  necə 
hərəkət edəcək və onun qərarı necə olacaq?
Hüquq normaları ilə bağlı: 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə