Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə28/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   24   25   26   27   28   29   30   31   ...   76

109
faktlar əsas götürüldükdə belə nə qanuni, nə də əsaslı hesab 
edilə  bilməz.  Çünki  onun  kafesində  8  nəfər  işləyir  və  on-
lardan  yalnız  3  nəfəri  ilə  əmək  müqaviləsi  yoxdur.  Eyni 
zamanda,  iddiaçı  qeyd  edir  ki,  12  iyun  2013-cü  il  tarixli 
aktda  göstərilən  və  əmək  müqaviləsi  olmadan  işlədikləri 
bildirilən  digər  9  nəfərin  onun  işlətdiyi  kafeyə  heç  bir 
aidiyyəti yoxdur, çünki həmin şəxslər onun anasına məxsus 
olan şadlıq evinin tikintisində işləyirlər. 
Cavabdeh  iddianın  rədd  olunmasını  tələb  edir.  Onun 
nümayəndəsi məhkəmə iclasında bildirir ki, operativ vergi 
nəzarəti  həyata  keçirilən  zaman  iddiaçı  törətdiyi  əməli 
özünün yazdığı izahatda da etiraf etmiş və göstərmişdir ki, 
kafenin yanındakı şadlıq evini o tikdirir və tikinti işlərində 
çalışan şəxsləri 10 gün əvvəl özü işə götürüb. Bu baxımdan 
cavabdehin fikrincə, iddiaçı törətdiyi pozuntu ilə bağlı vergi 
və  əmək  qanunvericiliyində  nəzərdə  tutulan  məsuliyyəti 
daşımalıdır. Daha sonra, cavabdeh bildirir ki, vergi orqanı 
12  iyun  2013-cü  il  tarixli  müvafiq  aktla  bağlı  mövqeyini 
ifadə  etmək  üçün  iddiaçıya  şərait  yaratmışdır.  Belə  ki,  18 
iyun  2013-cü  il  tarixdə  vergi  orqanında  həmin  aktla  bağlı 
materiallara  iddiaçının  iştirakı  ilə  baxılmışdır.  Nəhayət, 
cavabdeh hesab edir ki, iddia bunun üçün müəyyən edilmiş 
iddia  müddəti  keçdikdən  sonra  qaldırıldığından,  onsuz  da 
mümkün sayıla bilməz. 
Cavabdehin iddiaçı barədə tərtib etdiyi iş materialları 
məhkəməyə  təqdim  olunmuşdur.  Həmin  materiallara, 
xüsusilə  operativ  vergi  nəzarətinin  həyata  keçirilməsi  ilə 
bağlı  sənədlər  daxildir.  Bu  materialların  məzmununa  isti-
nad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil 
etmişlər. 


110
Məhkəmənin  hazırkı  iş  üzrə  02  dekabr  2013-cü  il 
tarixli  qərardadı  ilə  iddia  cavabdehin  12  iyun  2013-cü  il 
tarixli aktının etibarsız hesab edilməsi hissəsində mümkün 
sayılmamışdır. 
Əsaslandırma hissəsi:
1.  Baxılması  inzibati  məhkəmələrin  səlahiyyətinə 
(Azərbaycan  Respublikasının  İnzibati  Prosessual  Məcəl-
ləsinin  (bundan  sonra  mətndə  İPM)  1.1,  2.1  və  2.2.1-ci 
mad dələri)  aid  olan  mü bahisələndirmə  haqqında  iddia  – 
vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb 
edilmə haqqında qərarın ləğv edilməsinə dair tələb – müm-
kündür (bununla bağlı aşağıda bax: 1.1.). Bununla belə, bu 
iddia mahiyyət üzrə yalnız qismən uğurlu sayıla bilər (bu-
nunla bağlı aşağıda bax: 1.2.).
1.1.  Cavabdehin  18  iyun  2013-cü  il  tarixli  qərarına 
qarşı yönəlmiş mübahisələndirmə haqqında iddianın müm-
künlüyü  sual  doğurmamalıdır.  Çünki  sözügedən  qərarda 
söhbət,  şübhəsiz,  İPM-in  32.1-ci  maddəsində  nəzərdə 
tutulmuş  mənada  mübahisələndirilə  bilən  inzibati  aktdan 
gedir. İddiaçı bu aktın İPM-in 35.1-ci maddəsində nəzərdə 
tutulmuş  mənada  onun  hüquqlarını  pozduğunu  iddia  edə 
bilər. 
İddiaçının  iddianı  25  sentyabr  2013-cü  ildə,  yəni 
İPM-in  38.1-ci  maddəsində  nəzərdə  tutulmuş  müddətin 
(aktın  təqdim  olunduğu  vaxtdan  30  gün  müddətində) 
keçməsindən  sonra  qaldırması  da  iddianın  mümkün-
lüyünü  aradan  qaldırmır.  Çünki  18  iyun  2013-cü  il  tarix-
li  qərarda  “İnzibati  icraat  haqqında”  Qanunun  59.1.5-ci 


111
maddəsinin  tələb  etdiyi  hüquqi  müdafiə  vasitələri  barədə 
məlumatlandırma  nəzərdə  tutulmamışdır.  Bu  isə,  belə  bir 
nəticəyə gəlməyə əsas verir ki, İPM-də mübahisələndirmə 
haqqında  iddianın  qaldırılması  üçün  təsbit  edilmiş  30 
günlük  müddət  müvafiq  hala  şamil  oluna  bilməz.  Əlbəttə, 
qeyd  olunan  nəticə  bununla  bağlı  birbaşa  qayda  nəzərdə 
tutulmayan  İPM-in  özündən  irəli  gəlmir.  Başqa  sözlə,  bu 
nəticə  “İnzibati  icraat  haqqında”  Qanunun  müvafiq  ola-
raq  tətbiq  edilməli  olan  73.2-ci  maddəsi  əsasında  çıxarıla 
bilər.  Sözügedən  maddəyə  uyğun  olaraq,  inzibati  aktda 
ona  qarşı  mümkün  hüquqi  müdafiə  vasitələri,  bu  hüquqi 
müdafiə  vasitələrindən  istifadə  (şikayət  vermə)  qaydası 
və  müddəti  nəzərdə  tutulmadıqda,  həmin  inzibati  aktdan 
onun qüvvəyə mindiyi gündən 30 gün deyil (İPM-in 73.1-
ci  maddəsi),  6  ay  müddətində  şikayət  verilə  bilər.  Eyni 
əsaslar təkcə inzibati şikayətə deyil, məhkəmə qaydasında 
qaldırılan mübahisələndirmə haqqında iddiaya münasibətdə 
də  tətbiq  olunmalıdır.  Yəni  iddiaçının  iki  hüquqi  müdafiə 
imkanı  arasında  seçim  etmək  (İPM-in  32.2.1-ci  maddəsi 
və  “İnzibati  icraat  haqqında”  Qanunun  72.1-ci  maddəsi) 
hüququ  vardır.  Başqa  sözlə,  maraqlı  şəxsin  hüquqi  mü-
dafiəsi  vaxt  məhdudlaşdırılması  baxımından  onun  əvvəlcə 
inzibati  şikayət  verib-verməməsindən,  yaxud  məhkəmə 
qaydasında  iddia  qaldırıb-qaldırmamasından  asılı  ola 
bilməz. 
1.2. Bununla belə, cavabdehin 18 iyun 2013-cü il ta-
rix li qərarına qarşı yönəlmiş iddia yalnız qismən əsaslıdır. 
Çünki  bu  qərar  İPM-in  70.1-ci  maddəsində  nəzərdə 
tutul  muş  mənada  yalnız  9  şəxslə  əmək  müqaviləsinin 
bağ lanmamasına  görə  9000  AZN  məbləğində  maliyyə 


112
sanksiyasının  müəyyən  edildiyi  hissədə  iddiaçının  hü quq-
larını pozur. 
1.2.1.  İddiaçının  kafedə  çalışan  3  şəxslə  bağlı  vergi 
və  əmək  qanunvericiliyinin  müddəalarını  pozmasına 
görə  məsuliyyətə  cəlb  olunmasına  gəlincə  (3  şəxslə 
əmək  müqaviləsinin  bağlanmamasına  görə  3000  AZN 
ma liy yə  sanksiyasının  tətbiqi),  18  iyun  2013-cü  il  tarix-
li  qərar  nə  formal-hüquqi,  nə  də  məzmun  baxımından 
mübahisələndirilə  bilməz.  Bu  qərarın  qəbulundan  əvvəl 
formal  baxımdan  Vergi  Məcəlləsinə  uyğun  olan  operativ 
vergi  nəzarəti  (Vergi  Məcəlləsinin  50.3-50.6-cı  maddələri) 
həyata  keçirilmiş,  habelə  icraatla  bağlı  digər  müddəalara 
(həm Vergi Məcəlləsinin, həm də “İnzibati İcraat haqqında” 
Qanunun)  riayət  olunmuşdur.  Belə  ki,  iddiaçı  12  iyun 
2013-cü  il  tarixli  akta  qarşı  Vergi  Məcəlləsinin  39.5-ci 
maddəsi ilə müəyyən edilmiş qaydada heç bir etiraz təqdim 
etməmişdir.  Məhkəmənin  qəti  qənaətinə  görə,  həqiqətən 
də iddiaçı kafedə çalışan 3 şəxslə əmək qanunvericiliyinin 
tələblərinə  uyğun  olaraq  əmək  müqaviləsi  bağlamamışdır. 
İddiaçı  bunu  məhkəmə  iclasında  özü  də  qeyd  etmişdir. 
Başqa  sözlə,  cavabdehin  qərarı  məzmun  baxımından  da 
qüsursuzdur.
1.2.2.  Cavabdehin  mübahisələndirilən  qərarının  id-
diaçının  digər  9  şəxslə  əmək  müqaviləsi  bağlamadığı  və 
bunun  əsasında  onun  barəsində  tətbiq  edilmiş  maliyyə 
sanksiyasına  görə  9000 AZN  ödəməli  olduğunu  müəyyən 
edən hissəsinə qarşı iddiaçının tələbi artıq formal baxımdan 
əsaslıdır.  Çünki  iddiaçının  məsuliyyətə  cəlb  olunması 
haq qında  qərarın  əsasını  da  12  iyun  2013-cü  il  tarixdə 
ke çi rilmiş  operativ  vergi  nəzarəti  barədə  akt  təşkil  edir 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə