Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə31/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   27   28   29   30   31   32   33   34   ...   76

122
zamanda,  o,  iddia  tələbində  hər  hansı  bir  qüsur  olacağı 
təqdirdə,  onun  aradan  qaldırılması  üçün  məhkəmənin 
yardım etməsini xahiş etmişdir. 
Cavabdeh  iddianın  rədd  olunmasını  tələb  edir. 
Onun  fikrincə,  nə  qədər  ki,  iddiaçının  yetkinlik  yaşına 
çat mış  uşaqları  onun  mənzilində  formal  baxımdan  qey-
diyyatdadırlar,  o,  müvafiq  mənzilin  alğı-satqısı  üzrə  no-
tariat  əməliyyatını  apara  bilməz.  Bu,  onun  üçün  məcburi 
qüvvəyə malik olan “Azərbaycan Respublikasında notariat 
hərəkətlərinin  aparılması  qaydaları  haqqında”  Təlimatdan, 
xüsusilə həmin Təlimatın 49-cu bəndindən irəli gəlir. 
N  İnzibati-İqtisadi  Məhkəməsi  27  dekabr  2013-
cü  il  tarixli  qərardadı  ilə  iddiaçının  övladları  A  və 
C-ni  Azərbaycan  Respublikasının  İnzibati  Prosessual 
Məcəlləsinin (bundan sonra mətndə İPM) 28-ci maddəsinə 
əsasən  üçüncü  şəxs  qismində  məhkəmə  icraatına  cəlb 
etsə də, onlar heç bir tələb irəli sürməmiş, eləcə də şifahi 
məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməyə 
gəlməmişlər. 
İddiaçının  tələblərinə  dair  materiallar  və  sənədlər 
məhkəməyə təqdim olunmuşdur. Onlara, xüsusilə mənzilin 
əldə  olunmasına,  nikahın  pozulmasına  dair  sənədlər,  A 
və  C-nin  müvafiq  mənzildə  qeydiyyatda  olmaları,  lakin 
faktiki  yaşamadıqlarına  dair  arayışlar,  eləcə  də  iddiaçının 
cavabdehə  təqdim  etdiyi  digər  sənədlər  aiddir.  Həmin 
sənədlərin və materialların məzmununa istinad edilir. Onlar 
məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. 


123
Əsaslandırma hissəsi:
Cavabdehin nümayəndəsinin, habelə üçüncü şəxslərin 
şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməmələrinə bax-
mayaraq,  məhkəmə  işə  baxa  və  iş  üzrə  qərar  qəbul  edə 
bilmişdir. Belə ki, həm cavabdehə, həm də üçüncü şəxslərə 
təqdim  edilmiş  və  formal  tələblərə  cavab  verən  (İPM-in 
62.1 və 62.2-cı maddələri) məhkəmə bildirişlərində onların 
iclasa  gəlmədikləri  halda  da  işə  baxılmasının  və  iş  üzrə 
qərar  qəbul  edilməsinin  mümkünlüyü  barədə  xəbərdarlıq 
olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
İddia  mümkün  və  əsaslı  iddiadır.  Belə  ki,  baxılan 
işdə  söhbət  İPM-in  1.1  və  2.2-ci  maddələrində  nəzərdə 
tutulmuş  mənada  inzibati  məhkəmə  icraatı  qaydasında 
baxılmalı olan iddiadan gedir. Məhkəmə apardığı müvafiq 
dəqiqləşdirmədən  (İPM-in  13-cü  maddəsi)  sonra  hesab 
edir  ki,  iddiaçı  mahiyyət  üzrə  “İnzibati  icraat  haqqında” 
Qanunun  3.1-ci  maddəsində  nəzərdə  tutulmuş  mənada 
inzibati  orqan  olan  cavabdehin  üzərinə  publik  hüquq 
sahəsinə  aid  olan  bir  hərəkətin  edilməsi  öhdəliyinin  qo-
yul masını  istəyir.  Notariusların  fəaliyyətinə  dair  mü-
ba hisələrin  ümumi  olaraq  inzibati  məhkəmələrin  səla-
hiyyətinə aid olub-olmaması məsələsi təcrübədə mübahisəli 
olsa  da,  məhkəmənin  fikrincə,  hər  halda  söhbət  hər 
hansı  bir  mülki  xarakterli  maddi  hüququn  mövcud  olub-
olmamasından  deyil,  notariusun  müəyyən  bir  notariat 
hərəkətini  apara  bilib-bilməməsindən  getdikdə,  bununla 
əlaqədar  yaranan  mübahisələrə  inzibati  məhkəmələr 
tərəfindən baxılmalıdır. Hazırkı işdə də icraatın predmetini 
məhz  belə  bir  mübahisə  təşkil  edir.  Belə  ki,  cavabdehin 


124
notariat  hərəkətini  aparmaqdan  imtina  etməsi  ilə  əlaqədar 
istinad  etdiyi  əsas  notariusların  fəaliyyətinə  şamil  olu-
nan  “Azərbaycan  Respublikasında  notariat  hərəkətlərinin 
aparılması  qaydaları  haqqında”  Təlimatın  publik-hüquqi 
müddəasından  (maddə  49)  irəli  gəlir.  Bu  baxımdan  məh-
kəmə,  predmeti  bilavasitə  mülki-hüquqi  vəziyyətlə  bağlı 
olan  notariat  aktlarının  (məsələn,  vərəsəlik  haqqında 
şəhadətnamələr, yaxud alğı-satqı müqaviləsinin etibarlılığı) 
necə  qiymətləndirilməli  olması  məsələsini  açıq  saxlaya 
bilər  (bununla  bağlı  həmçinin  bax:  “Daşınmaz  əmlakın 
dövlət  reyestri  haqqında”  Azərbaycan  Respublikası 
Qanu nunun  2.1-ci  və  Azərbaycan  Respublikası  İnzibati 
Prosessual  Məcəlləsinin  2.2  və  2.2.1-ci  maddələrinin  şərh 
edilməsinə  dair  Azərbaycan  Respublikası  Konstitusiya 
Məhkəməsinin 19 may 2014-cü il tarixli qərarı). 
Baxılan  işdə  iddianın  mümkünlüyünə  dair  digər 
şərtlər  də  mövcuddur.  Belə  ki,  iddiaçı  məhkəmədə  id-
dia  qaldırmamışdan  əvvəl  müvafiq  qaydada  cavabdehə 
müraciət  etmiş  və  yazılı  formada  imtina  cavabı  aldıqdan 
sonra  vaxtında  məhkəməyə  iddia  vermişdir.  Hər  halda 
İPM-in  38.2-ci  maddəsində  təsbit  edilmiş  müddətə  riayət 
edildiyi üçün iddiaçının tələbinin məcburetmə haqqında id-
dia (İPM-in 33.1-ci maddəsi) qismində inzibati aktın qəbul 
edilməsinə,  yaxud  öhdəliyin  icrası  haqqında  iddia  (İPM-
in  34.1-ci  maddəsi)  qismində  “İnzibati  icraat  haqqında” 
Qanunun  1.2-ci  maddəsində  nəzərdə  tutulmuş  mənada 
faktiki xarakterli hərəkətin edilməsinə yönəlib-yönəlmədiyi 
məsələsi əhəmiyyət kəsb etmir. 
İddia,  həmçinin  əsaslıdır.  Belə  ki,  iddiaçı  mənzilin 
alğı-satqısına  dair  müqavilənin  üçüncü  şəxslərin  razılığı 


125
olmadan  təsdiq  edilməsini  tələb  etmək  hüququna  ma-
likdir.  Üçüncü  şəxslərin  alğı-satqı  müqaviləsinə  razılıq 
verməmələri  səbəbindən  mənzilin  mülkiyyətçisi  kimi 
iddiaçının  həmin  mənzili  satmaq  istəyinin  qarşısı  alına 
bilməz. Bu, aşağıdakı mülahizələrdən irəli gəlir:
Azərbaycan Respublikası Konstitusiyanın 13-cü mad-
dəsinin  I  hissəsinə  əsasən,  Azərbaycan  Respub likasında 
mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olu-
nur.  Konstitusiyanın  29-cu  maddəsinin  II  hissəsinə  görə, 
mülkiyyət  hüququ,  o  cümlədən  xüsusi  mülkiyyət  hüququ 
qanunla  qorunur.  Həmin  maddənin  III  hissəsinə  müvafiq 
olaraq,  mülkiyyət  hüququ  mülkiyyətçinin  təkbaşına  və  ya 
başqaları  ilə  birlikdə  əmlaka  sahib  olmaq,  əmlakdan  isti-
fadə  etmək  və  onun  barəsində  sərəncam  vermək  hüquq-
larından ibarətdir.
Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  152.1-
ci  maddəsinə  əsasən,  mülkiyyət  hüququ  –  subyektin  ona 
mənsub  əmlaka  (əşyaya)  öz  istədiyi  kimi  sahib  olmaq, 
ondan  istifadə  etmək  və  ona  dair  sərəncam  vermək  üzrə 
dövlət tərəfindən tanınan və qorunan hüququdur.
“Notariat  haqqında” Azərbaycan  Respublikası  Qanu-
nunun  2-ci  maddəsinə  görə,  notariat  hərəkətlərinin  aparıl-
ması  zamanı  Azərbaycan  Respublikasının  Konstitusiyası, 
bu  Qanun,  Azərbaycan  Respublikasının  digər  qanunları, 
habelə bu Qanuna zidd olmayan müvafiq icra hakimiyyəti 
orqanlarının öz səlahiyyətləri daxilində qəbul etdikləri nor-
mativ aktlar rəhbər tutulur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 
Plenumu  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin 
228.5-ci  maddəsinin  şərh  edilməsinə  dair  27  may  2008-ci 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə