Peter yakob


Azərbaycan Respublikasının Konstitusiyası



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə30/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   26   27   28   29   30   31   32   33   ...   76

118
Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət
I.  Azərbaycan  Respublikasında  mülkiyyət  toxunul-
maz dır və dövlət tərəfindən müdafiə olunur.
II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və 
bələdiyyə mülkiyyəti növündə ola bilər.
III.  Mülkiyyətdən  insan  və  vətəndaş  hüquqları  və 
azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin 
ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Maddə 29. Mülkiyyət hüququ
I. Hər kəsin mülkiyyət hüququ vardır.
II.  Mülkiyyətin  heç  bir  növünə  üstünlük  verilmir. 
Mülkiyyət  hüququ,  o  cümlədən  xüsusi  mülkiyyət  hüququ 
qanunla qorunur.
III.  Hər  kəsin  mülkiyyətində  daşınar  və  daşınmaz 
əmlak  ola  bilər.  Mülkiyyət  hüququ  mülkiyyətçinin  təkba-
şına  və  ya  başqaları  ilə  birlikdə  əmlaka  sahib  olmaq, 
əmlak dan  istifadə  etmək  və  onun  barəsində  sərəncam 
vermək hüquqlarından ibarətdir.
...
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mən-
sub  əmlaka  (əş
yaya)  öz  istədiyi  kimi  sahib  olmaq,  on-
dan istifadə etmək və ona dair sərəncam vermək üzrə 
dövlət tərəfindən tanınan və qorunan hüququdur.


119
“Notariat  haqqında” Azərbaycan  Respublikasının 
Qanunu
Maddə  2.  Notariat  hərəkətlərinin  aparılması  zamanı 
tətbiq edilən qanunvericilik 
Notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan 
Respublikasının  Konstitusiyası,  bu  Qanun,  Azərbaycan 
Res publikasının  digər  qanunları,  habelə  bu  Qanuna  zidd 
olmayan  müvafiq  icra  hakimiyyəti  orqanlarının  öz  sə-
lahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar rəhbər 
tutulur.
“Azərbaycan  Respublikasında  notariat  hərə kət-
lərinin aparılması qaydaları haqqında” Təlimat
49. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgə-
nin kiləşdirilməsi  və  ya  girov  qoyulması  haqqında  əqdlər 
təs diq  edilərkən  notarius  özgəninkiləşdirilən  yaşayış 
evin də,  mənzildə,  bağda  və  bağ  evində  kimlərin  yaşayış 
yeri  üzrə  qeydiyyatda  olması  barədə  arayış  tələb  edir  və 
daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə 
üzvlərinin razılığını alır.


120
İş №   
Azərbaycan Respublikası adından
Q Ə R A R
    
şəhəri  
3 mart 2014-cü il
N İnzibati-İqtisadi Məhkəməsi
hakim Q-nin sədrliyi,
iddiaçının nümayəndəsi P-nin (ünvanı: ....) iştirakı ilə
iddiaçı cavabdeh N şəhəri X saylı notariat kontoruna 
qarşı 
(
üçüncü şəxslər: A və C

«mənzilin alğı-satqısına dair 
müqavilənin  üçüncü  şəxslərin  razılığı  tələb  edilmədən 
təsdiq  edilməsi  öhdəliyinin  cavabdehin  üzərinə  qoyulması 
barədə»  iddia  tələbi  üzrə  inzibati  işə  şifahi  məhkəmə 
iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. 
Təsviri hissə:
İddiaçı  15  noyabr  1993-cü  il  tarixdə N  şəhəri,  Y 
küçəsi, ev 5, mənzil 34 ünvanında yerləşən 3 otaqlı mənzili 
mülkiyyət  hüququ  ilə  öz  adına  daşınmaz  əmlakın  dövlət 
reyestrində qeydə aldırmış, bu barədə onun adına qeydiyyat 
vəsiqəsi verilmişdir. 10 yanvar 1994-cü il tarixdə iddiaçı V 
ilə nikaha daxil olmuş, bu nikahdan onların iki övladı (A və 
C) doğulmuşdur. 
N  Şəhər  Məhkəməsinin  18  iyul  2002-ci  il  tarixli 
qətnaməsi əsasında iddiaçı ilə V arasındakı nikah pozulmuş 


121
və  bunun  əsasında  N  Şəhəri  Qeydiyyat  Şöbəsi  tərəfindən 
nikahın  pozulmasına  dair  şəhadətnamə  tərtib  olunmuşdur. 
Nikahları  pozulduqdan  sonra  V  iddiaçının  mülkiyyətində 
olan  mənzildən  qeydiyyatdan  çıxaraq  övladları  A  və  C 
ilə  birlikdə  B  şəhərinə  köçmüş,  lakin  övladları  iddiaçının 
mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışlar.
Sonradan  iddiaçı  xarici  ölkəyə  getmiş  və  orada  bir 
qədər  qalıb  işlədikdən  sonra  N  şəhərindəki  mənzilini  sat-
maq qərarına gəlmişdir. Bunun üçün o, mənzilin alğı-satqı 
mü qaviləsinin  təsdiq  olunması  üçün  cavabdehə  müraciət 
etmiş, lakin cavabdeh 22 dekabr 2013-cü il tarixli məktubu 
ilə  müvafiq  notariat  hərəkətinin  aparılmasından  imtina 
etmişdir.  O,  imtinanın  əsası  kimi  “Azərbaycan  Res pub-
likasında  notariat  hərəkətlərinin  aparılması  qaydaları 
haqqında”  Təlimatın  49-cu  bəndinə  istinad  edərək  bil-
dirmişdir  ki,  mənzillərin  özgəninkiləşdirilməsi  haqqında 
əqdlərin  təsdiq  edilməsi  üçün  həmin  mənzillərdə  yaşayış 
yeri  üzrə  daimi  qeydiyyatda  olan  yetkinlik  yaşına  çatmış 
ailə üzvlərinin razılığı tələb olunur. İddiaçının övladları 
və  C  mənzilin  satılmasına  razılıqlarını  vermədiklərindən 
cavabdeh müvafiq notariat hərəkətini apara bilməz. 
İddiaçı 25 dekabr 2013-cü il tarixdə cavabdehə qarşı 
onun üzərinə mənzilin satılması ilə bağlı formal baxımdan 
zəruri  olan  hərəkətlərin  edilməsi  öhdəliyinin  qoyulması 
barədə  iddia  ərizəsi  ilə  N  İnzibati-İqtisadi  Məhkəməsinə 
müraciət  etmişdir.  O,  cavabdehin  notariat  hərəkətini 
apar  maqdan  imtinasını  əsassız  hesab  edir.  İddiaçının  fik-
rin cə,  onun  mülkiyyət  hüququ  qanunla  qorunur  və  bu 
hü ququn hər hansı bir inzibati orqan tərəfindən qəbul edil-
miş  təlimatla  məhdudlaşdırılması  yolverilməzdir.  Eyni 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə