Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə33/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   29   30   31   32   33   34   35   36   ...   76

130
5-Cİ KAZUS
MÜLKİYYƏTDƏN MƏHRUMETMƏ 
İLƏ ƏLAQƏDAR KOMPENSASİYANIN 
ÖDƏNİLMƏSİNƏ DAİR İDDİA
İŞİN FAKTİKİ HALLARI
Azərbaycan  Respublikası  Əmlak  Məsələləri  Döv-
lət  Komitəsinin  yanında  Daşınmaz  Əmlakın  Dövlət  Re-
yest ri  Xidməti  tərəfindən  verilmiş  12  dekabr  2011-ci  il 
və  2  fevral  2012-ci  il  tarixli  Daşınmaz  Əmlakın  Dövlət 
Reyestrindən çıxarışlara əsasən, və müvafiq olaraq K 
şəhəri, T küçəsi 14-də yerləşən 3 saylı yataqxananın 78 və 
79  nömrəli mənzillərinin  mülkiyyətçiləridir.  Bu  yataqxana 
qəzalı vəziyyətdədir və statik təhlükə mövcuddur. 
Y
ataqxana  binasının  istismar  üçün  təhlükəli  oldu-
ğunu  nəzərə  alaraq  Azərbaycan  Respublikasının  Nazirlər 
Kabineti  3  may  2013-cü  il  tarixli  sərəncamla  həmin 
yataqxana  binasında  yaşayan  ailələrin  hər  birinə  45000 
AZN  məbləğində  kompensasiya  müəyyən  edir  və  kom-
pensasiyanın  ödənilməsi  K  şəhəri  İcra  Hakimiyyətinə 
həvalə olunur. Sərəncamın icrasını təmin etmək məqsədilə 
K  şəhəri  İcra  Hakimiyyəti  14  may  2013-cü  il  tarixdə 
sözügedən yataqxananın sakinlərinin (A və B də daxil ol-
maqla)  kompensasiya  ödənilməklə  köçürülməsi  barədə 
sərəncam  qəbul  edir.  Eyni  zamanda,  İcra  Hakimiyyəti 
sakinlərə onların binanı könüllü tərk etməyəcəkləri təqdirdə 
mənzillərdən  məcburi  qaydada  çıxarılmaqla,  elektrik  və 


131
su  təchizatının  kəsiləcəyi  barədə  məlumat  verir.  A  və 
B  binanın  qəzalı  vəziyyətdə  olduğunu  və  onun  həmin 
vəziyyətdə istismarının ictimaiyyət üçün təhlükə törətdiyini 
inkar  etmirlər,  lakin  mülkiyyətlərində  olan  mənzillərə 
görə 45.000 AZN məbləğində kompensasiya ilə razılaşmır 
və  kompensasiyanın  məbləğinin  hər  bir  mənzil  üçün 
40.000  AZN  məbləğində  artırılmasını  tələb  edirlər.  İcra 
Hakimiyyəti kompensasiyanın artırılması tələbini rədd edir. 
A  və  B  tələblərini  əsaslandırmaq  üçün  qeyd  edirlər 
ki,  onlar  45.000  AZN-ə  özlərinə  həmin  ərazidə  eyni 
şəraitli mənzil ala bilməzlər. Kompensasiyanın məbləğinin 
artırılması  tələbini  qəbul  etməyən  İcra  Hakimiyyəti  isə 
müvafiq  məbləği  mənzillərin  dəyərinə  uyğun  hesab  edir. 
O,  həmçinin  bildirir  ki,  yataqxana  binasında  yaşayan 
ailələrin hər birinə 45.000 AZN məbləğində kompensasiya 
ödənilməsi Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
3  may  2013-cü  il  tarixli  sərəncamı  əsasında  müəyyən 
edilmişdir.
Kompensasiyanın məbləği ilə bağlı tələblərinin inzi-
bati  orqan  tərəfindən  təmin  edilmədiyini  görən  və  B  K 
şəhəri  İcra  Hakimiyyətinə  qarşı  onun  üzərinə  iddiaçıların 
hər  birinin  mənzilinə  görə,  müvafiq  olaraq  40.000  AZN 
məbləğində  əlavə  kompensasiya  ödəməsi  öhdəliyinin 
qoyulması  tələbi  ilə  12  dekabr  2013-cü  il  tarixdə  K 
İnzibati-İqtisadi  Məhkəməsinə  müraciət  edir  və  məhkəmə 
prosesinə  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
də cəlb olunmasını təklif edirlər. 
Bu işlə bağlı məhkəmə necə hərəkət edəcək və onun 
qərarı necə olacaq?


132
Qeyd:  Fərz  edin  ki,  məhkəmə  tərəfindən  təyin  edil-
miş  ekspertiza  (müstəqil  qiymətləndirici)  45.000  AZN 
məbləğində kompensasiyanın mənzillərin hazırkı dəyərinə 
uyğun olduğunu təsdiq edir. 
Hüquq normaları ilə bağlı:
Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət
I.  Azərbaycan  Respublikasında  mülkiyyət  toxunul-
mazdır və dövlət tərəfindən müdafiə olunur.
II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və 
bələdiyyə mülkiyyəti növündə ola bilər.
III.  Mülkiyyətdən  insan  və  vətəndaş  hüquqları  və 
azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin 
ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Maddə 29. Mülkiyyət hüququ
I. Hər kəsin mülkiyyət hüququ vardır.
II.  Mülkiyyətin  heç  bir  növünə  üstünlük  verilmir. 
Mül kiyyət  hüququ,  o  cümlədən  xüsusi  mülkiyyət  hüququ 
qa nunla qorunur.
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əm-
lak  ola  bilər.  Mülkiyyət  hüququ  mülkiyyətçinin  təkbaşına 
və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan 
istifadə etmək və onun barəsində sərəncam vermək hüquq-
larından ibarətdir.
IV.  Heç  kəs  məhkəmənin  qərarı  olmadan  mülkiy-
yətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə 


133
yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgənin-
kiləşdirilməsinə  yalnız  qabaqcadan  onun  dəyərini  ədalətli 
ödəmək şərti ilə yol verilə bilər.
...
«İnsan hüquqlarının və əsas azadlıqlarının mü da-
fiəsi  haqqında»  Avropa  Konvensiyasına  1  saylı  Əlavə 
Protokol
Maddə 1. Mülkiyyətin müdafiəsi 
Hər  bir  fiziki  və  hüquqi  şəxs  öz  mülkiyyətindən 
maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin 
maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi 
prinsipləri  ilə  nəzərdə  tutulmuş  şərtlər  istisna  olmaqla,  öz 
mülkiyyətindən məhrum edilə bilməz.
Yuxarıdakı  müddəalar  dövlətin  ümumi  maraqlara 
müvafiq  olaraq,  mülkiyyətdən  istifadəyə  nəzarəti  həyata 
keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya 
cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab et-
diyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə