Peter yakob



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə35/76
tarix08.09.2018
ölçüsü1,03 Mb.
#67049
1   ...   31   32   33   34   35   36   37   38   ...   76

138
Azərbaycan  Respublikası  Konstitusiyasının  13-cü 
maddəsinin I və II hissələrinə müvafiq olaraq, Azərbaycan 
Respublikasında  mülkiyyət  toxunulmazdır  və  dövlət 
tərəfindən  müdafiə  olunur.  Mülkiyyət  dövlət  mülkiyyəti, 
xüsusi  mülkiyyət  və  bələdiyyə  mülkiyyəti  növündə  ola 
bilər.
Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən 
məhrum  edilə  bilməz.  Əmlakın  tam  müsadirəsinə  yol 
ve rilmir.  Dövlət  ehtiyacları  üçün  mülkiyyətin  özgənin-
kiləşdirilməsinə  yalnız  qabaqcadan  onun  dəyərini  ədalətli 
ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikası 
Konstitusiyasının 29-cu maddəsinin I, II və IV hissələri).
Konstitusiya ilə qorunan mülkiyyət hüququ hamılıqla 
tanınan  əsas  hüquqdur  və  demokratik  cəmiyyətin,  hüquqi 
dövlətin  təməl  daşlarından  biri  hesab  edilir.  Həmçinin 
Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  «İnsan 
hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında» 
Avropa  Konvensiyasına  1  saylı  Əlavə  Protokolun  1-ci 
mad dəsinə  əsasən,  hər  bir  fiziki  və  hüquqi  şəxs  öz  mül-
kiyyətindən  maneəsiz  istifadə  hüququna  malikdir  və  heç 
kəs  cəmiyyətin  maraqları  naminə,  qanunla  və  beynəlxalq 
hüququn  ümumi  prinsipləri  ilə  nəzərdə  tutulmuş  şərtlər 
istisna  olmaqla  öz  mülkiyyətindən  məhrum  edilə  bilməz. 
Eyni  zamanda,  «İnsan  hüquqları  haqqında  Ümumi  Bə-
yannamə»nin  17-ci  maddəsinə  uyğun  olaraq,  hər  bir  şəxs 
tək  ba şı na  və  ya  baş qa la rı  ilə  bir lik də  əm la ka  sa hib  ol maq 
hü qu qu na malik dir. 
Baxılan  işdə  iddiaçıların  mülkiyyət  hüququna  yu-
xa rıda  qeyd  olunan  müddəalara  əsasən  yol  verilən  mü-
da xilənin  mövcudluğu  işin  mübahisələndirilməyən 


139
ha  lıdır və bu, məhkəmə tərəfindən də təsdiq olunur. Di gər 
hüquqlarda  olduğu  kimi,  mülkiyyət  hüququna  da  mü-
da xilələr  edilməsi  mümkündür.  Bu  müdaxilələrin  hü-
qu qauyğunluğunun/qanuniliyinin  yoxlanılması  ilə  əla-
qədar  Avropa  İnsan  Hüquqları  Məhkəməsinin  təcrübəsi 
vasitəsilə  müəyyən  edilmiş  meyarlar  baxılan  işdə  yerinə 
yetirilmişdir  (bununla  bağlı  bax:  Broniowski  v.  Poland 
(Application no. 31443/96) işi üzrə Avropa İnsan Hüquqları 
Məhkəməsinin  22  iyun  2004-cü  il  tarixli  qərarı,  149  və 
150-ci  bəndlər).  Belə  ki,  müdaxilə  ümumi/ictimai  ma-
raqlar  naminə  edilmiş,  eləcə  də  qanunla  nəzərdə  tutulmuş 
tələblərə  və  mütənasiblik  prinsipinə  uyğun  olmuşdur. 
Çünki  iddiaçıların  yaşadığı  yataqxana  binası  bütün  proses 
iştirakçılarının  fikrincə,  qəzalı  vəziyyətdə  olmuş  və 
ictimaiyyət üçün təhlükə təşkil etmişdir. Bu baxımdan baş 
verə biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə 
binada  yaşayan  sakinlərin  köçürülməsi  qərara  alınarkən 
cəmiyyətin  maraqları  ilə  şəxsin  maraqları  arasında  lazımi 
tarazlıq gözlənilmişdir. 
Eyni  zamanda,  45.000  AZN  məbləği  ilə  iddiaçılara 
yuxarıda  təsvir  olunan  prinsiplərə  əsasən  tələb  edilən 
ağlabatan kompensasiya da müəyyən edilmişdir. İddiaçılar 
bundan  artıq  kompensasiya  ödənilməsini  tələb  etmək 
hüququna  malik  deyillər.  Kompensasiya  ödənilməsini 
tələb etmək hüququ, bir qayda olaraq, mülkiyyət hüququna 
müdaxiləni  tam  əvəzləyən  bir  kompensasiyanın  ödə nil-
məsinə  yönəlir.  Bununla  belə,  müstəsna  hallar da  kom pen-
sasiyanın  məbləği  qanunla  qorunan  əmlakın  (hüququn) 
dəyərindən az da ola bilər (bununla bağlı bax: James and 
others v. the UK (Application no. 8793/79) işi üzrə Avropa 


140
İnsan Hüquqları Məhkəməsinin 21 fevral 1986-cı il tarixli 
qərarı). 
Baxılan  işdə  hər  bir  mənzil  üçün  45.000 AZN  məb-
ləğində  kompensasiyanın  müəyyən  edilməsi  ağlabatandır. 
Bu,  təkcə  Nazirlər  Kabinetinin  3  may  2013-cü  il  tarixli 
sərəncamından  irəli  gəlmir.  Onu,  həmçinin  məhkəmənin 
təyin  etdiyi  müstəqil  qiymətləndiricinin  tərtib  etdiyi  16 
yanvar  2014-cü  il  tarixli  rəyi  də  inandırıcı  şəkildə  təsdiq 
edir.  Ola  bilsin  ki,  iddiaçılar  özlərinin  də  bildirdiyi  kimi, 
45.000  AZN  pul  vəsaiti  ilə  bu  vaxta  qədər  yaşadıqları 
ərazidə  eyni  şəraitli  ev  ala  bilməsinlər.  Lakin  bu  zaman 
iddiaçılar  nəzərdən  qaçırırlar  ki,  köçürülmə  haqqında 
müvafiq  qərarlar  qəbul  edilərkən  onların  mənzilləri  qəzalı 
və  istismara  yararsız  vəziyyətdə  olduqlarından  qüsursuz 
mənzillərlə müqayisə edilə bilməzlər.
İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-
in  110.1-ci  və  114.1-ci  maddələrinə  əsasən  həll  olunur. 
Məhkəmə  icraatına  cəlb  edilmiş  üçüncü  şəxsin  üzərinə 
prosessual  xərcləri  ödəmək  vəzifəsi  qoyula  bilməz,  çünki 
o, üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə 
verməmişdir  (İPM-in  110.4-cü  maddəsi).  Məhkəmə  onun 
xərclərinin  ödənilməsi  öhdəliyinin  iddiaçıların  üzərinə 
qoyulmasına lüzum görmür (İPM-in 108.4-cü maddəsi).
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1, 
110.1, 114.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: 


141
İddialar rədd olunur.
Prosessual  xərclər  iddiaçılar  tərəfindən  yarıya  bölün-
məklə ödənilir. 
Qərardan, onun tam formada təqdim olunduğu gündən 
30  (otuz)  gün  müddətində  K  İnzibati-İqtisadi  Məhkəməsi 
(ünvan:  ...)  vasitəsilə  K  Apellyasiya  Məhkəməsinin 
İnzibati-İqtisadi  Kollegiyasına  (ünvan:  ...)  apellyasiya 
şikayəti verilə bilər.
Sədrlik edən:   
imza
5-ci kazus üzrə qərarla bağlı qeyd:
Bu qərarda da məhkəmə icraatına cəlb edilmiş üçüncü 
şəxs (Nazirlər Kabineti) var. Kompensasiyanın ödənilməsi 
öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə 
bağlı sübutların araşdırılması tələb olunduğundan, qərarda 
ekspert  rəyi  ilə  əlaqədar  sübutların  qiymətləndirilməsi  də 
əksini tapmalıdır. 


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə